Əz- Zəhəbi yazır: 835- ci il iyunun 3- də Xəlifə Mötəsimin Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Xidr ibn Kavusa tapşirdi. Afşinin adı Kavus oğlu Xidr və ya Xnidr idi. Bəzi müəlliflər Afşinin adını yalnış olaraq Heydər yazmışlar. Afşin xürrəmilərlə vuruşmada girəndə gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda 5min dirhəm alırdı. Əz- Zəhəbi yazır ki, təkcə 837- ci ildə Mötəsim Babəklə müharibəyə 1mln dirhəm xərcləmişdi. 835- ci ildə Arşak yaşayış məntəqəsində baş verən döyüşdə xürrəmilər məğlub oldular. 836- cı illdə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl- Kəbrin komandası altındakı ərəb ordusu arasında vuruşma oldu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Babək 2000- lik dəstə ilə gözlənilmədən Buğanın qarşısına çıxdı və onun qoşununu qapalı bir dərədə məğlub etdi. “Böyük Buğa” çətinliklə qaçıb qurtula bildi.