Xii mövzu: Uşaqların təlim-tərbiyəsində məktəb, ailə və ictimaiyyətin birgə işi Əhatə olunacaq məsələlər


Ailədə uşaqların tərbiyəsində aşağıdakı pedaqoji



Yüklə 192 Kb.
səhifə4/16
tarix03.06.2023
ölçüsü192 Kb.
#124654
1   2   3   4   5   6   7   8   9   ...   16
12 Muhazire

4. Ailədə uşaqların tərbiyəsində aşağıdakı pedaqoji prinsiplərə əməl edilməlidir:
1. Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Bəzi valideynlər uşağın hansı yaşda olduğuna fikir vermir, kiçiyə də, böyüyə də eyni tələbkarlıqla yanaşırlar. Əgər uşaqlar evdə səs salır, heç cür sakitləşmirsə, ata, yaxud ana müba­hi­səni kəsmək üçün onların hər birinə eyni tərzdə ciddi təsir göstərir. Bu ciddilik uşaqların hər birinə müxtəlif cür təsir göstərir. Böyük yaşlı uşaqlar bu münasibəti adi qarşılayır, kiçik yaşlılar özlərini yığış­dırır, lap balacalar isə ağlamsınınb dururlar. Demək tələb yaşa uyğun olmalıdır.
2. Ailə tərbiyəsində uşaqların temperament tipləri nəzərə alın­malıdır. Temperament tiplərindən asılı olaraq, hər bir oğlan və ya qıza necə yanaşmaq, onun hisslərini düzgün qiymətləndirmək asanlaşır. “Temperament” sözünün latın dilində hərfi tərcüməsi “hiss­lə­rin lazımi qarşılıqlı nisbəti” deməkdir.Yunan həkimi Hippok­rat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anotomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tut­muş­dur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xo­le­rik, fleqmatik və melanxolik adları müasir pedaqogika və psixo­logiya elmində indi də işlənilməkdədir. Temperament insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakte­ris­tikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mü­hi­tə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir:
Sanqvinik tip–qüvvətli və müvazinətli, canlı, zirək, diribaş, fəal və təşəbbüskar, işgüzar, tələskən, şəraitə tez alışan, emosional, yaddaşları bir qədər zəif ;
Xolerik tip–qüvvətli, ünsiyyətli, coşğun, çılğın, emosional, inadkar, bəzən aqressiv, müvazinətsiz, hövsələsiz;
Fleqmatik tip–qaradinməz, təmkinli, ədalətli, sakit, ağır davranışlı, az ünsiyyətli;
Melanxolik tip – sakit, zəif, qapalı, səbrli, kədərli, düşün­cəli, həssas, pessimist, yüksək yaddaş.
Valideyn ailədə öz övladları ilə tərbiyə işi apararkən göstəri­lən temperament tiplərinə uyğun şəkildə hərəkət etməlidir.

Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin