İstiqamət: praktiki qabiliyyət-vərdişlər
Mus.IX.1. Şagird improvizasiya prosesində iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
mahnı və ifa ilə müxtəlif musiqi səslərini, ritmik fiqurları sinif yoldaşları tərəfindən ifa olunmuş ritmik fiqurlarla, sadə akkordlu ardıcıllıqla uyğunlaşdıra bilirsə;
-
sinif yoldaşları ilə birlikdə səs, alət, hərəkət vasitəsi ilə musiqili-dramatik etüdləri, kompozisiyaları yarada bilirsə.
Mus.IX.2. Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Gürcü xalq və başqa xalqların iki və üçsəsli mahnılarını oxuya bilirsə;
-
musiqi əsərlərinin parçalarını/mahnıları ifa edir və not yazılarına əsaslana bilirsə.
Mus.IX.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə kompozisiyalar yarada bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
qarşıya qoyulmuş məqsədə müvafiq olaraq kompüter proqramlarından (musiqi yazısını, fakturanın, tembrin seçilməsi, akkordla müşayiət) istifadə edirsə;
-
kompozisiya yaradan zaman nəzəri bilikdən (musiqi əlifbası, forma, harmoniya məsələləri) istifadə edə bilirsə;
-
musiqi kompozisiyalarını yaradırsa;
-
musiqili kompozisiyada bədii ədəbiyyat, təsviri və teatr incəsənəti nümunələrinin yaratdığı təəssüratları əks etdirə bilirsə.
Dostları ilə paylaş: |