Xülasə Bu işdə proqram təminatının təhlükəsizliyi və s haqqında məlumat verilmişdir



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix30.10.2022
ölçüsü470,19 Kb.
#66882
növüXülasə
  1   2   3   4
INFORMASIYATEHLUKESIZLIYININTEMINEDILMESI



“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” 
IV respublika konfransı, 14 dekabr 2018-ci il
75 
Proqram təminatının təhlükəsizliyinin təmin 
olunmasının bəzi üsulları haqqında 
Şəfəqət Mahmudova 
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 
shafagat_57@mail.ru 
Xülasə— Bu
 
işdə proqram təminatının təhlükəsizliyi və s. 
haqqında 
məlumat 
verilmişdir. 
Proqram 
təminatının 
təhlükəsizliyinin 
təmin 
olunmasının 
analiz 
metodları 
öyrənilmişdir. Proqram təminatının qorunması üçün vacib olan 
problemlər müəyyənləşdirilmişdir. Proqram layihələri üçün 
risklər, onların idarəolunması, təyin olunması, kateqoriyaları və 
s. araşdırılmışdır.
Açar sözlər—proqram təminatı, təhlükəsizlik, analiz metodları,
risklər 
I. GİRİŞ 
Müasir dövrdə informasiya cəmiyyəti inkişaf edərək 
getdikcə daha böyük vüsət alır. Kompüterlər cəmiyyətdəki 
bütün proseslərə, o cümlədən elmi

tədqiqat işlərinə, 
iqtisadiyyata təsir göstərərək, ümumilikdə insanın fəaliyyət 
formasını dəyişdirir və yeni sahələrin yaranmasına səbəb olur. 
İnsanların yeni texnologiyaları öyrənməsi və onu müxtəlif 
sahələrə tətbiq etməsi yeni sistemlərin və proqram təminatının 
(PT) yaranmasına və inkişafına səbəb olur.
Müasir dövrdə terrorizm və cinayətkarlara qarşı mübarizə 
kəskin surətdə artmışdır. Bütün dünyanı bürümüş terror 
aktlarının dalğası aşkarlayıcı və önləyici təhlükəsizlik 
sistemlərinin və proqram təminatının təkmilləşdirilməsi 
ehtiyacını yaratmışdır. 
Əksər dövlətlərdə qarşıda duran əsas məsələlərdən biri 
qaçaqmalçılıq, terror aktlarının qarşısının alınması və müxtəlif 
sistemlərin yaradılması üçün yeni yanaşmaların, yeni 
prinsiplərin təşkilinə imkan vermək və milli təhlükəsizlik, 
beynəlxalq 
səviyyədə 
inteqrasiyalar 
və 
s. üzrə PT 
mərkəzlərinin yaradılmasıdır.
Axtarışın, aşkar etmənin və şəxsiyyətə, cəmiyyətə və 
dövlətə qarşı cinayətlərin təşəbbüskarlarının identifikasiyasi 
sisteminin təkmilləşdirilməsi, bütovlükdə, xüsusi əhəmiyyət 
kəsb edir. Belə məsələlərin həlli qlobal miqyasda yeni 
yanaşmalar və ən müasir texnologiyaların tətbiqini tələb edir. 
Araşdırma və ya operativ-axtarış fəaliyyəti çərçivəsində 
alınmış istənilən dəlil real vaxt müddətində effektiv istifadə 
edilməlidır [1]. 
Milli 
zəmində 
hüquq-mühafizə 
sistemi, 
dövlət 
təhlükəsizliyi sisteminin və ölkənin müdafiə təminatı 
orqanlarının qarşısında duran məsələlərin geniş spektrini həll 
etməyə imkan verir: 

Potensial olaraq qeyri-qanuni işlər və təhlükəli 
əməllərin (vətəndaşların həyatı, dövlət qurumları və s.) 
həyata keçirilməsində şübhəli bilinənlərin və ya 
günahkarların axtarışı; 

Hadisələrin iştirakçılarının tapılması və aşkar edilməsi 
hüquq-mühafizə, dövlət təhlükəsizliyi və ölkənin 
müdafiəsinin təminatı sistemlərinin əsas məsələlərindən 
biridir; 

Dövlət səviyyəsində bu məsələlərin uğurla həlli artıq 
müasir proqram təminatlarından istifadə etməklə 
mümkündür; 

Multimedia məlumatlarının (şəkillər, videoyazılar və s.) 
yığımı və saxlanması üçün paylanmış sistemin 
yaradılması mühüm əhəmiyyət kəsb edir; 

İstintaq fəaliyyəti və operativ-axtarış tədbirləri 
prosesində yığılmış məlumatlar əsasında yaradılmış 
bazalarda şübhəli şəxslərin interaktiv axtarışının həyata 
keçirilməsi vacibdir və s. 
Proqram təminatının hazırlanması prosesi (ing. Software 
development process)ilk növbədə proqram təminatının 
hazırlanması üçün razılaşdırılmış strukturun işlənməsidir [2].
Proqram təminatının yaradılması zamanı alqoritmin 
effektiv işlənilməsi və verilənlərin strukturunun düzgün 
müəyyən edilməsi əsas rol oynayır. Məsələnin alqoritmi və 
verilənlərin strukturu effektivliyə təsir edən əsas aspektlərdir. 
Beləki, sonradan verilənlərin strukturunu dəyişmək alqoritmi 
dəyişməkdən daha çətindir.
Böyük paylanmış sistemlərin tərtibində əksər hallarda bir 
neçə proqramlaşdırma dillərindən istifadə olunur ki, bu da 
müəyyən çətinliklərin əmələ gəlməsinə səbəb olur. Yəni belə 
hallarda təhlükəsizlik təmin olunmur [3].
 
Proqram 
təminatının 
təhlükəsizliyi 
dedikdə 
onun 
müdafiəsinə yönəldilmiş tədbirlər kompleksi başa düşülür. 
Bu baxımdan proqram təminatının təhlükəsliyinin təmin 
olunması üsullarının araşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Proqram təminatının istismarında da təhlükəsizliyin təmin 
olunması vacib məsələlərdən biridir.
II. PROQRAM TƏMINATININ QORUNMASININ 
PROBLEMLƏRİ 
Proqram təminatının təhlükəsizliyi dedikdə müxtəlif 
problemlər (xətalar, səhvlər və s.) meydana çıxmadan onun 
işləmək 
xüsusiyyəti başa düşülür. PT-nin qorunması 
DOI: 10.25045/NCInfoSec.2018.15 



Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin