Xürrəmilər Hərəkatı



Yüklə 483,64 Kb.
səhifə5/10
tarix03.04.2022
ölçüsü483,64 Kb.
#54645
1   2   3   4   5   6   7   8   9   10
XURREMI-2 (1)

BABƏK Xürrəmi

Ondan 30 il sonra, yəni hicri 192- ci ildə (807- 808- ci illər) Azərbaycan xürrəmiləri üsyan etmişdilər. 9 il sonra yəni hicri 201- ci ildə(816- 817) Babək onların başçısı sifətilə ortalığa çıxmışdır. Babək hicri 223- cü ilə (837- 838) qədər 20 il xürrəmilərə başçılıq etmişdir. Təbəri onların bütün hökümdarlığını 30 il qeyd etdikdə bu hərəkatı Cavidanın qiyam etdiyi ildən hesablayır. Başqa tarixçilər isə “xürrəmilər 20 il hökmranlıq etmişlər” dedikdə, bu hərəkata Babəkin başçılıq etdiyi dövrü nəzərdə tutmuşlar. Babək Bəzzdə xürrəmilər icmasının rəhbərliyini qəbul edən vaxt, onun tərəfdarlarının sayı çox deyildi. Mütəhhər əl- Müqəddəsi yazır ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün siqnallarını gözləsinlər. Əbül- Fərəc Məhəmməd ibn İshaq ən- Nədiminin “əl- Fihrist” əsərində yazır ki, Babəkədən əvvəl “xürrəmilərin dini etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər”. Babək xürrəmilərə rəhbərliyə keçəndən sonra icmanın daxilində dəyişiklik əmələ gəldi. 819-cu ildə (hicri 203-cü ildə) xəlifə Yəhya ibn Müaz ibn Müslimin komandası altında Babəkə qarşı ilk nizami ordu göndərdi. Ət- Təbəri, İbn əl- Əsir və İbn Taqriberdi kimi tarixçilərin qeydinə görə bu vuruşmada tərəflərdən heç biri məğlub olmadı. Hicri 205- ci ildə, yəni bizim eranın 820- 821- ci illərində başqa bir müharibə başladı. Bu barədə İbn əl- Əsir “əl- Kamil fit- tarix” əsərində yazır: “məmun Ərməniyyə və Azərbaycan hökmdarlığını İsa ibn Məhəmməd ibn Əbü Xalidə verib, onu Babəkin müharibəsinə göndərdi”. O, Babəklə müharibə üçün ordu toplayaraq 821- 822-ci ildə bir dərə ilə hərəkət etdi, burada Babək onun qabağını kəsdi və onu qaçmağa vadar etdi. Isa da dalına baxmadan hey qaçırdı, nəhayət zarafatcıl bir əsgər onu səsləyib dedi: “onlarla (xürrəmilərlə) müharibədə bizim işimiz gətirmir, biz ancaq müsəlmanları qorxuda bilərik”. 823- 824- cü Züreyk(Zərik) ibn Əli ibn Sədəfə əl- Əzdi komandan oldu. Babəklə müharibə işi ona tapşırıldı. Ərəb tarixçisi Əl- Yaqubi və İbn Təqriberdi yazır ki, Züreyk(Zərik) xürrrəmilərlə heç nə edə bilmədi. 824- 825- ci illərdə Əhməd ibn Cüneyd İskafi Babəkin müharibəsinə getdi. Amma Babək onu əsir götürdü. Sonra Azərbaycanın hökmdarlığı İbrahim ibn Leys ibn Fəzlə verildi. 827- ci ildə xəlifə Məhəmməd əl- Tusini ərəb ordusunun komandanı təyin etdi. O, isə ilk əvvəl Züreyki(Zəriki) öldürdü. Məhəmməd 827-ci ildə Babəklə müharibəyə girişdi və 2 il ərzində davam edən vuruşmada müvəffəqiyyət həmişə onun tərəfində idi.


Yüklə 483,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin