4. Klassik vergi nəzəriyyələri əsasında formalaşan vergi sistemi
Vergi nəzəriyyəsi özündə vergilərin mahiyyəti, tətbiqi texnikası, onların cəmiyyət
həyatında rolu və əhəmiyyətinə dair təcrübəyə söykənməli olan elmi baxışları və
konsepsiyaları əks etdirir. Dövlətlərin vergi sistemləri modellərinin əsasında
müəyyən nəzəriyyələr dayanır.
Vergi sisteminə dair bütün nəzəriyyələr ümumi və xüsusi nəzəriyyələrə bölünür.
Ümumi nəzəriyyələr vergi münasibətlərinin mahiyyətinin subyektlərin davranış
qaydalarını müəyyən etməklə təhlil edilməsini və vergi münasibətlərinin tənzimində
optimal və əlverişli yolların araşdırılması və onların müqabilində baş verəcək
nəticələri qabaqcadan görməklə subyektlərin xəbərdar edilməsi məsələsi ilə bağlıdır.
Bu tip nəzəriyyələr az qala orta əsrlərdən bəri yaradılmış və sonralar da artmışdır.
Yaradılması tarixi orta əsrlərə aid olan «dəyişmə nəzəriyyəsi» vergilərin əvəzli
olması ideyasından çıxış etmişdir. Hesab edilmişdir ki, insanlar vergi ödəməklə,
bunun əvəzində dövlətdən qayda-qanunun qorunmasını və s. xidmətləri sanki satın
alırlar.
İntibah dövründə Monteskye, Volter, Hobbs, Mirabo tərəfindən yaradılmış «ato-
mistik nəzəriyyə»yə görə də vergi tərəflər arasında müqavilə nəticəsi olmaqla, -
təbəələrin müxtəlif xidmətlərə görə dövlətə köçürdüyü haqdır. Bu nəzəriyyəyə görə
heç kəs əldə olunmuş faydaların müqabilində ödəniləcək vergilərdən imtina edə
bilməz.
XIX əsrin birinci yarısında J.Simond de Sismondi tərəfindən irəli sürülmüş
nəzəriyyəyə görə vergi – mülkiyyət hüququndan istifadə etməklə, ədalət mühakiməsi
və ictimai qaydalardan xeyir görən vətəndaş tərəfindən ödənilən həmin nemətlərin
qiymətləridir.
Klassik vergi nəzəriyyəsinin tərəfdarları vergiləri dövlət gəlirlərinin bir növü kimi
müəyyən edir, hökumətin saxlanması üçün bir mənbə kimi qəbul edir, lakin hər hansı
başqa əhəmiyyət kəsb etmədiyini israr edirlər. Belə ki, vergilərin iqtisadiyyatı tənzim
etməsi fikirləri onlar tərəfindən təkzib olunur. Rüsumlar və yığımlara gəldikdə isə,
onların vergilər sisteminə daxil edilməsinə birmənalı münasibət göstərilmir.
Şotland iqtisadçısı Adam Smit özünün klassik vergi nəzəriyyəsində vergilərə dair
irəli sürdüyü prinsiplərin ikisi vergi elementlərinin əhəmiyyəti ilə bağlı idi [6].
XX əsrin 50-ci illərində amerikan iqtisadçısı Milton Fridmanın irəli sürdüyü Mo-
netarizm nəzəriyyəsi pul dövriyyəsinin kəmiyyət baxımdan qiymətləndirilməsinə
əsaslanaraq, vergilərə, digər elementlər kimi, dövriyyəyə təsir göstərə bilən bir me-
xanizm kimi baxırdı.
Artıq qeyd olunduğu kimi, vergi nəzəriyyələrinin bir qismini xüsusi nəzəriyyələr
təşkil edir. Belə nəzəriyyələr müxtəlif dövrlərdə yaranmışdır.
Hələ orta əsrlərdə, habelə orta əsrlərin sonlarında, eləcə də XIX əsrin axırlarında
irəli sürülmüş nəzəriyyələrdən biri «Dolayı və düzünə vergiqoyulma arasında
A.Musayev. Azərbaycan ərazisində vergi sisteminin inkişaf tarixi
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 7/2011.
107
qarşılıqlı münasibət nəzəriyyə»si idi [7]. Bu nəzəriyyənin mahiyyəti qeyd edilən
dövrlərdən asılı olaraq bir-birlərindən fərqlənirdi. Belə ki, orta əsrlərdəki mövqelərə
görə, vergi sistemlərinin düzünə vergilər əsasında yaradılması məqsədəuyğun, dolayı
vergilər isə zərərli hesab edilirdi. Orta əsrlərin axırlarında, əksinə, dolayı vergilərə
üstünlük verilməsi təbliğ edilirdi. Lakin XIX əsrin axırlarında isə nəzəriyyəçilər
dolayı və düzünə vergiqoyulma arasında balansın saxlanılmasını zəruri hesab
edirdilər.
Xüsusi nəzəriyyələrə müxtəlif dövrlərdə proporsional və proqressiv vergiqoyulma
nəzəriyyəsini, habelə vergi yükünün digərinə keçirilməsi (vergi yükünün əvəz-
ləşdirilməsi) haqqında nəzəriyyəni (XVII əsrin ortaları) aid etmək olar.
Xüsusi nəzəriyyələr içərisində mərkəzi yerlərdən birini (Los-Anceles şəhəri)
Cənubi- Kaliforniya Universitetinin professoru, iqtisadçı alim Artur Lefferin «Büdcə
daxilolmalarının vergi dərəcələri hədlərindən asılılığı» nəzəriyyəsi tutur. A.Leffer
vergiqoyulmanın proqressivliyi ilə büdcə gəlirləri arasında asılılığı ifadə edən Leffer
əyrisinin müəllifidir.
XIX əsrdə proqressivlik metodunun müdafiəsində dayanan «Təlafatların bərabər-
liyi nəzəriyyəsi» və «Minimum tələfat nəzəriyyəsi» (bəzi mənbələrə görə, onların
müəllifləri sırasında rus alimi D.İ. Boqolepov, ingilis alimi Edvard R.A. Seliqman
və başqalarının adlarını çəkmək olar) yaranmışdı.
«Tələfatların bərabərliyi nəzəriyyəsi»nin gəldiyi nəticə ondan ibarət idi ki, gəlir
məbləğinin artması ilə onun subyektiv dəyəri aşağı düşür. Belə ki, həmin gəlir daha
az həcmdə zəruri təlabatların təmin olunmasına xərclənmiş olur.
«Minimum tələfat nəzəriyyəsi»nin vergiqoyulmanın proqressivliyinə münasibəti
başqa cür olmuşdur. Bu nəzəriyyəyə əsasən, vergi siyasətinin başlıca vəzifəsi xalq
təsərrüfatından planlaşdırılan lazımi qədər məbləği bütün əhali, bütün vergi ödəyi-
cilər tərəfindən daha az təlafatla yığa bilməkdən ibarətdir.
Beləliklə, vergilər yaşayış minimumunu təmin etdikdən sonra, gəlirin sərbəst
qalan artığını mənimsəmə vasitəsi olmamalıdır. Normal olan odur ki, vergilər zəruri
istehlak fonduna toxunmadan gəlirin məhz elə həmin artıq olan hissəsindən
ödənilməlidir.
Dostları ilə paylaş: |