1) Məişət birliyi; 2) Özünəməxsus xüsusiyyətlər. Məişət birliyi üçün səciyyəvi olan xüsusiyyətlərə ailənin əmək mühiti, büdcəsi və təsərrüfatı, məişət estetikası daxildir. Ailəni bunlarsız təsəvvür etmək olmaz.
2) Özünəməxsus münasibətlər. Ailədə cinslər, cinsi tələbatdakı fərqdən gələn münasibətlər əxlaqi psixoloji münasibətlər formasında özünü göstərir. Qarşılıqlı cavabdehlik, məsuliyyət, kömək bu münasibətlərə aiddir. Özünəməxsus münasibətlər kontekstində şəxsiyyətlərarası münasibətlər fonunda ailədaxili münasibətlər əsas götürülür. Alimlər ailənin cəmiyyətə, şəxsiyyətin formalaşmasına, dəyərlər istiqamətinə, ideallarına, mədəni irsə münasibətini və təsirini qeyd edirlər. Bununla bağlı onlar ailəni bütün ailə özəkləri tərəfindən yerinə yetirilən və əsas, vacib mövqe kimi qəbul edilən ailə funksiyalarını qeyd edirlər. Bəzi pedaqoq və psixoloq alimlər ailənin əsasən, cinsi, reproduktiv, tərbiyəvi (yaxud sosiallaşma), iqtisadi və bərpaedici funksiyalarını qeyd edirlər.
Ailənin cinsi funksiyasıcinsi meylin və onun təmin edilməsinə sosial nəzarətin həyata keçirilməsini şərtləndirir. Belə nəzarət cinsi əlaqələrin sərbəstləşməsi üzərində qoyulur ki, ailədə münaqişəyə səbəb olmasın. Reproduktiv funksiyaböyüklərin üzərinə uşağın düzgün böyüməsi ilə bağlı nigah və ailənin strukturunu tənzimləyən qaydalara riayət olunması vəzifəsini qoyur. Bu funksiya uşaqların və cəmiyyətin inkişafını zəruri edir. Bu mənada valideynlərin həyat planları (neçə uşaq istəmələri, ailə şəraiti, iş və s.) diqqəti cəlb edir. Təsərrüfat-iqtisadi funksiyaailədə aparılan məişət işlərini nəzərdə tutur. Bu funksiya ailə münasibətlərinin müxtəlif tərəflərinin – ailənin təsərrüfatı, büdcəsi, idarə olunması, əmək mühiti, ailədə kişi və qadın əməyinin xüsusiyyətləri, uşaqların əmək vəzifələri və s. məsələləri əhatə edir. Ailənin tərbiyəvi funksiyasıxüsusi əhəmiyyət kəsb edir. Burada cəmiyyətin mədəniyyəti bir nəsildən digərinə keçiril- məsində müvafiq cəmiyyətin üzvü olan uşaqların rəftar davranışını təmin edən proses nəzərdə tutulur. Ailənin məhz bu funksiyası da bu baxımdan prioritet istiqamətlidir. Məlum məsələdir ki, tərbiyə tarixən çətin və lazımlı proses olmuşdur. Bu mənada o təkcə ailənin deyil, eyni zamanda cəmiyyətin funksiyasına çevrilmişdir. Bu mürəkkəb prosesdə tədqiqatçılar əsas tərbiyə ocağı ailəni hesab etdikləri üçün ağırlıq onun üzərinə düşür. Əsasən də, ailədə qadının (arvadın)rolu xüsusi vurğulanır. Görkəmli pedaqoqA.S.Makarenko göstərirdi ki, “Uşaqlar bizim qocalığımızdır. Düzgün tərbiyə bizim xoşbəxt qocalığımız, pis tərbiyə gələcək dərdimizdir, gələcək göz yaşlarımızdır, ölkə qarşısında təqsirimizdir”.Ailənin bərpaedici funksiyasıinsan üçün sağlamlaşdırıcı, psixoterapevtik mühitdir. Bu mühitdə ailədaxili ünsiyyət önəmli əhəmiyyət kəsb edir. İnsan həyatının mühüm hissəsi ailədə-həyat yoldaşı, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Bu ünsiyyətin düzgün bərpası ailənin gələcək imkanlarını və inkişafını şərtləndirir. Burada ər-arvadın şəxsi həyatı ilə bağlı məsələlər əhəmiyyət kəsb edir. Səmimi və qarşılıqlı hörmət və məhəbbət əsasında qurulan ünsiyyət ailədəki bütün yorğunluqları aradan qaldırır, problemlərin asan həlli yollarını tapır. Bu əsasən qadın və kişinin bir-birinə münasibətində və uşaqların valideynlərə olan münasibətində təzahür edir. Ana-ata və uşaqların ünsiyyəti, onların istirahəti üçün mənəvi-psixoloji şəraitin yaradılması, asudə vaxtın səmərəli təşkili və s. məsələlər ailənin bərpaedici funksiyasına daxildir. Qeyd etdiyimiz funksiyaların spesifik mahiyyətinə nəzər salsaq, görərik ki, bunların hamısında əsas aparıcı qüvvə ər və arvad birliyidir. Ailə münasibətləri, məhz bu birlikdə zühur edir. Ailədaxili münasibətlər ailəyə məxsus tipoloji xüsusiyyətləri əks etdirir. Ailə məsələlərində pedaqoji-psixoloji münasibətlər mühüm rol oynayır. Ailə münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlərlə də bilavasitə bağlıdır. Cəmiyyət dəyişdikcə ailə də dəyişir və inkişaf edir. Elə bu mənada qeyd etmək lazımdır ki, bir vaxtlar mürəkkəb ailələrin hökm sürdüyü cəmiyyətdə artıq nuklearlaşmış ailələr üstünlük təşkil edir. Cəmiyyətin əsas özəyi olmaqla ailə orada olan bütün dəyişikliklərə öz münasibətini bildirir. Ailə qarşılıqlı münasibətlərin mənəvi aspektinə yönəlmişdir, belə ki, o eyni zamanda həm sosioloji, həm də bioloji quruluşdur. Müasir dünyada ailənin əsasən üç müxtəlif növü geniş yayılmışdır:
Ər və arvad cütlüyü – övlad və övladsız ailələr (nuklear ailə)
Valideynlərdən birinin övladları ilə yaşadığı ailələr (natamam ailə)
Ər və arvad cütlüyü ilə övlad və ya övladsız ailələr; ər və arvad valideynləri ilə və ya başqa qohumları ilə birlikdə olan ailələr (mürəkkəb ailə)
Mürəkkəb ailə üç və ya daha çox nəsildən – baba, nənə, ata-ana, bibi, əmi və uşaqlardan ibarət ola bilir. Belə ailələr tərkibcə mürəkkəb xarakter daşıyır. Burada yalnız bir neçə nəslin yaşaması ilə yanaşı, uşaqların sayı da mühüm yer tutur. Nuklear ailə nədir? Bu sadə ailəyə məxsus olmaqla ailə tipi hesab olunur, latınca nuşleus – nüvə deməkdir. Nuklear ailənin tipləri uşaqların sayına görə fərqləndirilir. Bir və iki uşaqlı ailələr az uşaqlı, üç və dörd uşaqdan ibarət olanlar orta uşaqlı ailə tiplərinə bölünür. Azərbaycan pedaqoq və psixoloq alimlərindən qeyd edirlər ki,Azərbaycan ailəsi uşağa bağlıdır. Uşaq hər bir ata-ana qəlbinin kövrək hisslərini ifadə edir. Təkuşaqlı ailələrdə isə uşağın ünsiyyət tələbatı az təmin olunur, çox vaxt isə təmin olunmur. Belə ki, ailədə bacı və qardaşın olmaması uşaq üçün psixoloji amilə çevrilir. Demoqrafiyada müasir ailəni xarakterizə etmək üçün sadə və mürək-kəb ailə ilə yanaşı, tam və natamam ailə terminlərindən də istifadə olunur. Ailənin tam və natamam olması şəxsiyyətlərarası münasibətlər sferasında ər və arvadın varlığına əsasən müəyyən edilir. Əgər ailədə ər və arvad bir yerdə yaşayırsa bu tam ailə hesab olunur. Əgər ər və ya arvad vəfat etmişsə, yaxud boşanmışdırsa bu zaman ailə natamam ailəyə çevrilir. Qeyd etmək lazımdır ki, natamam ailələrdə bir sıra çətinliklər meydana çıxır. Bu çətinliklər natamam ailənin formasından asılı olaraq müxtəlif olur. Belə ki, əgər ata, yaxud ana vəfat etmişsə ailəyə maddi tərəfdən ziyan dəyir, ailənin mənəvi dayaqları dağılmır, çətinliklər aradan qaldırılır, uşaqlar da böyüyürlər. Boşanmış natamam ailələrdə isə məsələ bir qədər dərinləşir. Boşanma ailənin özəyini təşkil edən münasibətləri pozur. Qeyd etmək lazımdır ki, ailədə baş verən hər cür dava-dalaş boşanma ilə nəticələnməyə də bilər. Bu ailədə tərəflərin şəxsi keyfiyyətlərindən asılıdır. Əlbəttə ki, ailələrdə baş verən böhranların səbəbləri müxtəlif cür olur. Hər hansı səbəbdən asılı olmayaraq ailədə yaranan ziddiyyət və böhranın ziyanı uşaqlara dəyir. Sosioloqlar ər və arvadın mübahisəsini, dava-dalaşını döyüşə bənzədərək qeyd edirlər ki, bu döyüşdə qalib yoxdur, məğlub olan var. Onlar dava-dalaşla hörmətdən düşürlər. Eyni zamanda sosioloqlar bu kontekstdə uğurlu və uğursuz ailə terminlərindən istifadə etmişlər. Müəyyən edilmişdir ki, uğurlu ailələrin hamısı bir-birinə oxşayır. Uğursuz ailələrə gəldikdə isə onların hər birinin öz təcümeyi-halı var. “Ailə mədəniyyəti”anlayışı vardır. Ailə mədəniyyəti bir-birinə səmimi hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hissləri qarşılıqlı şəkildə bölüşdürməkdən, yeri gəldikdə güzəştə getməkdən asılıdır. Ailədaxili və onun ətrafındakı psixoloji iqlim uşaqların bir şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Ailədaxili və onun ətrafındakı psixoloji iqlim uşaqların bir şəxsiyyət kimi formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.
2. Uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəzedilməzdir. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından biridir, valideynlərin isə ən mühüm vəzifələrindəndir.Lakin ailədə valideynlərin xeyirxah arzularından asılı olmayaraq, həm yaxşı, həm də pis uşaq böyüyə bilir. Bunu nə ilə izah etmək olar? Ailədə hansı şəraitdə yaxşı, və ya pis uşaq formalaşır? Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetir-məlidirlər? Heç bir ailədə uşaq kortəbii şəkildə tərbiyə edilmir. Hər bir valideyn uşaqlarının tərbiyəsində mütləq müəyyən pedaqoji məq-sədi rəhbər tutur. Həmin məqsəd nə dərəcədə doğrudur və ya səhvdir? Valideyn öz məqsədini necə həyata keçirir? Valideynlərin bir qisminin pedaqoji məqsədləri çox vaxt aydın xarakter daşımır, yəni dəqiq olmur. Bu uşaqların ailə tərbiyəsi işinə böyük ziyan vurur. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, valideynlərin – ata-ananın böyük əksəriyyətinin öz qarşısına qoyduqları pedaqoji məqsədlər dəqiqliyi ilə seçilir. Şəxsiyyətin formalaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada danışanda məhz bu cəhəti – ictimai münasibətlər, o cümlədən, ailə münasibətləri sisteminin uşaq şəxsiyyətinə təsiri nəzərdə tutulur. Ailədə uşaqların sosial inkişaf şəraiti müxtəlif amillərlə şərtlənir, onlardan ikisini ayrıca qeyd etmək gərəkdir. Birinci tip amillərə ailə münasibətləri – ata ilə ana, valideynlərlə uşaqlar, bacı ilə qardaş, və s. arasındakı münasibətlər daxildir. Ailənin maddi vəziyyəti, mənzil şəraiti, quruluşu ikinci tip amillər sırasına daxil edilir. İkinci tip amilləruşaqların tərbiyəsinə bu və ya digər dərəcədə təsir göstərir. Lakin psixoloji tədqiqatlardan görünür ki, onları gənc nəslin tərbiyəsində həlledici hesab etmək olmaz. Ailə münasibətlərinin uşaqların tərbiyəsində roluna xüsusi diqqət yetirilməlidir. Ailədə böyüməkdə olan nəslin tərbiyəsi prosesində valideynlərin istifadə etdikləri ən mükəmməl tərbiyə üsulları ailə münasibətlərinin tərbiyəvi səmərəliliyini əvəz etmir və edə də bilməz. Ailə münasibətləri, hər şeydən əvvəl, uşaqların emosiya və hisslərinə təsir göstərir. Yaş artdıqca uşaqlar həmin münasibətləri mənimsəyir, nəticədə bu zəmində də oğlan və qızların xarakter əla- mətləri formalaşır. Valideynlər uşaqlardan söhbət düşəndə bir səslə deyirlər: “Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir”. Atalar sözünün hikməti aydındır. Uşaqların tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Əhalinin təhsil– mədəni səviyyəsinin köklü surətdə yüksəlməsi valideynlərin pedaqoji mədəniyyətinə də mühüm təsir göstərmişdir. İxtisasından asılı olmayaraq onların böyük əksəriyyəti ailə tərbiyəsi problemləri üzrə qəzet və jurnallarda ardıcıl surətdə dərc olunan məqalələri maraqla oxuyur, televiziya və radio verilişlərində ölkəmizin, o cümlədən, respublikamızın tanınmış psixoloq, pedaqoq və həkimlərin söhbətlərinə diqqətlə qulaq asırlar. Son zamanlar ailə tərbiyəsi problemlərinə dair kitab və kitabçalara da maraq artmışdır. Lakin bir çox ailələrdə, xüsusilə, gənc ailələrdə uşaqların tərbiyəsi sahəsində ciddi nöqsanlara rast gəlirik. Onlar, əlbəttə, təsadüfi xarakter daşıyır və müəyyən səbəblərlə bağlıdır. Son illər valideynlərin pedaqoji mədəniyyəti məsələlərini öyrənmək məqsədilə müxtəlif tədqiqatlar aparılmışdır. Alimlər müəyyən etmişlər ki, ata-anaların bir çoxunun ailə tərbiyəsi haqqındakı bilikləri çox ümumi, hətta bəzən səthi xarakter daşıyır. Belə valideynlər ailə tərbiyəsinin ən sadə məsələlərini həll etməkdə çətinlik çəkir, buna görə də uşaqla “ağlı necə kəsirsə, elə də rəftar edir”. Bu zaman onlar “tərbiyə üsullarının” nəticələrini görmür, özlərinin atalıq və analıq borcunu pedaqoji baxımdan düzgün qiymətləndirə bilmirlər. Onlara ailə pedaqogikasını kim öyrədir? Demək olar ki, heç kim. Ailə tərbiyəsi məsələlərini biz özümüz başqalarına–uşaq vaxtı ata və anamıza, sonralar isə qonum–qonşuya baxa-baxa çox vaxt onların səhvlərini təkrar edə-edə öyrənirik. Ailə münasibətlərinin gənc nəslin tərbiyəsindəki rolunun nəzərə alınmaması ailə tərbiyəsində yol verilən nöqsanlar içərisində xüsusi yer tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata-ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz-söhbət və münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin formalaşmasına mənfi təsir göstərir. Bəzən ata uşağa bir tərzdə, ana başqa cür, nənə isə tamamilə fərqli şəkildə təsir edir. Tərbiyəvi təsirlərin vəhdətdə olmaması uşaqların münasibətlər sisteminin və qiymət meyarlarının formalaşması prosesini çətinləşdirir. Ailənin tərbiyə vəzifələri və imkanları haqqında da yanlış təsəvvürlərə də az təsadüf olunmur. Bir çox ailələrdə əmək tərbiyəsinin əhəmiyyətsiz yer tutması, oyunlardan və birgə inkişafetdirici məşğələlərin digər formalarından az istifadə edilməsi bununla bağlıdır. Gənc nəslin yaş, fərdi və cins xüsusiyyətlərinin, tələbat və imkanlarının hesaba alınması sahəsində də ciddi nöqsanlar vardır. Məsələn, psixoloqlar müəyyənləşdirmişlər ki, 5-6 yaşında uşaqlar dil öyrənməyə çox həssas olurlar, onlar ana dili ilə yanaşı, rus dilini, hətta üçüncü bir dili, tutaq ki, ingilis dilini öyrənə bilərlər. Lakin təəssüflə bildirməliyik ki, ailələr çox zaman bu imkandan səmərəli istifadə etmirlər. Valideynlər uşaqların təbii imkan və qabiliyyətlərinin vaxtında üzə çıxarılması sahəsində də ciddi nöqsanlara yol verirlər. Onlar çox zaman uşağı heç bir əsas olmadan incəsənət sahələrinə təhrik edir, texnika sahəsinə isə maraq yaratmırlar. Bəzi ailələrdə özünü göstərən əşya xəstəliyi uşaqların mənəvi tərbiyəsinə xüsusilə mənfi təsir edir. Bəzi ata–analar, hətta uşaqlar üçün “peşə seçəndə” belə onun “maddi cəhətdən sərfəli” olmasına diqqət yetirirlər. Valideynlərin özlərinin maraqlarının məhdud olması uşaqların dünya, ailə, insan haqqında təsəvvürlərində əks olunur. Ailə tərbiyəsinə quru nəsihətçilik halları da az ziyan vurmur. Uşaqlarda ünsiyyətin az və yeksənək olması da diqqəti cəlb edir. Bir çox hallarda isə valideynlərin uşaqlarla ünsiyyəti sadəcə olaraq adi güzəran söhbətinə çevrilir, səthi və məhdud xarakter daşıyır. Ailədə asudə vaxtın planlaşdırılması gün rejiminin düzgün təşkilindən çox asılıdır. Bu bəzi hallarda valideynin iradəsindən də asılı olmur. Həmin işdə məktəb, ictimai təşkilatlar ailəyə kömək etməyə borcludurlar. Müşahidələr göstərir ki, uşaqlar daha çox sərbəst olduqları-məktəbdən və ailədən kənar gəzib dolandıqları vaxt pozulurlar. Yaşadığı məhəllənin, küçənin, yerləşdiyi ərazinin yaxınlığı, dostluq, yoldaşlıq etdiyi uşaqların əxlaqı həddi-buluğa çatmamışlara güclü təsir edir. Məhəllə uşaqları arasında nüfuzluları daha yüksək olur. Digər uşaqlar onun ətrafında toplaşır, onlarla məsləhətləşirlər. Həmin yeniyetmənin şəxsiyyətini müəyyənləşdirmək, sonra əməli tədbir görmək valideyn üçün zəruridir. Ailədə yeniyetmələrin hədsiz dərəcədə əzizlənməsi, onların hər cür tələblərinə güzəştə gedilməsi, bəzi hərəkət və davranışlarında onlara sərbəstik verilməsi çox vaxt pis nəticələnir. Belə ki, yeniyetmə məktəbdən yayınır, siqarət çəkməyə, içki içməyə, yaşlılara məxsus oyunlara oynamağa, evə gec gəlməyə başlayır. Ailə tərbiyəsinin çox mühüm bir xüsusiyyəti vardır: valideynlərlə uşaqlar arasında münasibətlər şəxsi–emosional xarakter daşıyır. Ana uşaqla “şirin” dillə ilə danışır. Ata məhəbbəti də şirindir, övladların qəlbini riqqətə gətirir. Ailə tərbiyəsinin üstünlüyü və zərifliyi də məhz bundadır. Fiziki və psixoloji cəhətdən yaxşı inkişaf etmək üçün uşağa (yeniyetmə və gəncə) hər şeydən əvvəl, valideyn məhəbbəti gərəkdir.