İBN SİNANIN MƏQBƏRƏSİ. HƏMƏDAN. İRAN
kimi baxır, onu vətəndaşların ümumi sərvəti hesab edir. Onlar, hökumətin artıq məsrəf etmək, xərcləmək işinə biganə qalmırlar.
Şəhər əhalisi bələdiyyə rəisinə müraciət edib dedi, dövlət pulunun bu cür faydasız yerə sərf olunmasını istəmirik, bu heykəlin ucaldılmasına ayrılmış pul daha vacib bir şeyə, məsəl üçün, ayaqyolu tikilişinə xərclənilsin. Və axırda, şəhər hakimiyyəti əhalinin tələblərini nəzərə alıb, heykəl əvəzinə şəhərin mərkəzi meydanında bir abdəstxana tikdi.
Bax millət belə olar! İngilislər hökumətdən onun, bütün pul məsarifinə, qəpiyinə kimi dəqiq, hesabat tələb edirlər. Bu əhvalatdan aydın olur ki, ingilislər nəyin vacib bir şey, nəyin isə ikinci dərəcəli bir şey, bəlkə də tamamı ilə lüzumsuz bir şey olduğunu yaxşı anlayırlar.
Bir neçə il bundan qabaq Bakıda ingilis dilində çıxan qəzetdə bir xarici vətəndaş belə bir fikir söyləyib. Dedi, Bakıda ucalan bütün heykəllər çox eybəcər, sənət baxımından çox zəif işlərdir. Bu heykəllərin yalnız biri, filan bağda gördüyüm əsər, dəyərli, qeyri-adi bir heykəltəraşlıq nümunəsidir. O, Əliağa Vahidin tunc baş şəkilli heykəlini nəzərdə tuturdu.
Dostları ilə paylaş: |