Xüsusi psixologiya (ailə, və ev təhsili, 20 saat/seminar)



Yüklə 142,5 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü142,5 Kb.
#43095
  1   2
Xüsusi psixologiya-PROQRAM yeni


АZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

ADPU-nun nəzdində

Azərbaycan Dövlət Pedaqoji Kolleci


XÜSUSİ

PSİXOLOGİYA


(PROQRAM)

BAKI-2018

ELMİ REDAKTOR:

RƏYÇİLƏR:



“Xüsusi psixologiya” fənninin proqramı, Əli İbrahimbəyli, Pedaqoji Kollecin mü­əllimi, Bakı, 2018 s.
İZAHAT VƏRƏQİ
Xüsusi psixologiya (korreksiya psixologiyası) psi­xo­logiya elminin bir sahəsidir. Xüsusi psixologiya ana­dan olandan sonra uşaqların inkişafında baş verən lən­gimə, yayınma və pozuntuların yaranma səbəblə­rini (üz­vi və funksional təbiətini), xüsusiyyətlərini və qar­şısının alınması yollarını öyrənir. Hələ erkən yaş­lar­dan uşaqalrın fəaliyyət və davranışında, ünsiy­yə­tin­də on­la­rın yaşadıqları problemlər müxtəlif formalarda tə­za­hür edir. Xüsusi psixologiyası onların hər birini özü­­nün mənşəyinə görə araşdıraraq qarşısınnı alın­ma­sı, o cüm­lədən uşaqların təhsil alması, sosial mühitə adap­tasiya olunması istiqamətində tədqiqatlar apara­raq on­ar üçün yaradılmalı olan xüsusi şəraiti, öyrənir. Uşaq­ların təli­mə ünsiyyətə, qarşılılqı münasibətlərə uy­ğun­laş­ması, təh­sil məkanına daxil olması və özünün gə­lə­cək peşə sahə­sini seçərək müqəddəratını təyin et­mə­si üçün psi­xo­lo­ji-pedaqoji imkanlar yaradır.

Bunlarla yanaşı, xüsusi psixologiya zehni əlilliyi, görmə, eşitmə və fiziki qüsurları olan uşaqların xüsusi təh­silə almağa, xüsusi tərbiyə şəraitində yaşamağa olan ehtiyacların əhatə dairəsini müəyyənləşdirir. On­la­rın inkişaf problemlərini və xüsusi qayğıya olan ehtiya­cını aydınlaşdırır. Bütövlükdə, xüsusi psixologiya yaş və inkişaf psixologiyası, pedaqoji psixologiya, ailə psi­xologiyası və digər bu kimi sahələrdə qarşılıqlı əlaqə­dədir. Çünki xüsusi psixologiyanın predmeti bir çox hal­larda həmin sahələrin predmeti ilə üst-üstə düşür. Bu mənada hazırda xüsusi psixologiya xüsusi qayğıya ehtiyacı olan şəxslərin inkişaf problemlərini tədqiq edən inkişaf psixologiyasının bir sahəsi kimi qəbul olunur.

Xüsusi psixologiyanın ayrıca elm kimi formalaş­ma­sı XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə uşaq­ların təlim-tərbiyəsində onların heç də hər birini bir­gə təhsil almalarının mümkün olmadığı təsdiq edil­di. Be­lə uşaqlar üçün onların dərketə sahəsinə, emo­si­onal və­ziyyətinə müvafiq təhsil mühitinin yaradıl­ma­sı­na başlandı.

Hazırda xüsusi psixologiyada böyük nailiyyətlər əldə etmişdir. Bu elm sahəsi artıq psizologi prob­lem­lərin ləngidilməsini onun mənşəyinə uyğun olaraq təş­kil etmək üçün çoxsaylı texnologiyalar işlənib hazır­lan­mışdır. Məhz həmin texnologiyalar sayəsində əv­vəl­lər kor və zəifgörən (tiflopsixologiya), kar və zəif­eşi­dən (surdopsixologiya), zehni əngələri olan (oligof­renopsixologiya), epilepsiyalı və ya hərəkət imkanları məhdud olan insanların təhsil almalarındakı məh­du­diy­yətlər əhəmiyyəli dərəcədə aradan qaldırılmışdır. Nə­ticədə xüsusi psixologiyanın tədqiqat və tətbiqi sa­həsləri xeyli genişlənmişdir.



Müasir dövrdə xüsusi psixologiya aşağıdakı sa­hə­lərdə tətbiq olunur: autizmli uşaqların təlimə və sosial mühitə adaptasiyası; ağıl kəmliyi olan (oloqofren) uşaq­ların təlim- tərbiyəsi; kor və zəifgörən uşaqlarla təlim; kar və zəifeşidən uşaqarla təlim; epilepsiyalı uşaqların təlimi; dayaq-hərəkət sistemində məhdudiyyətləri olan uşaqların təlimi və b.

Xüsusi psixologiyanın həmin sahələrdə apardığı iş­lərin məzmunu olduqca zəngindir. Buraya təlim-tər­biyə ilə yanaşı kadr hazırlığı, valideynlərlə, ailə işlə iş, uşaq­ların sosiallaşması üçün pedaqoji kolleksivlərlə iş, uşaq­ların sosial müdafiəsi ilə məşğul olan sosial insti­tut­lar­la əlaqələrin qurulması kimi məsələlər daxildir.

Qeyd edilənlərdən belə aydın olur ki, xüsusi psixo­logiyanın mövzusunu inkişaf problemləri təşkil edir. Bununla bağlı olaraq xüsusi psixologiyanın mövzusu bir neçə fərqli elementdən ibarətdir: autimzli və ağıl kəm­liyi, kor və karların, epilepsiyalı, hərəkət məhdu­diyyətləri olan (DSP-li) uşaqların potoloji psixolo­gi­ya­sını öyrənməkdən ibarətdir. Başqa sözlə, "xüsusi psi­xo­logiya" anlaşıyını özündə birləşdirən bu sahələ­rin hər birinin özünün ayrıca predmeti vardır.

Ailə və ev təhsili ixtisası üzrə III kurs tələbələrinə tədris edilən “Xüsusi psixologiya” kursu 40 saat mü­ha­zirə və 20 saat seminar üçün nəzərdə tutulmuşdur. Proqramın hazırlanmasında həm klassik, həm də müa­sir tədqiqatları əhatə edən elmi mənbələrdən istifadə edilmişdir. Proqramın təqvim-tematik planında xüsusi psixologiyanın hazırda daha çox aktual olunan prob­lem­ləri əhatə olunmuşdur. Hesab edirik ki, seçilmiş möv­zular və əhatə edilən məsələlər tələbələri prob­lemli uşaqların xüsusi psixologiya ilə bağlı olan elmi-praktik materiallarla məlumatlandıracaqdır.

TƏQVİM-TEMATİK PLAN





Yüklə 142,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin