Xülasə Tədqiqatın məqsədi Azərbaycan ərazisində qədim dövrlərdən hazırki dövrədək


 Azərbaycanın vergi sistemi tarixində aparılan vergi islahatlarının



Yüklə 380,7 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix02.01.2022
ölçüsü380,7 Kb.
#46140
növüXülasə
1   2   3   4   5   6   7
arastirmax-azrbaycan-razisind-vergi-sisteminin-inkisaf-tarixi

3. Azərbaycanın vergi sistemi tarixində aparılan vergi islahatlarının

mahiyyəti

Orta əsrlərin vergi münasibətləri tarixində ayrı-ayrı hökmdarlar tərəfindən vergi

islahatları da aparılmış və aparılan islahatların müəyyən dərəcədə əhəmiyyəti də ol-

muşdur. Onlardan bəziləri aqressiv və mürtəce xarakter daşımış, bəziləri isə əksinə

mütərəqqi istiqamətdə aparılmışdır. 

Bütövlükdə isə vergiqoyma sahəsində olan dəyişikliklər məzmunundan asılı ol-

mayaraq vergi işinin bir yerdə dayanmayıb inkişaf etməsi və təkmilləşməsi demək

idi. Bu nöqteyi-nəzərdən, Qazan xanın 1295-1304-cü illərdə vergi sahəsində apardığı

islahatlar hətta monqolların Azərbaycana təsiri şəraitində olsa da belə, orta əsr vergi

işi tarixinin ən yüksək nailiyyəti idi.

Qazan xana qədər isə, ölkədə əvvəlki vergilərlə yanaşı, monqolların təyin etdiyi

yeni vergilər toplanırdı. Əhalinin 10 yaşdan 60 yaşadək kişiləri siyahıya alınmış,

40-dan artıq vergi və mükəlləfiyyətlər müəyyən olunmuşdu. Vergi yığılmasında

qayda-qanun olmadığından eyni vergi təkrarən alınırdı. Vergini verə bilməyənlərin

oğul və qızları əllərindən alınır, rəiyyəti məcburi əməyə (biyara) cəlb edirdilər [5].

Qazan xanın apardığı istər iqtisadi islahatlar, istərsə də vergi islahatları tezliklə

öz müsbət nəticələrini göstərdi. Əvvəla, ölkə iqtisadiyyatında müsbət dəyişikliklər

baş verdi. İkincisi, bu islahat əhalinin vəziyyətini müəyyən dərəcədə yüngülləşdirdi.

Üçüncüsü, vergi islahatları dövlət xəzinəsinə vergi daxilolmalarının artmasına səbəb

oldu. Nəhayət iqtisadiyyatın vəziyyəti xeyli möhkəmləndi və belə vəziyyət bir neçə

onilliklər boyu davam etdi.

Uzun Həsəndən sonra XV əsrin axırlarında daha bir islahat yeni Ağqoyunlu

padşahı tərəfindən aparıldı. Belə ki, 20-yə qədər vergi və mükəlləfiyyətlər ləğv edildi

və xəracın yeni forması olan «malcəhət» torpaq vergisi kimi, kəndli məhsulunun

böyük bir hissəsindən ibarət olmaqla tətbiq olundu. Bununla belə, ailə və can vergisi

- hər kəndli ailəsindən adambaşına alınan vergi; inzibati idarə məmurlarının və

ruhanilərin, əsgəri qoşunların xeyrinə yığılan vergi; tamğa-gömrük rüsumu; şilan-

bəha-hakimlərin xərcləri üçün alınan vergi; rəsmül-sədarə-ruhani başçısının xeyrinə

vergi; rəsmül-vəzarə-vəzirin xeyrinə vergi darğalıq-yerli hökumət məmurları üçün

vergi; rüsumi-ümmal-maliyyə məmurları üçün vergi; məvaşi-mal-qaradan, yaxud

otlaqlardan yığılan vergi; tağar-taxılı olanlardan və çaxır çəkənlərdən yığılan vergi;

avarizat-müxtəlif hadisələrlə bağlı yığılan ərzaq vergisi və s.vergilər tutulurdu.

XVIII  əsrin  sonu  XIX  əsrin  başlanğıcında  Şimali  Azərbaycan  torpaqları

Rusiyanın tərkibinə qatıldıqdan sonra xanların, habelə Rusiya tərəfə keçməkdən

imtina  edib  qaçmış  feodalların  torpaqları  dövlət  xəzinəsinin  ixtiyarına  keçdi.

Kəndlilər istifadə etdikləri torpaqlara görə dövlət xəzinəsinə və torpaq sahiblərinə

vergilər ödəyir, mükəlləfiyyətlər daşıyırdılar. Bu dövrdə də vergilər həm pulla, həm

də natura ilə ödənilirdi. 




106


Yüklə 380,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin