Xix əsrin birinci yarısında Azərbaycan mədəniyyəti



Yüklə 25,64 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü25,64 Kb.
#38004
1   2   3
XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti

Əhalisi


XIX yüzilin başında rus rəsmi araşdırmaları üzrə "Car- Balakən azad camaatları" adlanan bölgədə 35 kənd, 5191 kəndli həyəti (orta sayım ilə hər 10 həyətdə 15 ailə) yerləşirdi. Onlardan Car icması 20 kənd, 1861 həyət; Balakən icması 3 kənd, 800 həyət; Talı icması 5 kənd, 1410 həyət; Muxax icması 3 kənd, 1030 həyət tuturdu. Bununla yanaşı bölgədə "heç bir icmaya mənsub olmayan və bu icmalarda heç bir tabe kəndi olmayan" daha doqquz kənd (Katex, Matsex, Qaracalı və b.) var idi. "Tabe kəndlər" dedikdə, ingiloy və muğalların yaşayış yerləri nəzərdə tutulurdu. Birinci ad türkləşərək islama keçmiş kaxetlilərə, ikincisi isə türkləşmiş moğollara aid edilirdi.

Azərbaycan türkləri haqqında isə rus rəsmi qaynağında bildirilirdi: "Düzənlikdə yerləşən bütün kəndlər ingiloy adlansa da, sonradan məskunlaşan və tatar (türk – Ə. Ç.) dilində danışan kəndlərdə yaşayanlar onların (ingiloyların – Ə. Ç.) sayından çıxılmalıdır". Bunlar aşağıdakı kəndlər idi (qaynaqda yer adları təhrif olunmuş, yüngülcə "gürcüləşmiş" şəkildə yazıya alınmışdır): Çobanqolu (30 həyət), Keymur (50), Bazar (30), Almalı (360), Lələli (300), Göglər (20), Katalparax (?), Göndərqala (30), Boymatlu (8), Patara Lahıc (60), Didi Lahıc (15), Kürdəmir (20), Padar (30), Paidar (?), Muğanlı (300), Babalı (8), Qarabaldur (30). Başqa sözlə, bölgənin 35 kəndindən 17-i və onlarda olan 5191 kəndli həyətindən 1233-ü türkcə danışan toplum idi.

Rusiya - Qacarlar müharibəsi

1826-cı il iyulun 19-da İran (Qacarlar) qoşunları Araz çayını keçərək Rusiyanın nəzarətində olan Şimali Azərbaycan torpaqlarına daxil olub, ikinci Rusiya-İran müharibəsi (1826-1828) başlanıb. 



Müharibənin ilk günlərdə rusların hərbi qərargahı yerləşən Şuşa qalasını mühasirəyə alan İran (Qacarlar) taxt-tacının şahzadəsi Abbas Mirzənin qoşunları sonradan geri çəkilməyə başladılar. İran Rusiya ilə 1804-1813-cü illər müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, yenə məğlub oldu. Türkmənçay müqaviləsinə əsasən (10 fevral 1828), bu dəfə İran öz nəzarətindəki İrəvan və Naxçıvan xanlıqlarını da Rusiyaya verməyə məcbur oldu. Bununla da Araz çayından şimalda bütün Azərbaycan torpaqlarının Rusiyaya ilhaqı başa çatdırıldı.
Yüklə 25,64 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin