KƏMALİSTLƏRİN BABASI İNGİLİS CƏSUSU ÇIXDI
Kəmalist çevrələr tərəfindən “Türkçülüyün qurucularınadan” və “Türk dostu” olaraq tanıdılmaq istənilən musəvi (yəhudi) əsilli Armin Hermann Vamberinin sionizmin cəsusu olduğu və ingilislərin xeyrinə cəsusluq etdiyi ortaya çıxdı. 1870-ci ildə Budapeşt Universitetində Türkcülük şöbəsini açan və 1910-cu ildə qurulan Turan Cəmiyyətinin fəxri müdürü olan Vamberi Osmanlı torpağlarınında, Fələstinidə bir yəhudi dövləti qurmaq üçün çalışan T.Hertsli Sultan II Əbdülhəmid ilə görüştürən adam olduğu mə’lum oldu.
Vamberi böyük miqdarda pul qarşılığında ingilislər üçün Orta Asiyada cəsusluğ edirdi.
Dünyada ilk “Türk Dərnəyi”ni Budapeştdə açdığı üçün “Türk milliyyətçisi” olaraq önə sürülən məşhur şərqşünas A.Vamberi ilə əlaqəli səs-küy doğuracaq gerçəkləri Türkiyədə ilk kəz habervaktım.com bəyan edir. Vamberi ilə əlaqəli bilinməyənləri sabiq Mossad rəisi və İsrail Dövlət təhlükəsizlik komitəsinin katibi Efraim Halevi Londonun sinaqoqunda bəyan etdi. Həmpsted sinaqoqunda İsrail istihbaratı (kəşfiyyatı) haqqında etdiyi məruzədə “Sionismin ilk cəsusu” deyə tanıtdığı Vamberi ilə əlaqəli marqlı bəyanatlar verdi. Halevi İsrail kəşfiyyat tarixinin XIX əsrə qədər geriyə getdiyini bildirərək sionizmin qurucusu Teodor Hertslin və “Sionizmin ilk cəsusu” deyə tanıtdığı A.Vamberin İstanbulda görüşmələri haqqında maraqlı mə’lumatlar verdi.
Haleviyə görə Fələstində bir yəhudi dövləti qurulması üçün Sultan Əbdülhəmidlə görüşmək istəyən, ancaq heç cür saraya girməyi bacarmayan T.Hertsl Osmanlı paşalrının e’tibarını qazanmış olan macar yəhudisi Armin Vanberinin yanına getdi. Böyük miqdarda pul qarşılığında Vamberi saraydakı tanışlarının yardımı ilə Hertsli sultanla görüşdürdü. Lakin Hertsl istədiyini almadı və geri qayıtdı. (Hertsl həm də demişdi ki, Əbdülhəmid ölmədən Fələstin bizim, yəhudilərin olmaz. Onun ölümünü gözləməliyik).
Mossad rəisi Haleviyə görə Vamberi hələ məktəbdə oxuyanda, 16 yaşına gəldiyində on dil danışa bilirdi. İyirmi yaşına gəldiyində Osmanlıca çox yaxşı danışa bilən və Osmanlı mədəniyyətinə hakim olan Vamberi İstanbula hərəkət etdi. Qısa bir zamandan sonra “türk” olub, bir Osmanlı paşasına (Sədrə’zəm Keçizadəyə Məhməd Fuad Paşa) katib oldu. Keçizadə Osmanlı dövrünün ən məşhur masonlarından biri olaraq tanınır.
İstanbulda qısa zamanda Osmanlı Dövlətində danışılan 20 dilə və ləhçəyə hakim olan Vamberi “Türkcə-Almanca lügət”i də yazdı. Halevi Vanberinin Osmanlıda olduğu müddətdə özünü sünnü bir dərviş olaraq tanıtdığını və bundan qabaq heç bir avropalının çıxa bilmədiyi səfərlərə çıxdığını söylədi. Haleviyə görə Məkkədən gələn bir dəstə hacı karvanına qoşulan Vamberi İran, Buxara və Səmərqəndi gəzdi və ardından 1864-də “Orta Asiya və səyahətlər” adlı bir kitab yazdı.
Orta Asiya səyahətlərindən qayıdandan sonra Vanberi Budapeşt universitetinin şərq dilləri professoru kimi işlədi və 40 il ərzində araşdırmalar etdi. İsrail kəşfiyyatının, Mossadın Vamberin yolunda getdiyini söyləyən Halevi indiyə qədər bilinməyən bir gerçəyi bəyan etdi. Vamberin dörd dəfə din dəyişdiyini və elmi çalışmaları ilə eyni zamanda həm Osmanlı həm də ingilis kəşfiyyatında vəzifə tutduğunu söyləyən Halevi, bu adamın sadəcə ingilislərə kəşfiyyatçılıq etməklə eyni zamanda rusların Orta Asiyada ingilis mənfəətlərinə yönəlmiş təhlükəyə qarşı çalışmalar etdiyini bildirdi.
Vamberi gələcək nəsillər üçün bir nümunə olduğunu bildirən Halevi, Vanberin bütün hədəf seçdiklərinin dinindənmiş kimi özünü göstərdiyini və bu şəkildə onların e’tibarını və hörmətini qazandığını söylədi. Halevi Vamberinin onun yolunda gedən hazırki İsrail kəşfiyyatçılardan fərgini anlatdı: “O, onun (Vamberinin) yolunda gedənlərdən bir bənddə ayrıldı. Ümumiyyətlə dəstəklədiyi heç bir davaya gerçəkdə sadiq olmadı. Onun tək davası bacardıqca pul toplamaqdı”.
(Məhməd Nədim Aslan, habertakvim.com, 2009)
HEYKƏL ABİDƏLƏRİN DAĞIDILMASI
(İbrahim) atasına və qövmünə: “Sizin bu ibadət etdiyiniz mücəsəmələr nədir?” – dediyi zaman, “Bizim atalarımızın bunlara ibadət etdiyini görmüşdük”, deyə cavab verdilər. İbrahim onlara dedi: “And olsun ki, siz də, atalarınız da yol azmısınız!... Allaha and olsun ki, siz gedəndən sonra mən, bu bütləri (heykəlləri) dağıdacağam!” (Qur’ani-kərim, əl-Ənbiya, 21/52-57).
Məkkənin fəthindən sonra Peyğəmbərin (s.ə.s.) ilk gördüyü işlərdən biri cahil ərəblərin e’tiqad etdiyi bütləri, heykəlləri sındırmaq, dağıtmaq işi olub ki, onlar, bu bütlərə deyil, tək olan Allaha sitayiş etsinlər.
Respublikada, hakimiyyət əlimə keçsəydi mənim də ilk sərəncamım o cür olardı, əmr verərdim ki, məmləkətdə olan bütün heykəllər dağıdılsın.
“Heykəl ucaltmaq” ifadəsi bizim dilə kənardan, rus dilindən gəlib. Müsəlman dünyasında, tarixən, görkəmli adamların heykəllərini düzəltmək, onlara heykəl abidələr ucaltmaq ənənəsi olmayıb. Mədəniyyətimizdə belə adət-ənənə yoxdur. Ancaq bizdən fərqli olaraq başqa millətlərdə sitayiş etmək və hörmət göstərmək məqsədi ilə ilahilərə, mələklərə, peyğəmbərlərə, övliyalara və görkəmli şəxsiyyətlərə heykəl inşa etmək adəti vardır. Məsələn brəhmən dinindən olanlar öz məbədlərində sitayiş etdikləri minlərcə sayda mələklərə heykəllər qoyurlar. Buddanın ardıclıları onu təcəssüm edərək, daşdan, mərmərdən və tuncdan olan heykəllərini, abidələrini hazırlayırlar. Xaçpərəstlər isə Həzrəti İsanın, Həzrəti Məryəmin və ümumiyyətlə bütün din xadimlərinin təsvirlərini heykəl şəkilində hazırlayırlar. Onların dinində, adətində və ənənəsində övliyaların, peyğəmbərlərin, mələklərin və hətta Allahın canlı bir cisim şəklində təsvir olunması məqbul sayılır.
Qət’i bir şəkildə deyirəm ki, bizim məmləkətin ulu şeyxlərini, din xadimlərini şair adlandırıb onları Lenin, Stalin kimi cəllad və zalımları tərənnüm edən “saray şairlərinə”, Vurğunlara, Rüstəmlərə tən’ etmək olmaz, bu düzgün iş deyil. Deyirəm ki, respublikanın kommunist xadimlərinə və həmçinin onların nökərləri olan “xalq yazıçılarına”, “xalq şairlərinə” ucaldılmış heykəlləri dağıtmaq lazımdırsa, şeyxlərimizə, övliyalarımıza, dinimizin nəhənglərinə heykəl inşa etmək böyük qələtdir; bu, onlara qarşı bir hörmətsizlikdir. Bu səbəbdən onlar qəbirlərində rahat ola bilmirlər. İslamda peyğəmbərlərə, imamlara, ruhanilərə, dövlət xadimlərinə, alimlərə heykəl ucaltmazlar. Meydanlarda insan heykəllərinin ucaldılması işi müsəlman ölkələrində axırıncı yüz ildə də’bə düşüb. Bu o vaxt oldu ki, müsəlman ölkələri xaçpərəstlərin müstəmləkə və yarı müstəmləkələrinə çevrildilər, müsəlmanlar öz milli müstəqilliklərini itirdilər, İslami üsul-idarə ləğv olundu və müsəlmanın iradə qüvvəsi zəiflədi, zehni və düşüncəsi gavurların tə’siri altına düşdü.
Görəndə ki, Tehranda, bir meydanda İranın bir əfsanəvi qəhrəmanına heykəl qoyulub, çaşdım, mat-məəttəl durub qaldım, gözlərimlə, gördüyümə inanmadım. Təəccüb etdim ki, necə oldu ki, İslam cümhuriyyətində şəhər meydanında heykəl ucaldıblar. Sonralarda öyrəndim ki, İranda bu heykəldən başqa da heykəllər var.
Bu məsələ, İranda İslamın ulu xadimlərini, alimlərini və şairlərini (İbn Sina, Hafiz, Sə’di) təmsil edən heykəllərin şəhər meydanlarında qoyulması məni çox təəccübləndirir və mə’yus edir. Aydındır ki, oranın hökumət adamları bunu kütlənin, qara camaatın rəğbətini qazanmaqdan ötrü ediblər. Düzgün iş deyil. Müsəlmanın adətinə, ənənəsinə ziddir. Düzgün iş olsaydı əvvəlki çağlarda ucaldardılar. Məqbərə, başqa məsələ. Gələcəkdə, vaxt tapıb, oturub, İranın dini rəhbərinə məktub yazıb, müraciət edəcəyəm ki, lazımdır, gərəkdir ki, iranlılar, müsəlmanın adət və ənənəsinə zidd olan bu heykəlləri, abidələri dağıtsınlar. İrandakı bu heykəllər sənət nöqteyi-nəzərindən də eybəcər işlərdir, çünki, tarixən, bu ənənə İranda olmadığından, orada heykəltəraşlıq sənətinin tədrisi aşağı səviyyədədir.
İslamda, nəzəriyyədə, heykəl düzəltmək və şəkil çəkmək günah sayılsa da, əməldə buna ciddi riayət olunmayıb. Şəkil çəkib, heykəl düzəldirdilər. İslam sənətində quş, heyvan təsvirləri olubsa da, fəqət adam heykəli olmayıb. Bu ənənəyə riayət etmək lazımdır.
Bu gün Bakının müsəlman qəbiristanlıqlarında olan adam heykəllərini də sökmək lazımdır. Ancaq baş daşları üzərində cızılan, çəkilən şəkillərə mənim e’tirazım yoxdur.
Qüvvəli xalqlar ənənələrinə sadiq olanlardır. Əksinə buqələmun xasiyyətli xalqlar zəif xalqlardır, bunların axırı pis olur, məhv olub gedirlər, yer üzündə izləri qalmır.
Hərgah sən İslamın bu ulu şəxsiyyətlərini sevirsənsə, onlara hörmət nümayiş etmək istəyirsənsə onda, get, onların sözlərini özünə rəhbər tut, onların buyurduğu kimi yaşa, müsəlman ol, namazını qıl, orucunu tut, kafirlərin yolu ilə deyil, onların, övliyaların yolu ilə get.
Bakıda olan heykəllərin bəlkə ən mənfuru “Çadrasını atan qadın” heykəlidir. Bu heykəl şəriətə, dinə qarşı aparılan təbliğatın bir nümunəsi, təcəssümüdür. Axı islamiyyətdə hicab müsəlman əxlaqının zəruri ünsürlərindən biri hesab olunur.
Sovet dövründə tarixçilər bizi inandırmağa çalışırdılar ki, guya bizim qadınlar çadranı öz xoşlarına atdılar və dövlət tərifindən onlara heç bir təzyiq göstərilməyib. Mən isə buna nə o vaxt inanmışam, nə də ki bu gün.
Bir nəfər mənə Buxarada baş verən çadra ilə əlaqəli tarixi hadisələrdən danışdı. Sovet dövrünün ilk çağında dəstə-dəstə komsomolçular iki-üç silahlı Qızıl ordu əsgəri ilə birlikdə əhalisi çox mömin və dindar olan bu şəhərin müsəlman məhəllələrinə tez-tez gedir və hicab əleyhinə təbliğat aparırdılar. Bunların gördükləri iş bundan ibarət idi. Komsomolçular küçədə qabaqlarına çıxan hər qadının çadrasını başından çəkib götürürdülər. Müsəlman qadınlar fəryad çəkib, bağırdılar. O vaxt Buxarada başı açıq, çadrasız gəzmək böyük bir rüsvayçılıq sayılırdı. Bu cür təhqir olunan qadınlar üçün camaatın içində bədnam olmaq və ərlərinin onları boşamaq qorxusu var idi. Arvad çığırtısını duyan kişilər onların köməyinə qaçıb gələndə və komsomolçulara müqavimət göstərmək istəyəndə, əsgərlər onları güllə ilə vurub öldürürdülər.
Türküstanda şüra hökumətinin hicab əleyhinə apardığı mübarizə bu şəkildə idi.
Türkiyədə isə, erkən çağ cümhuriyyət dövründə “Şapka qanunu” adlanan qanun çıxmışdı ki, buna əsasən bütün əhali, kişili-arvadlı, məcburi bir şəikildə, müsəlman qiyafətlərini dəyişib avropa sayaq paltarlar qeyməli idilər. Bunu etməyənləri ağır cəza gözləyirdi. Qadınlar üçün xicab gədağan olunmuşdu, kişilər isə başlarına Avropa papaqları taxmalı idilər. Şapkanın günlüyü namaz qılanda adama maneçilik törətdiyinə görə, onunla səcdə etmək mümkünsüz olduğuna görə müsəlmanlar onları qəbul etmək istəmirdilər.
Əhali ölkənin bir çox yerində “Şapka qanunu”na qarşı üsyan etdi. Ordu isə dinc nümayişçilərə: qadın, kişi və uşaqalara güllə atırdı. Nəticədə çoxlu adam qırılırdı. Türkiyədə dünyəvi hökumət “avropalaşma” siyasətini bu şəkildə aparırdı – bu siyasətdən narazı olan vətəndaşlara qarşı zor tətbiq edirdi, cəza verirdi, hər cür zülm edirdi. Millətin tanınmış, hörmətli adamları dar ağacından asılır, bə’zi hallarda isə başları kəsilirdi. Sonra isə camaatı xoflandırmaqdan ötrü onların kəsilmiş başları şəhərlərin baş meydanlarında uca yerlərə qoyulub sərgilənirdi. Dinsiz hökumətin hicab əleyhinə apardığı “dinc” təbliğatı bu cür idi.
Bunlar deyirlər ki, bizdə “vicdan azadlığı” adlanan bir şey var, mövcuddur. Əgər həqiqətdə bu belədirsə, onda, qoy hökumət şəhərin bir görkəmli yerində başqa cür bir heykəlin, “Hicablı qadın” heykəlinin ucadılmasına icazə versin. Qoy, mömin müsəlman qadınların şanına da bir heykəl ucaldılsın. Onlar buna razı olarlarmı, məmnunluq nümayiş edərlərmi? Əsla, yox. Əksinə hər kəs ki bu təşəbbüslə şəhər valisinə müraciət etsə ona “müsəlman terrorçusu” adını verər, tutub dama basarlar.
Cavanlıqda, mənim əlimə bir ingilis qəzeti düşmüşdü. Orada, İngiltərədə baş verən bir hadisə barəsində bir məqalə oxudum. Bu, çox ibrətamiz əhvalatdır. O çağ, İngiltərədə bir şəhərinin bələdiyyəsi mərkəzi meydanda heykəl inşa etmək fikrinə düşdü. Bunu eşidən şəhər əhalisi çox hiddətləndi, bələdiyyə idarəsinin qarşısında e’tiraz nümayişinə çıxdı. Bizə bu heykəl, bu abidə lazım deyil, dövlət pulunun belə səmərəsiz xərclənməsinin əleyhinəyik, söylədilər.
Bizim cəmiyyətdən fərqli olaraq, Qərb cəmiyyətində əhali, dövlət puluna öz puluna baxan
Dostları ilə paylaş: |