2. Qədim Azərbaycan ərazisində vergi sisteminin təşəkkül tapması
Qədim maliyyə institutu olan vergi sistemi dövlətin yaranması ilə eyni bir vaxtda
təşəkkül tapmışdır. Azərbaycanda vergi sisteminin inkişaf tarixini şərti olaraq bir
neçə dövrlərə bölmək olar.
Birinci dövr qədim dövr olmaqla Sasani imperiyası, Ərəb xilafəti və xilafətdən
sonrakı dövrləri əhatə edir;
İkinci dövr klassik vergi nəzəriyyələri əsasında vergi sistemlərinin təşəkkül tap-
ması dövri ilə bağlıdır.
Üçüncü dövr müasir vergi sistemlərini əhatə edir.
Qədim Şərqin bütün ölkələrində qədim dövrdə vergiqoyulma özünün natural
xarakteri ilə yanaşı, qeyri-mütəşəkkilliyi və təsadüfiliyi ilə xarakterizə olunurdu.
Belə ki, zəbt olunmuş ərazilərin əhalisinə qarşı son dərəcə sərt vergi siyasəti
yeridilmiş, onsuz da müvafiq vergi və mükəlləfiyyətlərə cəlb edilən əhalini, əlavə
olaraq yeni öhdəliklərə - bac, xərac, cizyə və töycülər ödəməyə məcbur etmişlər.
Qədim dövrdə Şərq ölkələrindən biri kimi, Azərbaycan dövlətinin də ərazisində müx-
təlif natural vergi və yığımlar: uşr, xərac, cizyə, töycü və s. ödəmələr tətbiq olunurdu.
Azərbaycan torpaqlarında yaşayan əhalidən yığılan həmin vergilər müxtəlif dövr-
lərdə müxtəlif imperiyaların xəzinələrinin gəlir mənbəyini təşkil edirdi. Tətbiq olu-
nan vergi və ödəmələrin hər birinin spesifik alınma və yığım qaydaları və şərtlərinin
olmasına baxmayaraq, vergi yükünün ağırlığı bir qayda olaraq aşağı təbəqənin,
əhalinin üzərinə qoyulurdu.
Sasani imperiyası VII əsrdə Qədim dünyanın (Avropanın) şərq sahəsini təşkil
edirdi [1]. Qədim mənbələrdə imperiya xəzinəsinə bac verən Azərbaycan tor-
paqlarından Layzanşah və Şirvanşah torpaqlarının adı çəkilir. Prof. M.X.Şərifli qeyd
edirdi ki, həmin bac - «xaraq» adlanırdı. Beləliklə, əvvəllər «xaraq», sonrakı yüzil-
liklərdə isə «xərac» adlanan qədim vergi ilk dəfə Sasanilər sülaləsi tərəfindən tətbiq
edilmişdir.
Tədqiq olunan dövrdə vergi və məcburi ödəmələrin yığım qaydalarına gəlincə,
demək lazımdır ki, müxtəlif hakimlər tərəfindən yığımın ayrı-ayrı qaydaları tətbiq
olunurdu. Sasani imperiyası dövründə daha mükəmməl qayda I Xosrov Ənuşirəvan
A.Musayev. Azərbaycan ərazisində vergi sisteminin inkişaf tarixi
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 7/2011.
103
tərəfindən qoyulmuşdu. Onun əmri ilə bütün imperiya əhalisinin siyahıya alınması
və torpaq sahələrinin və mülklərinin kadastrı həyata keçirildi. Bu siyasətin
nəticəsində bütün vilayətlərdən, habelə bütün Azərbaycan ərazilərindən xəzinəyə
daxil olan vergilərin yığımı qaydaya salındı.
Müqəddəs Quran Allah tərəfindən müsəlmanlara və bütün dünyanın insanlarına
bəxş edilən keçmiş və gələcək haqqında həqiqətləri özündə təcəssüm etdirən müdrik
bir kitabdır. Məlumdur ki, Quran sələmçiliyi qadağan edir. Bu barədə «Əl-Bəqərə»
Surəsi 275-ci ayədə konkret olaraq deyilir ki, «Sələm (faiz) yeyənlər qəbirlərindən
ancaq şeytan toxunmuş kimi qalxarlar. Allah alış-verişi halal, sələm (faiz) almağı
isə haram etmişdir. Allah sələmi məhv edər, sədəqələri isə artırar» [2].
Qurani-Kərim müsəlmanların bir neçə maddi və maliyyə öhdəliklərini (fərzlərini),
o cümlədən, 6-cı Surə- Əl-ən’am» Surəsi 141 ayədə – «haqq»; 2-ci Surə - «Əl-
Bəqərə» Surəsi 267-ci ayədə- «infaq»; 9-cu Surə - «Ət-tövbə» 60-cı ayədə -
«sədəqə»; 2-ci Surə - «Əl-Bəqərə» surəsi 184-cü ayədə - «fitrə» (fidyə); 2-ci Surə
«Əl-Bəqərə» surəsi 43-cü ayədə - «Zəkat» (vergi) müəyyən edir.
Qurani- Kərimdə «Əl-Bəqərə» Surəsinin 272-ci ayəsində sədəqənin anlayışı və
məzmunu göstərilmişdir. Belə ki, sədəqə Allah yolunda canından keçərək özünü
dolandırmaq üçün yer üzərində hərəkət edə bilməyən və ya buna imkanı olmayan
yoxsullar üçün nəzərdə tutulan belə şəxslər, əslində, dilənçilikdən çəkindiklərinə
görə bəziləri onları dövlətli hesab edə bilərlər. Onlar heç kəsdən israrla bir şey
istəməzlər.
Sədəqə haqqında Qurani-Kərimdə yazılan ayələri təhlil edərək belə qənaətə
gəlmək olur ki, sədəqə könüllü surətdə verilməsi nəzərdə tutulan ianədir. Maddi
köməkdir, haqqdır, ödəncdir. Lakin onun verilməsi biz müsəlmanlar üçün fərz, yəni
öhdəlik, vəzifə hesab edilməlidir. Sədəqə verməklə hər bir müsəlman əslində mənəvi,
psixoloji, maddi cəhətdən rahatlıq tapır. Ona görə ki, bununla onun bir kimsəyə
köməyi dəymiş, bir kimsənin ailəsini aclıqdan qurtarmış, bir kimsənin maddi
vəziyyətini yüngülləşdirmiş olur [3].
Sənətə görə, müsəlmanın digər fərslərindən, yəni vəzifələrindən biri də «fitrə»
verməkdir. Fitrə Ramazan ayının sonunda müsəlmanlar tərəfindən icra olunan fərs-
dir. Fitrənin verilməsi həmin Ramazan ayında oruc tutmaq qədər mühüm olan və-
zifədir («Əl-Bəqərə» surəsi, 183-185 ayələr). Fitrə- yoxsullara münasibətdə olunan
köməkdir.
Quranın 23-cü «Əl-muminin» surəsinin 4-cü ayəsində; 24-cü «Ən-Nur» surəsinin
56-cı ayəsində; 41-ci «Fussilət» surəsinin 7 və 8-ci ayələrində müsəlmanların başlıca
vəzifəsinin zəkat olduğu göstərilir. Bütövlükdə 107-ci surə isə «Əl-Maun» surəsi isə
elə «zəkat» adlanır və zəkatın verilməsini müsəlmanlar üçün məcburi vəzifə hesab
edir. Müqəddəs Quran zəkata böyük əhəmiyyət verir.
Qurani-Kərimdə bütün əks olunan və verilməsi nəzərdə tutulan ianələr və ödənc-
lərin hərəsinin özünəməxsus xüsusiyyəti, təyinatı və məqsədləri vardır. Belə ki,
104
sədəqə nə məcburdur, nə də verilmə vaxtı və miqdarı məlumdur. Sədəqə- qazanclar-
dan Allah yolunda sərf etmək, kasıblara, imkansızlara kömək etmək deməkdir («Əl-
Bəqərə», 273-cü ayə) Haqq- Quranın 16-cı surəsi olan «Əl-Ənam» surəsinin 141-ci
ayəsinə görə, Allahın yaratdığı bağ-bağatın bəhrələrindən həm insanların özlərinin
istifadə etməsi və habelə, o bəhrələrin yığımı günü haqqının ödənilməsini müəyyən
edən borcdur.
Şəriət vergiyə cəlb olmanın daha bir formasını da müəyyən etmişdir ki, ona
“xüms” deyilir. Xüms-əmlak və işgüzarlıqdan alınan vergi olaraq, gəlirin beşdə bir
hissəsini əhatə edir.
İslamda vergi sistemi insanların ən ali davranış qaydaları ilə, özünü dərketmə
prinsipi ilə əlaqələndirilir. Yəni hər bir şəxs əldə etdiyi gəlirin artıq qalan hissəsindən
beşdə bir düsturu ilə xüms verməlidir.
VIII əsrin ikinci yarısından XIII əsrin əvvəllərinədək olan Ərəb Xilafəti dövrü
Azərbaycanın orta əsr mədəniyyəti və iqtisadiyyatı tarixində daha məhsuldar
olmuşdur.
Tarixi faktlar göstərir ki, xərac müsəlman dövlətlərində tətbiq edilən vergi ol-
maqla, üç formaya malik idi: birincisi, əraziyə və torpağın ölçüsünə görə nağd pulla
alınırdı ki, buna «misahə» xəracı deyilirdi; ikincisi, xalis məhsula görə natural for-
mada tutulurdu, buna «müqasimə» deyilirdi; üçüncüsü, torpağın ölçüsü və məhsulun
miqdarına görə deyil, yalnız müəyyən bir məbləğ nəzərdə tutulurdu ki, bu -
«müqatsə» adlandırılırdı [4].
Xərac sistemi həm Sasanilər dövründə, həm də sonrakı yüzilliklərdə dövlətin
əlində əhaliyə qarşı əsas istismar aləti olmuşdur.
Qədim mənbələrə istinad edən tarixçilərin əsərlərindən görünür ki, orta əsrlərdə
xərac vergisinin tətbiq edilməsi ağır şəraitdə həyata keçirilir və bütün Şərq
ölkələrində olduğu kimi, Azərbaycanda da vergi, dövlətin əlində kəndliləri var-yox-
dan çıxarmaq aləti idi.
Belə ki, silah gücünə işğal edilən torpağın əhalisi islamı qəbul etdiyi təqdirdə tor-
paq onun əlində qalırdı. Bununla belə, torpağa görə xərac vergisi və məhsuldar zəkat
ödənilməli idi. Lakin islamı qəbul etməyən əhalinin torpaqları əllərindən alınıb, tor-
pağı işğal edənlərə paylanırdı. İslamı qəbul etməyən əhali dövlətə can vergisi -
«cizyə» verməli idi. Əgər islamı qəbul edərək torpağı becərərdilərsə, bu torpağa görə
xərac vergisi ödəməli idilər.
Mənbələrə görə orta əsrlərdə tətbiq edilən vergilərin içərisində ən ağırı elə xərac
vergisi idi.
Ərəb Xilafəti dövründə «cizyə» (Sasanilər dövründə - gizit) can vergisi olub, tər-
cümədə «dövlətin təbəəsi olmaq» mənasını daşıyırdı. Bu vergi pul formasında tətbiq
olunurdu. İşğal edilən torpağın əhalisi İslamı qəbul etməkdən boyun qaçırırdılarsa,
onlardan dövlətin xeyrinə «cizyə» alınırdı. Beləliklə, cizyə - əhalinin müsəlman ol-
mayan təbəqələrindən alınan can vergisi olmuşdur.
A.Musayev. Azərbaycan ərazisində vergi sisteminin inkişaf tarixi
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 7/2011.
105
Dostları ilə paylaş: |