9. Uşaqların hamısını bərabərhüquqlu görmək və ailənin həyat fəaliyyətinə onları cəlb etmək prinsipi. Ailənin bütün üzvləri bərabərhüquqludurlar. Valideynlər övladları arasında ayrıseçkilik etməməli, birini, o birindən üstün görməməli, birini tərif edib, o birini məzəmmət etməməli, hamısına eyni münasibət, eyni rəftar göstərməlidir. Ailə üzvləri ailənin bütün işlərinə cəlb edilməli, ailənin problemləri ailə üzvləri ilə birlikdə müzakirə edilib həll edilməlidr. Övladlar ailə işlərinə həmişə cəlb edilməli, ailə problemlərinin həllinə kömək etməlidirlər.
10. Tələblərdə ardıcıl olmaq və mümkün olmayanı tələb etməmək prinsipi. Ailədə uşaqlara müəyyən tələblər də verilir, müəyyən qaydalara əməl etməsi də tələb olunur. Bu ailə tərbiyəsinin mühüm şərtlərindən biridir. Valideynlər uşaqlara verilən tələblərdə ardıcıl olmalı, onların yerinə yetirilməsinə nəzarət etməlidirlər. Əlbəttə, tələblər də uşaqların gücünə, yaşına, sağlamlığına, psixologiyasına uyğun olmalıdır.
Bu prinsiplərdən başqa, bir sıra xüsusi prinsiplər də vardır ki, onlar da ailə tərbiyəsi üçün mühüm qaydalardır:
1.Ailədə fiziki və psixoloji təsirlərin qadağan edilməsi prinsipi.
2.Başqalarının, ailə üzvlərinin məktub və gündəliklərini oxu- mağın qadağan edilməsi prinsipi.
3.Ailədə çox danışmağın, ucadan danışmağın qadağan edilməsi prinsipi.
4.Uşaqları hədələməyin qadağan olunması prinsipi .
5. Ailədə erkən oyanma qayadasına əməl etmək prinsipi.
6. Ailədə səhər idmanı ilə məşğul olmaq prinsipi.
Bu prinsiplərə ailədə ciddi riayət edilməsi tərbiyənin düzgün qurulmasına səbəb olar. Deməli, ailə tərbiyəsinin məqsədi şəxsiyyətdə müsbət keyfiyyətləri formalaşdırmaqdır ki, onlar uşağın inkişafında yaranan çətin-likləri vaxtında dəf etməyə imkan yaradır. İntellektin inkişafı, yaradıcı bacarıqlar, qabiliyyət, ilkin əmək fəaliyyəti təcrübəsi, mənəvi və estetik cəhətdən formalaşma, mədəniyyət və uşaqların fiziki sağlamlığı, onların xoşbəxtliyi-bütün bunların hamısı ailədən, valideynlərdən asılı olmaqla ailə tərbiyəsinin əsasını təşkil edir. Valideynlər birinci tərbiyəçilər kimi uşaqlara daha güclü təsir etmək qüvvəsinə malikdir. Ailə tərbiyəsinin öz metodları vardır. Bunların sırasında şəxsi nümunə, birlikdə müzakirə, inam və etibar, sevgi-məhəbbətin büruzə verilməsi, bu və ya digər işlə bağlı ailə üzvünün qayğısına qalma, nəzarət, yumor və zarafatlar, ənənələr, tərifləmələr, mükafatlandırma və s. ola bilər. Burada seçim yalnız konkret situativ şərait nəzərə alınmaqla fərdi şəkildə həyata keçirilə bilər.
Dostları ilə paylaş: |