Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır, uşağım! ... Bir söyüşdən ötəri etmə əziyyət balama, Göyərib coşma, utan, qonşuları yığma dama, Sənə söydükləri getsin başı batmış atama, Qışqırıb bağrını da yarma, uşaqdır, uşağım! Nə ədəb vaxtıdır, qoy söysün, uşaqdır, uşağım!” Ailədə uşaqların tərbiyəsində kökə bağlılıq, keçmişin yaxşı xüsusiyyətlərinin təcəssümü üçün pedaqoj, psixoloji materiallar önəmlidir.
8. Uşaqlara, onların tərbiyəsinə qayğı göstərmək ümumxalq işdir. Bütün cəmiyyət bu iş üçün cavabdehdir. Çünki uşaqlar cəmiyyətin, xalqın gələcəyidir, yaşlı nəslin davamçılarıdır. Ulularımızın kəlamları ilə desək: “Uşaq valideynin mabədidir”, “Son beşik- yurda keşik”. Odur ki, davamçıların gələcəyini xoşbəxt görmək, yurdu, vətəni etibarlı adamlara vermək istəyən hər kəs gənc nəslin təlim-tərbiyəsi ilə ciddi məşğul olmalı, onun hərtərəfli və ahəngdar inki- şafı üçün əlverişli şərait yaratmalı, hər bir uşağın ictimai cəhətdən fəallığının, meyl və bacarığının inkişaf etməsini təmin etməlidir. Bu vəzifəni isə daha yaxşı şəkildə ailənin, məktəbin, ictimaiyyətin və əmək kollektivlərinin birgə işi zəminində yerinə yetirmək olar. Birincisi, uşaq (şagird) daim bu qüvvələrin əhatəsində olur. Uşağın (şagirdin) xarakterinin, dünyabaxışının, həyata, əməyə, ideya-mənəvi və mədəni sərvətlərə münasibətinin əsasları həmin qüvvələrin reallığında təşəkkül tapıb formalaşır. İkincisi, uşağı (şagirdi) tərbiyə etməkdə ailə, məktəb də, ictimaiyyət də eyni məqsəd güdür, xalq qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. Ailənin, məktəbin, ictimaiyyətin və əmək kollektivlərinin qarşılıqlı fəaliyyətində yekdillik olmasa, uşaqların (şagirdlərin) tərbiyə işində xoşagəlməz hallar baş verə bilər. Müxtəlif xarakterli cinayətlər törətdiyinə görə həbsxanaya düşmüş minlərlə yeniyetmələr və gənclər üzərində aparılan tədqiqatlardan aydın olur ki, onların pis əməllərə qurşanmasına əsas səbəb əksər hallarda: ya ailədə, ya məktəbdə, ya da əmək kollektivlərində özünü qabarıq şəkildə göstərən nöqsanlardır. Məlum olduğu kimi, uşaq cəmiyyətin ilkin özəyi olan ailədə dünyaya gəlir. Ailə cəmiyyətin ilkin özəyi, onun sosial quruluşunun ünsürlərindən biridir. Ailə sosial qurum olub, nigah və yaxın qohumluqla qarşılıqlı mənəvi münasibətlərlə səciyyələnir. İnsanların nəsli davam etdirməyə olan təbii tələbatı nigah və ailə vasitələri ilə nizama salınır. Beləliklə, ailə qarşılıqlı məhəbbət, inam, etibar və hörmətə əsaslanan birlikdir. Ailənin 2 mühüm vəzifəsi vardır: