Xutbətul hacə Həmd ancaq



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix28.07.2020
ölçüsü0,89 Mb.
#32327
1   2   3   4   5   6   7
Без названия

– buyurdu: «Cəhənnəm əhli cəhənnəmliklərə gəlincə isə onlar orada nə ölürlər, nə də həyat 

tapırlar». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm 

– buyurdu: «Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən nemətli və gözəl yaşayan birisi 

gətirilib Cəhənnəmə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən heç dünyada ikən bir 

xeyir gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim». Ənəs b. Məlik – radıyallahu 

anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyəmət günü Uca və 

Böyük olan 

Allah


 Cəhənnəmliklərdən ən yüngül əzab olunana: «Dünya və dünyadakı hər şey sənin 

olsaydı bu əzabdan qurtarmaq üçün onu sədəqə verərdinmi?» O da: «Bəli, sədəqə verərdim» 

deyəcəkdir. 

Allah


 ona: «Mən səni atəşə atmayacaqdım. Dünyada ikən səndən bundan da yüngülünü 

istəmişdim. Mənə şərik qoşmamağını. Lakin sən dünyaya gəldikdə (

Allah

a ibadət etməkdən) imtina 



etdin və şirkdən uzaq olmadın».  

      Əhli Sünnə Məhəmməd – sallallahu aleyhi və səlləm – in Cənnətə ilk girəcəyinə, həmçinin onun 

ümmətinin ilk hesaba çəkiləcəyinə və Cənnətliklərin yarısından çoxunun onun ümmətinin təşkil 

edəcəyinə iman edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündə 

cənnətin qapısına gələcəyəm və o qapının açılmasını istəyəcəyəm». «Sən kimsən?» deyə 

soruşacaqlar. Mən də: «Məhəmməd!» deyəcəyəm. O da: «Mənə sənin adın verildi. Səndən əvvəl heç 



 

50

kəs üçün qapını açmamaqla əmr olundum». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, 



Rəssulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnətdə yüz dərəcə vardır. 

Allah


 oranı 

yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər 

məsafə vardır. 

Allah


dan dilədikdə Firdovsi diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun 

üzərində 

Allah

ın ərşi vardır. Cənnətin çayları oradan qaynayır». Bureydə – radıyallahu anhu – 



rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnət əhli yüz iyirmi səffdir. 

Bu səfflərdən səksəni bu ümmətdən, qırxı isə digər ümmətlərdən olacaqdır».  

      Əhli Sünnə Cənnət və Cəhənnəmin yaradılmış olduqlarına və indi də var olduqlarına inanırlar. 

«Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış 

Cənnətə tələsin». (Ali İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə 

geniş olub, 

Allah

a və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq 



üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu 

Allah


ın dilədiyi kimsəyə əta etdiyi lütf

mərhəmətdir. 

Allah

 çox böyük mərhəmət, kərəm sahibidir». (əl-Hədid 21).  



      Həmçinin Adəm – əleyhissəlam – öz zövcəsinə qadağan olunmuş ağacdan yeməkləri, 

Peyğəmbər – sallalahu aleyhi və səlləm – in Merac səfərində Cənnəti və Cəhənnəmi görməsi onların 

olduğuna dəlalət edir. Cəhənnəm haqqında: «Kafirlər üçün hazırlanmış oddan həzər edin». (Ali 

İmran 131). «Həqiqətən Cəhənnəm pusqudur. O, azğınların məskənidir». (ən-Nəbə 21-22). 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə Cənnət göstərildi və oranın əhalisinin 

çox hissəsini fəqirlərin olduğunu gördüm». Mənə Cəhənnəm göstərildi və oranın əhalisinin 

çoxunun qadınlar olduğunu gördüm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsti 

vaxtı namazı sərin vaxta qədər buraxın. Çünki havanın bərk isti olması Cəhənnəmin nəfəs 

almasından ötrüdür». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm Uca 

Allah


şikayət edərək dedi: «Rəbbim mənim bir hissəm digər hissmi yeyir». Buna görə də ona iki dəfə 

nəfəs almaq üçün izn verildi. Biri qış mövsümündə, biri də yaz mövsümündə. Hiss etdiyiniz ən 

soyuq havada və ən isti hava da bundan ötrüdür». İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, 

Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə öldükdən sonra 

səhər –axşam ona qalacağı yer göstərilir. Cənnət əhlindəndirsə Cənnət, Cəhənnəm əhlindəndirsə 

Cəhənnəm əhli arasındakı yeri göstərilir». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, 

Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan 

Allah

a and olsun ki, mənim 



gördüklərimi görmüş olsaydınız az gülüb çox ağlayardınız». Səhabələr: «Nələr gördün, ey 

Allah


ın 

Rəsulu?» deyə soruşdular. O, buyurdu: «Cənnət və Cəhənnəmi». Kəb b. Məlik - radıyallahu anhu – 

rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin canı Cənnət ağaclarına 

qonan bir quşdur. Ta ki, Uca 

Allah

 qiyamət günündə onu təkrar cəsədinə geri göndərincəyə 



qədər». İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – 

buyurdu: «İsraya getdiyim gecə İbrahim – əleyhissəlam – ilə görüşdüm. Mənə: «Ey Məhəmməd! 

Ümmətinə məndən salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu gözəl və ora 

dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: «Subhənəllai və Bihəmdihi, və Lə İləhə İlləllahi, 

Vallahu Əkbər» sözləridir». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim-Subhənallahil 

Azimi və Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər».  

      Əhli Sünnə Cənnət və Cəhənnəmin əbədiyyən yox olmayacaqlarına da inanırlar. 

Allah


 Cənnəti 

və Cəhənnəmi, yaratdıqlarını yaratmadan əvvəl var etmişdir. Hər iksinə girəcək insanları da, cinləri 

də O, yaratmışdır. Cənnət ehli, Cənnət əhlinin əməllərini edərək ölürlər. Cəhənnəm əhli isə 

Cəhənnəm əhlinin əməlləri ilə əməl edərək ölürlər. Cənnət əhli 

Allah

ın lütfü ilə Cənnətə, Cəhənnəm 



əhli isə 

Allah


ın ədaləti ilə Cəhənnəmə girərlər. «(İslami) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) 

qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə 

gəldikdə, 

Allah


 onlardan, onlar da 

Allah


dan razıdırlar. 

Allah


 onlar üçün əbədi qalacaqlar, altından 

çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100). «Xoşbəxt 

olanlar isə, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca 

Cənnətdə əbədi qalacaqlar». (Hud 108). «Onlara Cənnətdə heç bir yorğunluq üz verməz. Onlar 



 

51

oradan çıxan da deyillər». (əl-Hicr 48). Bu əlbəttə bizim ruzimizdir. O, bitməz-tükənməzdir». (Sad 



54) və s. ayələr- də 

Allah


 həm Cənnətin əbədiliyini, həm də oradakıların həyatının əbədi 

olduqlarını, həyatlarının əsla bitməyəcəklərini və oradan çıxarılmayacaqlarını bildirir. «Onlar orada 

ilk ölümdən başqa bir ölüm dadmayacaqlar». (əd-Duxan 56).  

      Cəhənnəm haqqında isə: «Kafirləri və zülmkarları, şübhəsiz ki, 

Allah

 bağışlayan və onlara 



Cəhənnəm yolundan başqa bir yol göstərən deyildir. Onlar orada əbədi qalacaqlar. Bu isə 

Allah


 

üçün çox asandır!». (ən-Nisa 169). «Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu 

Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar». (Ta ha 74). «Şübhəsiz ki, 

Allah


 

kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir 

hami, nə də bir mədədkar tapa biləcəklər». (əl-Əhzab 64-65). «Kafir olanları Cəhənnəm odu 

gözləyir. (Orada) nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları 

yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq». (Fatir 36). «Onların bu əzabı 

yüngülləşdirilməyəcəkdir. Onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!». (əz-Zuxruf 75) və s. 

ayələrdə Cəhənnəmin, cəhənnəm əhli üçün yaradıldığını, onların orada əbədi qalacaqları bildirilir.  

 

ŞƏFAƏT 



      Şəfaət - vasitə hər hansı bir şeyi tələb etmək deməkdir. İstilahi mənası isə kimin üçünsə xeyr 

diləmək, şərr və əzabdan uzaq etmək deməkdir. 

Allah

 Qurani-Kərimdə bir çox ayələrdə şəfaətin 



yalnız ona məxsus olduğunu və heç kimsənin bu işdə hər hansı bir payı olmadığını bizə bildirir. 

«Yoxsa onlar (müşriklər) 

Allah

dan qetrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) de ki: «Onlar 



heç bire şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda şəfaətmi edəcəklər?». De ki: 

«Bütün şəfaət yalnız 

Allah

a məxsusdur. Göylərin və yerin hökmü onun əlindədir. Sonra siz onun 



hüzuruna qaytarılacaqsınız». (əz-Zumər 43-44).  

      Nə zaman olacağına gəlincə, Uca 

Allah

 bizə şəfaətin ancaq izni ilə olacağına xəbər vermişdi. 



«

Allah


ın izni olmadan onun yanında kim şəfaət edə bilər». (əl-Bəqərə 255). Onun izni olmadan heç 

bir şəfaət edən ola bilməz». (Yunus 3). «Axirət də, dünya da ancaq 

Allah

ındır. Göylərdə neçə-neçə 



mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq 

Allah


 öz istədiyi və razı olduğu 

kimsəyə izn verdikdən sonra (onun şəfaəti fayda verər)». (ən-Nəcm 25-26). «Onun hüzurunda izn 

verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz». (Səba 23).  

      Kimlərin şəfaət edəcəyinə gəlincə isə, Uca 

Allah

 bizlərə şəfaətin ancaq onun izn verməsindən 



sonra gerçəkləşəcəyini xəbər verdiyi kimi, bu xüsusda ancaq onun sevdiyi kimsələrin şəfaət 

edəcəyini də xəbər vermişdir. «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izn 

verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). 

«

Allah



dan əhd almış kəslər müstəsna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar». 

(Məryəm 87). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və 

səlləm – buyurdu: «Hər bir peyğəmbərin qəbul edilmiş duası vardır. Hər bir peyğəmbər də bu 

duasını etmişdir. Lakin mən duanı qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq 

ümmətimdən 

Allah


a heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəalllah bu şəfaətə nail 

olacaqlar».  

      Kimlər üçün şəfaət ediləcəyinə isə, Uca 

Allah


 bizlərə ancaq 

Allah


ın razı olduğu kimsələr üçün 

şəfaət ediləcəyini də xəbər vermişdir. «

Allah

 onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar 



yalnız 

Allah


ın razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və onu heybətindən qorxarlar». (əl-

Ənbiya 28). «O gün izn verdiyi və söz danışmağa razı olduğu kəslərdən başqa heç kimin şəfaəti 

fayda verməz». (Ta ha 109).  

      Bütün bu ayələrdən bəlli oldu ki, şəfaət yalnız 

Allah

ın söz və əməlindən razı olduğu kimsələrə 



izn verdikdən sonra və 

Allah


ın razı olduğu kimsələrə ediləcəkdir. Bundan qeyri olan şəfaət isə 

müşriklərin (yəni 

Allah

dan qeyrisinə ibadət edənlərin) bütləri, tanrıları haqqında inandıqları şirk 



 

52

olan şəfaətdir. Çünki onlara görə 



Allah

ın izni və rizası olmadan onların bütləri onlara şəfaət 

edəcəklər. 

Allah


 bu cür şəfaət istəyənlər haqqında buyurur: «Onlar 

Allah


ı qoyub özlərinə nə bir 

xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar 

Allah

 yanında bizdən ötrü şəfaət 



edənlərdir» deyirlər. De ki: «

Allah


a göylərdə və yerdə (özünə şərik) bilmədiyi bir şeyimi xəbər 

verirsiniz? 

Allah

 özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır». (Yunus 18). «Çünki biz sizi (siz 



bütləri) aləmlərion Rəbbi ilə bərabər tutduq. Bizi yalnız günahkarlar azdırdı. İndi artıq nə şəfaət 

edən kimsələrmiz, nə də bir mehriban dostumuz var! Kaş bir də (dünyaya) dönə biləydik, 

möminlərdən olaydıq». (əs-Şuəra 98-102). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, 

udquna belə bilməyəcəkləri yaxın günlə (qiyamət günü ilə) qorxut. (O, gün) zalimlərin nə bir dostu, 

nə də bir şəfaətçisi olar». (əl-Mumin 18). «Şəfaət edənlərin şəfaəti onlara fayda verməz». (əl-

Muddəssir 48). «Qorxun elə bir gündən ki, o gün heç kəs heç kəsin işinə yarıya bilməz, heç kəsdən 

(gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və 

(

Allah



ın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz». (əl-Bəqərə 

123). «Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları Quranla xəbərdar et. Onların 

Allah

dan 


başqa heç bir hamisi və həvadarı yoxdur. Bəlkə də onlar pis əməllərdən çəkinsinlər». (əl-Ənam 51). 

«(

Allah



a qoşduqları) şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz 

şəriklərini inkar edəcəklər». (ər-Rum 13).  

      

Allah


ın izni və razılığı olmayan hər hansı bir şəfaət heç kəsdən, hətta şəfaət edən peyğəmbər 

də olsa belə ondan qəbul olunmaz. 

Allah

 Qurani-Kərimdə üç peyğəmbəri xatırladaraq buyurur ki, 



onların şəfaəti, şəfaət etdikləri insanlara heç bir fayda verməmişdir. 

Allah


 onların şəfaətini qəbul 

etməmişdir, çünki buna onun izni və razılığı olmamışdır. «Nuh Rəbbinə (dua ilə) müraciət edib 

dedi: «Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır. Sən 

hakimlərin hakimisən». 

Allah

 buyurdu: «O, sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş 



görmüşdür. (Və ya sənin məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir 

şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm». (Hud 45-46). İbrahim öz atasına: 

«Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni 

Allah


dan 

(

Allah



ın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur) deməsi istisnadır». (əl-

Mumtəhinə 4). Peyğəmbər – sallallahu aleyhi və səlləm – idi ki, müşrik olaraq ölən əmisi üçün 

Allah

dan bağışlanma dilədikdə 



Allah

 ona bu əməli qadağan edərək buyurdu: «Müşriklərin 

Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, 

Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113).  

      Belə ki, 

Allah


 yaratdığı məxluqlardan şəfaəti yalnız üç şərtlə qəbul edir.  

      1) Şəfaət edəndən 

Allah

ın razı olması.  



      2) Şəfaət olunandan 

Allah


ın razı olması.  

      3) 

Allah

ın şəfaət edənə şəfaət etmək üçün izn verməsi. Bu üç şərtsiz şəfaət edən istər  



      mələk olsa, istər peyğəmbər olsa belə, şəfaəti qəbul olunmayacaqdır.  

      Quran və Sünnə ilə isbat olunan şəfaətin (qiyamət günü) bir neçə növü vardır.  

      1. Bu ən böyük şəfaət olacaqdır. Bu şəfaət də Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə 

məxsusdur. 

Allah

ın ona vəd etmiş olduğu Məqami-Mahmud da budur. «Ola bilsin ki, Rəbbin səni 



(qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət 

məqamına) göndərsin». (əl-İsra 79). Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki, 

Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Azanı eşitdikdə müəzzinin ardınca onun 

dediklərini təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə 

Allah

 on dəfə 



rəhmət deyər. Bundan sonra 

Allah


dan əmim üçün vəsiləni istəyin. 

Allah


 onu istədiyi qullarından 

birinə verəcəkdir və mən ümid edirəm ki, o mənəm. Mənim üçün 

Allah

dan bunu istəyəcək olana 



Qiyamət günü mənim onun üçün şəfaət etməyim vacib olar». Cabir b. Abdullah – radıyallahu anhu 

– rəvayət edir ki,Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim şəfaətim vacib olar o, 

adama ki, azanı eşitdikdən sonra deyər: «Ey kamil dəvətin və qılınacaq namazın Rəbbi olan 

Allah


ım 

Məhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et. Onu vəd etdiyin tərifə layiq məqama yüksəlt».  



 

53

      2. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cənnətliklərin cənnətə girməsi üçün şəfaət 



edəcəkdir. Yəni onlar Cənnətə girməyi haqq qazanmış olmaqla birlikdə, ancaq onun şəfaətindən 

sonra Cənnətə girmələri üçün onlara izn veriləcəkdir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir 

ki, bir gün Rəsulullah – sallallahu aleyhi və səlləm – ə ət yeməyi gətirildi və qol tərəfindən bir parça 

ayrılıb qabağına qoyuldu. Çünki Rəsulullah – sallallahu aleyhi və səlləm – ətin bu hissəsini daha çox 

xoşlayardı. Ondan qabaq dişləri ilə bir dişdəm dişlədikdən sonra buyurdu: «Mən qiyamət günü 

bütün insanların seyyidiyəm. Bu nədən belədir bilirsiniz? Dünyada gəlib-getmiş nə qədər insanlar 

varsa bunların hamısını 

Allah


 qiyamət günündə düz və geniş bir sahədə toplayır. Elə düz və geniş 

bir sahə ki, carçı səslədikdə səsini hər kəs eşidir və baxan bir kişinin gözü məhşər xalqını bir 

baxışda görə bilir. Günəş insanlara yaxınlaşdırılır. Artıq insanları qəm-qüssə bürüyür. Dəhşətli və 

ağır (istiyə) dözməkdə onlarda nə güc, nə də səbr qalır. İnsanların bir qismi digərinə: «Bizim 

başımıza gələn bu faciəni görmürsünüz!? Bəlkə bizim bu halımıza 

Allah


 yanında şəfaət edəcək 

birisini axtaraq!» deyəcəklər. İnsanların bir qismi: «Adəm – əleyhissəlam – ın yanına gedək?» 

deyəcəklər. İnsanlar onun yanına gəlib: «Ey Adəm! Sən insanların atasısan. 

Allah


 səni əli ilə yaratdı 

və öz ruhundan sənə həyat verdi. Sonra mələklərə əmr etdi, onlar da sənə səcdə etdilər. Bizim 

üçün Rəbbimizdən şəfaət dilə. Ey atamız! Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn 

bu müsibəti görmürsən?» deyəcəklər. Adəm – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk 

qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə qəzəb etmişdir, nə də bundan sonra belə 

bir qəzəb edəcəkdir. 

Allah

 bu ağacdan yeməyi mənə qadağan etmişdir. Mən isə ona asi oldum 



(artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən 

başqa bir şəfaətçiyə gedin. Nuh –əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar Nuhun yanına 

gələrək: «Ey Nuh! Sən 

Allah


ın insanlara göndərdiyi ilk rəsulsan. 

Allah


 səni (Quranda) «Çox şükr 

edən qul». (əl-İsra 3) deyə vəsf edir. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu 

vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Nuh – əleyhissəlam 

– da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O dərəcədə ki, nə bundan qabaq belə bir 

qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Heç şübhəsiz ki, mənə (dünya 

həyatımda Rəbbimə) bir dəfə dua etmək fürsəti verilmişdir. Mən də onu öz qövmümün əleyhinə 

etdim (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz 

məndən başqa bir şəfaətçiyə gedin. İbrahim – əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar 

İbrahim – əleyhissəlam – ın yanına gələrək: «Ey İbrahim! Sən yer üzündə 

Allah


ın peyğəmbəri və 

Allah


ın dostusan. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? 

Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İbrahim - əleyhissəlam - da: «Şübhəsiz ki, 

Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə 

də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən üç dəfə yalan danışmışam (artıq 

sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir 

şəfaətçiyə gedin. Musa – əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar Musa – əleyhissəlam – ın 

yanına gələrək: «Ey Musa! Sən 

Allah


ın peyğəmbərisən. 

Allah


 sənə risalətini verməklə və səninlə 

vasitəçisiz danışmaqla insanlar üzərində fəzilətli etdi. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən 

bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Musa – 

əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan 

qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) 

Mən isə öldürülməsinə heç bir qərar olmayan insanı öldürmüşəm (artıq sizə şəfaət edə bilmərəm, 

indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. İsa – 

əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar İsa – əleyhissəlam – ın yanına gələrək: «Ey İsa! Sən 

Allah

ın rəsulu, 



Allah

ın Məryəmə dediyi söz və ondan gəlmə bir ruhsan. Sən beşikdə ikən insanlarla 

danışdın. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza 

gələn bu müsibəti görmürsən?» deyəcəklər. İsa – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün 

bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan 

sonra belə bir qəzəb edəcəkdir. Özü haqqında heç bir günahı zikr etməyərək (artıq sizə şəfaət edə 



 

54

bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçi yə 



gedin. Məhəmməd – sallallahu aleyhi və səlləm – in yanına» deyəcəkdir. Nəhayət onlar mənim 

yanıma gələrək: «Ey Məhəmməd! Sən 

Allah

ın rəsulu və peyğəmbərlərin sonuncususan. 



Allah

 sənin 


keçmiş və gələcək günahlarını bağışlamışdır. Rəbbimizin hüzurunda bizə şəfaət et. Sən bizim bu 

vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti də görmürsən?» deyəcəklər. Bundan sonra 

mən həmin Ərşin altına gələrək Rəbbimin qarşısında səcdəyə qapanıram. Sonra səcdədə 

Allah


edilən həmd-sənadan sonra (

Allah

) məndən əvvəl heç bir peyğəmbərə deyilməyən təriflər deyər: 



«Ya Məhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İtə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul 

edilir!» buyurur. Mən səcdədən başımı qaldırıb: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət 

edərəm. Bundan sonra: «Ya Məhəmməd! Ümmətindən sorğu-sual olunmayanları Cənnətin 

qapılarından olan sağ qapıdan içəri sal. Lakin onlar digər qapılardan da içəri girə bilərlər». 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin