Xii mövzu: Uşaqların təlim-tərbiyəsində məktəb, ailə və ictimaiyyətin birgə işi Əhatə olunacaq məsələlər


Valideynlərin xarakterində kənarlaşma



Yüklə 192 Kb.
səhifə9/16
tarix03.06.2023
ölçüsü192 Kb.
#124654
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
12 Muhazire

1. Valideynlərin xarakterində kənarlaşma. Xarakterdə kə­nar­laşma və psixopatiya bəzən tərbiyədə müəyyən pozuntulara gə­ti­rib çıxarır. Xarakterin qeyri-sabit aksentuasiyasında valideynlər da­ha çox öz uşaqlarına az tələblər verməklə tərbiyəni həyata keçirmək istə­yirlər. Valideynlərin epileptoid aksentuasiyası tez-tez tərbiyənin sərt üsulu ilə şərtlənir. Uşağa nümayişkaranə qayğı göstərmə və sevgi digərlərinin gözü qarşısında bir cür, onların özləri ilə ayrı olduqda isə başqa çür emosional münasibətin olması pis haldır. Belə hallarda valideynlərin xarakterlərindəki kənarlaşmaları müəyyənləşdirmək və inandırmaq lazımdır ki, məhz bu cəhətlər tərbiyədə kənarlaşmaların və pozuntuların yaranmasında həlledici rol oynayır. Belə olduqda valideynlərin xarakterinin xüsusiyyətlə­ri­nin qarşılıqlı əlaqəsi, yeniyetmənin tərbiyə üslubunda və onun dav­ra­nışındakı pozuntular psixoterapevtin, məktəb psixoloqunun ciddi nəzarəti altında olmalıdır.
2. Yeniyetmələrin hesabına valideynlərin özlərinin şəxsi problemlərini həll etmə. Belə olduğu halda tərbiyənin belə po­zun­tu­ları əsasında hansısa dərk edilməyən, düşünülməyən tələb da­yan­mış­dır. Bu kimi hallarda valideynə onun davranışının qeyri-düzgün olmadığını və öz tərbiyə üsulunun dəyişməsini başa salma nəticəsiz qalır.
Valideyn hisslərinin genişlənməsi, şərtlənən pozuntular, yüksək (aparıcı) himayəçilik, qəyyumluq. Tərbiyədə pozuntunun bu mənbəyi o zaman daha çox meydana çıxır ki, müəyyən səbəblər üzündən valideynlər arasında ər-arvad münasibətləri pozulmuş olur: ya boşanma baş verib, ya da onların tərbiyədə aparıcı rol oynaması və münasibətləri uşaqları qane etmir, emosional soyuqluq, xarak­terlərdə, maraqlarda uyğunsuzluq mövcuddur və s. Bəzən də elə olur ki, ailədə ana, nadir hallarda isə ata özləri də bilmədən istəyirlər ki, uşaq böyüklər kimi düşünsün, davransın. On­lar istəyirlər ki, ailədə olan tələblərin bir hissəsini ödəyə və on­la­rın ər-arvad münasibətlərində bir-birinə qarşı bağlılıq qarşılıqlı şə­kil­də ödənilmiş olsun. Sonralar isə yeniyetmələrlə münasibət vali­deyn­lər üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Belə ki, ana ikin­ci dəfə ailə qurmaqdan imtina edir, bütün sevgi-məhəbbətini oğ­lu­na həsr edir. Uşaqlıq dövründə oğulda anaya qarşı övladlıq sevgisi inkişaf edir. Yeniyetməlik dövründə valideynlə müstəqil böyüyən yeniyet-mə­nin həyatı arasında müəyyən münasibətlər yaranır. Valideyn, xü­su­silə ana övladını son dərəcə yüksək aparıcı rola malik hiper­hi­mayəçiliyin köməyi ilə saxlayır. Yəni həddən artıq himayəçilik, qəy­yumluq edir, övladın qulluğunda səhər axşam “qul kimi” durur, onun bütün tələblərini qeydsiz, şərtsiz yerinə yetirir. Bütün bunlar tər­biyənin sürətlə pozulmasına səbəb olur.

Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin