Pedaqoq və psixoloq alimlər valideyn davranışının aşağıdakı göstəricilərini fərqləndirirlər: 1. Tərbiyə prosesində himayəçiliyin səviyyəsi. Burada söhbət valideynlərin yeniyetmələrin tərbiyəsinə nə qədər diqqət və vaxt sərf etmələrindən gedir. Himayəçilik səviyyəsində iki cür kənarlaş-ma müşahidə olunur. Biri həddindən artıq (hiperhimayəçilik), digəri isə bir qədər az (hipohimayəçilik).
Hiperhimayəçilikhaqqında valideynlər yeniyetməyə həddindən artıq qüvvə, vaxt və diqqət yetirdiklərindən danışırlar. Yeniyetmələrin tərbiyəsi valideynlərin həyatının əsas hissəsini təşkil edir. Valideynlər öz həyatlarını uşaqlarının tərbiyəsinə həsr edirlər.
Hipohimayəçilikhimayəçilik səviyyəsinin son dərəcə zəif, aşağı vəziyyətidir. Yeniyetmə belə olduqda valideynlərinin diqqət mərkəzindən kənarda qalır. Sanki ailədə uşaq haqqında heç kəs fikirləşmir. Valideynlər uşaqla yalnız mühüm bir hadisə baş verdikdə məşğul olur, onunla maraqlanır, onlar haqqında düşünürlər.
2. Yeniyetmənin tələblərinin yerinə yetirilməsi dərəcəsi. Valideynlərin fəaliyyəti, əsasən, yeniyetmənin tələblərinin ödənilməsinə istiqamətlənir. Bu da onların maddi həyatı, məişəti, qida-lanması, geyimi, eləcə də mənəvi, hər şeydən öncə, valideynlərlə ünsiyyəti, onların sevgisi diqqət mərkəzində durur. “Sparta tərbiyəsi” himayəçilik səviyyəsinin yüksək nümunəsi (valideyn tərbiyə ilə daha çox məşğul olur, ona daha çox diqqət yetirir) və uşaqların (yeniyetmə və gənclərin) tələblərinin ən aşağı səviyyədə yerinə yetirilməsi kimi qiymətləndirilə bilər.
3. Ailədə yeniyetməyə olan tələblərin sayı. Yeniyetməyə olan tələblər tərbiyə prosesinin mühüm hissəsidir. Birincisi,bu həm də yeniyetmənin vəzifəsidir, daha doğrusu, yeniyetmənin yerinə yetirdiyi tapşırıqlardır. İkincisi,bu qadağan tələbləridir ki, yeniyetmə onları etməli deyil. Bu tələb həm də yeniyetmənin yerinə yetirmə sanksiyalarını (yumşaq mühakimədən sərt cəzalandırmaya qədər) nəzərdə tutur. Yeniyetməyə qarşı tələblər sisteminin pozulma forması müxtəlifdir.
Ailədə yeniyetmənin tələblər sisteminin pozulması hallarını nəzərdən keçirək:
Tələblərin həddindən artıq çoxluğu;
Son dərəcə yüksək mənəvi məsuliyyət. Belə olduğu halda yeniyetmələrə verilən tələblər son dərəcə böyükdür, bu onun imkanlarına uyğun gəlmir və onun şəxsiyyətinin inkişafına kömək etmir.
Yeniyetmənin vəzifələrinin natamamlığı. Belə halda yeniyetmə ailədə son dərəcə az sayda vəzifələri yerinə yetirir, nəticədə onları hər hansı bir ev işinə cəlb etmək çətin olur.