1. Valideynlərin xarakterində kənarlaşma. Xarakterdə kənarlaşma və psixopatiya bəzən tərbiyədə müəyyən pozuntulara gətirib çıxarır. Xarakterin qeyri-sabit aksentuasiyasında valideynlər daha çox öz uşaqlarına az tələblər verməklə tərbiyəni həyata keçirmək istəyirlər. Valideynlərin epileptoid aksentuasiyası tez-tez tərbiyənin sərt üsulu ilə şərtlənir. Uşağa nümayişkaranə qayğı göstərmə və sevgi digərlərinin gözü qarşısında bir cür, onların özləri ilə ayrı olduqda isə başqa çür emosional münasibətin olması pis haldır. Belə hallarda valideynlərin xarakterlərindəki kənarlaşmaları müəyyənləşdirmək və inandırmaq lazımdır ki, məhz bu cəhətlər tərbiyədə kənarlaşmaların və pozuntuların yaranmasında həlledici rol oynayır. Belə olduqda valideynlərin xarakterinin xüsusiyyətlərinin qarşılıqlı əlaqəsi, yeniyetmənin tərbiyə üslubunda və onun davranışındakı pozuntular psixoterapevtin, məktəb psixoloqunun ciddi nəzarəti altında olmalıdır.
2. Yeniyetmələrin hesabına valideynlərin özlərinin şəxsi problemlərini həll etmə. Belə olduğu halda tərbiyənin belə pozuntuları əsasında hansısa dərk edilməyən, düşünülməyən tələb dayanmışdır. Bu kimi hallarda valideynə onun davranışının qeyri-düzgün olmadığını və öz tərbiyə üsulunun dəyişməsini başa salma nəticəsiz qalır.
Valideyn hisslərinin genişlənməsi, şərtlənən pozuntular, yüksək (aparıcı) himayəçilik, qəyyumluq. Tərbiyədə pozuntunun bu mənbəyi o zaman daha çox meydana çıxır ki, müəyyən səbəblər üzündən valideynlər arasında ər-arvad münasibətləri pozulmuş olur: ya boşanma baş verib, ya da onların tərbiyədə aparıcı rol oynaması və münasibətləri uşaqları qane etmir, emosional soyuqluq, xarakterlərdə, maraqlarda uyğunsuzluq mövcuddur və s. Bəzən də elə olur ki, ailədə ana, nadir hallarda isə ata özləri də bilmədən istəyirlər ki, uşaq böyüklər kimi düşünsün, davransın. Onlar istəyirlər ki, ailədə olan tələblərin bir hissəsini ödəyə və onların ər-arvad münasibətlərində bir-birinə qarşı bağlılıq qarşılıqlı şəkildə ödənilmiş olsun. Sonralar isə yeniyetmələrlə münasibət valideynlər üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Belə ki, ana ikinci dəfə ailə qurmaqdan imtina edir, bütün sevgi-məhəbbətini oğluna həsr edir. Uşaqlıq dövründə oğulda anaya qarşı övladlıq sevgisi inkişaf edir. Yeniyetməlik dövründə valideynlə müstəqil böyüyən yeniyet-mənin həyatı arasında müəyyən münasibətlər yaranır. Valideyn, xüsusilə ana övladını son dərəcə yüksək aparıcı rola malik hiperhimayəçiliyin köməyi ilə saxlayır. Yəni həddən artıq himayəçilik, qəyyumluq edir, övladın qulluğunda səhər axşam “qul kimi” durur, onun bütün tələblərini qeydsiz, şərtsiz yerinə yetirir. Bütün bunlar tərbiyənin sürətlə pozulmasına səbəb olur.