Mus.II.5. Şagird öyrəndiyi musiqi terminlərindən istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
söhbət zamanı öyrəndiyi terminləri düzgün tələffüz edirsə;
-
lazım gəldikdə onları izah edə bilirsə;
-
Ona naməlum musiqi aləti, məfhumun adını dəqiqləşdirmək məqsədi ilə suallar qoyursa.
Mus.II.6. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Mus.II.7. Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq qabiliyyəti vardır.
Nəticə göz önündədir, əgər şagird:
-
başqasının mahnısı, söhbət zamanı əxlaq qaydalarına əməl edirsə;
-
başqasının əl işinə ehtiyatla yanaşırsa;
-
fərqli fikirləri nəzərə alırsa.
Mus.II.8. Şagird başa düşür və nümayiş etdirə bilər ki, musiqi duyğuların və əhval-ruhiyyənin əks olunduğu vasitədir.
Nəticə göz önündədir, əgər şagird:
-
musiqini dinləməklə oyanmış təəssuratlarını danışa bilirsə;
-
musiqi fraqmentinin melodiyasını, dinamikasını, tempini, ritmini konkret əhval-ruhiyyə ilə əlaqələndirə bilirsə;
-
sinif yoldaşları tərəfindən mahnı, zümzümə vasitəsi ilə verilmiş əhval-ruhiyyəni, hissləri tanıya bilirsə.
Dostları ilə paylaş: |