Allah
a and olsun ki,
Cənnətin qapı qanadlarından iki qanadın arası Məkkə ilə Həcər və ya Məkkə ilə Busra arası qədər
genişdir». Başqa bir rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «
Allah
(qiyamət
günü) insanları toplayır, möminlər ayağa qalxırlar. Nəhayət Cənnət onlara yaxınlaşdırılır». İnsanlar
Adəm – əleyhissəlam – gələrək: «Ey atamız! Cənnəti bizə açdır» deyəcəklər. Adəm: «Sizləri
Cənnətdən ancaq atanız Adəmin xətası çıxartdı. Mən bunun sahibi deyiləm. Sizlər mənim oğlum
İbrahim – əleyhissəlam – ın yanına gedin» deyəcəkdir. İbrahim: «Mən bunun sahibi deyiləm. Mən
ancaq pərdə arxasından xəlil (dost) olmuşdum. Sizlər
Allah
ın kəlimətullahu olan Musa –
əleyhissəlam – ın yanına gedin» deyəcəkdir. Cəmaat Musa – əleyhissəlam – ın yanına gəlirlər. Musa:
«Mən buna sahib deyiləm. Sizlər
Allah
dan gəlmə söz və ondan gəlmə bir ruh olan İsa –
əleyhissəlam – ın yanına gedin» deyəcəkdir. İsa – əleyhissəlam - : «Mən buna sahib deyiləm!»
deyəcək və insanları Məhəmməd – sallallahu aleyhi və səlləm – in üstünə göndərəcəkdir».
3. Cəhənnəmdə bəzi müşriklərin cəzasının yüngülləşdirilməsi üçün ediləcək şəfaət Səid b.
Musəyyibin atası deyir ki, Əbu Talib ölüm anında ikən Peyğəmbər – sallallahu aleyhi və səlləm –
onun yanına gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə də var idi.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah – kəlməsini de ki,
bununla
Allah
yanında sənin lehinə şəhadət edim». Əbu Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə
də: «Ya Əbu Talib! AbdulMuttalibin millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini deməkdə davam
edirdilər. Nəhayət Əbu Talibin onlara söylədiyi son söz: «AbdulMuttalibin milləti üzərindəyəm!»
oldu və: «Lə İləhə İlləllah» deməkdən çəkindi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Yaxşı bil ki,
Allah
a and olsun ki, qadağan olunanadək sənin üçün
Allah
dan bağışlanma
diləyəcəyəm». Bundan sonra
Allah
ayə nazil etdi: «Müşriklərin Cəhənnəmlik olduqları
(müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə
onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113). «(Ya Məhəmməd!) Şübhəsiz ki, sən
istədiyini doğru yola yönəldə bilməzsən. Amma
Allah
dilədiyini doğru yola salar. Doğru yolda
olacaq kəsləri (öz əməli elmi ilə) daha yaxşı o bilir». (əl-Qəsəs 56). Başqa rəvayətdə Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah – kəlməsini de ki, bununla
Allah
yanında sənin lehinə şəhadət edim». Əbu Talib: «Qureyşin məni ayıblaması və haqqımda: «Əbu
Talib bunu ancaq qorxudan dedi!» demələri olmasaydı, onu deyib səni məmnun edərdim». Abbas
b. AbdulMuttalib – radıyallahu anhu – deyir ki: «Ya Rəsulullah! Şübhə yox ki, Əbu Talib daima səni
düşmənlərdən qoruyur və sənə kömək edirdi. Bunlar ona fayda verəcəkmi?» Peyğəmbər: «Bəli, mən
onu böyük Cəhənnəm atəşi içində olduğunu gördüm və sonra onu oradan topuğuna qədər olan bir
atəş çuxuruna çıxardım. Oradan belə beyni qaynayır».
4. Bir qrup insanların sorğu-sualsız olaraq Cənnətə girmələri üçün ediləcək şəfaət. Hüseyn b.
Abdurrahman deyir ki: «Mən Səid b. Cubeyrin yanında idim. Dünən sizin hansınız düşən ulduz
gördünüz?» dedim. O: «Mən gördüm» dedi. Sonra əlavə etdi ki: «O, vaxt mən namazda deyildim.
Məni əqrəb sancmışdı». O:»Bəs sən nə etdin?» deyə soruşdu. Mən: «Şabinin rəvayət etdiyi hədisdir»
55
dedim. O: «Şabinin sizə rəvayət etdiyi nədir?» dedi. Mən belə rəvayət etdim: «O, bizə Bureydə b.
Hüseyn əl-Əsləmdən rəvayət edib» dedi: O: «Göz dəyənə yaxud ilan çalana ruqiyyə (dua) ilə əlac
etmək olar» demişdir. Bunun üzərinə o, dedi: «Eşitdiyinə (eşitdiyi kimi) əməl edən insan nə gözəl
insandır». Lakin İbn Abbas – radıyallahu anhu – bizə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən
belə bir hədis nəql etmişdi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmuşdu: «Mənə bütün
ümmətlər göstərildi. Peyğəmbər gördüm ki, ətrafında çox kiçik bir cəmaat var idi. Peyğəmbər
gördüm ki, ətrafında bir və ya iki nəfər var idi. Bir Peyğəmbər də gördüm ki, ətrafında bir nəfər də
belə yox idi.» deyərkən, mənə uzaqdan bir qaraltı göstərildi. Mən onları ümmətimdən zənn etdim».
Mənə: «Bu Musa – əleyhissəlam – ın qövmüdür» dedilər. Sən üfüqə doğru bax! Mən baxdıqda bir də
nə gördüm? Böyük bir qaraltı. Mənə təkrar: «Digər üfüqə doğru bax!» deyildi. Yenə də böyük bir
qaraltı gördüm. Mənə: «Bu sənin ümmətindir. Bunlar ilə bərabər yetmiş min nəfər hesabsız və
əzabsız olaraq Cənnətə girəcəkdir» deyildi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu
xütbəsindən sonra qalxıb evinə girdi. Bunun ardından insanlar, hesabsız və əzabsız olaraq Cənnətə
girəcək olan bu kimsələr haqqında müzakirəyə başladılar. Bəzisi: «Şübhəsiz ki, bunlar Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in dost-yoldaşlarıdır». Bəziləri də: «Bəlkə onlar İslamda doğulan və
Allah
a şərik qoşmayanlardır» dedilər. Bunlardan başqa bəzi fikirlər irəli sürüldü. Bu vaxt
Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların yanına gəldi və: «Haqqında müzakirə etdiyiniz şey
nədir?» deyə buyurdu. Ona məsələni başa saldıqdan sonra Peyğəmbər: «Cənnətə haqq-hesabsız
girən möminlər, ovsun oxumazlar və tələb etdirməzlər. Təşəəüm, Tətəyyür etməzlər və hər şeydə
öz Rəbblərinə təvəkkül edərlər» buyurdu. Bu vaxt Ukkaşa b. Mihsan ayağa qalxıb: «Mən də
onlardan etməsi üçün
Allah
a dua et» dedim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Sən onlardansan». Onun ardınca başqa birisi qalxıb dedi: ! «Məni də onlardan etməsi üçün
Allah
a
dua et» dedi. Peyğəmbər : «Bu işdə Ukkaşa səndən qabağa düşdü» buyurdu. Başqa bir rəvayətdə
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Ümmətimdən bir zümrə Cənnətə girər ki, onlar
yetmiş mindir. Onların üzləri ayın bədr gecəsindəki parlaması kimidir. Onlar qızğın dəmirlə
bədənlərini dağlamayanlardır».
5. Bir qurup Cəhənnəmə düşmüş Muvahhidlərin (tövhid əhlinin) cəhənnəmdən çıxarılması üçün
ediləcək şəfaət. Məbəd b. Xəlil əl-Ənəzi dedi: «Sabit şəfaət hədisini eşitməkdən ötrü Ənəs b.
Məlikin yanına getdik. Duha namazını qılan vaxtı onun yanına çatdıq. Sabit bizim üçün izn istədi.
Yanına girdik». Sabit ona: «Ey Əbu Həmzə! Bəsrə əhalisindən olan bu qardaşların səndən şəfaət
hədisini eşitmək üçün gəliblər» dedi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü insanlar çaşqın düşəcəklər. Nəhayət Adəmə
gəlib: «Zürriyyətinə şəfaət et!» deyəcəklər. Adəm – əleyhissəlam - : da «Mən ona layiq deyiləm,
lakin sizlər İbrahim – əleyhissəlam – ın yanına gedin. Çünki o, Xəlilullahdır» deyəcəkdir. İnsanlar
İbrahim – əleyhissəlam – ın yanına gəlirlər. O da: «Mən buna layiq deyiləm, lakin siz Musa –
əleyhissəlam – ın yanına gedin. Çünki o, Kəlimullahdır» deyəcəkdir. İnsanlar Musa – əleyhissəlam –
ın yanına gəlirlər. O da: «Mən buna layıq deyiləm, lakin siz İsa – əleyhissəlam – ın yanına yanına
gedin. Çünki o,
Allah
dan gəlmə ruh və Ondan olan sözdür» deyəcəkdir. İnsanlar İsa – əleyhissəlam
– ın yanına gəlirlər. O da: «Mən bunun üçün yaradıldım!» deyir və
Allah
ın hüzuruna izn istəmək
üçün gedər. «Mənə izn verilir, hüzurunda dikilərək və
Allah
a həmd-səna etdikdən sonra səcdə
edərək yerə qapanıram». Mənə: «Ya Məhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə
verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!»
deyə şəfaət diləyirəm. Mənə: «Get! Qəlbində bir buğda və ya arpa dənəsi qədər iman olan hər kim
varsa onu oradan çıxart!» deyilir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra yenə Rəbbimə
dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram». Mənə: «Ya Məhəmməd!
Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan
sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyirəm. Mənə: «Get! Hər kimin
qəlbində bir xardal dənəsi qədər iman varsa onu oradan çıxart!» deyilir. Mən dərhal gedib bunu
yerinə yetirdikdən sonra yenə Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə
56
qapanıram». Mənə: «Ya Məhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət
et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət
diləyirəm. Mənə: «Get! Hər kimin qəlbində bir xardal dənəsi ağırlığında daha az, daha az, daha az
iman varsa onu da atəşdən çıxart!» deyilir. Mən də dərhal gedib bunu yerinə yetirdim.
Bu Ənəs – radıyallahu anhu – nun bizə xəbər vermiş olduğu: «Ənəs hədisidir». Biz onun
yanından çıxdıq. Nəhayət səhranın yüksək bir yerinə yetişdiyimiz zaman Həsənul-Bəsrinin
yanına çatsaq da, ona salam versək də, o, Əbu Xəlifənin evində gizlənmiş bir halda idi. Onun
yanına girdik, salam verdik və: «Ya Əbu Səid! Biz qardaşın Əbu Həmzənin yanından gəlirdik. Şəfaət
haqqında danışdığı hədisi heç eşitməmişdik». O: «Davam edin, hədisi söyləyin» dedi. Biz də ona
hədisi danışdıq. O yenə: «Davam edin, söyləyin» dedi. Biz: «Ənəs bundan başqasını danışmadı»
dedik. O dedi: «O bizə bunu iyirmi il bundan qabaq danışmışdır. Onun vaxt hafizəsi və qüvvəsi çox
gözəl idi. İndi isə bir qism şeyləri unutmuşdur. Şeyx bunu unutdumu, yoxsa sizlərə bunu danışmaq
istəmədimi – bilmirəm?!». Biz də: «Sən bizə danış» dedik. O, güldü və: «İnsan tələsən-hövsələsiz
yaradılmışdır». (əl-Ənbiya 37) (ayəsini oxudu). Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm –
dördüncü dəfə yenə Rəbbinin yanına dönərək Ona həmd-səna etdikdən sonra səcdə edərək yerə
qapanır». Mənə: «Ya Məhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et,
şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Mənə izn ver: «Lə İləhə İlləllah» deyən
kimsələr haqqında şəfaət edim.
Allah
– sübhanəhu və təalə – ona: «Bu sənin üçün deyil (və ya bu
sənə aid deyil) deyə buyurdu. Lakin İzzətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən Tövhid əhlinin
hamısını Cəhənnəmdən çıxardacağam».
6. Cəhənnəmə girmələri əmr olunmuş bir qurup insanların Cəhənnəmə girmələri üçün ediləcək
şəfaət.
Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurur: «… Nəhayət möminlər atəşdən qurtulduqları zaman, nəfsim əlində olana and işirəm ki,
sizdən heç kimsənin haqqı təmamilə bərqərar etmək xüsusunda
Allah
a yalvarıb yaxarması,
qiyamət günündə möminlərdən atəşdə olan qardaşları üçün
Allah
a yalvarmaları qədər şiddətli
olmaz». Onlar: «Ey Rəbbimiz! Bu (cəhənnəmdə) qalanlar bizimlə bərabər oruc tutar və həcc
edərdilər!» deyirlər. Onlara: «Tanıdığınız kimsələri oradan çıxarın! Onların üzləri Cəhənnəmə
haram edildi!» deyilir. Atəş onlardan kimisinin topuqlarına qədər, kimisinin diz qapaqlarına qədər
yandırır. Onların bir çoxunu oradan çıxarırlar. Sonra: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən
heç kimsə qalmadı!» deyirlər.
Allah
buyurur: «Geri dönün! Qəlbində bir dinar ağırlığında iman və
yəqin olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlar yenə də bir çoxlarını oradan
çıxarırlar. Sonra yenə: «Ey Rəbbimiz! Cəhənnəm içərisində əmr etdiklərindən heç kimsəni
buraxmadıq!» deyirlər.
Allah
buyurur: «Geri dönün! Qəlbində yarım dinar xeyr olan hər kimi
tanıyırsınızsa onu da oradan çıxarın!». Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra təkrar: «Ey
Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər.
Allah
buyurur: «Geri
dönün! Qəlbində zərrə ağırlığında xeyr olan hər kimi tapırsınızsa onu oradan çıxarın!». Yenə bir
çox insanları oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Orada xeyr sahibi olan heç bir kimsəni
buraxmadıq!» deyirlər. Əbu Səid əl-Xudri – radıyallahu anhu – deyir ki, əgər bu hədisə
inanmırsınızsa bu ayəni oxuyun: «Həqiqətən
Allah
zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl
baş verərsə onu iki qat artırar və öz tərəfindən də böyük mükafat verər». (ən-Nisa 40).
Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəhayət
Allah
ın
rəhmətindən olaraq, qulları arasında Cəhənnəm əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı
əmr edərək mələklərə: «Lə İləhə İlləllah» - deyənlərdən,
Allah
ın mərhəmət buyurduğu kimsələrdən,
Allah
a hər şeyi şərik (ortaq) qoşmamış olanları Cəhənnəmdən çıxarsınlar!» deyə əmr edir. Mələklər:
«Onları Cəhənnəmdə səcdə yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər
yerini yeyir.
Allah
səcdə yerinə toxunmağı atəşə haram etmişdir». Bundan sonra
Allah
buyurur:
«Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən bir
Ərhamur-Rahimin qaldı. Bundan sonra atəşdən bir camaatı toplayır və dünyada ikən heç bir xeyr
57
işləməyib cəhənnəmdə kömürə dönmüş bir çox kimsələri çıxarır. Cənnətin yolları üzərində olan
«Həyat Çayı» adı verilən bir çaya salınırlar. Onlar selin gətirdiyi yabanı reyhan toxumları kimi
çıxırlar. Görmürsünüz ki, yabanı reyhan bəzən bir daş və ya bir ağac dibində (kölgədə bitdiyi kimi)
necə olur. Günəşə doğru olanı sarı, yaşıl olur. Kölgədə olan hissəsi isə açıq olur. (Başqa rəvayətdə
«Ey Cənnət əhalisi! Bunların üzərinə bol su, Cənnət sularından tökün!» deyiləcəkdir). Cənnət əhalisi
onları tanıyır. Heç bir yaxşılıq etməmiş, xeyr əməllər işləməmiş halda
Allah
ın Cənnətə saldığı kəslər
bunlardır.
Allah
buyurur: «Cənnətə girin! Gözünüzün gördüyü hər nə varsa sizindir». Onlar: «Ey
Rəbbimiz! Sən aləmlərdə heç kəsə vermədiyin yaxşılığı bizə verdin!» Onlara: «Sizə bundan gözəl
bir şey vardır!» Onlar: «Ey Rəbbimiz! Bundan da gözəl?!»
Allah
buyurur: «Mənim rizam ! Artıq
bundan sonra sizə əbədiyyən qəzəb etməyəcəyəm».
7. Peyğəmbər – sallallahu aleyhi və səlləm- Cənnətə girən bir qrup insanların əməllərinin
mükafatı olaraq Cənnətdə dərəcələrinin artırılması üçün ediləcək şəfaət Ənəs b. Məlik –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şəfaətin
ümmətim arasında böyük günah etmiş kimsələrə olacaqdır».
Bütün bu şəfaətlərdən başqa Qiyamət günü qulun tutduğu oruc, oxuduğu Quran da şəfaət
edəcəkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Oruc və Quran Qiyamət günü qula
şəfaət edəcəkdir». Əbu Umamə – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi
və səlləm- buyurdu: «Quranı öyrənin, çünki o, qiyamət günü əhli üçün şəfaətçi olacaqdır». ən-
Nəvvas b. Səman – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Qiyamət günü Quran və ona əməl edənlər gətiriləcək. İrəlidə əl-Bəqərə və Ali-İmran
surələri gedəcəklər. Oxuyub əməl edənlərə şəfaət edəcəklər».
Qiyamət günü baş verəcək hadisələrdən sonra Cənnətliklər Cənnətdə, Cəhənnəmliklər də
Cəhənnəmdə qərar tutduqdan sonra: Əbu Səid – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü (cənnət əhli cənnətə, cəhənnəmliklər də
cəhənnəmə ayrıldıqdan sonra) ölüm, qara bir qoyun surətində gətirilir. Cənnət ilə Cəhənnəm
arasında dayandırılır və: «Ey Cənnət əhli! Sizlər bunu tanıyırsınızmı?» deyilir. Cənnətliklər dərhal
boyunlarını uzadıb başlarını ona dorğu qaldırırlar və ona (qoyuna) baxırlar; «Bəli, tanıyırıq! Bu
ölümdür» deyirlər. Sonra: «Ey Cəhənnəm əhli! Sizlər bunu tanıyırsınız?» deyilir. Onlar da başlarını
qaldıraraq baxırlar və: «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Bundan sonra qoyunun kəsilməsini
əmr edirlər və dərhal qoyun kəsilir. Sonra: «Ey Cənnət əhli! Cənnətdə əbədi yaşayacaqsınız, artıq
sizə ölüm yoxdur! və ey Cəhənnəm əhli! Sizlər də Cəhənnəmdə əbədisiniz, artıq ölüm yoxdur!»
deyilir. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: (Ya Məhəmməd!)
Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin
cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman
olacağı, lakin bu peşmançılğın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut! (O gün bütün)
yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. Onlar bizim hüzurumuza
qaytarılacaqlar». (Məryəm 39-40).
QƏZA VƏ QƏDƏRƏ İMAN
Əhli Sünnə vəl Cəmaat hər xeyr və şərrin
Allah
ın Qəza və Qədəri ilə meydana gəldiyinə,
Allah
ın
dilədiyi hər şeyi etdiyinə kəsin olaraq inanırlar. Hər şey onun iradəsi ilədir. Heç bir şey onun
istəməsindən kənara çıxa bilməz. O, olmuş və olacaq hər şeyi olmazdan əvvəl əzəldən bəri bilir.
Onun elmi külli və cüzi olan hər bir şeyi əhatə edir. «(Rəbbin) onların keçmişini də, gələcəyini də
bilir. Onların elmi isə onu əhatə edib qavraya bilməz». (Ta Ha 110). «Göylərdə və yerdə zərrə qədər
bir şey ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda
olmasın». (Səba 3). «Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) ilə yaratdıq».
(əl-Qəmər 49). «
Allah
ın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim
Allah
a iman
58
gətirsə,
Allah
onun qəlbini haqqa doğru yönəldər və o, dünyada baş verən hər şeyin
Allah
ın əzəli
hökmü və izni ilə olduğunu bilər.
Allah
hər şeyi biləndir». (əl-Təğabun 11).
Xeyr və şərrin hər iksi də qədərdədir. Hər şey bir qədər, ölçü, zaman ilə yaradılmışdır. Hər
yaradılan şeyin bir qədəri vardır. «O
Allah
ki, göylərin və yerin hökmü onundur. O (özünə) heç bir
övlad götürməmişdir. Mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun üçün nə
olacağını) əvvəlcədən müəyyən etmişdir». (əl-Furqan 2).
Əhli Sünnə vəl Cəmaat deyirlər ki, qədərə iman ancaq dörd xüsus ilə tamamlanır. Bunlara da
qədərin mərtəbələri və ya əsasları adı verilir. Bu xüsuslar qədər məsələsini başa düşməyin yoludur.
Qədərə iman isə bütün bu əsasları gerçəkləşdirmədikcə tamam olmaz. Çünki bunların bir qismi
digərinə bağlıdır. Bunların hamısını qəbul edən bir kimsənın qədərə imanı tamamlanır. Bunların
birinə və ya digərinə inanmayan bir kimsənin imanında sarsıntılar meydana gəlir. «(Ya Rəsulum!)
Məgər bilmirsənmi ki,
Allah
göydə və yerdə nə varsa, hamısını bilir? Həqiqətən bu (lövhi-məhfuz
deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu
Allah
üçün asandır». (əl-Həcc 70).
1. Uca
Allah
olmüş, olacaq hər bir şeyi təfsilatı ilə və incəliyinə qədər bildiyinə iman etmək. O,
qullarının nələr etdiyini onları yaratmamışdan əvvəl bildiyi kimi, onların ruzilərini, əcəllərini,
sözlərini, əməllərini, bütün hərəkətlərini, gizlətdiklərini, üzə vurduqlarını, kimlərin Cənnət əhli,
kimilərinin də Cəhənnəm əhli olduğunu, kimilərinin xoşbəxt və ya bədbəxt olduğunu da əzəldən
bəri bilir. İmran b. Hüseyn – radıyallahu anhu – rəvayət edir ki: «Bir nəfər Ya Rəsulullah! Cənnət əhli
atəş əhlindən (ayırd edilib) bilindimi?» deyə soruşdu. Peyğəmbər : «Bəli, (ayırd edilib bilinmişdir)
deyə buyurdu. Həmən şəxs: «Elə isə (yəni Cənnətlik, Cəhənnəmlik əzəldən bəri bəlli olduğu halda)
çalışıb əməl edənlər nəyə əməl edirlər?» dedi. Peyğəmbər: «Hər kəs nə üçünsə yaradılmışsa onun
yolları onun üçün asantlaşdırılacaqdır» deyə buyurdu. Hər bir kəs onun təyin etdiyi əcəl ilə
dünyasını dəyişəcəkdir.
Allah
ın təyin etdiyi əcəli isə keçə bilən və ya ondan geri qala bilən heç bir
şey yoxdur. «Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı vardır. Onların əcəli gəlib
çatdıqda bircə saat belə nə yubanır, nə də tələsərlər». (əl-Əraf 34).
Allah
hər bir şeyi yaratmazdan əvvəl bildiyi kimi, hal-hazırda da hər şeyi bilməkdədir. «Qeybin
açarları
Allah
ın yanındadır. Onları ancaq
Allah
bilir.
Allah
suda və quruda nə varsa bilir. Elə bir
düşən yarpaq yoxdur ki,
Allah
onu bilməsin. Yerin zülmətləri üçində elə bir şey yoxdur ki, məhz
açıq-aydın kitabda olmasın». (əl-Ənam 59). «O, özündən başqa heç bir ilah olmayan, gizlini də,
aşkarı da bilən
Allah
dır. O, rəhmli və mərhəmətlidir». (əl-Həşr 22).
O, iman əhlini, şirk və küfr əhlini, salehləri, talihləri (saleh olmayanları) hər şeyi yaratmazdan
əvvəl bilirdi. «Həqiqətən sənin Rəbbin öz yolundan çıxanları da, doğru yolda olanları da ən gözəl
tanıyandır». (Nuh 7).
Hansı gün, vaxt və harada onların başına nə gələcəyini də bilir. Yaratdıqlarından heç bir şey
ondan gizli qalmaz. «…Heç kəs səhər nə əldə edəcəyini (savab və ya günah qazanacağını), heç kəs
harda öləcəyini bilməz.
Allah
isə şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır».
(Loğman 34).
Əli – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu:
«Sizdən heç bir kimsə və yaradılmışlardan heç bir nəfs müstəsna olmaq üzərə şübhəsiz ki,
Cənnətdəki və Cəhənnəmdəki yerini
Allah
yazmış (təqdir və təyin) etmişdir. Hər kəsin xoşbəxt və
ya bədbəxt olduğu şübhəsiz ki, yazılmış-dır». Səhabələrdən biri: «Ya Rəsulullah! O, halda nə üçün
əməl edib çalışırıq? Hər şey bilindiyi halda (əməlin faydası nədir?) dedi. Peyğəmbər: «Xoşbəxt
olanlardan olan kimsə, xoşbəxt kimsələrin əməli ilə əməl edəcəkdir. Bədbəxt olanlar da, bədbəxt
olan kimsələrin əməli ilə əməl ediləcəkdir. Xeyr, siz o bilinmiş olan yazıya görə dayanmayın, əməl
edib çalışın. Çünki hər kəs nə üçün yaradılıbsa o da onun üçün asantlaşdırılacaqdır». Bədbəxt olan
kimsələrə də, bədbəxt olan kimsələrin əməlini etmək asantlaşdırılacaqdır». Sonra bu ayəni oxudu:
«Kim (malını
Allah
yolunda) versə, (
Allah
dan) qorxsa və ən gözəl sözü təsdiq etsə biz ona Cənnəti
müyəssər edəcəyik. Amma kim (malını
Allah
yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə
güvənib
Allah
a) möhtac olmadığını sansa və ən gözəl sözü yalan saysa biz onu Cəhənnəm üçün
59
hazırlay-cağıq». (əl-Leyl 5-10).
2. Bu da Uca
Allah
ın məxluqatın qədəri ilə əlaqədar olaraq əzəldən bildiyini Lövhi-Məhfuzda
yazmış olduğuna iman etməkdir. Lövhi-Məhfuz isə hər bir şeyin qədəri yazılmış kitabdır. Meydana
gəlmiş, gələcək və qiyamət gününə qədər olacaq hər şey uca
Allah
ın dərgahında Ummul Kitabda
yazılmışdır. Buna həmçinin əz-Zikr, əl-Kitabul Mubin adları da verilmişdir. «Biz hər şeyi hesaba
alıb İmamı Mubində yazmışıq». (Yasin 12). «
Allah
sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən
xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O, bilmədən heç bir qadın
hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun
ömrünün qısaldılması da ancaq kitabda (Lövhi-Məhfuzdə) yazılmışdır. Həqiqətən bu
Allah
üçün
çox asandır». (Fatir 11).
Bu mərtəbə bir neçə yerə bölünür.
1) Əzəli qədər.
«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu
yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfizdə) yazılmış olmasın. Bu
Allah
üçün çox asandır».
(əl-Hədid 22). Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu
aleyhi və səlləm – buyurdu: «
Allah
məxluqatın (qəza və qədərini) göyləri və yeri yaratmamışdan əlli
min il əvvəl yazmışdır və onun ərşi suyun üzərindədir». Rəsulullah – sallallahu aleyhi və səlləm –
buyurdu: «Heç şübhəsiz ki,
Allah
ın yaratdığı ilk qələmdir». Ona: «Yaz» deyə buyurdu. Qələm: «Ya
Rəbbim! Nə yazım» dedi.
Allah
: «Qiyamətin qopacağı vaxta qədər hər bir şeyin qədərini yaz» deyə
buyurdu.
2) Ömürlük qədər.
«(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini
çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» soruşmuş,
onlar da: «Bəli, Rəbbimizsən!» deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günü:
«Biz bundan qafil idik». (əl-Əraf 172). İshaq b. Rahuyenin rəvayət etdiyinə görə bir nəfər
Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qəza və Qədər haqqında soruşur. Peyğəmbər-
sallallahu aleyhi və səlləm – buyurdu: «Uca
Allah
Adəmin belindən zurriyyətini çıxardıb onları
özlərinə qarşı şahit tutduqdan sonra ovçü ilə onları götürdü. Bunlar Cənnətlik, bunlar
Cəhənnəmlikdir deyə buyurdu. Cənnət əhli olanlara Cənnət əhlinin əməli asantlaşdırıldı, Cəhənnəm
əhli olanlara da Cəhənnəm əhlinin əməlləri asantlaşdırıldı». İbn Abbas – radıyallahu anhu – rəvayət
edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «
Allah
Adəmin belindən Numanda
(Ərafətdə) əhd almışdır. Onun belindən yaradacağı bütün zurriyyətini çıxardaraq qarşısına
qoymuşdur. Sonra onlar da danışaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» deyə buyurmuşdu. Onlar
da: «Bəli, şahidlik edirik» demişlər. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah – sallallahu
aleyhi və səlləm – Ənsarlardan balaca bir uşağın cənazəsinə çağrıldı. Mən: «Ya Rəsulullah! O nə
xoşbəxdir! O, Cənnət sərçələrindən bir sərçə quğudur. Pislik etmədi və pislik etmək yaşına da
çatmadı» dedim. Peyğəmbər: «Sən bilmirsən ki,
Allah
Cənnət üçün bir əhali yaratdı ki, onlar
atalarının bellərində ikən
Allah
onları Cənnət üçün yaratmışdır.
Allah
Cəhənnəm üçün elə bir əhali
yaratmışdır ki, onlar atalarının bellərində ikən
Allah
onları Cəhənnəm üçün yaratmışdır» deyə
buyurdu. Ömər – radıyallahu anhu – deyir ki, Qiyamət günü: «Bizim bundan xəbərimiz yoxdur
deməyəsiniz deyə
Allah
Adəm oğullarının belindən zurriyyətini çıxardıb və onları özlərinə şahid
tutmuşdur». «Mən sizin Rəbbiniz deyiləmmi?» soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» deyə cavab
vermişdilər». (əl-Əraf 172)….
3) Qədr gecəsində yazılan illik qədər.
«Hər bir hikmətli (yaxud dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur.
Dərgahımızdan bir buyuruq olaraq! (İl ərzində birinin başına gələcək bütün işlər, dünyada baş
verəcək bütün hadisələr, xeyr, şər, əcəl, ruzi, xoşbəxtlik, bədbəxtlik və s. Lövhi-Məhfuzda həmən
ilin məhz qədr gecəsi yazılır və müvəkkil mələklərə bildirilir. Bu yazıya pozu yoxdur) Həqiqətən
Peyğəmbərləri biz göndəririk». (əd-Duxan 4). İbn Abbas – radıyallahu anhu – deyir ki, Qədr
60
gecəsində ana kitabdan bir il boyunca meydana gələcək ölüm, həyat, ruzi, yağış və hətta həcc
edilən belə yazılır. Filan kişi həcc etdi, filan kişi həcc etdi.
4) Günlük qədər.
«Göylərdə və yerdə kim varsa, hamısı ondan (ruzi, mərhəmət və mədəd) diləyir. O, hər gün (hər
an) bir işdədir. (Birini öldürər, birini dirildər, zalimə zülm edər, acizə kömək, birinin duasını qəbul
edər, birinə mərhəmət əta edər, digərinə cəza verər. Bir işlə məşğul olmaq onu digərindən
yayındırmaz). (ər-Rəhman 29). İbn Abbas – radıyallahu anhu – deyir ki, şübhəsiz
Allah
yaratdıqları
içərisində ağ incidən Lövhi-Məhfuz da vardır. Onun hər iki qapağı qırmızı bir yaqutdandır. Qələmi
nurdur, yazısı da nurdur. Hər gün ona üç yüz altmış dəfə baxar. Bu baxışların hər birində yaradır,
ruzi verir, həyat verir, öldürür, rəhm edər, zəlil edər və hər nə diləyərsə onu da edər və bu ayəni
oxudu: «O, hər gün (hər an) bir işdədir». (ər-Rəhman 29).
3. Yəni bu kainatda meydana gələn hər bir şey rəhmət və hikmətlə
Allah
ın iradəsi və qüdrəti ilə
meydana gəlir. Kainatda
Allah
ın diləməsi olmadan heç bir şey vücuda gəlməz. O, dilədiyini rəhməti
ilə hidayətə yönəldir, dilədiyini hikməti ilə sapdırır. «
Allah
iman gətirənləri dünyada da, axirətdə də
möhkəm bir sözlə (şəhadətlə) sabitqədəm edər.
Allah
zalimləri (haqq yoldan) sapdırar.
Allah
istədiyini edəndir». (İbrahim 27). «Əgər
Allah
istəsəydi sizi (eyni dildə olan) tək bir ümmət edərdi.
Allah
dilədiyini yoldan çıxardar, dilədiyini isə doğru yola salar. Sözsüz ki, etdiyiniz əməllərə görə
sorğu-sual olunacaqsınız». (ən-Nəhl 93). «Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir
ixtiyarı yoxdur». (əl-Qəsəs 68). «
Allah
istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola
yönəldər». (əl-Ənam 39). «(Ya Məhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə
bilməzsən. Amma
Allah
istədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı o, bilir».
(əl-Qəsəs 56).
Dilədiyi hər bir şey qaçınılmaz olaraq onun qüdrəti ilə olur. Olmaması mümkün deyildir.
Olmasını diləmədiyi isə olmaz. Bir şeyi yaratmaq istədiyi zaman
Allah
ın buyurduğu ona ancaq:
«Ol!» deməkdir. O dadərhal olar. (Yasin 82).
O, qulları üçün nəyi dilərsə o daolur. Nəyi də diləməzsə, insanların hamısı bunun olmasını
diləsələr də belə onun olması mümkün deyildir. «Əgər
Allah
sənə bir zərər yetirsə, səni ondan
Allah
dan başqa heç kəs qurtara bilməz. Əgər
Allah
sənə bir xeyr diləsə, heç kəs onun nemətinə
maneəçilik edə bilməz.
Allah
onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayan və rəhm
edəndir». (Yunis 107). «(Ey insanlar! Onu da bilin ki)
Allah
istəməsə, siz (bunu) istəyə bilməzsiniz.
Həqiqətən
Allah
(hər şeyi) biləndir, hikmət sahibidir». (Dəhr 30). «Eləcə də sizdən doğru-düz
(yolda) olmaq istəyənlər üçün. (onu da bilin ki) aləmlərin Rəbbi olan
Allah
istəməsə, siz (bunu)
istəyə bilməzsiniz». (ət-Təkvir 28-29). İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah –
sallallahu aleyhi və səlləm – mənə bir neçə nəsihət verərək buyurdu: «…. Bunu da bil ki, əgər bütün
insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar
Allah
ın yazdığından artıq sənə heç bir xeyir
verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə yığışsalar yenə də
Allah
ın
yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünki) qələmlər qaldırılmış, səhifələr (in mürəkkəbi)
qurumuşdur». «
Allah
ın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola
bilməz. Onun vermədiyi bir şeyi də özündən başqa heç kəs göndərə bilməz. O, yenilməz qüvvət və
hikmət sahibidir». (Fatir 2). «O, istədiyini edəndir». (əl-Buruc 16). Abdullah b. Amr b. əl-As –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm
oğullarını qəlbləri Rəhmanın barmaqlarından iki barmağı arasında bir tək qəlb kimidir. Rəhman
onları dilədiyi (istədiyi) yerə çevirib döndərir». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu:
«Uca
Allah
istədiyi vaxt ruhlarımızı aldı və istədiyi vaxt onları geri qaytardı». Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «….
Allah
istəsə və filan kişi istəsə deməyin. Yalnız
Allah
istəsə deyin».
O, etdiyi heç bir şeydən soruşulmaz, yaratdıqları isə soruşulurlar. Heç bir şey onun istədiyindən
kənara çıxa bilməz. «
Allah
gördüyü işlər barəsində sorğu-sual olunmaz. Onlar (bütün bəndələr) isə
sorğu-sual ediləcəklər». (əl-Ənbiya 23). «…. Əgər
Allah
istəsəydi, bu peyğəmbərlərin ardınca gələn
insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin
Allah
öz
61
istədiyini edəndir». (əl-Bəqərə 253). «Anaların bətnində sizə istədiyi surəti verən odur. O, qüdrət
və hikmət sahibindən başqa heç bir ilah yoxdur». (Ali İmran 6). «Beləcə biz hər bir peyğəmbər üçün
insan və cin şeytanlardan düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı
sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla
boşla getsin». (əl-Ənam 112).
4. Uca
Allah
hər şeyin yaradıcısı olduğuna, göylərdə və yerdə onlar arasında olan hər şeyi onun
yaratdığına inanmaqdır. Ondan başqa bir yaradıcı, ondan başqa Rəbb yoxdur. Ondan başqa hər nə
varsa yaradılmışdır. O, əməldə olan hər kəsi və onun əməlini, hərəkət edən hər bir varlığı və
hərəkətini yaradandır. «Halbuki sizi də, sizin düzəltdiklərinizi də
Allah
yaratmışdır». (əl-Saffat 96).
«And olsun nəfsi (insanı və ia insan nəfsini) yaradana». (əş-Şəms 7). «Sizi (yoxdan) yaradan, sonra
sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildən məhz
Allah
dır». (ər-Rum 40).
«Bu (gördükləriniz)
Allah
ın yaratdıqlarıdır. İndi siz də mənə
Allah
dan başqalarının nə yaratdığını
göstərin. Xeyr, zalimlər açıq-aşkar əyri yoldadırlar». (Loğman 11). «… Lakin
Allah
imanı sizə
sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (
Allah
a) asi olmağa qarşı sizdə
nifrət oyatmışdır…» (əl-Hucurat 7). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz
Allah
bir işi edəni və onun etdiyi işi yaradandır».
Açıqladığımız şəkildə qədərə iman etmək, qulun ixtiyar sahibi olmasına ( yəni pis və yaxşını
seçməsinə) və bu əməlləri etməsinə yetəcək qədər güc və qüvvəti olmasına zidd deyildir. «
Allah
dan
(
Allah
ın əzabından) bacardığınız qədər qorxun». (ət-Təğabun 16). «Qadınlar sizin tarlanızdır.
İstədiyiniz vaxtda öz tarlanıza gətirin. Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın». (əl-
Bəqərə 223). «
Allah
heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı
yaxşı əməl də, pis əməl də özünə aiddir». (əl-Bəqərə 286).
Buna görə də qulun fərzləri tərk edib, pis işləri görməklə qədəri dəlil gətirməsi doğru deyildir.
1)
Allah
əzəli elmi ilə Adəm oğullarının Cənnətə və Cəhənnəmə girəcək olanların hamısını bilir.
Bunların saylarında artma və əskilmədə olmaz.
Allah
hər insanın ana bətnində ikən iman əhli mi,
yoxsa küfr əhlimi olduğunu bilir. Bu Lövhi Məhfuzda da yazılmışdır.
Allah
ın bu haqda elmi əsla
dəyişməz.
Yenə də qulların əməlləri onlar o, əməlləri etməzdən əvvəl də bəllidir. Bu
Allah
ın əzəli bir
elmidir. Hər insan nə üçün yaradılmışsa ona uyğun əməl edər. Cənnət əhli Cənnət əhlinin əməlləri
ilə əməl edər, Cəhənnəm əhli Cəhənnəm əhlinin əməlini işləyənlərdir. Bir kimsə pis əməldən sonra
saleh əməl etmək yazılmışsa o, etdiyi əməldən sonra Cənnətə girər. Bəzi kimsələr də vardır ki,
daha əvvəl saleh əməli işlədiyi halda həyatı Cəhənnəm əhlinin əməli ilə bitər və Cəhənnəm əhli
olaraq yazılar. Mühüm olan insanın son anda etdiyi əməldir. Mömin ancaq
Allah
ın dilməsi ilə
mömindir, kafir də uca
Allah
ın diləməsi ilə kafirdir. Səhl b. Sad – radıyallahu anhu - rəvayət edir ki,
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar arasında elə kimsələr də vardır ki,
insanlara görnüşünə (əməllərinə) görə Cənnət əhlinə yaraşan xeyrli əməllər edər. Halbuki o,
Cəhənnəmlikdir. Yenə insanlardan elələri vardır ki, insanlara görnüşünə (əməllərinə) görə
Cəhənnəmliklərə aid pis əməllər edər. Halbuki o Cənnətlikdir». Əbu Hureyrə – radıyallahu anhu –
rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən elə bir kimsə vardır
ki, uzun zaman Cənnət əhlinin əməlini edər. Lakin sonra onun bu əməli Cəhənnəm əhlinin əməli ilə
son olub möhürlənər. Kimisi də uzun zaman Cəhənnəm əhlinin əməlini edər. Lakin sonra onun bu
əməli Cənnət əhlinin əməli ilə son olub möhür-lənər».
Müşriklər belə deyəcəklər: «Əgər
Allah
istəsəydi, nə biz, nə də atalarımız mıüşrik olar və nə də
biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişlər.
Nəhayət əzabımızı daddılar». Onlara de ki: «Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz
yalnız zənnə qapılır və yalan uydurursunuz». (əl-Ənam 148). Əgər qədər onların leyhinə dəlil təşkil
etsəydi,
Allah
onlara əzabını daddırmazdı.
2)
Allah
ın sapdırdığı kimsənin irəli sürəcək hər hansı bir dəlil və ya bir iddiası yoxdur. Çünki
uca
Allah
irəli sürüləcək bir bəhanə qalmasın deyə Peyğəmbərlərə göndərmiş və qulun əməlini ona
62
başa salaraq bunu qulun qazandığı olaraq təqdir etmişdir. «Biz Peyğəmbərləri (möminlərə) müjdə
gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən
sonra
Allah
a qarşı bir bəhanə yeri qalmasın.
Allah
yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa
165). Əgər Peyğəmbərlərə itaət etməyənlərin leyhinə qədər dəlil təşkil etsəydi, peyğəmbərlərin
göndərilməsi ilə bu dəlil ortadan qaldırlmamalıydı. Lakin əksinə
Allah
peyğəmbərlər göndərməklə
onlara pisi və yaxşını (halal və haramı) açıqlamışdır. Haqq və batil bəyan edilmişdir. Onların isə
qədəri dəlil göstərməkdə heç bir əsası yoxdur.
3) Uca
Allah
əmr və qadağalar vermiş və ancaq gücü çata bilən şeylərlə onu sorumlu etmişdi.
«
Allah
dan (
Allah
ın əzabından) bacardığınız qədər qorxun». (əl-Təğabun 16). «
Allah
heç kəsi
qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də
özünə aiddir». (əl-Bəqərə 286). Əgər qul əməllərini etməyə məcbur olsaydı, o halda gücü çatmayan
və edilməsi mümkün olmayan şeylərlə sorumlu olmuş olardı. Belə bir şey isə batildir. Çünki qul
bilmədən, unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan ötrü sorumlu
olmayacaqdır. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və
səlləm – buyurdu: «
Allah
mənə görə ümmətimin səhvən, unutqanlıqdan və məcburiyyət qarşısında
qalaraq etdiyi günahlardan keçib».
4) Uca
Allah
qədəri gizli bir sirdir. Qulun onu bilməsi ancaq etdiyi əməlin meydana
gəlməsindən sonra mümkün ola bilir. Qul həqiqi mənada faildir.
Allah
da onların fellərini
(əməllərini) yaradandır. Qul mömin, kafir, yaxşı, günahkar, namaz qılan, oruc tutandır. O, halda
iman və əməlləri yaradan da
Allah
dır. Qula öz əməllərini edə bilməsi üçün qüdrəti, iradəni və seçmi
də vermişdir. Onların qüdrətini və iradəsini yaradan da
Allah
dır. Sonra da xeyir və şərri bir-
birindən ayırd etmək üçün ağıl da vermişdir. «Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər
üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan
Allah
istəməsə, siz (bunu) istəyə bilməzsiniz». (ət-
Təkvir 28-29).
5) Bizlər insanların dünya işlərində özlərinə uyğun olan işlərə yönəldiklərini, onları əldə etməyə
çalışdıqlarını, (xeyirli işləri) kənara qoyaraq uyğun olmayan (xeyri olmayan) işlərə yönəlmədiklərini,
uyğun işlərə yönəldiklərinə görə də qədəri dəlil göstərmədiklərini görürük. Yaxşı, bəs nə üçün
insan dini ilə əlaqəli xüsuslarda ona fayda verən şeyləri (halalı) buraxaraq zərərli (haram) şeylərə
yönələrək qədəri dəlil göstərərək, mənim üçün belə yazılmışdır? Deyir. Hər iki işin durumu eyni
deyildirmi? Bu məsələ ilə bağlı açıqlama verək. Bir kimsənin qarşısına iki yol çıxır. Bunlardan biri
çətinliklərlə, əzab-əziyyətlərlə (ölüm, talan) qorxu və aclığın hökm sürdüyü bir ölkəyə aparır. Digər
yol isə rahatlıq, əzab-əziyyət olmayan ədalətli bir ölkəyə aparır. İnsan bu iki yoldan hansını seçər?
Əlbətdəki rahatlıq və ədalətli olan ölkəyə aparan yolu seçər. Heç vaxt ağlı başında olan adam
birinci yolu seçib bununla da qədəri dəlil gətirməz. O halda axirət ilə əlaqədar xüsuslarda nə üçün
Cənnətə deyil məhz Cəhənnəmə götürən yolu izləməklə qədəri dəlil göstərməkdədir.
6) Fərzləri tərk etməklə, qadağaları etməklə qədəri dəlil göstərən bir kimsənin malını
haqsızlıqla əlindən alsalar və ya ona qarşı haqsızlıq edilib və qədəri dəlil göstərən kimsəyə: «Məni
qınama, çünki mənim sənə olan bu haqsızlığım
Allah
ın qədəri ilədir». Onun belə bir iddiası qəbul
edilməz. Yaxşı, bəs nə üçün başqasının ona qarşı etdiyi haqsızlıqlara qarşı qədərin dəlil
göstərilməsini qəbul etmirsə, uca
Allah
ın haqlarını tapdalayaraq qədəri öz leyhinə dəlil göstərməsi
necə düzdür? Möminlərin əmiri Ömər b. əl-Xəttab – radıyallahu anhu – nun dövründə oğurluq üçün
əlinin kəsilməsi hökmü verilmiş birisini gətirirlər. O da əlinin kəsliməsi qərarını verdikdə oğru:
«Ağır ol ey möminlərin əmri. Mən
Allah
ın qədəri ilə oğurluq etdim» dedi. Ömər – radıyallahu anhu
– da: «Bizlərdə ancaq
Allah
ın qədəri ilə sənin əlini kəsirik» deyə cavab verdi.
Qədərin əsli
Allah
ın sirridir. O haqda biliyə nə bir mələk, nə də bir peyğəmbər, nə də onlardan
aşağı olan hər hansı bir insan sahib deyildir. Bu haqda dərinliyə dalmaq, düşünmək və cürbəcür
fikirlər yürütmək doğru deyildir. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah –
sallallahu aleyhi və səlləm – buyurdu: «Qədərdən danışanda susun». Kim qədərin dərinliyinə
dalmaq istərsə gedəcəyi yol xüsran və məhrumiyyətdir. Bu yolda xeyr əldə etməyib hidayətdən
63
məhrum olar. Şişirdər və həddi aşar. Çünki qədərin həqiqiətini
Allah
dan başqa heç kəs bilməz.
İnsanlar nə qədər düşünürlərsə düşünsünlər, qədərin həqiqətinə vara bilməzlər. Ancaq biz, Əhli
Sünnə vəl Cəmaat
Allah
– sübhanəhu və təalə – nin hər şeyi bildiyinə, yazdığına iman edirik. Elmdə
qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir» deyərlər. Bunları
ancaq ağıllı adamlar dərk edərlər. (Ali İmran 7). Bu da qədərin başa düşülməsi üçün yuxarıda qeyd
etdiyimiz dörd məsəlidir. Əksi təqdirdə insan qədərə inanmamış olur.
QƏZA VƏ QƏDƏRƏ İMANIN FAYDALARI
1. Razılıq, yəqinlik və əvəz.
«
Allah
ın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim
Allah
a iman gətirsə,
Allah
onun qəlbini haqqa yönəldər və o, dünyada baş verən hər şeyin
Allah
ın əzəli hökmü ilə izni ilə
olduğunu bilir.
Allah
hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir. (ət-Təğabun 11). İbn Abbas –
radıyallahu anhu – deyir ki, səbrli adamın qəlbini yəqinliyə yönəldir. O bilir ki, məruz qaldığı
müsibət təsadüfi deyildir. Bu
Allah
ın qəza və qədəridir.
2. Günahların təmizlənməsi.
Əbu Səid əl-Xudri və əbu Hureyrə – radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Mömini nə xəstəliyə, nə əzab-əziyyətə, nə rahatsızlığa, nə də kədərə
məruz qalmaq maraqlandırır. Onu maraqlandıran
Allah
ın bunlara səbr etdiyinə görə günahlarını
təmizləməyidir». «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz
əməllərin) ucbatındandır». (əş-Şura 30).
3. Böyük əcr (mükafatın) verilməsi.
«Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə
imtahan edərik. (Ya Məhəmməd! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver. O, kəslər ki,
başlarına bir müsibət gəldiyi zaman: «Biz
Allah
ın bəndələriyik və (öləndən sonra) ona tərəf (onun
dərgahına) qayıdacağıq» deyirlər. (əl-Bəqərə 155-156).
4. Sevinməmək və kədərlənməmək.
«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu
yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) yazılmış olmasın. Bu
Allah
üçün çox asandır.
Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz
üçündür.
Allah
özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz». (əl-Hədid 22-23). İbn Kəsir
– rahmətullahi aleyhi – deyir ki,
Allah
ın sizə bxş etdiyi nemətlərə qürrələnib insanlar arasında fəxr
etməyin. Bu sizin əməyinizin nəticəsi olmayıb,
Allah
ın qəza və qədəri ilə sizə bəxş edilən ruzisidir.
Allah
ın nemətləri ilə təkəbbür və lövğalıq etməyin. Sevincinizi şükrə, kədərinizi isə səbrə çevirin.
5. İnsanlıqdan qorxmamaq.
De ki: «Elə isə bir söyləyin görək, əgər
Allah
mənə bir zərər toxundurmaq istəsə, sizin
Allah
dan
qeyri ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər
Allah
mənə bir
mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola bilərlərmi?» De ki: «Mənə təkcə
Allah
kifayət edər». (əz-Zumər 38). «Əgər
Allah
sənə bir zərər yetirsə, səni Ondan (
Allah
dan) başqa
heç kəs qurtara bilməz. Əgər
Allah
sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneəçilik edə
bilməz». (Yunis 107).
İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – mənə
bir neçə nəsihət verərək buyurdu: «Bunu da bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir
yerə yığışsalar
Allah
ın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə
zərər vermək üçün bir yerə yığışsalar yenə də
Allah
ın yazdığından artıq sənə zərər verə bilməzlər.
(Çünki) qələmlər qaldırlmış, səhifələr (in mürəkkəbi) qurumuşdur».
5. Ölümdən qorxmamaq.
«
Allah
ın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (Lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir
64
yazıdır». (Ali-İmran 145).
6. Olub keçənlərə peşman olmamaq.
«(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları
haqqında: «Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər» deyənlərə (Ya Məhəmməd!)
söylə ki: «Əgər doğru deyirsinizsə, onda (bacarıb) ölmü özünüzdən uzaqlaşdırın». (Ali-İmran 168).
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «
Allah
güclü mömini zəif mömindən daha çox
sevir. Hər bir işdə özünə faydalı olanı götürməyə səy göstər.
Allah
dan kömək dilə aciz olma. Başına
bir müsibət gələrsə demə: «Əgər belə etsəydim belə olmazdı» De ki: «
Allah
ın qəza və qədəri bu
imiş. Əgər sözü şeytana yol açır».
7.
Allah
ın məsləhət bildiyinə xeyr vardır.
«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyrli, bəzən də xoşladığınız bir şey sizin üçün
zərərli ola bilər. (Onu)
Allah
bilir, siz bilməzsiniz». (əl-Bəqərə 216).
İSLAM VƏ İMAN
Şəri mənaları ilə islam və iman bir-birindən ayrılmazdırlar. Biri digəri olmadan işlənməzlər.
Əksinə harada səhih və mötəbər bir iman varsa onunla birlikdə islam da vardır və ya harada islam
varsa onunla birlik də iman da vardır. Onlardan hər hansı biri tək başına işlədiləcək olarsa, digəri
də onun içərisinə girər və tək başına işlədilən bu isim yenə digər ismin tək başına işlədilməsi
halında dəlalət etdiyi şeylərə dəlalət edər. Məs: «Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz
zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş
əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla)
yuyun». (əl-Maidə 6) – ayəsindəki xitab həm mömin, həm də müsəlmanları əhatə edir. Yoxsa ki,
namaz üçün dəstəmaz almaq təkcə möminlər üçün deyildir. Müsəlmanların da dəstəmazsız namaz
qılmaları mümkün deyildir. İman islamı əhatə etdiyi kimi, islam da imanı əhatə edir. Həmçinin:
«Məni müsəlman olaraq öldür….» (Yusif 101) ayəsindəki «Məni müsəlman olaraq öldür!» - eyni
zamanda – «Məni mömin olaraq öldür!» deməkdir. Yoxsa – məni müsəlman olaraq öldür, mömin
olaraq öldürmə – mənasında deyildir. Çünki
Allah
bütün möminlərin ancaq müsəlman olaraq can
vermələrini «Ey iman gətirənlər!
Allah
dan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda
ölün». (Ali-İmran 102) istər.
Lakin ikisi bir yerdə zikr olunarlarsa (islam və iman) aralarında fərq olur. Bu vəziyyətdə iman
qəlbin təsdiqi, iqrarı və bilib tanıması mənasına gəlir, islam da Uca
Allah
a əməl ilə təslimiyyət
göstərmək, boyun əymək və ona itaətlə bağlanmaq mənalarına gəlir. Elm adamları buna belə
deyirlər: «Hər mömin müsəlmandır, lakin hər müsəlman isə mömin deyildir». Məs:
Allah
buyurur:
«Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman
gətirmədiniz! Ancaq: «Biz İslamı qəbul etdik!» deyin». (əl-Hucurat 14). İbn Abbas – radıyallahu
anhu – deyir ki, onların bütünlüklə münafiq olmadığını, imanları zəif kimsələr olduğunu
açıqlamışdır. İbn Cərir ət-Təbəri – rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir ki,
Allah
Rəsulu –
sallallahu aleyhi və səlləm – bədəvi ərəblərin yalnız İslam (təslim) təslim olduqlarını söyləməsini
əmr etmişdi. Onlar yalnız dilləri ilə təsdiq etmiş, lakin qəlbləri ilə təsdiq etməmişlər. Buna görə də
onlara yalnız İslam olduqları demələri əmr olundu. Çünki İslam (təslim) olmaq üçün söz yetərli
olarkən, iman etmək üçün həm söz, həm də əməl gərəkdir. «
Allah
kimi düz yola yönəltmək istəsə,
onun köksünü İslam (dini) üçün açıb genişləndirər. Kimi azdırmaq istəsə, onun ürəyini daraldıb
sıxıntıya salar. O sanki (sıxıntının şiddətindən) göyə çıxar.
Allah
iman gətirməyənlərə pisliyi belə
edər». (əl-Ənam 125).
65
İMANDA İSTİSNA ETMƏK «İNŞƏALLAH, MƏN MÖMİNƏN» DEMƏK
Əhli Sünnə vəl Cəmaat imanda istisna etmək – yəni «İnşəallah, mən möminəm» deməyin və
özləri haqqında yəqin olaraq «mən möminəm» deməyin əleyhinədir. Bu isə onların
Allah
dan
qorxmaları və qədərə iman etmələrinə görədir. Çünki heç kəs yəqin olaraq deyə bilməz ki, «mən
möminəm». Mütləq iman bütün itaətləri etməyi və bütün qadağaları tərk etməyi əhatə edir. İnsan
bütün bunları etdikdə də yəqin olaraq bu kəlməni söyləməz. Əgər belə etsə onda özünü tərif etmiş,
təmizə çıxarmış və özünü
Allah
dan haqqıyla qorxan, yaxın kimsələrdən olduğunu irəli sürmüş
olur. Beləliklə də özünə yəqin olaraq mömin deyən kimsə özünün Cənnət əhlindən olduğunu da
irəli sürməlidir. Bu isə mümkün deyildir. «Özünüzü təmizə çıxartmayın. O,
Allah
dan qorxub pis
əməllərdən çəkinənin kim olduğunu daha gözəl bilir». (ən-Nəcm 32).
İstisna etmək- «İnşəallah, mən möminəm» demək haqqında üç rəy vardır. Kimisi bunun vacib
olduğunu, kimisi bunun haram olduğunu, kimisi də bu məsələdə orta yolu tuturlar.
Müxaliflərin qeyd etdiyinə görə iman tək bir şey olub əməl və sözdən ibarət deyildir. İman
qəlbdəki təsdiqdir. Əgər qəlb təsdiq edirsə o, özünün mömin olduğunda da heç bir şəkk-şübhə
etməməlidir. Onlara görə şəhadət kəlməsini söylədiyimi bildiyim kimi, mömin olduğumu da
bilirəm. Onların «mən möminəm» deməyi, «mən müsəlmanam» deməyi kimidir və bu məsələdə
«inşəallah, mən möminəm» deyənlərə də ŞƏKKAK – şübhəçi adını verirlər.
İmam Əbu Hənifə – rəhmətullahi aleyhi – də imanda inşəallah, mən möminəm deməyin haram
olduğu fikrindədir.O, deyir: «Mömin yəni inanan kimsə həqiqətən mömindir, kafir də həqiqətən
kafirdir. Küfrdə şübhə olmadığı kimi imanda da şübhə yoxdur».
Allah
buyurur: «Onlar həqiqi
möminlərdir». (əl-Ənfal 4). «Bütün bunlar həqiqətən kafirdirlər». (ən-Nisa 151). Məhəmməd –
sallallahu aleyhi və səlləm – in ümmətinin günahkar olan kimsələrinin hamısı həqiqətən mömin
olub, kafir deyillər». İmam Əbu Hənifə – rahmətullahi aleyhi -, Harisi və Haskəfinin rəvayətinə görə
belə demişdir: «Alkamə ilə birlikdə Ata b. Əbi Rəbahın yanında idik». Alkamə ona: «Ey Əbu
Məhəmməd! Ölkəmizdə imanlarını özlərinə nisbət etməyə və mən möminəm deməyi xoş
qarşılamayan bir qrup vardır» dedi. Ata b. Əbi Rəbah: «Onlara nə olur ki, bunu söyləmirlər?» deyə
qarşılıqlı sual verdi. Alkamə sözünə davam edərək: «Deyirlər ki, mömin olduğumuzu söylədikdə
özümüzü Cənnət əhlindən olduğumuzu da qeyd edirik». Ata onlara: «
Allah
!
Allah
! Bu şeytanın
hiylələrindən biridir. Şeytan onları
Allah
ın onlara verdiyi ən böyük nemət olan İslamı tərk etməyə və
bu xüsuslarda Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə müxalif olmalarını vəsvəsə edir. Mən
səhabələrin və eyni zamanda da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in də bunu etdiyinin
şahidi olmuşam».
Digər bir qrup isə hər bir şeydə istisna etməyə başladılar və bu məsələdə həddi aşmışlar. Məs:
Onlar etdikləri bütün saleh əməllərdə də istisna etməyə başladılar. «İnşəallah mən namaz qıldım,
inşəallah oruc tutdum» və s. sözlər söyləməyə başladılar. Yenə onlardan bir çoxu hər şeydə istisna
etməyə başladılar. «İnşəallah bu paltardır, inşəallah bu ayaqqabıdır» və s.
Lakin ən gözəl mövqe isə Sələfin mövqeyidir.
Allah
– subhanəhu və təalə – Qurani-Kərimdə
yəqin olaraq baş verən bəzi işləri
Allah
ın diləməsinə bağlaya-raq ifadə edildiyini açıq göstərən bir
sıra ayələr vardır. Məs: «And olsun ki,
Allah
öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu
təsdiq etdi. (ey möminlər!) Siz, inşəallah əmin-amanlıq içində, (bəziniz) başınızı qırxdırmış,
(bəziniz) saçınızı qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidulhərama daxil olacaqsınız».
(əl-Fəth 27). O,yürüyüb-qaçmaq və atasına kömək edə bilmək çağına (on üç yaşında) çatdıqda
(ibrahim) dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə
fikirləşirsən! O, dedi: «Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşəallah mənim səbrlilərdən
olduğumu görəcəksən». (əs-Saffat 102). Və heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm!
Demə. Ancaq: «İnşəallah edəcəyəm» de. (əl-Kəhf 23-24). (Yəqub və ailəsi) Yusifin hüzuruna daxil
olduqda o, ata-anasını bağrına basıb: «İnşəallah əmin-amanlıqla Misirə daxil olun» dedi. (Yusif
99). Aişə – radıyallahu anhə – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecənin
66
sonunda Bəqi qəbrsanlığına girər və deyərdi: «Ey möminlər topluluğunun yurdu! Salam üzərinizə
olsun. Sizə vəd olunmuş (ölüm) gəlmişdir. İnşəallah biz də sizə qovuşacağıq.
Allah
ım! Bəqi
qəbrsanlığında yatanları bağışla!». Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Ey möminlərin və müsəlmanların yatdığı yurdun sakinləri! Salam üzərinizə olsun!
İnşəallah biz də sizə qovuşacağıq!». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və sələm – buyurdu: «Hər peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər
bu duasını etmişdir. Lakin mən duamı qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım.
Artıq ümmətimdən
Allah
a heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah bu şəfaətə nail
olacaqlar». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Süleyman b. Davud (
Allah
ın salamı iksinin də üzərinə olsun): «Şübhəsiz ki, bu
gecə yetmiş (bəzi rəvayətdə 90, bəzilərində 99, bəzilərində 100) zövcəmi (xanımlarımı)
dolaşacağam. Zövcələrimdən hər biri
Allah
yolunda vuruşacaq bir süvari doğacaq» dedi. Bu an
yoldaşı (olan mələk) Ona: «İnşəallah de!» dedi. Lakin o, inşəallah deməyi unutdu. Bundan sonra o,
qadınlardan biri xaric, heç biri hamilə olmadı. O daxəstə olan bir uşaq doğdu». Sonra Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan
Allah
a and olsun ki, əgər inşəallah demiş
olsaydı hər biri
Allah
yolunda vuruşacaq süvarilər doğardılar».
Səhabələrdən gələn rəvayətlərdə: Əbul-Vahterinin (Səid b. Feyruz) rəvayətinə görə Əli –
radıyallahu anhu – demişdir: «Bir kimsənin mən möminəm deməsi bidətdir». İbn Məsud –
radıyallahu anhu – deyir: «Hər kim mömin olduğuna dair şahidlik edərsə, özünün Cənnətdə
olduğuna da şahitlik etsin». Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun yanında şübhəsiz ki, mən
möminəm dedikdə İbn Məsud ona: «Onda mən Cənnətliyəm də de!» dedi. Sonra İbn Məsud –
radıyallahu anhu – o, adama: «Lakin biz
Allah
a, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə inanırıq».
Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun yanında şübhəsiz ki, mən möminəm deyir: «Ey Əbu
Abdurrahmən! Bu adam mömin olduğunu iddia edir». İbn Məsud onların bu sözlərinə: «Ondan bir
soruşun görün o, Cənnətlikdir yoxsa Cəhənnəmlik?» Onlar həmin şəxsdən bunu soruşurlar. Adam
da onlara: «
Allah
ən doğrusunu bilir». Adamın bu cavabından sonra İbn Məsud ona: «İkincisini
(yəni Cənnətlik və ya Cəhənnəmlik olduğunu)
Allah
a həvalə etdiyin kimi birincisini də
Allah
a həvalə
etsəydin?» dedi. İmam Əhməd – rahmətullahi aleyhi – ə imana dair sual verildikdə o: «İman söz,
əməl və niyyətdir!» deyə cavab vermişdir. Bu dəfə ona: «Adam sən möminsən?» deyə soruşarsa, o:
«Bu bir bidətdir!» deyə cavab vermişdir. Bu səfər ona: «Yaxşı, beləsinə necə cavab verilir?»
deyilincə, «İnşəallah, möminəm!» deyilir, deyə cavab vermişdir. Peyğəmbər – sallallahu aleyhi və
səlləm - qəbr əhlini ziyarət etdikdə buyurdu: «İnşəallah, biz də sizə qovuşacağıq!». O, burda
istisna etdi. O, isə yəqin olaraq öləcəyini bildiyi halda istisna etdi». Vəlid b. Müslim: «Əvzai, Məlik
b. Ənəs və Səid b. Abduləzizin kişinin mən möminəm deməsini inkar etdiklərini, inşəallah mən
möminəm deməsinə isə izn verdiklərini eşitdim». İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir: «İbn
Məsud və səhabələr, Sevri, İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam Əhməd və sünnə
imamları kimi hədis alimləri də imanda istisna edərdilər. Bu onlardan mütəvatir olaraq gəlmişdir».
Həmçinin səhabələrdən: «Ömər, İbn Məsud, Əli – radıyallahu anhumə -, tabiinlərdən – İbn Əbi
Muleykə, Tavus, Həsənul-Basri, Məhəmməd b. Sirin, İbrahim ən-Nəhai, Səid b. Feyruz, Dəhhak b.
Məşriki, İsmail b. Əbu Xalid, Muğirə b. Miksəm, fikhçilərdən Abdullah b. Sübrümə, Mamər b. Rəşid,
Sufyan əs-Səvri, Sufyan b. Uyeynə, Abdullah b. Mubərək, İmam Məlik, İmam Əhməd və s.
rəyləridir».
EHSAN
İslam dininin üçüncü mərtəbəsi – Ehsandır. Bu da tək bir rükündur. Peyğəmbər – sallallahu
aleyhi və səlləm - , onların yanına dinlərini onlara öyrətmək və Ehsan haqqında sual vermək üçün
gələn Cəbrail – əleyhissəlam – a belə cavab vermişdi: «Ehsan, Uca
Allah
ı sən Onu görür kimi ibadət
etməkdir, lakin sən Onu görməsən də şübhəsiz ki, O səni görür». «O
Allah
ki, səni namaza
67
duranda da görür, səcdə edənlər içində olanda da. Həqiqətən (hər şeyi) eşidən və bilən odur!». (əş-
Şuəra 218-219).
Ehsan pislik etməyin ziddidir. «Həqiqətən
Allah
ondan qorxub pis əməllərdən çəkinənlər və
yaxşı işlər görənlərlədir». (ən-Nəhl 128). «Yaxşılığın əvəzi ancaq yaxşılıqdır». (ər-Rəhman 60).
«Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafatlar gözləyir. Onların üzlərinə nə bir toz, nə də
bir zillət qonar». (Yunus 26). «
Allah
yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın,
yaxşılıq edin!
Allah
yaxşılıq edənləri sevər». (əl-Bəqərə 195).
Ehsanın içinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğu kimi, bir adamı miniyinə
mindirmək, əşyalarını qaldırmaq və ya daşımaq üçün kömək etmək, ona yol göstərmək və s. buna
bənzər xüsusiyyətlərin hamısı daxildir. Bunlar
Allah
ın qullarına edilən yaxşılıqdır. Hətta hər kəsin
Allah
ın qullarına bildiklərini öyrətməsi, dərs keçməsi və ya məclislərdə elmi söhbətlər etməsi xeyr
və ehsandandır. Əbu Yəla Səddad b. Əus – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu
aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki,
Allah
hər şeydə ehsan yazmışdır. Buna görə də
öldürdüyünüz zaman gözəl şəkildə öldürün. Kəsdiyiniz zaman gözəl bir şəkildə kəsin. Sizdən
(heyvan kəsən şəxs) bıçağını yaxşıca itiləsin və kəsəcəyi heyvanı rahatlasın». Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanların
hər bir bədən üzvü üçün günəşin doğduğu hər bir gündə sədəqə vardır. İki nəfər arasında ədalətlə
hökm vermək bir sədəqədir. Kişini miniyinə mindirmək üçün kömək etmək və yaxud da onun
əşyalarını miniyə yükləmək üçün kömək etmək bir sədəqədir. Gözəl bir söz söyləmək bir
sədəqədir. Namaz qılmaq üçün (məscidə) addımladığın hər bir addım bir sədəqədir. Yolda əziyyət
verən bir şeyi götürmək də bir sədəqədir».
Peyğəmbər – sallallahu aleyhi və səlləm – Ehsanın bir-birindən fərqli iki mərtəbədən ibarət
olduğunu açıqlamaqdadır.
1. Uca
Allah
a sən Onu görür kimi ibadət etmək.
İbadətə gəlincə isə O,
Allah
a Onu görür kimi ibadət etmək deməkdir. Belə bir ibadət yəni
insanın Rəbbinə Onu görür kimi ibadət etməsi istəklə və sevgi ilə edilir. Bu yolla insan sevdiyi və
arzuladığı bir şeyi əldə etməyə çalışır. Çünki o, Rəbbinə Onu görür kimi ibadət edər. Beləliklə ona
yönələr, Ona dönər və Ona yaxınlaşmağa çalışar.
2. Lakin sən Onu görməsən də, şübhəsiz ki, O səni görür.
Əgər sən
Allah
a onu görür kimi ibadət edə bilmirsənsə, onda Ona O, səni görür kimi ibadət et.
Beləliklə Ondan qorxan, əzab və cəzasından qaçan kimsənin ibadəti kimi Ona ibadət etmiş olursan.
İnsan Uca
Allah
a bu şəkildə ibadət etmiş olarsa Uca
Allah
a qarşı ixlaslı olar. İbadətini riyakarlıq və
başqalarının eşitməsi üçün etməz, insanların onu tərifləməsini düşünməz. İnsanlar onun ibadətini
istər bilsinlər, istər bilməsinlər onun üçün fərq etməz. Hətta ixlasın tamamlayıcı ünsürü də budur:
«İnsan etdiyi ibadətini insanların görməməsinə və Rəbbinə qarşı etdiyi ibadətinin bir sir olaraq
qalmasına diqqət edər».
SƏLƏF İMAMLARININ ƏHLİ SÜNNƏ VƏL CƏMAAT HAQQINDA SÖZLƏRİ
1. Əhli Bəkr əs-Siddiq – radıyallahu anhu – deyir ki: «Sünnə Allahın sağlam ipidir».
2. İbn Ömər – radıyallahu anhu – deyir ki: «Sünnəti tərk edən kafir olur».
3. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Allah qullarının qəlblərinə baxdı. Məhəmməd –
sallallahu aleyhi və səlləm – in qəlbini qullarının qəlbləri arasında ən xeyirli qəlb olduğunu gördü.
Buna görə də onu özü üçün (bir peyğəmbər) olaraq seçdi və onu risalətlə göndərdi. Məhəmməd –
sallallahu aleyhi və səlləm – in qəlbindən sonra yenə də qullarının qəlblərinə baxdı, onun
səhabələrinin qəlblərini qullarının qəlbləri arasında ən xeyirli qəlblər olduğunu gördü. Buna görə
də onları Peyğəmbərinə dini uğrunda vuruşaraq yardımçılar etdi. Buna görə də müsəlmanların
gözəl gördükləri bir şey Allah dərgahında da gözəldir, pis gördükləri bir şey də Allah dərgahında
68
da pisdir».
4. Ömər – radıyallahu anhu – deyir ki: «Qurani-Kərimin mütəşabihləri ilə sizlərlə mübahisə
edəcək bir qrup kimsələr gələcəkdir. Siz də onları sünnətlərlə susdurun. Çünki sünnətə tabe olan
kimsələr Allahın kitabını ən gözəl bilən kimsələrdir».
5. İbn Ömər – radıyallahu anhu – deyir ki: «Sizlərdən hər kimsə birinin sünnətini (yolunu)
izləmək istəyərsə, ölmüş olanların (sünnətini) yolunu izləsin. Bunlar da Məhəmməd – sallallahu
aleyhi və səlləm – in səhabələridir. Onlar bu ümmətin xeyirliləri idilər. Qəlbləri ən yaxşı, elmləri ən
dərin, əbəs yerə özlərinə zülm etməkdən ən uzaq olan kimsələr idilər. Allah onları Peyğəmbərinə
yoldaşlıq etməyə, dinini (daşımaq) başqalarına çatdırmaq üçün seçdi. Buna görə də sizlər də
onların əxlaqı ilə əxlaqlanmaya və onların getdikləri yola getməyə çalışın. Onlar Məhəmməd –
sallallahu aleyhi və səlləm – in səhabələridirlər. Onlar Kəbənin Rəbbi olan Allaha and olsun ki,
doğru yolda idilər».
6. Xuzeyfə b. Yəmən – radıyallahu anhu – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
səhabəlrinin ibadət deyə etmədiyi heç bir şeyi siz də ibadət deyə etməyin. Çünki əvvəl gələn, sonra
gələnə söyləyəcək bir söz buraxmamışdır. Ey Alimlər topluluğu! Allahdan qorxun. Sizdən
əvvəlkilərin izlədiyi yolu tutun».
7. İbn Ömər – radıyallahu anhu – deyir ki: «İnsanlar əvvəlkilərin izlədikləri (yolu) izlədikcə
doğru yolla getməyə davam edəcəklər».
8. Əbu Dərda – radıyallahu anhu – deyir ki: «Sən əvvəlkilərin izini (yoluna) izlədiyin müddətdə
əsla azmazsan».
9. Məhəmməd b. Sirin – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə əvvəlkilərin izini (yolu) üzərə
yürüməyə davam etdikcə, doğru yol üzərində yürüməyə davam edir deməkdir».
10. Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Güvənib dayandığın əsər
(əvvəlkilərin yolu) olsun».
11. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Şübhəsiz ki, sünnə əhli olan kimsələr
insanlar arasında say etibarı ilə ən az olanlardır. Yerdə qalan insanlar arasında da insanların ən az
olanlarıdır. Onlar kef və dəbdəbə içində olanlarla kef və dəbdəbələrində iştirak etməzlər, bidət
əhlinin də bidətlərinə qarışmazlar. Rəbblərinə qovuşana qədər sünnə üzərində sabit qalarlar. Siz də
Allahın izni ilə belə olun».
12. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Sünnətə müxalif olaraq haqqında söz
söylədiyim nə qədər məsələ varsa mən ondan həyatımda olsun, ölümümdən sonra olsun vaz
keçirəm».
13. Rabi b. Süleyman deyir ki: «İmam Şafii bir gün bir hədis rəvayət etdi. Bir nəfər: «Ey
Abdullahın atası! Sən bunu qəbul edirsən?» deyincə Şafii: «Mən Peyğəmbər – sallallahu aleyhi və
səlləm – dən gələn səhih bir hədis rəvayət edib və onu qəbil etməmiş olsan siz şahid olun ki, mən
ağlımı başımdan itirmişəm».
14. İbnul Məcisun deyir ki, imam Malikin belə dediyini dinlədim: «Hər kim İslamda gözəl
görərək bir bidət ortaya çıxararsa, Məhəmməd – sallallahu aleyhi və səlləm – in risalətinə qarşı
xainlik etdiyini iddia etmiş olur. Çünki Uca Allah: «Bu gün dininizi tamamlayıb mükəmməl etdim…»
(əl-Maidə 3) deyə buyurdu. Bu baxımdan da o, gün din olmayan heç bir şey bu gün də din olmaz».
15. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Bizə görə sünnənin əsasları Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in səhabələrinin izlədiyi yola sarılmaq, onlara uymaq və bidətləri tərk
etməkdir. Çünki hər bir bidət yol azmaqdır».
16. İmam Əhməd b. Sinan əl-Kattan – rahmətullahi aleyhi – deyir ki: «Dünyada nə qədər bidətçi
varsa mütləq hədis əhlinə ağız əyər. Çünki adam bidət ortaya qoydumu qəlbindən hədisin ləzzəti
sökülüb alınır».
17. əl-Fudayl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Hidayət yollarına uy. O, yolu izləyənlərin
azlığının sənə zərəri yox. Əyri yollardan isə çəkin. Həlak olanların çoxluğuna da aldanma».
18. İbn Abbas – radıyallahu anhu – deyir ki: «Sünnət əhli olan bir kimsəyə baxmaq, sünnətə
69
dəvət edər, bidəti də qadağan edər».
19. Sufyan əs-Sövri – rahmətullahi aleyhi – deyir ki: «Gün çıxan tərəfdən olan bir adamın
sünnətə bağlı olduğuna dair sənə bir xəbər çatarsa, sən də ona salam göndər. Çünki sünnət əhli
(sünnətə bağlı) kimsələr azalmışdır».
20. Əyyub əs-Şaftiyani – rahmətullahi aleyhi – deyir ki: «Mənə sünnət əhlindən olan bir nəfərin
ölüm xəbəri gəlib çatdıqda sanki orqanlarımdan birini itirmiş kimi oluram».
21. Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Ey qardaşım! Bunu da bil ki, bu gün
sünnətə sarılaraq ölmək Allahın hüzuruna çıxacaq hər bir müsəlman üçün bir lütf, bir
mərhəmətdir».
22. əl-Fudayl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Şübhəsiz Allah onların vasitəsi ilə
ölkələrə hidayət verdiyi qulları vardır. Bunlar sünnət əshabı olan kimsələrdir».
23. Muafa b. İman – rahmətullahi aleyhi – deyir ki: «İnsanı öləndən sonra tərif et. Çünki ölənə
qədər onun sünnə və ya bidət üzərə öləcəyi bilinməz».
24. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Mən hədis əhlindən bir kimsəni gördümmü
sanki Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən birini görür kimi oluram».
25. Amr b. Qeys əl-Mulal – rahmətullahi aleyhi – deyir ki: «Əgər sən bir gəncin əvvəldən Əhli
Sünnə vəl Cəmaatla birlikdə yetişdiyini görsən bil ki, ondan (xeyirli şeylər) uma bilərsən».
26. İmam Malik – rahmətullahi aleyhi – deyir ki: «Bu ümmətin başı nə ilə islah olunmuşsa, bu
ümmətin sonu da ancaq onunla islah olunur (düzəlir). O gün din olmayan heç bir şey bu gün də
din olmaz».
Bunlar Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin imamlarından olan bəzilərinin söylədikləri
sözlərdir. İnsanlar arasında ümmətlərinin ən çox xeyrini istəyən, ümmətlərinə ən çox xeyirləri
toxunan, onların nə ilə düzəldiklərini, harada hidayət tapacaqlarını ən yaxşı bilənlər onlardır. Onlar
Allahın Kitabı və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnətinə sımsıxı sarılmağı tövsiyə
edən, sonradan ortaya çıxmış işlərdən bidətlərdən çəkindirməkdə, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – in onlara xəbər verdiyi şəkildə qurtuluş yolunu bildirməkdədirlər. Bu yol isə Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in sünnətinə və hidayətinə sımsıxı yapışmaqdır. Allah bizi də onlardan
etsin. Amin!
SON SÖZ
Bu ümmətin ilk nəslinin Tövhid əqidəsi budur. Bu əqidə olduqca saf və sağlam bir əqidədir.
Kitab və Sünnətin yolu bu ümmətin sələfinin (keçmişinin) görüşləri ilə imamlarının getdiyi yola
uyğun, doğru və sağlam bir yoldur. Bu ümmətin ilk nəslinin qəlblərini dirildən yol da bu yoldur.
Müsülman qardaş və bacılarım!
Allah
bizi də sizi də doğru yola yönəltsin. Bunu da bilin ki,
Allah
ın kitabı, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəti və Sələfi Salihin anlayışından
başqa bir yerdə hidayəti axtaran yaxud
Allah
ın qoyduğu şəriətdən başqa bir şəriət ortaya çıxardan
kimsə, heç şübhəsiz ki, açıq bir azğınlıq içindədir, doğru yoldan uzaqdır, möminlərin izlədikləri
yoldan başqa bir yolu izləməkdədir. İmama Məlik – rahmətullahi aleyhi – deyir ki, dinin ən xeyrli
olanı sünnət olanıdır, ən pis işlər isə sonradan ortaya çıxmış bidətlərdir.
Müsəlmanların birlik olmalarının yolu əqidə birliyindən keçdiyində heç bir şəkk-şübhə yoxdur.
Tərtəmiz əqidə isə bu ümmətin sələfi olan ilk nəslin inandığı əsaslardır. Uca
Allah
ın bizə
bağlanmağı əmr etmiş olduğu doğru yol və sağa-sola sapmayan yol budur. «Bu şübhəsiz ki,
mənim doğru yolumdur. Onu tutub gedin. Sizi
Allah
ın yolundan sapdıracaq yollara uymayın.
Allah
bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən çəkinəsiniz». (əl-Ənam 153).
DİQQƏT! - Müsülman qardaş və bacılarım! Bir şeyi sizə nəsihət etmək istəyirəm ki, əksər
hallarda kitabın müəllifi bir tərəfə qala-qala onu (kitabı) tərcümə edənin və ya toplayanın adı ilə
bağlayırlar. Bu da müəllifin haqlarını tapdalamaq deməkdir.
Allah
buyurur: «Söz söylədiyiniz zaman
70
ədalətli olun!». (əl-Ənam 152). Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: «Vacib olan hər bir
haqq sahibinə haqqının verilməsidir». Buna görə də hər bir kitabı onun müəllifinin adı ilə tanımaq
ədalətli olmağa daha yaxındır. Mənim tərcümə edib topladığım bu iki risalənin müəllifləri isə
kitabın sonunda: «İstifadə olunan ədəbiyyat» bölümündə qeyd etdiyim kitabların müəllifləridir.
Xahiş edirəm ki, bu kitabları mənim adım ilə bağlamayasınız.
Allah
– subhanəhu və təalə – dən Sələfi Salihin yolunu bizə göstərdiyi kimi bizi də onlardan
etməsini, yaratdıqlarının ən xeyirlisi olan Məhəmməd – sallallahu aleyhi və səlləm – ilə birlikdə
Qiyamət günü həşr etməsini, bizi hidayətə yönəltdik-dən sonra qəlbimizi saptırmamasını, onun
yolunda çalışan Muvahhid və saleh qullarından etməsini diləyirəm. O, hər şeyi eşidən və duaları
qəbul edəndir. Amin!
Allah
ın salat və salamı onun Peyğəmbəri Məhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə
üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
BİTİRDİM: HİCRİ 1425 –ci il 2 SƏFƏR
MİLADİ 2004 –ci il 23 MART
www.selefeqidesi.net
www.namazqil.com
www.dinifetvalar.com
www.abubakr-mescidi.com
www.azerislam.com
www.islamevi.az
www.feqih.com
www.selef.tk
www.ahli-sunnah.tk
www.cennetedavet.org
www.kulluk.org
www.rahmet.org
http://www.4shared.com/dir/9368947/b03cab99/sharing.html
ra1000.4shared.com
ra1000-az.4shared.com
ra1000-ru.4shared.com
Dostları ilə paylaş: |