PT-nin
analiz
prosesi
modelləri
Sintaksis
verifikasiya
analizi
Semantik analiz
Leksik
verifikasiyalı
analiz
PT-nin təhlükəsizliyinin təmin
olunmasının analizi metodları
Nəzarət-sınaq
metodları
Məntiqi-analitik
metodlar
“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri”
IV respublika konfransı, 14 dekabr 2018-ci il
77
PT-nin təhlükəsizliyinin təmin olunması prinsipləri aşağıda
qeyd olunmuşdur:
etalon proqram vasitələrinin girişinə məhdudiyyətlərin
qoyulması, onlarda dəyişikliklərin edilməsinə icazənin
verilməməsi;
xətalı proqramın tam skan edilməsi və profilaktik
məqsədlə testin yerinə yetirilməsi;
PT-nin istismara verildiyi andan ona nəzarət edilməsi
və təhlükəsizliyi baxımından identifikasiyasının həyata
keçirilməsi;
PT-nin istismarı zamanı strukturu dəyişmədən onun
ayrı-ayrı modullarının əvəz edilməsinin təmin edilməsi;
müşayiət edilən bütün proqram vasitələrinin ciddi
uçotunun və kataloqlaşdırılmasının həyata keçirilməsi;
bütün proseslər, işçi əməliyyatlar, PT-nin funksionallığı
haqqında olan informasiyanın statistik analizinin
aparılması;
PT-nin
qorunması
məqsədilə
informasiya
təhlükəsizliyinin yeni, gözlənilməz təhlükələrinin üzə
çıxardılması halında.əlavə vasitələrin tətbiq edilməsi;
və s.
Proqram təminatının təhlükəsizliyinin təmin olunması üçün
xətaların aşkar edilməsinin və qüsurların aradan qaldırmasının
avtomatlaşdırılmış metodu haqqında məlumat [12]-də
verilmişdir. İşdə PT-də qüsurların aşkar edilməsi və bərpası ilə
bağlı metodlar təhlil edilmişdir.
IV PROQRAM LAYİHƏLƏRİ ÜÇÜN MÜMKÜN RİSKLƏR
Onlayn rejimdə işləyən proqramların təhlükəsizliyinin
təmin
olunması vacib məsələlərdən biridir. Proqram
təminatının təhlükəsizliyiynin təmin olunmasında risklər əsas
rol oynayır [13]. Layihə üçün risklər layihənin icrası üçün
lazım olan işlərın qrafikinə və ya resurslarına təsir edirlər.
Proqram layihələri üçün mümkün risklərin bəziləri və
onların idarəolunması və kateqoriyaları aşağıda qeyd
edilmişdir [14, 15]:
İşlənən proqram məhsulları üçün risklər;
Təşkilatda istehsalçıya aid olan bisnes risklər.
Risklərin idarə olunması.
Risklərin təyini. Layihə, hazırlanan məhsul və biznes
üçün mümkün risklər təyin edilir;
Risklərin analizi. Təhlükəli vəziyyətlərin yaranması
ehtimalı risklərinin ardıcıllığı qiymətləndirilir;
Risklərin planlaşdırılması. Risklərin qarşısının alınması
və ya layihəyə onların təsirinin minimallaşdırması üzrə
tədbirlər planlaşdırılır;
Risklərin monitorinqi. Risklərin ehtimallarının daima
qiymətləndirməsi
və
təhlükəli
vəziyyətlərin
təzahürünün nəticələrinin azalması üzrə tədbirlərin icra
edilməsi.
Risklərin mümkün kateqoriyalarının siyahısı aşağıda
göstərilmişdir:
Texnologi risklər. Sistemin işlədiyi proqram və aparat
texnologiyalarında axtarılırlar;
Personalla bağlı risklər. İstehsalçılar komandasının
üzvləriylə bağlıdır;
Təşkilati risklər. Layihənin yerinə yetirildiyi təşkilatın
mühitində baş verir;
İnstrumental risklər. CASE-vasitələrdən istifadə etməsi
və PT-nin təşkili prosesini dəstəkləməsilə əlaqədardır;
Sistemin tələbləriylə bağlı risklər. İşlənən sistemə
qoyulan tələblərlə bağlı risklər ola bilər;
Qiymətləndirmənin riskləri. Layihənin reallaşdırması
üçün lazım olan proqram sisteminin və resursların
xarakteristikalarının qiymətləndirilməsiylə bağlıdır.
Risklərin analizi.
Risklərin qarşısının alınmasının strategiyaları. Bu
strategiyalara əsasən risklərin təzahürünün ehtimalını
aşağı salan tədbirləri həyata keçirtmək lazımdır.
Nümunə olaraq, potensial qüsurlu komponentlərin xaric
edilməsi strategiyasını göstərmək olar;
Strategiyanın minimallaşdırılması. Risklərlə bağlı
mümkün zərərin azaldılmasına yönəldilmişdir. Misal
olaraq, istehsalçıların komanda üzvlərinin xəstəliyi ilə
əlaqədar zərərin azaldılması strategiyasını göstərmək
olar;
"Qəzalı"
vəziyyətlərin
planlaşdırılması.
Bu
strategiyalara əsasən tədbirlər planına malik olmaq
lazımdır. Belə ki, təhlükəli vəziyyətin təzahürü halında
onu yerinə yetirmək lazımdır.
NƏTİCƏ
İşdə proqram təminatının qorunmasının problemləri
araşdırılmışdır. Proqram təminatınnn təhlükəsliyinin təmin
olunmasının
analizi
metodları
öyrənilmişdir. Proqram
layihələri
üçün
mümkün risklərin bəziləri, onların
idarəolunması və kateqoriyaları qeyd edilmişdir.
Tövsiyyə olunur ki, PT-nin təhlükəsizliyinin təmin edilməsi
üçün kriptoqrafiyanın imkanlarından istifadə olunsun. Bu PT-
nin etibarlılığının yüksəlməsinə səbəb ola bilər. İnformasiyanın
məxfiliyinin pozulması PT-nin təhlükəsizliyinin pozulmasına
imkan yaradır. Buna görə məxfi məlumatların emalı prosesində
informasiyanın qəbulu və siqnalların işlənməsi tədqiqatların
dərinləşməsinə səbəb olur və bu da bu tipli məsələlrin
aktuallığını bir daha sübut edir.
ƏDƏBİYYAT
[1]
Для защиты информации предлагается применять технологии
распознавания лиц, İnformation Security journal,29.10.2008.
http://www.itsec.ru/newstext.php?news_id=51127#sthash.HQGrM
BJh.dpuf.
[2]
В. В. Бахтизин, Л. А. Глухова, «Технология разработки
программного обеспечения», Минск: БГУИР, 2010, 267 с.
[3]
Ю.Ю. Громов, О.Г. Иванова М.П., Беляев, Ю.В. Минин,
«Технология программирования», ФГБОУ ВПО «ТГТУ».
2013, 172 с.
[4]
Кадан А.М. «Методология и технология программирования»,
http://mf.grsu.by/Kafedry/kaf001/academic_process/048/28
[5]
А.И. Ефимов, Б.П. Пальчун, «О технологической безопасности
компьютерной инфосферы», Вопросы защиты информации,
1995, №3(30), с. 86-88.
[6]
В. Казарин, «Безопасность программного обеспечения
компьютерных систем», Москва: МГУЛ, 2003, 212 с.
[7]
Методы анализа безопасности программного обеспечения,
https://studbooks.net/2043842/informatika/metody_analiza_bezopa
snosti_programmnogo_obespecheniya
|