Mus.IX.7. Şagird özünün və başqasının yaradıcılığını müzakirə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
dərsdə ifa olunmuş yaradıcılıq tapşırığını, ictimai, məktəb konsertinin müzakirəsində iştirak edirsə;
-
ictimai, məktəb konserti barədə rəy yaza bilirsə;
-
fikrin ifadə edilməsi zamanı diqqətlidirsə.
İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi
Mus.IX.8. Şagird musiqi əsərlərinin struktur və növ cəhətlərini xarakterizə edə bilir.
Nəticə göz önündədir, əgər şagird:
-
öyrənilmiş əsərləri bir-biri ilə müqayisə edirsə - janr, üslub, dövr, müəllif;
-
əsərlərin müqayisəsi əsasında müəllifin dəst-xəttini fərqləndirə bilirsə;
-
müxtəlif ifanı fərqləndirə və onun “interpretasiyası” barəsində söhbət edirsə;
-
musiqi əsərlərinin növ məzmunları (lirik, dramatik, epik, qəhrəmanlıq-dramatik, skerzo,qrotesk və s.) üzrə söhbət edirsə;
-
musiqi əsərlərinin kompozisiya quruluşu barədə söhbət edirsə;
-
xalq mahnısının səciyyələri (dialekti, janrı, mövzusu, ifaçıların tərkibi) barədə mülahizə yürüdə bilirsə.
Dostları ilə paylaş: |