Xürrəmilər Hərəkatı



Yüklə 483,64 Kb.
səhifə10/10
tarix03.04.2022
ölçüsü483,64 Kb.
#54645
1   2   3   4   5   6   7   8   9   10
XURREMI-2 (1)

Babəkin edamı

Babək ilə qardaşı gizlincə çox yol getdilər, nəhayət, aclıq onları vadar etdi ki, açıq yola çıxsınlar. Bu yerdən bir az aralı sərhəd məntəqəsi vardı və həmin vilayətin Şəki hökmdarı knyaz Səhl ibn Sunbatın mühafizə dəstəsi burada keşik çəkirdi. Buraya gələn Səhl vaxtilə ümumi mənafeyi bir olan Babəki tanıdı. İbn əl- Əsir “əl- Kamil fil Tarix” kitabında yazır: “Babəkin Bizansa getdiyini Səhl bilirdi. O, Babəki qalasına dəvət edərək dedi: Bu sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra nə edəcəyini qət edəcəksən. Ac və yorğun olan Babək Səhlə inandı və onunla razılaşdı. Səhl Afşinə Babəkin onun yanında olduğunu xəbər verdi. Bir neçə gündən sonra Səhl qurduğu tələdə Babək tutuldu. Dinəvəri və İbn İbri, eləcə də Alban tarixçisi Musa Kalankatlu (Moisey Dasxuranlı) Babəkin Səhl tərəfindən əsir edildiyi və Afşinə təhvil verildiyi yazılır. Tarixçi Vardan yazır ki, Səhl “qiyamçı Babəki tutdu və Afşinə verdi”. Az sonra Afşinin tələbinə görə İbn İstifanus Babəkin qardaşı Abdullanı da təslim etdi. Vardan deyir ki, Babəki tutmaq üçün Səhl “Afşindən bəxşiş olaraq 1000 kişr gümüş və bir daha 100min aldı”. Afşin babəkin və onun qardaşının tutulmasını xəlifə Mötəsimə xəbər verdi. Ət- Təbəri yazır: “Afşin İraqa qayıtmağa hazırlaşarkən Babəkə dedi: mən səninlə İraqa yola düşmək niyyətindəyəm, buna görə Azərbaycan torpağında istədiyin yerə axırıncı dəfə baxa bilərsən. Babək belə cavab verdi: Mən öz şəhərimə baxmaq istərdim. 837- ci ildə sentyabrın 15- də Babək bir zaman alınmaz qala olan Bəzzin dağıdılmış mənzərəsini yad edəndən sonra Bərzəndə Afşinin yanına gətirildi. Babək və onun qardaşı 838- ci ilin yanvarın 4- də Səmərraya(Samirə) gətirildi. Ərəb tarixçiləri əl- Məkin, İbn Təqriberdi və Məsudi qeyd edir ki, Babək müxtəsər dindirildikdən sonra şaqqalandı, onun başı əhalini qorxutmaq üçün Xorasana göndərdi, bədəni isə Səmərrada asıldı. Babəkin edam zamanı göstərdiyi mətanət, dözümlülük orta əsr ərəb tarixçilərinin əsərlərində də qeyd olunub. İbn Təqriberdi deyir ki, Babək öz zəmanəsini qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir igid idi. Mütəhhər əl- Müqəddəsinin məlumatına görə: “Babəkin üzərində qələbə İslam dövlətində ən böyük qələbə idi, onun əsir olduğu gün isə müsəlmanların bayram günü idi”.


Yüklə 483,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin