Xürrəmilər Hərəkatı


Ərəblərlə Baş Verən Döyüşlər



Yüklə 483,64 Kb.
səhifə6/10
tarix03.04.2022
ölçüsü483,64 Kb.
#54645
1   2   3   4   5   6   7   8   9   10
XURREMI-2 (1)

Ərəblərlə Baş Verən Döyüşlər

  • 3 iyul 829- cu ildə Həştadsər dağında ərəblərlə Babək tərəfdarları arasında əsas döyüş oldu. ərəblərin məqsədi xürrəmilərin istehkamı Bəzzi tutmaq idi. Babək Tusini qoşunları üçün pusqu düzəltdi. Qanlı vuruşmadan sonra ərəblər məğlub olaraq qaçmağa başladılar. 829- 830- cu ildə Məmun Azərbaycan, Cibal, İsfahana Əli ibn Hişamı hakim təyi etdi və həm də xürrəmilərlə vuruşmağı tapşırdı. Lakin Əli ibn Hişam əyalətlərdə özbaşınalıq etməyə və xalqı sıxışdırmağa başladığına görə xəlifə onu sakitləşdirmək üçün Yəmən hakimi Uceyf ibn Ənbası göndərdi. Bunu xəbər alan Əli ibn Hişam Uceyfə hücum edib onu öldürmək və Babəkin tərəfinə qaçmaq istədi, lakin tutuldu və 830- 831- ci illərdə Bağdadda edam edildi. Dinəvəri qeyd edir ki, bu zaman “Babəkim işi böyük vüsət aldı və adamlar ondan qorxmağa başladılar”. Xəlifə Məmun 833- cü ilin acqustun 7- də öldü, öz qardaşı Mötəsimi taxta varis təyin edərək ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi. Təbəri yazır ki, xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər. Ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı uzun çəksə sən öz tərəfdarların və yaxın adamlarınla onların üstünə get”. 833- cü il avqustun 10-da Mötəsim xəlifə elan edildi. Ət- Təbəri “Tarix ər- rüsul və- l- mülk” də yazır: “ Mötəsim onlara qarşı qoşun göndərdi, onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi ki, onu da Mötəsim, həmin ilin(yəni 833- cü ildə) Şəvval ayında(hicri təqvimlə oktyabrın 20- si noyabrın 17- si) Cibala hakim təyin etmişdi. O, zülqədər ayında xürrəmilərin üstünə gəldi. Onun xürrəmilər üzərində çaldığı qələbə haqqındakı məlumat Bağdadda təvriyyə günündə (həmin gün ki, zəvvarlar Məkkədən Minaya gedirdilər) 833- cü il dekabrın 25- i oxundu. Bu döyüşdə bəzi mənbələr məsələn Nizam əl- Mülk “Siyasətnamə”sində bildirir ki, İshaq ibn İbrahim 100 min xürrəmini məhv etdi. Təbəriyə görə 60min xürrəmi məhv edilmişdi. Bu döyüş xürrəmilər üzərində xilafət qoşunlarının ilk böyük qələbəsi idi.

Yüklə 483,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin