4. Qadağan tələblərin sayı. Hər şeydən öncə, bu yeniyetmənin məsuliyyət dərəcəsi ilə müəyyən olunur və burada onun öz davranışını seçmək üsulu özünü göstərir. Bununla bağlı burada iki kənarlaşma halı ortaya çıxa bilər: həddindən artıq qadağan tələblərin çoxluğu və həddindən artıq qadağan tələblərin azlığı. Qadağan tələblərin çoxluğu. Belə halda yeniyetməyə “hər şey olmaz” kimi qadağanlar qoyulur. Yəni yeniyetmənin qarşısına onun hərəkətlərini, davranışını məhdudlaşdıran çoxsaylı tələblər qoyulur ki, bu da onun müstəqilliyini əlindən alır. Belə vəziyyət iradəli yeniyetmələrdə emansipasiya reaksiyasının inkişafını stimullaşdırır (valideynlərə, yaxud hər hansı bir nüfuzlu adama qarşı çıxmaq). Qadağan tələblərin azlığı. Belə halda yeniyetməyə istədiyini etməyə icazə verilir. Əgər hər hansı bir qadağalar olsa belə, yeniyetmə onu asanlıqla aradan qaldıra bilir. Belə ki, yeniyetmə evə qayıtmaq vaxtını, siqaret çəkməyi, spirtli içkilərə qurşanmağı və s. özü müəyyənləşdirir. O, elədiyi hərəkətlərinə görə valideynlərinə hesabat vermir. Valideynlər də belə olduqda onun davranışına heç bir sədd qoya bilmirlər. Belə tərbiyə yeniyetmələrdə qeyri-sabit tiplərin inkişafını stimullaşdırır.
5. Sanksiyalar. Sanksiyaların həddindən artıq çox olması da tərbiyənin sərt üsulları kimi qiymətləndirilir. Valideynlər üçün belə sərt cəzalara müraciət etmə və hətta ən xırda pozuntulara qarşı reaksiyanın özü xarakterikdir. Sanksiyaların azlığında valideynlər fikirləşirlər ki, belə cəza növlərindən kənar keçə bilir, ya da ki, onu çox çox nadir hallarda tətbiq edirlər. Onlar yalnız uşaqları mükafat- landırmağı düşünür və cəzanın nəticəsinin yaxşı olacağına inanmırlar.
6. Tərbiyə üsulunun qeyri-sabitliyi. Tərbiyə üsulunun, tərbiyə priyomlarının sərt şəkildə dəyişilməsi son dərəcə sərt bir hərəkətə keçiddir. Burada emosionallıqdan daha çox yeniyetmənin xarakterindəki fərqlərlə bağlı məqamlara diqqət yetirilməlidir. Alman psixiatrı P.Leonqardın müşahidələrinə görə, belə bir üsul elə cəhətlərin formalaşmasına təsir edir ki, onlar inadkarlığı və yaxud nüfuzlu insana qarşı sərt davranmağı nəzərdə tutur. Valideynlər, adətən, yeniyetmələrin tərbiyəsindəki belə tərəddüdlü cəhətləri etiraf edirlər, lakin bu qüsurları çox vaxt nəzərə almırlar. Valideyn davranışının neqativ xüsusiyyətləri, uşaqların davranış normalarından kənara çıxmaları onların əsəbi vəziyyəti üçün əsas səbəbdir. Yeniyetmə ailənin diqqət mərkəzində olduğundan valideynlər onun tələblərinin maksimum dərəcədə təmin olunmasına can atırlar. Tərbiyənin belə tipi yeniyetmədə isteroit xarakter xüsusiyyətlərin inkişafına kömək edir. Hiperhimayəçilik zamanı yeniyetmə daim valideynlərin diqqət mərkəzində olur və belə halda yeniyetməni müs-təqillikdən, özünüidarəetmədən kənar edir, ona güc, vaxt sərf edir və çoxlu sayda qadağalar, məhdudiyyətlər qoyurlar. Belə tərbiyə hipertim yeniyetmənin zəif xüsusiyyətlərini daha da gücləndirir.
5. Ailədə tərbiyənin düzgün qurulmamasının səbəbləri müxtəlifdir. Birincisi, valideynlərin pedaqoji mədəniyyətinin aşağı olmasıdır. Belə hallarda yalnız izahat işləri aparmaq kömək edə bilər. Bəzən burada şəxsiyyətin mənfi rolunu valideynlərin özləri oynayırlar. Belə olduqda mütəxəssislər üçün aşağıdakı iki qrup səbəb müəyyənləşdirilir: