Xülasə Tədqiqatın məqsədi Azərbaycan ərazisində qədim dövrlərdən hazırki dövrədək


 Müasir Azərbaycanın vergi sistemi



Yüklə 380,7 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix02.01.2022
ölçüsü380,7 Kb.
#46140
növüXülasə
1   2   3   4   5   6   7
arastirmax-azrbaycan-razisind-vergi-sisteminin-inkisaf-tarixi

5. Müasir Azərbaycanın vergi sistemi

Azərbaycan Respublikasında formalaşmış olan bazar iqtisadiyyatının əsas me-

xanizmlərindən biri kimi vergi sistemi çıxış edir. Dövlətin vergiqoyulma sahəsində

isə bazar münasibətlərinə bir neçə onilliklər bundan əvvəl daxil olmuş və inkişaf

edən dövlətlərdən fərqli olaraq, təcrübəsi çox azdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində deyilir ki, qanunla

müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında



108

ödəmək hər kəsin borcudur» [8]. Əgər maddənin məzmununa fikir versək, burada

«qanunla müəyyən edilmiş vergilər» ifadəsində ikili məna olduğunu anlayarıq. Belə

ki, vergi qanunla müəyyən olunmalıdır, yəni verginin normativ əsasından söhbət

gedir. Hazırda bir çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiy-

yatına uyğun vergi sistemi qurulmuşdur.

Vergi sistemi - təşkilati-hüquqi və iqtisadi vahidliyə malik ayrı-ayrı vergilərin

məcmusudur.

Azərbaycan Respublikasının vergi sistemi müxtəlif şərtlərdən ibarət elementləri

özündə birləşdirir: 

vergiqoyulma prinsipləri sistemi;



vergiqoyulma tərkibi;

vergi və rüsumlar sistemi;



vergi ödəyicilərinin tərkibi;

vergi nəzarəti sistemi;



vergi hüququnun sistemi;

vergi təhlükəsizliyi sistemi;



vergi hüququnun subyektlərinin hüquq və vəzifələrinin tərkibi;

büdcələr arasında vergi daxilolmalarının bölüşdürülməsi qaydası;



vergi münasibətləri iştirakçılarının hüquq və mənafelərinin müdafiə üsullarının

sistemi.

Müasir dövrdə dünyada aşağıdakı vergi sistemi modelləri mövcuddur:

 anqlosakson modeli;

 avrokontinental modeli;

 latınamerikan modeli;

 qarışıq model.

Azərbaycan avrokontinental modelinə aiddir.


Yüklə 380,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin