Xii mövzu: Uşaqların təlim-tərbiyəsində məktəb, ailə və ictimaiyyətin birgə işi Əhatə olunacaq məsələlər



Yüklə 192 Kb.
səhifə16/16
tarix03.06.2023
ölçüsü192 Kb.
#124654
1   ...   8   9   10   11   12   13   14   15   16
12 Muhazire

“Altı addım” metodikasını nəzərdən keçirək: Birinci addım problemin müəyyənləşdirilməsidir. Burada uşa­ğın, yaxud yaşlının xoşagəlməz davranışının səbəbləri müəy­yən­ləşdirilməli və izah edilməlidir. Bu məqsədlə yeniyetmə və gəncə diqqətlə qulaq asmaq, sonra ona tələblər, hisslər haqqında məlumat vermək lazımdır. Burada “Mən danışıram, söyləyirəm” tipli va­ri­ant­dan istifadə etmək zəruridir. Birinci addım problemin müəyyən­ləş­məsi ilə başa çatmalıdır. İkinci addım məsələnin mümkün variantlarının həllinin axta­rı­şıdır. Onları birgə axtarmaq lazımdır. Əvvəl çox sərfəli olar ki, beynə gələn bütün variantları bir-bir nəzərdən keçirəsən, hətta onlar ilk baxışda gərəksiz olsalar da belə, bunu etmək mütləq lazımdır. Burada “beyin hücumu” zamanı bütün ağla gələn ideyalar təklif olunur və onlardan heç biri tənqid edilmir. Üçüncü addım təklif olunmuş variantların müzakirəsi və də­yər­ləndirilməsidir. Burada çıxış nöqtəsi birdir. Hər iki tərəfin tə­ləb­ləri – həm uşağın, həm də böyüyün tələbləri mütləq yerinə ye­tiril­məlidir. Dördüncü addım məsələnin ən yaxşı həlli yollarını axtarıb tapmaqdır. Burada bir-birinə suallar vermək daha yaxşıdır: “Əgər biz bu ideyadan istifadə etsək, necə olar? Hamı razı qalarmı? Belə variantın həllində səhv nədən ibarətdir?” Qəbul edilmiş qərar yazılı şəkildə qeyd oluna bilər ki, hər iki tərəf onun altında “müqavilə” sözünü yaza bilər. Beşinci addım qərarı necə yerinə yetirməyi müəyyənləşdir­məkdən ibarətdir. Burada bu və ya digər qərarın müqavilə bəndinə kimin cavabdehliyini müəyyənləşdirmək lazımdır. Altıncı addım ondan ibarətdir ki, təklif olunmuş yollardan hansı problemin həllinə daha çox köməklik edir. Bununla belə, daha yaxşı olar ki, bir-birinizdən soruşasınız: “Problem aradan götürül­dü­mü?”, “Problem həll oldumu?”, “Siz bizim etdiklərimizdən razısı­nız­mı?” və s.





Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin