İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi
Mus.IV.11. Şagird musiqiçilərin ixtisaslarını fərqləndirə və onları bir-biri ilə müqayisə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
bəstəkarın və ifaçının peşələrini fərqləndirə bilirsə;
-
bəstəkar, pianoçu, skripka ifaçısı, dirijor, müğənni və s. ixtisasları sadalaya bilirsə;
-
hansı peşədən olan musiqiçini gördüyü və dinlədiyini yada sala bilirsə.
Mus.IV.12. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
dinlənilmiş əsərləri əhval-ruhiyyəyə əsasən xarakterizə edə bilirsə;
-
müxtəlif növ tamaşanı (balet, opera, dramatik) fərqləndirə bilirsə;
-
klassik, xalq və müasir musiqi əsərlərini fərqləndirə bilirsə;
-
əsərlərin məzmunu, müəllifi, janrı ilə əlaqədar suallar qoyur və cavab verə bilirsə.
Dostları ilə paylaş: |