4. Ailədə uşaqların tərbiyəsində aşağıdakı pedaqoji prinsiplərə əməl edilməlidir:
1. Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Bəzi valideynlər uşağın hansı yaşda olduğuna fikir vermir, kiçiyə də, böyüyə də eyni tələbkarlıqla yanaşırlar. Əgər uşaqlar evdə səs salır, heç cür sakitləşmirsə, ata, yaxud ana mübahisəni kəsmək üçün onların hər birinə eyni tərzdə ciddi təsir göstərir. Bu ciddilik uşaqların hər birinə müxtəlif cür təsir göstərir. Böyük yaşlı uşaqlar bu münasibəti adi qarşılayır, kiçik yaşlılar özlərini yığışdırır, lap balacalar isə ağlamsınınb dururlar. Demək tələb yaşa uyğun olmalıdır.
2. Ailə tərbiyəsində uşaqların temperament tipləri nəzərə alınmalıdır. Temperament tiplərindən asılı olaraq, hər bir oğlan və ya qıza necə yanaşmaq, onun hisslərini düzgün qiymətləndirmək asanlaşır. “Temperament” sözünün latın dilində hərfi tərcüməsi “hisslərin lazımi qarşılıqlı nisbəti” deməkdir.Yunan həkimi Hippokrat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anotomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları müasir pedaqogika və psixologiya elmində indi də işlənilməkdədir. Temperament insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir:
Sanqvinik tip–qüvvətli və müvazinətli, canlı, zirək, diribaş, fəal və təşəbbüskar, işgüzar, tələskən, şəraitə tez alışan, emosional, yaddaşları bir qədər zəif ;
Xolerik tip–qüvvətli, ünsiyyətli, coşğun, çılğın, emosional, inadkar, bəzən aqressiv, müvazinətsiz, hövsələsiz;
Fleqmatik tip–qaradinməz, təmkinli, ədalətli, sakit, ağır davranışlı, az ünsiyyətli;
Melanxolik tip – sakit, zəif, qapalı, səbrli, kədərli, düşüncəli, həssas, pessimist, yüksək yaddaş.
Valideyn ailədə öz övladları ilə tərbiyə işi apararkən göstərilən temperament tiplərinə uyğun şəkildə hərəkət etməlidir.
Dostları ilə paylaş: |