Xii mövzu: Uşaqların təlim-tərbiyəsində məktəb, ailə və ictimaiyyətin birgə işi Əhatə olunacaq məsələlər


Ailədə qeyri-düzgün tərbiyə tipləri



Yüklə 192 Kb.
səhifə11/16
tarix03.06.2023
ölçüsü192 Kb.
#124654
1   ...   8   9   10   11   12   13   14   15   16
12 Muhazire

Ailədə qeyri-düzgün tərbiyə tipləri
Nəzarətsizlik. Bu zaman valideynlər yalnız öz işləri ilə məş­ğul olur və uşaqlara lazımınca diqqət yetirə bilmirlər. Nəticədə on­lar özbaşına qalır və istədikləri kimi şənlənmək axtarışında olur və “küçə” kompaniyalarının təsiri altına düşürlər.
Hiperqəyyumluq. Burada uşağın həyatında baş verən ha­di­sələrə həddindən artıq diqqət yetirmə və nəzarətetmə özünü göstərir ki, bu zaman uşaq daima sərt əmrlər, çoxsaylı qadağalar eşidir. Nə­ti­cədə o, qeyri-təşəbbüskar, qorxaq, öz qüvvəsinə inamsız kimi bö­yü­­yür və öz-özünü müdafiə etmək, öz maraqlarının müdafiəçisi kimi çıxış etməkdən məhrum olur. Burada tədricən “nə üçün başqalarına hər şey olar, mənə ol­maz” fikri, meyli ortaya çıxır. Yeniyetmələrdə bütün bunların ha­mı­sı valideyn məcburiyyətinə qarşı “qiyamlarla” nəticələnir. On­lar prin­­sipial olaraq bilərəkdən bütün qadağaları pozur və evdən qa­çır­lar. Hiperqəyyumluğun digər növü ailədə “pərəstiş” tipli tər­bi­yə­dir. Uşaq daim diqqət mərkəzində olmağa adət edir, arzuları və bü­tün tələbləri qeyd-şərtsiz yerinə yetirilir. Daim onu tərifləyirlər, nə­ti­cədə isə o, öz imkanlarını düzgün qiymətləndirə və eqosentrizmini dəf edə bilmir, kollektiv onu başa düşmür. Bu hisslər ona pis təsir edir, nəticədə o, hamını təqsirləndirir, özü barədə qətiyyən düşün­mür ki, onun səhvləri var. Həmin səhvlər uşağa onun irəlidəki hə­ya­tı boyu xoşagəlməz hisslər, həyəcanlar gətirən xarakter formalaş­dı­rır.
Sərt tərbiyə. Ən kiçik səhvlərə görə uşağın ciddi şəkildə cə­za­­lan­dırılması ilə müşayiət olunur və uşaq daim qorxu içində bö­yü­yür. K.D.Uşinski qeyd edirdi ki, qorxu bütün nöqsanların əsasını təş­kil edir. Qəddarlıq, sərtlik, başqasının məcbur etdiyi şəraitə uy­ğun­­laşma, başqasının dediyi kimi hərəkətetmə-bütün bunların ha­mı­sı qorxudan yaranır.
Uşağa etinasızlıq tipli tərbiyə. Bu tərbiyədə etinasızlıq və soyuqluq müşahidə edilir. Uşaq hiss edir ki, ailədə atası və yaxud anası onu sevmir. Bəzən isə ona elə gəlir ki, guya onu sevirlər. Zahirən kənardakılara belə görünür ki, guya valideynlər onlara qarşı son dərəcə diqqətli və xeyirxahdırlar. L.Tolstoy yazırdı ki, “xeyirxah riyakarlıqdan pis şey yoxdur, xeyirxah riyakarlıq açıq qəddarlıqdan daha pis təsir edir, nəticələrə gətirib çıxarır”. Uşaq ailə üzvlərindən kimisə daha çox sevirsə, bu­nun üçün o, daha çox emosional hisslər keçirir. Belə əziyyət əsəb­lə­rin həddən artıq gərilməsinə, bu və ya digər çatışmazlıqlara, uşaq­la­rın hirsli, əsəbi olmasına gətirib çıxarır.

Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin