Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


Mus.IV.8. Şagird müxtəlif növ tədbirdə iştirak edə bilər



Yüklə 388,71 Kb.
səhifə48/95
tarix28.12.2021
ölçüsü388,71 Kb.
#13196
1   ...   44   45   46   47   48   49   50   51   ...   95
Mus.IV.8. Şagird müxtəlif növ tədbirdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • sinfin konsertində, karnavalında, şənliyində iştirak edə bilirsə;

  • məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;

  • viktorinada iştirak edirsə;

  • auditoriya qarşısında ifaçı, yaradıcı və ya konferansye rolunda çıxış edirsə.

Mus.IV.9. Şagird mədəni tədbirlərdə iştirak edərkən əxlaq normalarına riayət edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • tamaşanın, konsertin, kino-filmin gedişinə mane olmursa;

  • əvvəlcədən razılaşdırılmış qaydalara müvafiq olaraq tamaşa başa çatdıqdan sonra öz münasibətini ifadə edə bilirsə;

  • sərgidə, muzeydə əvvəlcədən razılaşdırılmış qaydalara əsasən davranırsa;

  • müzakirə zamanı başqasına öz fikrini ifadə etməyə imkan verirsə.

Mus.IV.10. Şagird başa düşür və büruzə etdirir ki, musiqi (incəsənət) özünüifadə vasitəsidir.

Nəticə göz önündədir, əgər şagird:



  • bu və ya digər musiqi əsərinin hansı əhval-ruhiyyəni yaratdığı barədə söhbət edə bilirsə;

  • təklif olunmuş bir neçə başlıqdan dinlənilmiş musiqi əsəri üçün bir başlıq seçə bilirsə;

  • dinlənilmiş musiqi əsərinin doğurduğu təəssüratlar barədə və bu əsərin səbəb olduğu assosiasiya haqqında söhbət apara bilirsə;

  • melodiya, müxtəlif növ təsviri vasitələrlə nəyi əks etdirməyin mümkün olduğu barədə mülahizə yürüdə bilirsə;

  • insanların incəsənət əsərləri yaratdıqları bir neçə səbəbi sadalaya bilirsə.


Yüklə 388,71 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin