“Altı addım” metodikasını nəzərdən keçirək: Birinci addım problemin müəyyənləşdirilməsidir. Burada uşağın, yaxud yaşlının xoşagəlməz davranışının səbəbləri müəyyənləşdirilməli və izah edilməlidir. Bu məqsədlə yeniyetmə və gəncə diqqətlə qulaq asmaq, sonra ona tələblər, hisslər haqqında məlumat vermək lazımdır. Burada “Mən danışıram, söyləyirəm” tipli variantdan istifadə etmək zəruridir. Birinci addım problemin müəyyənləşməsi ilə başa çatmalıdır. İkinci addımməsələnin mümkün variantlarının həllinin axtarışıdır. Onları birgə axtarmaq lazımdır. Əvvəl çox sərfəli olar ki, beynə gələn bütün variantları bir-bir nəzərdən keçirəsən, hətta onlar ilk baxışda gərəksiz olsalar da belə, bunu etmək mütləq lazımdır. Burada “beyin hücumu” zamanı bütün ağla gələn ideyalar təklif olunur və onlardan heç biri tənqid edilmir. Üçüncü addım təklif olunmuş variantların müzakirəsi və dəyərləndirilməsidir. Burada çıxış nöqtəsi birdir. Hər iki tərəfin tələbləri – həm uşağın, həm də böyüyün tələbləri mütləq yerinə yetirilməlidir. Dördüncü addım məsələnin ən yaxşı həlli yollarını axtarıb tapmaqdır. Burada bir-birinə suallar vermək daha yaxşıdır: “Əgər biz bu ideyadan istifadə etsək, necə olar? Hamı razı qalarmı? Belə variantın həllində səhv nədən ibarətdir?” Qəbul edilmiş qərar yazılı şəkildə qeyd oluna bilər ki, hər iki tərəf onun altında “müqavilə” sözünü yaza bilər. Beşinci addım qərarı necə yerinə yetirməyi müəyyənləşdirməkdən ibarətdir. Burada bu və ya digər qərarın müqavilə bəndinə kimin cavabdehliyini müəyyənləşdirmək lazımdır. Altıncı addımondan ibarətdir ki, təklif olunmuş yollardan hansı problemin həllinə daha çox köməklik edir. Bununla belə, daha yaxşı olar ki, bir-birinizdən soruşasınız: “Problem aradan götürüldümü?”, “Problem həll oldumu?”, “Siz bizim etdiklərimizdən razısınızmı?” və s.