vardır. Onlar insanı
Allah
ın əmri ilə qoruyurlar». (ər-Rəd 11). Əbu Hureyrə – radıyallahu anhu –
rəvayət edir ki, Əbu Cəhl: «Məhəmməd sizin aranızda üzünü torpağa sürtürmü?» Ona: «Bəli,
sürtür»- dedilər. O, dedi: «Lat və Uzzaya and olsun ki, əgər onun belə etdiyini görsəm boynundan
tutub torpağa sürtəcəyəm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – namaz qılmağa başladığı
vaxt Əbu Cəhl gəldi və onun boynunu basmaq istədi. Bu vaxt sanki əlləri ilə özünü qoruyaraq geri
çəkildi. Ona: «Sənə nə oldu?» deyə soruşduqda o dedi: «Mənimlə onun arasında içi odla dolu
xəndək var idi və mənim ona yaxınlaşmağıma mane olurdu». Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Əgər o, mənə yaxınlaşmış olsaydı mələklər onu parça-parça edərdilər».
Mələklər
Allah
a yaxınlaşdırılmış varlıqlardır. Kişi və qadın vəsfləri yoxdur. «Onlar Rəhmanın
qulları olan mələkləri dişi saydılar. Məgər onlar mələklərin yaradılışına sahibmi olmuşlar. Onları bu
şəhadəti yazılacaq və sorğu-sual olunacaq». (əz-Zuxruf 19). «Kafirlər Rahmən övlad götürdü
dedilər. O, pak və müqəddəsdir. Xeyr mələklər möhtərəm qullardır». (əl-Ənbiya 26).
Yeməzlər, içməzlər. «Həqiqətən elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam
verdilər. İbrahim də «Salam!» deyə cavab verdi və dərhal (gedib onlara) qızardılmış bir buzov
gətirdi. İbrahim (qonaqların) əllərini yeməyə uzatmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna
gəlmədi və qorxuya düşdü». (Hud 69-70).
Onların qidaları
Allah
ı zikr etməkdir. Bundan da əsla usanmaz və buna ara verməzlər,
11
yorulmazlar. «Onlar
Allah
a ibadət etməkdə təkəbbürlülük göstərməz və bunda yorulmazlar. Onlar
gecə-gündüz yorulmaz, yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyirlər». (əl-
Ənbiya 19-20). «Rəbbinin yanında olanlar ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak,
müqəddəs tutub şəninə təriflər deyər və ancaq ona səcdəyə qapanarlar». (əl-Əraf 206).
Həya və utanmaq kimi sifətlərə sahibdirlər. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ayaqları baldıra qədər açıq vəziyyətdə uzanmışdı. Əbu Bəkr, Ömər –
radıyallahu anhu – onun yanına içəri girdikdə o, ayaqlarının üstünü örtmədi. Lakin Osman –
radıyallahu anhu – onun yanına girən kimi ayaqlarının üstünü örtdü. Niyə belə etdiyini soruşduqda:
«Ondan mələklər həya edir mən necə həya etməyim».
Allah
a itaət və ona üsyan etməmək fitrəti ilə yaradılıblar. «Xidmətçiləri isə
Allah
ın onlara verdiyi
əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və
çox sərt təbiətli mələklərdir». (ət-Təhrim 6).
4. Mələkləri
Allah
ın əmrlərini yerinə yetirdiklərinə və hər birinin müəyyən vəzifəsi olduğuna
iman gətirməliyik.
Cəbrail – əleyhissəlam –
Allah
ın vəhyinin əminidir.
Allah
vəhy ilə onu Rəsullara və
Peyğəmbərlərə göndərir. Mikail – əleyhissəlam – yağış və bitkilərlə, İsrafil – əleyhissəlam –
Qiyamətin qopacağı və insanların diriləcəyi vaxt sura üfürəcək, Ölüm mələyi ölüm anında ruhları
almaqla əmr olunur. De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır». (əs-Səcdə 11). O,
yaradılmış olaraq mələklərin ən əzəmətlisidir. Onun haqqında Quran və Sünnədə bəlli bir ad
yoxdur. Bəziləri Əzrail deyə adlandırırlar. Lakin bu haqda heç bir yerdə məlumat yoxdur.
Həmçinin kimilərinə Ərşi daşımaq: «Həmin gün sənin Rəbbinin ərşini onların başı üstündə
səkkiz mələk daşıyacaqdır». (əl-Həqq 17). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«
Allah
mənə Ərşi daşıyan mələklərin biri haqqında danışmağa icazə vermişdi. Onun qulağının ucu
ilə boynunun arasındakı məsafə yeddi yüz ilə bərabərdir. Quş bu məsafəni qət etməkdə acizdir».
Kimisinə Cəhənnəmin atəşini qorumaq Məlik və Cəhənnəmin mələkləri Zəbanilər: «Onlar
müraciət edib deyəcəklər: Ey Məlik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq). O, isə (min
ildən sonra onlara) Siz (həmişəlik burada) qalacaqsınız». (əz-Zumər 77). «Biz də Zəbaniləri
(Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq». (əl-Ələq 18).
Kimiləri möminlərin ruhlarını rahatlıqla alırlar: «And olsun (möminlərin canını) rahatlıqla
alanlara». (ən-Nəziat 2). Şübhəsiz ki: «Rəbbimiz
Allah
dır!» deyən, sonra da düz olan kəslərə (ölüm
ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan
Cənnətlə sevinin!». (Fussilət 30).
Kimiləri kafirlərin ruhlarını zorla alırlar: And olsun (kafirlərin canını) zorla alanlara». (ən-Nəziat
1). «Kaş ki, sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb: «Çıxarın
canlarınızı! Siz bu gün
Allah
a qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbürlük
göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız» dediyini görəydin. (əl-Ənam 93).
Kimiləri insanın ana bətnində olduğu müddətdə qədərini yazmaq ilə: Əbu Abdurrahmən
Abdulla b. Məsud – radıyallahu anhu – rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər birinizin yaradılışı onun anasının
qarnında qırx gün nütfə şəklində olaraq bir yerə gətirilir. Sonra bu müddət ərzində alaka şəklində
olur. Sonra yenə bu müddər ərzində mudaka şəklində olur. Sonra ona bir mələk göndərilir, hansı
ki, ona ruh üflədikdən sonra dörd xüsusiyyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini,
bədbəxt və ya xoşbəxt olacağını».
Onlardan möminlərə məğfirət diləyən, onlara dua edən, möminləri sevən kimsələr olduğu kimi
elm məclislərinə gələrək onları əhatəyə alan, onların etdiklərini
Allah
a çatdıran, elm öyrənən və
öyrədən üçün dua edən mələklər də var. «Həqiqətən
Allah
və mələkləri Peyğəmbərə salavat
göndərirlər…». (əl-Əhzab 56). Əbu Uməmə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən
Allah
mələkləri, göydə və yerdə olanlar … elm
öyrədənə dua edirlər». Əbu Dərda – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu
12
aleyhi və səlləm – buyurdu: «Hər kim elm öyrənmək üçün müəyyən bir yola çıxarsa
Allah
onun
Cənnətə gedən yolunu asanlaşdırar. Bir topluluq
Allah
ın evlərindən birində toplanıb,
Allah
ın
kitabını oxuyar və öz aralarında onu müzakirə edərlərsə onlara
Allah
tərəfindən sakitlik enər,
Allah
ın rəhməti onları örtər, mələklər onları əhatəyə alarlar,
Allah
onları öz dərgahında olanların
yanında yad edər. Hər kim bu əməlləri gecikdirərsə, nəticəsi onu irəli hərəkət etməyə qoymaz (geri
düşər)».
Mələklərin möminlərin dostlərı və onları sevmələri. Şübhəsiz ki: «Rəbbimiz
Allah
dır!» deyən,
sonra da düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və
kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada və axirətdə də sizin dostlarınızıq.
Orada (Cənnətdə) sizin üçün nəfslərinizin çəkdiyi, istədiyiniz hər şey vardır». (Fussilət 30-31).
Əbu Hureyrə – radıyallahu anhu- rəvayət edir ki, Peyğəmbər – sallallahu aləyhi və səlləm –
buyurdu: «Əgər
Allah
bir qulu sevərsə əmr edir Cəbrailə: «Şübhəsiz
Allah
filan qulu sevər, sən də
onu sev!» deyə nida edər. Cəbrail də onu sevər. Sonra Cəbrail da səmadakıları səsləyərək:
«Şübhəsiz
Allah
filan qulu sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da onun
sözü yer üzündə məqbul (qəbul) sayılar».
Mələklərin kafirləri, müşrikləri, münafiqləri sevməmələri və onlara nifrət etmələri. Əbu Hureyrə
– radıyallahu anhu- ravəyət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər
Allah
bir qulu sevməzsə əmr edir Cəbrailə: «Şübhəsiz
Allah
filan qulu sevmir, sən də onu sevmə!» deyə
nida edər. Cəbrail də onu sevməz. Sonra Cəbrail da səmadakıları səsləyərək: «Şübhəsiz
Allah
filan
qulu sevmir, siz də onu sevməyin!». Səmadakılar da onu sevməzlər. Sonra da yer üzündə olan
insanların qəlbində (
Allah
tərəfindən) o kimsə haqqında nifrət və kin qoyular».
Həmçinin mələklər birinci səfdə olanlar, namazı gözləyənlər üçün dua edirlər. Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Namazın
girmə vaxtını gözləyən insanlar üçün mələklər
Allah
a dua edərək, Ya Rəbbimiz onu bağışla, ona
rəhm et». Bəra b. Azib – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm
– buyurdu: «Həqiqətən
Allah
və mələkləri birinci səff üçün dua edərlər». Aişə – radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz
Allah
və Mələkləri
səflərini sağında olanlara rəhmət və istiğfar diləyərlər».
Həmçinin mələklərin Cümə günü insanları qeyd etmələri. Əbu Hureyrə – radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cümə günü oldu mi məscidin
hər bir qapısı üzərində mələklər durub sıra ilə tez gələnləri qeyd edərlər. İmam xütbə vermək üçün
oturdu mu onlar da səhifələri bağlayıb xütbəni dinləməyə gedərlər».
Həmçinin mələklərin xəstəni ziyarət edən üçün dua etmələri. Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Bir kəs öz müsəlman qardaşını səhər ziyarət etməyə getsə axşamadək yetmiş
min mələk onun üçün bağışlanma diləyər, axşam getsə səhərədək yetmiş min mələk onun üçün
bağışlanma diləyər».
Əhli Sünnə vəl Cəmaat həmçinin Kiramə və Kətibin mələklərinə də inanırlar.
Allah
onları
üzərimizə əməllərimizi, sözlərimizi və davranışımızı yazmaq üçün mükəlləf edib. Bizi ancaq ayaq
yoluna girdiyimiz və cima halında tək buraxarlar. «Sizin üstünüzdə gözətçi mələklər (əməllərinizi)
yazan və (
Allah
dərgahında) çox hörmətli mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər». (əl-
İnfitar 10-12). «Şübhəsiz ki, elçilərimiz qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar». (Yunis
21). «Yoxsa onlar elə güman edirlər ki, biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik!
Xeyr, yanlarında olan elçilərimiz yazırlar». (əz-Zuxruf 80). «İnsan üçün onu öndən və arxadan təqib
edən mələklər vardır. Onlar insanı
Allah
ın əmri ilə qoruyurlar». (ər-Rəd 11). Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Sizinlə birlikdə ayaq yoluna girdiyiniz vaxt ilə cima halından başqa
sizdən ayrılmayan mələklər vardır. Onlardan həya edin və onlara ikramınız (hörmətiniz) olsun».
Mələklərin möminlər üçün bağışlanma diləmələri. «Ərşi daşıyanlar və onun ətrafında olanlar
(mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, ona inanır və möminlərin bağışlanmasını
diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə
13
edib sənin yolunda gedənləri bağışla, onları cəhənnəm əzabından qoru». (əl-Mumin 7). «Mələklər
də (ondan) bağışlanmağınızı dilərlər.
Allah
möminlərə rəhm edəndir». (əl-Əhzab 43).
Mələklərin möminləri salamlamaları. «Rəbbindən qorxanlar dəstə-dəstə gətiriləcəklər. Nəhayət
ora çatınca onun qapıları açılacaq və Cənnət gözətçiləri (onlara) Salam aleykum! (Sizə salam olsun)
xoş gəldiniz. Əbədi qalacağınız Cənnətə daxil olun». (əz-Zumər 73).
Həmçinin mələklərin sadəcə verənlər üçün dua etmələri. Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Hər səhər
Allah
ın izni ilə yer üzünə iki mələk enir və
Allah
a dua edərək deyirlər:
«Ey Rəbbimiz!
Allah
yolunda xərcləyənin ruzisini artır, xəsislik edənin ruzisini isə azalt».
Həmçinin mələklərin İbrahim – əleyhissəlam – ı oğlu İshaqın olması ilə, Məryəmi İsa –
əleyhissəlam – ın olması ilə, Xədicə – radıyallahu anhə – ni Cənnətdə onun üçün hazırlanmış daş-
qaşlı saray və
Allah
ın salamı ilə, Aişə – radıyallahu anhə – ni Cəbrail – əleyhissəlam – ın salamı ilə
müjdələmişlər.
Həmçinin mələklər Məsih Dəccəlin Məkkə və Mədinəyə girməsinin qarşısını alacaqlar. Qiyamətə
yaxın vaxtlarda İsa – əleyhissəlam – ın Şamın şərq tərəfində ağ minarəli (məscidin) üstünə iki
mələyin qanadında enməsi.
Həmçinin mələklərin döyüşlərində müsəlmanlara kömək etməsi, xüsusi ilə Bədr döyüşündə.
«Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi. Bəli əgər səbr edib
(
Allah
dan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq
beş min nişan qoyulmuş mələklə sizə yardım edər». (Ali-İmran 124-125). (əl-Ənfal 9). Rifa b. Rafi
əz-Zurani – radıyallahu anhu – rəvayət edir ki, Cəbrail – əleyhissəlam – Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Siz Bədr döyüşündə iştirak edənləri nə sayırsınız». (Peyğəmbər)
buyurdu: «Müsəlmanların ən xeyirliləri». Cəbrail – əleyhissəlam – dedi: «Mələklərdən də Bədr
mələkləri belədir».
Əhli Sünnə vəl Cəmaat qəbr əzabının olduğuna da inanırlar. Qəbr əzabı deyildikdə, bildiyimiz
qəbr çuxurunda görülən əzab deyildir. Bərzəx adı verilən aləmdə verilən əzabdır. Əzabı qəbirdə də
olsa, yerin dibində də olsa, dəniz dibində də və ya balığın qarnında da olsa bərzəxda əzab
görəcəkdir. Munkər və Nəkir mələkləridir ki, bərzəx aləmində insana: «Rəbbin kim? Dinin nə?
Peyğəmbərin kim?» - deyə suallar verirlər.
Həmçinin mələklər heykəl, surət və it olan heç bir evə girməzlər. Əbu Təlhə – radıyallahu anhu
– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Mələklər it və şəkil olan evə
girməzlər». Adəm oğullarına əziyyət verən şey onlara da əziyyət verir. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Soğan və sarımsaq yeyən hər bir kəs bizim məscidə yaxın durmasın.
Adəm oğullarına əziyyət verən şey mələklərə də əziyyət verir».
Bütün bunlara iman gətirmək vacibdir. Buna görə də mələklərə iman etmək, imanın əsaslarını
təşkil edən altı əsasdan biridir.
KİTABLARA İMAN
Kitablar – əl-KUTUB ləfzindən toplamaq və bir-birinə qatmaq mənasında gələn əl-KƏTBDƏN
gəlməkdədir. Kitabların cəmi, yazılmış deməkdir. Kitablardan qəsd səmadan
Allah
ın rəsullarına
endirilmiş kitablardır. Bizim bu kitablardan bildiklərimiz İbrahim – əleyhissəlam – ın səhifələri,
Musa – əleyhissəlam – a lövhələrdə endirmiş olduğu Tövrat, İsa – əleyhissəlam – a endirilmiş olan
İncil, Davud – əleyhissəlam – a endirilmiş olan Zəbur və son olaraq nazil olan əvvəlkiləri doğrula-
yan Qurani-Kərimdir.
Bizlər
Allah
– subhənəhu və təalə – nin bunlardan başqa peyğəmbərlərinə endirilmiş olduğu
başqa kitabların olduğuna da iman edirik. Bunların ad və saylarını
Allah
dan başqa heç kəs bilməz.
«Ey möminlər!
Allah
a və Peyğəmbərinə, onun öz Peyğəmbərinə endirdiyi kitaba (Qurana) və ondan
əvvəl nazil etdiyi kitablara iman gətirin!». (ən-Nisa 136).
14
Bizlər
Allah
ın peyğəmbərlərinə endirmiş olan kitabların
Allah
tərəfindən gəldiyinə, onların haqq
olduqlarına, bir hidayət, bir nur, bir bəyan və bir şəfa olduqlarına iman edirik. (Ey möminlər!) Belə
deyin: «Biz
Allah
a, bizə nazil olan Qurana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına
göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən bütün Peyğəmbərlərə verilən şeylərə
iman etdik. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq
Allah
a boyun əyən müsəlmanıq». (əl-
Bəqərə 136). «Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdik. Biz Davuda Zəburu
verdik». (ən-Nisa 163). «İbrahimin və Musanın səhifələrində». (əl-Əla 19). «Bundan əvvəl insanları
doğru yola yönəltmək üçün Tövratı və İncili də (səmadan) o, endirdi. (Haqqı nahaqdan ayırd edən)
Furqanı (Quranı) da o nazil etdi». (Ali İmran 3-4).
Allah
kitabları Rəsullarına insanları hidayətə yönəltmək, onları zülmətdən nura çıxartmaq üçün
endirmiş olduğuna iman gətirməliyik. «Əlif, Ləm, Ra! Bu Quran elə bir kitabdır ki, onu sənə
insanları öz Rəbbinin izni ilə zülmətdən nura, həm də yenilməz qüvvət sahibi və hər cür tərifə,
şükrə layiq olan
Allah
ın yoluna (İslam dininə) çıxartmaq üçün nazil etmişik». (İbrahim 1).
Bu kitablardan bəziləri
Allah
dan, arada elçi, mələk olmadan pərdə arxasından endirlimiş,
kimisini də mələk olan elçi, insan olan elçiyə təbliğ etmiş, kimisini də
Allah
öz əli ilə yazmışdı.
«
Allah
onlarda ancaq vəhylə, yaxud (Musa ilə) pərdə arxasından danışar və ya bir elçi (mələk)
göndərər, o da
Allah
ın izni ilə
Allah
ın istədiyini vəhy edər». (əş-Şura 51). «
Allah
Musa ilə sözlə
(arada heç bir vasitə olmadan) danışdı». (ən-Nisa 164). Peyğəmbər – sallallahu aleyhi və səlləm-
buyurdu: «Sənin üçün lövhələrdə hər şeyi çəkdi və sənin üçün Tövratı öz əli ilə yazdı».
Qurana iman etməyə gəlincə, bu da onu iqrar və qəbul etmək, içindəki hökmlərə tabe
olmaqdır. Qurandan başqa
Allah
ın göndərdiyi digər kitabları qoruya bilmədilər. Onlara haqqıyla
riayət etmədilər, kitablarda bir çox dəyişikliklər və yeniliklər etdilər. «Halbuki (Musa dövründə)
olanların içərisində elələri vardır ki,
Allah
ın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-
bilə təhrif edirdilər». (əl-Bəqərə 75).
Buna görə də bütün kitablar Qurani-Kərimin endirliməsi ilə nəsx edilmiş oldular. Digər
tərəfdən əvvəlki kitabların qorunması insanlara həvalə edilmişdisə, Qurani-Kərimin qorunmasını
isə
Allah
öz üzərinə götürmüşdür. Bu kitab nə nəsx edilir, nə də dəyişdirilir.
Allah
dünyadan
qaldırdığı günə qədər onu hər cür dəyişikliklərdən, batildən qoruyur. «Şübhəsiz ki, Quranı biz nazil
etdik və sözsüz ki, biz də onu (hər cür təhrif, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq». (əl-Hicr
9). «Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi və şükrə tərifə layiq
Allah
tərəfindən endirilmişdi». (Fussilət 42).
Bu baxımdan da hər bir kəs Qurani-Kərimin hökmlərinə tabe olmalı, boyun əyməli və ona iman
etməlidir. Çünki bu kitab özündən əvvəlki kitabları doğrulayan, onlarda olan dəyişiklikləri və
təhrifləri bəyan edən bir kitabdır. «Biz sənə Quranı haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi
kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) kimi endirdik. (əl-Maidə
48). «Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlki (ilahi kitabların) təsdiqi, (
Allah
ın
bəndələrindən ötrü) hər bir şeyin (bütün hökümlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman
gətirən bir tayfa üçün hidayət və mərhəmətdir». (Yusif 111). Təfsir alimləri qeyd edirlər ki,
MUHEYMİN – ləfzi özündən əvvəlki kitablara qarşı bir şahid və onları doğrulayan mənasındadır.
Yəni Qurani-Kərim bu kitablarda olan doğru xəbərləri təsdiq edərkən, bu kitablarda ortaya çıxan
təhrifləri, dəyişiklikləri qəbul etməz. Ömər – radıyallahu anhu – deyir ki, mən Tövratın bir neçə
hissəsini tapmışdım və Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə orada yazılan hökmləri
göstərdim. Onun mənim bu əməlimdən bərk qəzəbləndiyini gördükdə qorxuya düşdüm ki, nə isə
deyər və dərhal dedim: «Rəbb olaraq
Allah
dan, din olaraq İslamdan, Nəbi olaraq Məhəmməd –
sallallahu aleyhi və səlləm – dən razı oldum» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Vallahi Musa – əleyhissəlam – sağ olsaydı o damənim dinimə tabe olardı».
Bəs biz müsəlmanlar, başqa kitablarda olan məlumatlara necə münasibət bəsləməliyik.
1. Quran və Sünnəyə uyğun gələni qəbul edir.
2. Quran və Sünnəyə zidd olanları inkar edir.
15
3. Nə ziddir, nə də uyğun – bunları da inkar edir, nə də təsdiq edirik. Bunlar İsrailiyyat adlanır.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məndən heç olmasa bir ayə belə insanlara
çatdırın. Yəhudilərdən də danışın və bunda heç bir günah yoxdur. Kim bilə-bilə mənim adımdan
yalan danışsa keçib Cəhənnəmdə yerini tutsun».
Qurani – Kərim aləmlərin Rəbbinin kəlamı, onun kitabı, səmavi kitabların sonuncusu və sağlam
ipidir.
Allah
onu Abdullahın oğlu Məhəmmədə insanları zülmətdən nura çıxartmaq, doğru yola və
Siratal- Mustəqimə yönəltmək üçün endirmişdi. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm –
bütün insanlara və bütün cinlərə onlara endirilmişi açıqlasın deyə göndərilmişdir. «Sənə də Quranı
nazil etdik ki, insanlara onlara göndərilən izah edəsən və bəlkə onlar da düşünüb dərk edərlər».
(ən-Nəhl 44). «Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət
və müjdə olaraq nazil etdik». (ən-Nəhl 89).
Qurani-Kərim Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bir başa endirilməmiş-dir. İyirmi üç il
ərzində hissə-hissə endirilmişdi. «Biz Quranı haqq olaraq nazil etdik, o dahaqq olaraq (heç bir
dəyişikliyə uğramadan) nazil oldu. İnsanlara aramla, yavaş-yavaş oxuyasan deyə, biz Quranı
hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik». (əl-İsra 106).
Qurani-Kərimdə 114 surə vardır. Bunlardan 87-si Məkkədə, 27-si isə Mədinədə nazil
edilmişdi. Məkkədə nazil olan surələrə Məkkə surələri, Mədinədə nazil olan surələrə isə Mədinə
surələri adlanır. Ümumi olaraq 114 surə, 6236 ayə vardır. QURAN – qiraət etmək, oxumaq
deməkdir. KƏRİM –
Allah
ın bizə məlum olan 99 adından biridir. Səxavətli, kəramətli deməkdir. AYƏ
– açıq əlamət, dəlil, işarə, ibrət deməkdir. İlk nazil olan ayə əl-Ələq surəsini ilk 5 ayəsidir. SURƏ –
yüksək rütbə, şərəf deməkdir.
Qurani – Kərimdə ayələr üç qismə bölünür.
1. Xəbərlər (yəni hekayələr). 2. Hökmlər (şəriət qaydaları). 3. Əqidə (Tövhid).
Hər bir müsəlmanın üzərində
Allah
ın haqqıdır ki, Qurani – Kərimi öyrənsin, öyrəndik
dən sonra başqalarına öyrətsin və ona səmimi qəlbdən sarılsın. «Bu nazil etdiyimiz mübarək
bir kitabdır. Ona tabe olun ki, bəlkə sizə rəhm olunsun». (əl-Ənam 155). «Rəbbinizdən sizə nazil
edilən Qurana tabe olun.
Allah
ı qoyub başqa havadarlara uymayın. Siz öyüd- nəsihətə olduqca az
qulaq asırsınız». (əl-Əraf 3). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «
Allah
ın kitabını
götürün və ona səmimi qəlbdən sarılın». Osman – radıyallahu anhu – deyir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir».
Qurani – Kərimə səmimi qəlbdən sarılmaq nə deməkdir?
Kitabı əzbərləmək, oxumaq, gecə-gündüz namazlarda oxumaq, ayələri üzərində düşünmək,
halalı halal, haramı haram qəbul etmək, əmrlərinə bağlanmaq, qadağalardan uzaq durmaq, verdiyi
nəsihətlərdən ibrət almaq, buyurduqlarına əməl etmək, mutəşabih buyurduqlarına təslimiyyət
göstərmək, onun hüdudlarını aşmamaq, bu kitaba nəsihətçi olmaq (buyurduqlarını səmimiyyətlə
yerinə yetirmək) və ona dəvət etməkdir. Buna görə də Əhli Sünnə vəl Cəmaat Qurani – Kərimin hərf
və mənaları ilə
Allah
ın kəlamı olduğuna, ondan gəlib ona dönəcəyinə,
Allah
tərəfindən endirilmiş
olub, məxluq olmadığına,
Allah
ın kəlamı olduğuna iman edirlər. Bu kitab sonsuz hikmət sahibi
(HAKİM) hər şeydən xəbərdar (XABİR) olan
Allah
tərəfindən endirilmişdir.
QURAN MƏXLUQ DEYİLDİR, ALLAHIN KƏLAMIDIR!!!
Quran hərfləri və mənaları etibarı ilə
Allah
ın kəlamıdır.
Allah
Qurani – Kərimi söz ilə söyləmiş,
Cəbrail – əleyhissəlam – onu
Allah
dan eşitmiş və onu vəhy yolu ilə Peyğəmbəri – sallallahu aleyhi və
səlləm – ə endirmiş, möminlər də ona iman gətirmişlər. Qurani-Kərim nə qədər əllərlə yazılır
yazılsın, dillərlə oxunursa oxunsun, qəlblərdə əzbərlənirsə əzbərlənsin, qulaqlarda dinlənilirsə
dinlənilsin, gözlər onu görsə də bu hallar onu Rahmən olan
Allah
ın kəlamı olmasından çıxarmaz.
Əllər, mürəkkəb, qələmlər, vərəqlər yaradılmışdır, lakin yazdıqları Quran məxluq deyildir. Dillər,
16
səslər yaradılmışdır, lakin oxuduqları Quran məxluq deyildir. Qəlblər, hafizələr yaradılmışdır, lakin
əzbərlənən, hafizələrdə olan Quran məxluq deyildir. Eşidən qulaqlar yaradılmışdır, lakin bu
qulaqların duyduqları Quran məxluq deyildir. «Çox qiymətli Qurandır. O, (
Allah
dərgahında)
qorunub-saxlanılan bir kitabdır». (əl-Vaqiə 77-78). «Xeyr, bu Quran elm verilmiş kəslərin
sinələrində (əzbər) olan açıq-aydın ayələrdir». (əl-Ənkəbut 49). «Onun sözlərini heç kəs dəyişdirə
bilməz». (əl-Kəhf 27). «Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki,
Allah
kəlamını dinləsin». (ət-Tövbə 6). «Bu yalnız bəşər sözüdür. Bu onu (Cəhənnəmin təbəqələrindən
biri olan) Sədəqə atacağıq». (əl-Muddəssir 25-26).
Allah
– subhanəhu və təalə – Qurana bəşər sözüdür deyənləri Cəhənnəm əzabı ilə
qorxutmuşdur. Möminlər, Quranın bəşər sözü kimi yaradılmamış olduğuna kəsinliklə iman edirlər.
Onun sözü əlbəttə ki, insanların sözünə bənzəməz. Necə ki,
Allah
ın zatı qulların zatlarına
bənzəmədiyi kimi, sifətləri də qulların sifətlərinə bənzəməz. Məs: Bir kimsə Quran oxuyarkən
ƏLHƏMDULİLLƏHİ RABBİL ALƏMİN – deyərsə, ondan eşidilən bu söz
Allah
ın kəlamıdır. O, kimsənin
sözü deyildir. Onu oxuyan şəxs isə
Allah
ın səsi ilə deyil öz səsi ilə oxumuş olur. O, özü yaradılmış
olduğu üçün, səsi də yaradılmışdır (məxluqdur).
Quran və ya Quranın bir hissəsi məxluqdur deyən bir kimsə, insanı İslamdan bütünlüklə
çıxardan ən böyük küfr etməklə kafir olur. Çünki Quran
Allah
ın kəlamıdır, ondan gəlmiş və ona da
dönəcəkdir. «Siz kitabın bir hissəsinə inanır, digər hissəsini isə inkar edirsiniz». (əl-Bəqərə 85).
Allah
istədiyi təqdirdə, istədiyi zaman, istədiyi şəkildə, istədiyi kimsələrlə onların başa
düşdükləri şəkildə bir kəlam ilə danışır. «Əgər Rəbbinin sözlərini yazmaq üçün dəryalar mürəkkəb
olsaydı və bir o, qədər ona əlavə olunsaydı yenə də Rəbbinin sözləri tükənməzdən əvvəl onlar
tükənərdi». (əl-Kəhf 109).
«Əgər yerdə hər bir ağac qələm olsaydı və dəryalar mürəkkəb olsaydı və yeddi dərya belə ona
qoşulsaydı yenə də Rəbbinin sözləri tükənməzdi. Həqiqətən
Allah
yenilməz qüvvət və hikmət
sahibidir». (Loğman 27). «Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur». (əl-Ənam 115).
Bəzi İslam alimlərinin Quran haqqında sözləri.
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir: «
Allah
öz kəlamı ilə danışır. Kəlam onun əzəli
sifətidir». «Quran məxluq deyildir». İbn Abdul Bər Abdullah b. Nafin rəvayət edir: «Məlik b. Ənəs –
rahmətullahi aleyhi – deyirdi ki: «Kim Quran yaradılmışdır desə döyülür, tövbə edənə qədər həbs
edilməlidir». Laləkai, Rəbi b. Süleymandan rəvayət edir ki, Şafi deyir: «Kim Quran yaradılmışdır
deyərsə kafirdir». Laləkai, Məlik b. əl-Attardan rəvayət edir ki, Əhməd b. Hənbəl deyir: «Quran
Allah
kəlamıdır, məxluq deyildir.
Allah
ın kəlamı ondandır və Ondan olan heç bir şey məxluq
deyildir». Amr b. Dinar – rahmətullahi aleyhi – deyir: «Yetmiş ildən bəri yaşadığım insanlardan
yalnız bunu eşidərdim: «
Allah
yaradandır, Ondan başqa hər şey yaradılmışdır. Bundan yalnız Quran
xaricdir. Çünki Quran
Allah
ın kəlamı olub yaradılmamışdır. Ondan başlamış və Ona da
dönəcəkdir».
«O, Quran ondan başlamış və ona da dönəcəkdir» sözlərinə gəlincə, buradakı gəliş əl-Bəd –
başlamaqdan törənmişdir. Ondan başlamışdır sözünün mənası isə onu ilk dəfə kəlam olaraq
söyləyən
Allah
dır. Yəni onunla ilk və başlanğıc olaraq danışan Odur. «Ona dönəcəkdir» sözünün
mənası isə: «Quranla danışmaq sifəti
Allah
a dönər. Çünki Quranla danışan
Allah
dır. Danışmaq da
danışanın bir sifətidir» deməkdir. Sonda isə müshaflardan, hafizələrdən qaldırılacağı vaxt – axı r
zamanda ona dönəcəkdir. Xuzeyfə b. Yəmən – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib yox olduğu kimi silinib
yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, nə həccin, nə də sədəqənin nə
olduğunu bilməyəcəklər.
Allah
bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə
qalmayacaqdır. O, zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz
babalarımızın bu kəlməni: «Lə iləhə illəllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu
söyləyirik».
17
KİTABLARA İMANIN FAYDALARI
1. Bu kitabların həqiqətən
Allah
dan endirilmiş olduqlarına iman etmək.
2. Adlarını bildiklərimiz kitablara adla iman etmək, adlarını bilmədiyimiz kitablara da icma ilə
iman etmək.
3. Bu kitabların səhih olan xəbərlərini təsdiq etmək. Quranın xəbərlərini və əvvəlki kitabların
dəyişdirilməyən və ya təhrif edilməyən xəbərlərini qəbul etmək.
4. Nəsx olunmamış hökmləriylə əməl edib, hikmətini istər qavramış olsun, istər qavramamış
olsun bunlara təslimiyyət göstərmək.
5. Hər bir qövmə onları hidayətə yönəltmək üçün kitab endirmiş olduğu üçün
Allah
ın
nemətini bilmək.
6.
Allah
ın şəriətindəki hikmətləri bilmək. Çünki
Allah
hər bir qövmə onların durumlarına uyğun
şəriətlər göndərmişdir.
7. Buna görə
Allah
ın bu nemətinə şükr etmək.
PEYĞƏMBƏRLƏRƏ İMAN
RƏSUL - Peyğəmbər kəlməsi – RƏSULUN – göndərilən deməkdir. Bu da bir işi təbliğ etmək üçün
göndərilən kimsə mənasına gəlir. Burada qəsd
Allah
ın insanlar arasında şəriət vəhy edib, o şəriəti
təbliğ etməsini əmr etdiyi kimsədir.
Göndərilmiş bütün Peyğəmbərlər yalnız kişilərdən ibarət olub. «Biz səndən əvvəl də özlərin
vəhy etdiyimiz ancaq kişi peyğəmbərlər göndərmişdik». (ən-Nəhl 43). Rəsulların ilki Nuh –
əleyhissəlam -, sonuncusu da Məhəmməd – sallallahu aleyhi və səlləm – dir. «Biz Nuha və ondan
sonrakı Peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik». (ən-Nisa 163). Ənəs b.
Məlik – radıyallahu anhu – nun rəvayət etdiyi şəfaət hədisində Peyğəmbər – sallallahu aleyhi və
səlləm – insanların Adəm – əleyhissəlam – ın yanına şəfaət etmək üçün getmələri, o da: «Nuh –
əleyhissəlam – ın yanına gedin o,
Allah
ın göndərdiyi ilk rəsuldur» - deməsi də buna dəlildir.
Məhəmməd – sallallahu aleyhi və səlləm – haqqında: «Məhəmməd aranızdakı kişilərdən heç birinin
atası deyildir. Lakin o,
Allah
ın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40).
Elm əhlinin söylədiklərinə görə Rəsul (Eiçi) ilə Nəbi (Peyğəmbər) arasında fərq budur: «Nəbi –
şəriət vəhy edilməklə birlikdə o, şəriəti təbliğ etmə əmri verilməyəndir. Rəsul –
Allah
ın şəriət vəhy
etdiyi və onu təbliğ etməsini, gərəyincə əməl etməsini əmr etdiyi kimsədir. Buna görə də hər rəsul
bir nəbidir, lakin hər nəbi rəsul deyildir».
Əhli Sünnə vəl Cəmaat
Allah
ın qullarını müjdələyən, insanları hidayətə yönəldən və zülmətdən
nura çıxartmaq üçün haqq dinə dəvət edən, rəsullar, peyğəmbərlər göndərdiyinə inanırlar.
Onlardan birini inkar edən
Allah
ı və bütün Peyğəmbərləri inkar etmiş olur. «
Allah
ı və
Peyğəmbərlərini inkar edənlər,
Allah
ı peyğəmbərindən ayırmaq istəyənlər: «Biz peyğəmbərlərdən
bəzisinə inanır, bəzilərinə isə inanmırıq» deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər –
bütün bunlar həqiqətən kafirlərdir. Biz kafirlərdən ötrü rüsvayedici əzab hazırlamışıq. Lakin
Allah
a
və peyğəmbərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə
Allah
öz
mükafatlarını verəcəkdir. Şübhəsiz ki,
Allah
bağışlayan və rəhm edəndir». (ən-Nisa 150-152).
Nə üçün
Allah
Peyğəmbərlər göndərib?
1. Hər hansı bir qövmə Peyğəmbər gəlmədiyi üçün
Allah
ora Peyğəmbər göndərib.
2. Ola bilər ki, bir qövmə Peyğəmbər göndərilib, lakin gətirdiyi şəriət dəyişildiyinə görə yeni
Peyğəmbər göndərilib.
3. Hər hansı bir qövmə Peyğəmbər göndərilib, şəriət olduğu kimi qalıb, lakin sonrakı zamana
uyğun olsun deyə, yeni hökmlərə ehtiyac olduğu üçün Peyğəmbər göndərilib.
4. Hər hansı bir Peyğəmbərin dediklərini təsdiq etmək üçün, kömək olsun deyə Peyğəmbər
18
göndərilib.
Allah
hər ümmətə onların içərisindən onları bir və tək olan
Allah
a ibadət etməyə və ondan
başqa ibadət olunan bütün varlıqları rəd və inkar etməyə çağıran peyğəmbərlər göndərdiyinə
inanmaqdır.
Allah
hər ümmətə şəriət ilə bir peyğəmbər göndərmədiyi və ya ondan əvvəlki
Peyğəmbərlərin şəriətini yeniləmək (təzələmək) üçün vəhy etdiyi bir peyğəmbər (nəbi)
göndərilməmiş heç bir ümmət yoxdur. «Biz hər ümmətə: «
Allah
a ibadət edin və tağutdan çəkinin»
deyə peyğəmbər göndərmişdik». (ən-Nəhl 36). «Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan
bir peyğəmbər gəlib getməsin». (Fatir 24).
Onların çağırışları ümmətləri şirk və bütpərəstlikdən qurtarmaq, insanları çirkin və fahis
işlərdən çəkindirmək üçündür. Onlar risalətlərini təbliğ etdilər, üzərilərindəki əmanəti əskiksiz
yerinə yetirdilər, ümmətlərinə səmimiyyətlə öyüd-nəsihət verdilər.
Allah
yolunda layiqli cihad
etdilər. Rəbləri tərəfindən dəstəklənmiş oldular. «
Allah
mələklərdən elçilər seçdiyi kimi insanlardan
da seçər». (əl-Həcc 75).
Heç bir şeyi gizlətməyib, hər hansı bir dəyişiklik etmədiklərinə, özlərindən ora nə bir hərf
artırıb, nə də bir hərf əskiltmədiklərinə inanmaqdır. «Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-saçıq
bir təbliğdir». (ən-Nəhl 35).
Allah
o, şərəfli Rəsulların göndərməsində hikməti: «Biz Peyğəmbərləri müjdə gətirən və əzabla
qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra
Allah
a qarşı bir bəhanə
yeri qalmasın.
Allah
yenilməz qüvvət və bilik sahibidir». (ən-Nisa 165).
Rəsullar da yaradılmış insanlardır. Rububiyyət və Uluhiyyət xüsusiyyətlərindən heç birisinə
sahib deyillər. Onlar
Allah
ın istədiyindən artıq nə özlərinə, nə də hər hansı bir kimsəyə nə fayda, nə
də zərər vermək gücünə malikdirlər. De ki: «Mən sizə demirəm ki, mənim yanımda
Allah
ın
xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn
vəhyə tabe oluram». De ki: «Kor görənlə bir olurmu? Məgər düşünmürsünüz!». (əl-Ənam 50).
Onlara əmr edilən şeylərə uyan bir əmirdilər. De ki: «Mən sizə nə bir zərər, nə də bir xeyir
vermək qüdrətinə malik deyiləm!» De ki: «Məni
Allah
dan heç kəs qurtara bilməz və mən ondan
başqa heç bir sığınacaq tapa bilmərəm!» (əl-Cinn 21-22). De ki: «Mən
Allah
ın istədiyindən başqa
özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün)
daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı
qorxudan və müjdələyənəm» (əl-Əraf 188).
Xəstəlik, ölüm, yemək və içmək kimi şeylərə ehtiyac duyduqları və s. buna bənzər özəlliklər
onlar haqqında da söz edilməkdədir. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni
yedirdən də içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra
dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!». (əş-Şuəra
78-82).
Həmçinin Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Əgər sənə desələr Məhəmməd sabah nə olacağını bilir, inanma». İbn Məsud –
radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən ancaq
sizin kimi bir insanam. Unutduğunuz kimi unuduram. Unutduğum zaman yadıma salın».
Allah
onları insanlar arasında ən şərəfli, hörmətli olduqlarını qeyd etməklə yanaşı onların bütün
yaradılmışlar kimi
Allah
ın qulu olduqlarını da qeyd edir. «Həqiqətən Nuh çox şükr edən qul idi».
(əl-İsra 4). «Aləmləri qorxutmaq üçün haqqı batildən ayıran Quranı öz quluna (Məhəmmədə) nazil
edən
Allah
nə qədər uca, nə qədər uludur». (əl-Furqan 1). «O (Məryəm oğlu İsa) ancaq nemət
verdiyimiz və İsrail oğullarına ibrət dərsi etdiyimiz bir quldur». (əz-Zuxruf 59).
Bütün bu göndərilən Peyğəmbərlərin məqsədləri bir olub. İnsanları
Allah
a ibadət etməyə
çağırmaq. Həqiqətən biz Nuhu öz qövmünə Peyğəmbər göndərdik. O, belə dedi: «Ey qövmüm!
Allah
a ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir ilahiniz yoxdur. Məgər
qorxmursunuz». (əl-Muminun 23). Ad tayfasına da qardaşları Hudu Peyğəmbər göndərdik. O, dedi:
«Ey cəmaatım!
Allah
a ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Siz isə yalnız
19
iftiraçısınız». (Hud 50). Səmud tayfasına da öz qardaşları Salehi Peyğəmbər göndərdik. O, dedi: «Ey
cəmaatım!
Allah
a ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur». (Hud 61). Mədyən
əhlinə də qardaşları Şüeybi Peyğəmbər göndərdik. O, dedi: «Ey qövmüm!
Allah
a ibadət edin. Sizin
Ondan başqa heç bir tanrınız yoxdur». (Hud 84). Yadına sal ki, bir zaman İbrahim atasına və
qövmünə demişdi: «Mən sizin ibadət etdiklərinizdən təmamilə uzağam. Yalnız məni yoxdan
yaradan
Allah
dan başqa»! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir». (əz-Zuxruf 26-
27).
Allah
bir çox Rəsul və Peyğəmbər göndərmişdi. Bəzilərinin adı Qurani-Kərimdə və Sünnədə
bizə gəlib çatmış, bəzilərinin da adları bildirilməmişdir. «Biz Peyğəmbərlər göndərdik. Onların
bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik!». (ən-Nisa
164).
Qurani-Kərimdə adları zikr olunan 25 Rəsul və Peyğəmbər vardır. «Bu bizim İbrahimə (1) öz
tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi mərtəbə-mərtəbə yüksəldirik. Şübhəsiz ki,
Rəbbin hikmət və elm sahibidir. Biz İshaqı (2) və Yəqubu (3) ona əta etdik. Onların hər birini
hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu (4) və onun nəslindən olan Davudu (5) , Süleymanı (6),
Əyyubu (7), Yusifi (8), Musanı (9) və Harunu (10) da hidayətə qovuşdurduq. Biz yaxşı iş görənləri
belə mükafatlandırırıq. Zəkəriyyəni (11), İsanı (12), İlyası (13) da hidayətə çatdırdıq. Onların hamısı
əməlisalehlərdən idi. Biz həmçinin İsmaili (14), Əlyəsəi (15), Yunisi (16) və Lutu (17) da hidayətə
qovuşdurduq və onları insanlardan üstün etdik». (əl-Ənam 83-86). «İdrisi (18) və Zulkifli (19) də
yad et». (əl-Ənbiya 85). «Ad tayfasına qardaşları Hudu (20) göndərdik». (əl-Əraf 65). «Səmud
(tayfasına) qardaşları Salehi (21) göndərdik». (əl-Əraf 73). «Mədyən tayfasına da Şüeybi (22)
göndərdik». (əl-Əraf 85). Həmçinin Adəm, Yəhya və Məhəmməd (hamısına
Allah
ın salat və salavatı
olsun!). «Biz səndən əvvəl də Peyğəmbərlər göndərmişdik. Onların kimisi haqqında sənə xəbər
vermiş, kimisi haqqında xəbər verməmişik». (əl-Mumin 78).
Onların içərisində ən fəzilətliləri Ulul-Azim deyə adlanan beş Peyğəmbərdir. Xatırla ki, biz bir
zaman Peyğəmbərlərdən əhd almışdıq: «Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da,
Məryam oğlu İsadan da!». (əl-Əhzab 7).
Allah
Peyğəmbərləri bi-birindən üstün etmişdi. (Ya Məhəmməd!) «Biz peyğəmbərlərin bəzisini
digərindən üstün etdik.
Allah
bunlardan bəzisi ilə danışmış, bəzisinin dərəcələrini yüksəltmişdir».
(əl-Bəqərə 253). «Biz Peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik». (əl-İsra 55).
Ulul –Azim deyə bilinən Peyğəmbərlərin ən fəzilətlisi isə İslamın Peyğəmbəri, Peyğəmbərlərin
və Rəsulların sonuncusu, aləmlərin Rəbbinin son elçisi Abdullah oğlu Məhəmməddir. «Lakin o,
Allah
ın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40). Peyğəmbər – sallallahu aleyhi və
səlləm – Əli – radıyallahu anhu – buyurur: «Sənin mənə görə durumun Harunun Musaya görə
durumu kimi olmasına razı deyilsən? Lakin məndən sonra heç bir Peyğəmbər gəlməyəcəkdir».
PEYĞƏMBƏRİMİZ MƏHƏMMƏD - sallallahu aleyhi və alihi və səlləm
Məhəmməd – sallallahu aleyhi və səlləm – Peyğəmbərlərin (nəbilərin) və Rəsulların
sonuncusudur. Bütün insanlara göndərilmiş rəsuldur. O,
Allah
ın bir quludur, ona ibadət edilməz, o
bütün yaradılmışların ən xeyirlisi, ən fəzilətlisidir.
Allah
dərgahında ən dəyərlidir, dərəcəsi ən
yüksək və
Allah
a ən yaxın olandır. O, haqqla, hidayətlə insanlara və cinlərə göndərilmiş bir
peyğəmbərdir. Ona kitabını endirmiş, dininin əmini etmiş, risalətini təbliğ etməkdə onu seçmişdi.
Bu risaləti təbliğ etməkdə onu səhf etməkdən və xəta etməkdən qorumuşdur. Onun risalətinə iman
gətirib, nübuvətinə şəhadət gətirməyincə heç bir qulun imanı səhih olmaz. Ona itaət edən Cənnətə,
ona qarşı çıxan isə Cəhənnəmə girər.
Peyğəmbərimiz – sallallahu aleyhi və səlləm – i bilmək özündə bir neçə xüsusiyyətləri əhatə
edir.
20
1. Peyğəmbərin nəsəbini bilmək.
Onun nəsəbi yer üzünün ən üstünüdür. Şərəf baxımından nəsəbi zirvədədir. Nəsəbi: Məhəməd
b. Abdullah b. AbdulMuttalib b. Haşim b. AbdiMənaf b. Kusay b. Kilab b. Murrə b. Kəb b. Luey b.
Ğalib b. Fihr b. Məlik b. Nadr b. Kinanə b. Huzeymə b. Mudrikə b. İlyas b. Mudar b. Nizar b. Məad
b. Adnan. Adnan
Allah
ın Peyğəmbəri İbrahim – əleyhissəlam – ın oğlu İsmail – əleyhissəlam – ın
nəslindəndir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki,
Allah
İsmail
oğullarını seçmişdir. İsmail oğullarından da Kinanəni , Kinanədən də Qureyşi, Qureyşdən də Haşim
oğullarını, Haşim oğullarından da Məni seçmişdir».
2. Yaşını, doğulduğu yeri, hicrət etdiyi yeri bilmək.
Doğulduğu yer Məkkədir. Məkkədə hişam oğulları məhəlləsində Rəbiul-Əvvəl ayının 9-zu və ya
12-da birinci günü səhər, 571-ci ildə (Fil ilində) dünyaya gəlmişdir (Miladi tarixi ilə 22 Aprel).
Məkkədə əlli üç il yaşadıqdan sonra Mədinəyə hicrət etmiş, orada da on il yaşamışdır. Hicrətin on
birinci ilində, Rəbiul-Əvvəl ayının 12-i, birinci günü, əsr vaxtına yaxın altmış üç yaşında dünyasını
dəyişmişdir. Ənəs b. Məlik – radıyallahu anhu – deyir: «Peyğəmbər – sallallahu aleyhi və səlləm –
altmış üç yaşında ikən dünyasını dəyişdi». İbn Abbas – radıyallahu anhu – deyir: «Peyğəmbər –
sallallahu aleyhi və səlləm – Məkkədə on üç il, Mədinədə isə on il qaldıqdan sonra altmış üç
yaşında dünyasını dəyişdi».
Rəsulullahın atası AbdulMuttalib oğlu Abdullahdır. Məhəmmədin atası o, doğulmamışdan
əvvəl, yoxsa sonra öldüyü haqqında bəzi rəylər vardır. Bu rəylərdən ən doğrusu: Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in anasının bətnində ikən atasının öldüyüdür. İkinci rəyə görə,
Rəsulullah – sallallahu aleyhi və səlləm – doğulduqdan yeddi ay sonra ölmüşdür. Abdullah ticarət
məqsədi ilə Şama gedib qayıtdıqda Mədinədə vəfat edir. Darul-Nəbiyyatuz Zəhra deyilən yerdə
dəfn edilir. Anası Kitabın oğlu Zuhrənin oğlu Abdimənafin oğlu Vəhbin qızı Əminədir. Mədinədəki
qardaşlarını ziyarət etməkdən qayıdarkən Məkkə ilə Mədinə arasında olan «ƏBVA» adlanan yerdə
dünyasını dəyişmişdir. Anası dünyasını dəyişəndə Rəsulullah yeddi yaşında idi. Anasının
ölümündən sonra onu öz himayəsinə babası AbdulMuttalib götürür. Ölənə qədər ona baxır.
Öldükdə o, səkkiz yaşında idi. On yaşında olduğu da söylənilir. Babasından sonra əmisi Əbu Talibin
yanında yaşamaqa başlayır. On iki yaşında əmisi ilə birlikdə Şama ticarət məqsədi ilə gedir.
Doqquz yaşında olduğu da söylənilir. Bu səfərində rahib Bahira ilə qarşılaşır. Rahib, Yəhudilərdən
ona bir zərər gələ bilməsindən qorxduğu üçün əmisinə onu Şama gətirməməsini söyləyir. Əmisi
onu uşaqları ilə birlikdə Məkkəyə geri göndərir.
İyirmi beş yaşında ticarət məqsədi ilə Şama səfər edir. Qayıtdıqdan sonra Xuveylidin qızı Xədicə
– radıyallahu anhu – ilə evlənir. Daha sonra
Allah
ona tək qalmağı və Rəbbinə ibadət etməyi
sevdirir.
3. Onun iyirmi üç illik Peyğəmbərlik həyatını bilmək.
Hira mağarasına çəkilib orada bir neçə vaxt ibadət etdikdən sonra 610 – cu ildə qırx yaşında
ikən ona Peyğəmbərlik verilir. Peyğəmbərlik ona birinci gün verilir. Əbu Qatadə – radıyallahu anhu
– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən birinci gün oruc tutmaq haqqında
soruşurlar. O, buyurur: «O, gün mən doğulmuşam, o gün mən insanlara göndərilmişəm və o, gün
mənə ilk vəhy gəlib».
Allah
onu bütün yaratdıqlarına göndərdi. Quran Ramazan ayında Qədr
gecəsində dünya səmasına nazil olmuş, oradan da iyirmi üç il ərzində hissə-hissə endirilmişdir.
«….Haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir». (əl-Bəqərə 185). Həmçinin
Yəhya Sərracı «Nuniyə» adlı qəsidəsində deyir: «Peyğəmbərlik ona qırx yaşında gəldi, Elçilik günəşi
Ramazan ayında parladı».
4. Peyğəmbərliyin necə verildiyini və hansı buyuruqla ona risalətin verilməsini bilmək. «Yoxdan
yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük
kərəm sahibidir. O Rəbbin ki, insana qələmlə (yazmağı) öyrətdi. O rəbbin ki, insana bilmədiklərini
öyrətdi». (əl-Ələq 1-5). Bu buyurduqdan sonra ona Peyğəmbərlik verildi.
Vəhy Peyğəmbərimiz – sallallahu aleyhi və səlləm – bir neçə şəkildə gəlirdi.
21
1). Həqiqi (doğru) yuxu – Ruyai Sadiqa – Bu rəsullara vəhyin ilk gəlməyə başladığı vaxdır. Bütün
gördüyü yuxular sabah aydınlığı kimi həqiqət idi.
2). Mələyin vəhyi qəlbinə salması, üfləməsi ilə.
3). Mələk Rəsulullah – sallallahu aleyhi və səlləm – ə insan şəklində gəlirdi.
4). Vəhy zınqırov (zil) səsinə bənzər bir səslə gəlirdi. Bu vəhyin ən ağır şəkli idi. Mələk vəhyi o,
qədər qarışıq, başadüşülməsi ağır bir şəkildə endirirdi ki, ən soyuq havada belə Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in alnından tər damla – damla axırdı. Hətta səfər ərəfəsində miniyin
üzərində olduqda belə bir vəhy gəlsəydi vəhyin ağırlığından heyvan yerə çökərdi. Bir dəfə vəhy
gələn vaxt Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dizi Zeyd b. Sabitin dizi üzərində idi. Zeydin
ayağına o, qədər ağırlıq yüklənmişdir ki, az qala ayağı qırılacaqdır.
5). Mələk yaradıldığı şəkildə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə görünürdü. Vəhy iki
dəfə bu şəkildə endirilib. Maraqlananlar Nəcm surəsinin 7-13-cü ayələrinə baxa bilərlər.
6). Heç bir vasitə olmadan doğrudan-doğruya
Allah
ın bildirdiyi vəhy. Merac gecəsində
Allah
namaz vaxtlarını bu şəkildə fərz qıldı.
7). Üç Peyğəmbər var ki,
Allah
onunla vasitəsiz danışmışdır. Adəm – əleyhissəlam – ilə
Cənnətdə, Musa – əleyhissəlam – ilə yer üzündə və Məhəmməd – sallallahu aleyhi və səlləm – ilə
Meracda. Bəziləri səkkizinci vəhy şəkilini də deyirlər. Bu heç bir pərdə olmadan
Allah
ilə üz-üzə
danışmasıdır. Bu merac gecəsində Rəbbini gördü deyənlərin rəyidir. Sələf və sonradan gələn islam
alimləri bu fikirdədirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbini görməyib. Çünki
səhabələr ondan soruşduqda ki,
Allah
ı gördün o, buyurdu: «Bir nur gördüm».
5. Onunla nələrin göndərildiyini və nə üçün göndərildiyini bilmək.
Allah
ı tövhid etmək və əmr olunanları edib, qadağan olunanları tərk etməyi əmr edən şəriətlə
göndərmişdir.
Allah
onu aləmlərə rəhmət olaraq, onları şirkin, küfrün və cəhalətin qaranlıqlarından
elm, iman və tövhidin aydınlığına çıxarmaq üçün göndərmişdir. Bu yolla
Allah
ın məğfirət və
rizasına nail ola bilsinlər, onun əzab və qəzəbindən qurtara bilsinlər.
Allah
insanları şirkdən
qorxudub əzabı vasitəsilə ayıltmaq, rububiyyət, uluhiyyət, isim və sifətlərində də tövhidə dəvət
etmək üçün göndərmişdir. Bunlara dəlil: «Ey (libasına) örtünüb bürünmüş Peyğəmbər! Qalx
(qövmünü
Allah
ın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis
şeylərdən uzaqlaş. (Etdiyin yaxşılığı) çox bilib başa qaxma. Rabbinin rizasını qazanmaq üçün səbr
et». (əl-Muddəssir 1-7).
Allah
ın «Qalx və qorxut» buyurduğunun mənası, şirkdən qorxudub
çəkindirmək və tövhidə dəvət etmək deməkdir. «Öz Rəbbini uca tut» tövhid ilə onu təzim et.
«Libasını təmizlə» yəni əməllərini şirkdən təmizlə. «Pis şeylərdən uzaqlaş» yəni bütlərdən uzaq
dur. Onlardan uzaq durmaq isə bütləri və bütpərəstləri tərk edib, onlardan uzaq durmaq deməkdir.
Bütün bu buyuruqlardan sonra ona risalət verilmiş oldu. O daqalxıb dəvət etdi və
Allah
ın əmrini
yerinə yetirdi.
6. Peyğəmbərimizin vəfatı.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu şəkildə hicrətdən sonra on il dəvət etdi.
Allah
onunla dini və möminlər üzərinə nemətini tamamladıqdan sonra öz yanına və peyğəmbərlərin,
siddiqlərin, şəhidlərin, salehlərin yaşadığı ən uca dostlar arasına qatılmaq üçün seçdi. Peyğəmbər –
sallallahu aleyhi və səlləm – Səfər ayının sonları ilə Rəbiul-Əvvəl ayının əvvəlləri xəstələndi. Başını
bağlamış halda müsəlmanların yanına, minbərə çıxdı. Şəhadət gətirdikdən sonra Uhudda öldürülən
şəhidlərə məğfirət dilədi və buyurdu: «
Allah
qullarından bir qulunu dünya ilə nəznində olanlar
arasında sərbəst buraxdı, o da
Allah
ın nəzdində olanları seçdi. Əbu Bəkr – radıyallahu anhu – bu
sözlərin nə məna ifadə etdiyini başa düşdüyündən ağlamağa başladı və: «Anam, atam sənə fəda
olsun». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yavaş ol, ey Əbu Bəkr! Şübhəsiz ki,
dostluq və mal baxımından insanlar arasında mənə ən yaxın olanı sənsən. Rəbbimdən başqasını
dost seçməli olsaydım, şübhəsiz ki, səni seçərdim, lakin İslamın dostluğu və sevgisi (bizi bir-
birimizə) bağlamışdır. Əbu Bəkr – radıyallahu anhu – nu insanlara namaz qıldırmasını əmr etdi.
Hicri on birinci ilin Rəbiul əvvəl ayının on iki ya da on üçüncü günündə ölüm halları onda
22
görünməyə başladıqda, əlini suya salır, üzünə sürtür və buyururdu: «Lə iləhə illəllah». Şübhəsiz ki,
ölümün istirabları çox ağırdır». Daha sonra gözləri səmaya doğru dikildi və: «
Allah
ım o, (ər-Rafiqul
–Ələ) ən uca dostlar arasında olmaq istəyirəm» dedi. O, gün vəfat etdi.
PEYĞƏMBƏRİMİZİN XÜSUSİYYƏTLƏRİ
Peyğəmbərimiz Məhəmməd – sallallahu aleyhi və səlləm – in bir neçə xüsusiyyətləri vardır.
1. Peyğəmbərlərin sonuncusudur.
«Lakin o,
Allah
ın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40). Peyğəmbər –
sallallahu aleyhi və səlləm – Dəccal ilə əlaqəli olan hədisdə buyurur: «Mən Xatəmin –Nəbiyyinəm
(Peyğəmbərlərin sonuncusuyam) və məndən sonra Peyğəmbər gəlməyəcəkdir». Başqa rəvayətdə
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Məndən sonra Peyğəmbər yoxdur».
2.
Allah
onu ən yüksək məqama yüksəldib.
Ən yüksək məqam isə şəfaət məqamıdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – orada şəfaət
edəcək. «Gecənin bir vaxtı durub yalnız sənə xas olan əlavə namaz qıl. Ola bilsin ki, Rəbbin səni
bəyənilib təriflənən bir məqama göndərsin». (əl-İsra 79).
3. Hər bir Peyğəmbər öz qövmünə, o isə hamıya göndərilib.
«Ey insanlar! Mən
Allah
ın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm». (əl-Əraf 158). (Ey
Məhəmməd!) Biz səni bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər göndərdik. Lakin
insanların əksəriyyəti bilməz». (Səba 28). «Biz səni insanlara Peyğəmbər göndərdik.
Allah
ın buna
şahid olaması (sənə) kifayət edər». (ən-Nisa 79). Cabir – radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə beş şey verilib ki, bundan qabaq heç bir
Peyğəmbərə verilməyib… Hər bir peyğəmbər müəyyən bir qövmə göndərilib mən isə hamıya
göndərilmiş Peyğəmbərəm».
4. Peyğəmbərimiz – sallallahu aleyhi və səlləm – Xəlildir.
Məhəbbətin ən yüksək dərəcəsi olan Xəlillik dərəcəsinə Peyğəmbər – sallallahu aleyhi və səlləm
– də çatmışdır. Şübhəsiz
Allah
İbrahimi xəlil etdiyi kimi məni də xəlil etmişdi. Bu hədis Xəlil
İbrahimə, məhəbbət isə Məhəmmədə aid bir məqamdır deyənlərin fikirlərini məhv edir. Çünki
Məhəbbət digər insanlar haqqında da sabitdir. «
Allah
tövbə edənləri, təmiz və pak olanları sevər».
(əl-Bəqərə 222). «Şübhəsiz ki,
Allah
müttəqiləri sevər». (Ali-İmran 76). «
Allah
yaxşılıq edənləri
sevər». (Ali İmran 134). Beləliklə xəlillik İbrahimə, həbiblik Məhəmmədə xas olduğunu
söyləyənlərin sözlərini tutarsız olduğu ortaya çıxdı. Əksinə xəlillik hər iksinə də aiddir, həbiblik isə
ümumidir. Ola bilər ki, kimsə sizə belə bir hədis də gətirə bilər. Lakin bilin ki, bu hədis zəifdir. İbn
Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«İbrahim
Allah
ın Xəlilidir. Bunu da bilin ki, mən
Allah
ın həbibiyəm və övünmürəm».
5. Qurani –Kərim.
«De ki: «Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda
Allah
şahiddir. Bu
Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib
qorxutmağım üçün vəhy olunub». (əl-Ənam 19). «Aləmləri qorxutmaq üçün haqqı batildən ayıran
Quranı öz bəndəsinə (Məhəmmədə) nazil edən
Allah
nə qədər uca, nə qədər uludur». (əl-Furqan
1). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Peyğəmbərlərdən elə bir peyğəmbər yoxdur ki, ona bəşərin məğlub olaraq inandığı (bir
möcüzə) verilmiş olmasın. Möcüzə olaraq mənə verilən şey isə
Allah
ın mənə vəhy etdiyi Qurandır».
6. Merac.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – on il
Allah
ın əmrinə tabe olaraq tövhidə dəvət etdi.
On ildən sonra göylərə yüksəldi. Merac – ARACƏ sözündən götürülüb. URUC – qalxmaq, yüksəlmək
deməkdir. İsra – ƏSRA sözündən götürülüb. Bəzilərinin dediyinə görə Peyğəmbər – sallallahu aleyhi
və səlləm – Merac səfərini yuxuda edib, digərlərinin dediyinə görə o – sallallahu aeyhi və səlləm -,
23
Meraca yalnız ruhu ilə gedib. Lakin səhih odur ki, həm ruhu, həm də cəsədi ilə gedib və ömründə
bir dəfə olub. Məlik b. Sasa – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Kəbədə əl-Hicr deyə adlanan yerdə yatarkən biri gəlib boğazımdan qarnımın alt
tərəfinə qədər olan hissəni yardı. Sonra qızıldan bir qab gətirdi. Qəlbimi çıxardıb Zəm-Zəm suyu
ilə yuduqdan sonra onu hikmət və iman ilə doldurdu. Sonra (qəlbimi) yerinə qaytardı. Bu da məni
irəlidə gözlənilən üçün bir hazırlıq idi. (Başqa rəvayətdə: Ənəs b. Məlik – radıyallahu anhu – deyir
ki, Əbu Zərr – radıyallahu anhu – belə rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Mən Məkkədə olduğum vaxt evimin tavanı yarıldı. Cəbrail – əleyhissəlam – endi.
Köksümü yardı. Sonra onu Zəm-Zəm suyu ilə yudu. Sonra o, hikmət və iman ilə dolu qızıldan bir
qab gətirdi. İçindəkiləri köksümüm içinə boşaltdı. Sonra köksümü bağladı. Sonra əlimdən tutub
məni səmaya qaldırdı!»). (Başqa rəvayətdə isə: Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – uşaqlarla oynayarkən Cəbrail – əleyhissəlam – onun
yanına gəldi. Onu götürərək yerə yıxdı və sinəsini yardı. Qəlbini çıxardı. Qəlbindən bir qan laxtasını
çıxardıqdan sonra Peyğəmbərə: «Bu şeytanın səndən olan bir nəsibidir!» deyə ona göstərdi. Sonra
qəlbini qızıldan bir qab içində Zəm-Zəm suyu ilə yudu. Daha sonra qəlbini yerə qoydu. Onunla
oynayan uşaqlar qaçaraq süd anasının yanına gəldilər və: «Məhəmməd öldürüldü!» dedilər. Onun
yanına gəldilər. Rəngi soluq bir halda idi. Ənəs: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
sinəsində o izi görmüşdüm!» dedi).
Sonra qatırdan alçaq, eşşəkdən böyük olan Burak adı verilən ağ bir minik gətirildi. Bu minik
addımını gözün son görmə həddinə qədər qoyardı. (Başqa rəvayətdə: «Cəbrail – əleyhissəlam – ilə
birlikdə miniyə mindim. Beytul Məqdisə gəldim. Onu (miniyi məndən əvvəlki) peyğəmbərlərin
bağladıqları halqaya bağladım. Sonra məscidə girdim. Peyğəmbərlərə imam olaraq iki rükət namaz
qıldım. (Bütün peyğəmbərlər də onun arxasınca namaz qıldılar)». Sonra Cəbrail – əleyhissəlam – ilə
birlikdə dünya səmasına yüksəldim. Birinci səmanın (qapılarına) yaxınlaşdıq. Cəbrail – əleyhissəlam
– (qapıların) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!»
dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Məhəmməd!» deyə cavab verdi.
Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə
soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və onun üçün səma
(qapısı) açıldı. Birinci səmada Adəm – əleyhissəlam – göründü. Cəbrail mənə: «Bu sənin baban
Adəmdir, ona salam ver!» dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona salam verdi, o da
salamı alıb: «Saleh övladıma və saleh Peyğəmbərə salam olsun!» dedi. (Başqa rəvayətdə: «Adəmin
sağ tərəfində xoşbəxt kimsələrin ruhları, sol tərəfində isə bədbəxt kimsələrin ruhları vardır. O, sağ
tərəfinə baxdıqda sevinər və gülərdi, sol tərəfinə baxdıqda isə ağlayardı. Çünki sağ tərəfində
olanlar Cənnət əhli, sol tərəfində olanlar isə Cəhənnəm əhlindən olan kimsələr idi!»). Sonra Cəbrail
– əleyhissəlam – mənimlə ikinci səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər:
«Kİmdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə
soruşdular. Cəbrail: «Məhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni
ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa
gəldi, xoş gəldi!» deyildi və onu səmanın (qapısı) açıldı. İkinci səmada Yəhya və İsa (hər iksinə
Allah
ın salat və salamı olsun) göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bunlar Yəhya və İsadır, hər
iksinə salam ver. O daonlara salam verdi, onlar da salamını alıb: «Saleh qardaşımıza və saleh
Peyğəmbərə salam olsun!» dedilər. Sonra Cəbrail – əleyhissəlam – mənimlə üçüncü səmaya çıxdı və
səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu
Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Məhəmməd!» deyə
cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət
göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə «Səfa gəldi, xoş gəldi!» deyildi və
ona səmanın (qapısı) açıldı. Üçüncü səmada Yusif – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam
– dedi ki, bu Yusifdir, ona da salam ver. O dasalam verdi, salamını alıb: «Saleh qardaşımıza və
saleh Peyğəmbərə salam olsun!» dedi. Sonra Cəbrail – əleyhissəlam – mənimlə dördüncü səmaya
24
çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «bu
Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var? deyə soruşdular. Cəbrail: «Məhəmməd! deyə cavab
verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)»
deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi! və ona səmanın
(qapısı) açıldı. Dördüncü səmada İdris – əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki,
bu İdrisdir, ona da salam ver. O dasalam verdi, salamını alıb: «Saleh qarda-şımıza və saleh
Peyğəmbərə salam olsun!» deyə dua etdi. (Başqa rəvayətdə: «
Allah
buyurur: «Biz onu yüksək
məqama qaldırdıq». (Məryəm 57). Sonra Cəbrail – əleyhissəlam – mənimlə beşinci səmaya çıxdı və
səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu
Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var?» deyə soruşdular. Cəbrail: «Məhəmməd!» deyə
cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət
göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə «Səfa gəldi, xoş gəldi!» deyildi və
ona səmanın (qapısı) açıldı. Beşinci səmada Musa – əleyhissəlam – ın qardaşı İmran oğlu Harun –
əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu Harundur, ona da salam ver. O
dasalam verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Sonra
Cəbrail – əleyhissəlam – mənimlə altıncı səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi.
Gözətçilər: «Kimdir O?» deyə soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim
var?» deyə soruşdular. Cəbrail: «Məhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Onun dalınca
göndərildimi? (Yəni ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!»
dedi. Bu dəfə: «Səfa gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Altıncı səmada Musa –
əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu Musadır, ona da salam ver. O dasalam
verdi, salamını alıb: «Saleh qardaşımıza və saleh Peyğəmbərə salam olsun!» dedi. Yanından
getdikdə Musa ağladı. Ondan soruşdular: «Səni ağladan nədir?» Musa: «Çünki məndən sonra
Peyğəmbər olaraq göndərilən bu gəncin ümmətindən Cənnətə girəcək olanlar, mənim
ümmətimdən Cənnətə girəcək olanlardan daha çoxdur!». Sonra Cəbrail – əleyhissəlam – mənimlə
yeddinci səmaya çıxdı və səmanın (qapısının) açılmasını istədi. Gözətçilər: «Kimdir O?» deyə
soruşdular. Cəbrail: «Bu Cəbraildi!» dedi. Gözətçilər: «Yanında kim var soruşdular?» deyə
soruşdular. Cəbrail: «Məhəmməd!» deyə cavab verdi. Gözətçilər: «Onun dalınca göndərildimi? (Yəni
ona bura gəlsin deyə dəvət göndərildimi?)» deyə soruşdular. Cəbrail: «Bəli!» dedi. Bu dəfə: «Səfa
gəldi, xoş gəldi!» deyildi və ona səmanın (qapısı) açıldı. Yeddinci səmada Xalilur-Rahmən İbrahim –
əleyhissəlam – göründü. Cəbrail – əleyhissəlam – dedi ki, bu sənin atan İbrahimdir, ona da salam
ver. O dasalam verdi, salamını alıb: «Saleh övlad və saleh Peyğəmbərə salam olsun!» dedi.
Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – Sidrətul-Muntəhaya qədər yüksəldim. Bir də
gördüm ki, Sidr ağacının yarpaqları fillərin qulaqları kimdir. Onun yemişləri isə (Yəmənin Həcər
qəsəbəsindəki) fincanlara (gildən düzəldilmiş qablara) bənzəyirdi. Orada Sidrənin dibindən çıxan
dörd çay vardı. Bu çaylardan ikisi zahiri, ikisi isə batini çaylar idi. Mən: «Ey Cəbrail! Bu nə
çaylardır?» deyə buyurdum. Cəbrail: «Batini olan çaylar Cənnət çaylarıdır. Zahiri olan çaylar isə Nil
və fərat çaylarıdır».
Allah
ın əmri ilə orada olan gözəllikləri gördüm. Artıq
Allah
ın məxluqlarından
oranın gözəlliyinin bir qismini belə təsvir və ya tərif etməyə qadir ola biləcək bir kimsə yoxdur.
Sonra Beytul-Məmura yüksəldik. (Başqa rəvayətdə: «İbrahim – əleyhissəlam – belini yeddinci
səmadakı Beytul-Məmura söykəmişdi»). Bu Beytul-Məmura gündə yetmiş min mələk girər, orada
Allah
a ibadət edər, namaz qılar, sonra oradan çıxar və bir daha oraya qayıtmazlar. Oradan
çıxdıqdan sonra Cəbrail – əleyhissəlam – mənə bir qab şərab və bir qab da süd gətirdi. Mən südü
seçdim. Cəbrail – əleyhissəlam – mənə: «sən fitrəti seçdin, ümmətin də fitrət üzərindədir. Əgər
şərabı seçmiş olsaydın ümmətin haqq yoldan azardı (azğın olardı)» dedi.
(Başqa rəvayətdə – Peyğəmbər – sallallahu aleyhi və sələm – buyurdu: «Sonra Cəbrail –
əleyhissəlam – məni yuxarıya götürə-götürə nəhayət (qəza və qədəri yazan) qələmlərin cızıltılarını
eşidərək bir səviyyəyə çatdıq!»).
Sonra
Allah
Məhəmməd – sallallahu aleyhi və səlləm – ə bir gün və bir gecədə əlli vaxt namaz
25
fərz qıldındı. Peyğəmbər buna təslimiyyətlə razı oldu. Səmadan enib Musa – əleyhissəlam – ın
yanından keçərkən: «Rəbbin ümmətinə nəyi fərz qıldı?» deyə buyurdu. Mən: «O, bir gündə əlli
namaz fərz qıldı!» buyurdum. Musa: «Sənin ümmətinin buna gücü çatmaz. Səndən əvvəl mən öz
ümmətimə bunu bəyan etmişdim. İsrail oğullarından çox çətinliklərlə qarşılaşdım. Rəbbinə qayıt və
ümmətin üçün yükünün yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən də Rəbbinə dönüb: «Ya
Rəbbim! Ümmətim üçün yügülləşdir!» deyə buyurdum. Məndən on vaxt namaz endirildi. Sonra
Musa – əleyhissəlam – ın yanına qayıtdım: «Məndən on namaz vaxtı endirildi!» deyə buyurdum.
Musa: «Şübhəsiz ki, ümmətinin buna da gücü çatmayacaqdır. Rəbbinə dön və yüngülləşdirilməsini
dilə!» deyə buyurdu. Mən yenə də Rəbbimə dönüb: «Ya Rəbbim! Ümmətim üçün yüngülləşdir!»
deyə buyurdum. Məndən (qalan namazların vaxtından) yenə də on vaxt namaz endirildi. Sonra
Musa – əleyhissəlam – ın yanına qayıtdım: «Məndən yenə də on namaz vaxtı endirildi!» deyə
buyurdum. Musa: «Şübhəsiz ki, ümmətinin buna da gücü çatmayacaqdır. Rəbbinə dön və
yüngülləşdirliməsini dilə!» deyə buyurdu. Beləcə Rəbbim ilə Musa – əleyhissəlam – arasında beş
vaxt namaz əmr olunana qədər gedib-gəldim. Sonra yenə Musa – əleyhissəlam – ın yanına
qayıtdım və o, mənə: «Nə ilə əmr olundun?» deyə buyurdu. Mən: «Hər gün beş vaxt namaz ilə əmr
olundum!» deyə buyurdum. Musa: «Sənin ümmətin hər gün beş vaxt namaz qılmağa da taqəti
çatmaz. Rəbbinə dön və yüngülləşdirilməsini dilə!» deyə buyurdu. Mən: «Rəbbimdən çox istədim.
Artıq ondan utanıram. Mən beş vaxta razıyam.
Allah
ın əmrinə təslim oluram!» deyə cavab verdim.
Bundan sonra bir carçı: «Fərzlər yəqinləşdi, qullarıma da (yükləri) yüngülləşdirildi!» deyə səslədi.
Rəbbim: «(Namazlar) beşdir, yenə onlar əllidir. Mənim dərgahımda hökm əsla dəyişməz!». Bundan
sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə Cənnət və Cəhənnəm də göstərildi. Cənnətin
içində bir çox incidən olan qübbələr (çadırlar) vardır. Torpağı da miskdən idi. Daha sonra
Peyğəmbər – sallallahu aleyhi və səlləm – səmadan enib Məkkəyə geri qayıtdı».
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in digər başqa möcüzələri.
Allah
Peyğəmbərinə nübuvətinin bir dəlil olmaq üçün vermiş olduğu olduqca böyük
möcüzələrdən biri də İnşiqaqi-Qamər (ayın bölünməsi) möcüzəsidir. Cabir – radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – minbər olmayanda kötüyün üstündə
xütbə verərdi. Minbər düzəldikdə isə kötüyü tərk edir. Səhabələr o kötüyün yanından keçəndə
onun inildəməsini, ağlamasını eşidib peyğəmbərə xəbər verirlər. Peyğəmbər – sallallahu aleyhi və
səlləm – gəlib o kötüyü qucaqlayıb buyurur: «Bilirsiniz o niyə ağlayır?
Allah
ın ayələri onun üstündə
zikr olunmadığına görə darıxır». Cabir b. Səmura – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «mən Məkkədə bir daş tanıyıram ki, mən peyğəmbər
göndərilmədən əvvəl mənə salam verirdi. Heç şübhəsiz ki, mən indi də o daşı tanıyıram». Bundan
başqa yeməyin çoxalması, suyun çoxalması, barmaqlarının arasından suyun fışqırması və üç yüz
insanın o, sudan dəstəmaz alması, daşların ona salam verməsi, yağışın yağması və s. kimi
möcüzələri vardır. Alimlər xırdalı böyüklü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in möcüzələrini
üç minə qədər çatdırırlar.
PEYĞƏMBƏRLƏRƏ İMANIN FAYDALARI
1. Onların
Allah
tərəfindən haqq ilə, elçi olaraq göndərdiklərinə iman etmək. Onlardan hər
hansı birisinin risaətini inkar edən kimsə, hamısını inkar etmiş sayılır. Məs:
Allah
buyurur: «Nuh
qövmü Rəsulları yalanladılar». (əş-Şüara 105). Bu ayədən göründüyü kimi
Allah
onları bütün
rəsulları yalanlamış olduqlarını qeyd edir. Halbuki onu yalanladıqlarında Nuhdan başqa rəsul yox
idi. Buna görə də Məhəmməd – sallallahu aleyhi və səlləm – i yalanlayan və ona tabe olmayan
Yəhudi və Xristianlar eyni zamanda Musa – əleyhissəlam – ı, Məryəm oğlu İsa – əleyhissəlam – ı da
yalanlamaqda və ona tabe olmamaqdadırlar.
2. Peyğəmbərlərdən adlarını bildiklərimizə iman gətirir, adlarını bilmədiyimiz Peyğəmbərlərə
26
də icma ilə iman gətiririk.
3. Onlardan bizə səhih olaraq nəql edilən xəbərləri təsdiq etmək.
4. Göndərilmiş olan Rəsulun şəriətinə gərəyincə əməl etmək. Bu rəsul da sonuncu olan
Məhəmməd – sallallahu aleyhi və səlləm – dir.
5.
Allah
ın qullarına olan rəhmət və mərhəmətini bilmək.
Allah
onları Öz yoluna yönəlt
mək,
Allah
a necə ibadət edəcəklərini onlara başa salmaq üçün Peyğəmbərlər göndərmişdir.
Çünki insan tək ağlı ilə bunları dərk edə bilməz.
6.
Allah
ın göndərdiyi peyğəmbərləri sevmək, onları təzim etmək və onlara yaraşan şəkil
də tərif etmək. Çünki onlar
Allah
ın rəsullarıdır, onlar
Allah
a ibadət etmiş, risalətini təbliğ etmiş
və onun qullarına səmimi öyüd-nəsihət vermişdilər.
7. Bu böyük nemətə görə
Allah
a şükr etmək.
AXİRƏTƏ İMAN
Əhli Sünnə vəl Cəmaat axirət gününə etiqad edir və inanırlar. Bunun mənası da qiyamət
gününə
Allah
ın kitabında, Rəsulullah – sallallahu aleyhi və səlləm – in sünnəsində ölümdən sonra
Cənnətliklərin Cənnətə, Cəhənnəmliklərin də Cəhənnəmə girəcəyi zamana qədər meydana gələcək
şeylərə dair verişmiş xəbərlərin hamısına inanmaqdır. Axirət günü
Allah
ın insanları haqq-hesab və
cəza (əməllərinin qarşılığını verməsi) üçün dirildəcəyi qiyamət günüdür. Ona bu adın verilməsinin
səbəbi, ondan sonra gün olmayacağına görədir. Çünki artıq Cənnətliklər Cənnətə, Cəhənnəmliklər
də Cəhənnəmə yerləşdiriləcəklər. «Qiyamət mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur.
Lakin insanların çoxu inanmaz». (əl-Mumin 59). «Sizə vəd olunan (qiyamət) həqiqətdir. Haqq –
hesab (cəza və mükafat) da labüddür». (əz-Zariyat 5-6).
Allah
Qurani-Kərimdə
Allah
a iman ilə, axirətə iman etməyi bir-birinə bağlı olaraq zikr etmişdir.
«O, kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat və Zəbur) iman
gətirir və axirətə də şəksiz inanırlar». (əl-Bəqərə 4). «Yaxşı əməl sahibi heç də üzünü günçıxana və
günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində
Allah
a, qiyamət gününə …..
inanandır». (əl-Bəqərə 177).
Əhli Sünnə Qiyamətin qopma vaxrtını
Allah
tərəfindən bilindiyinə,
Allah
dan başqa kimsənin
onu bilmədiyinə inanırlar. «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq
Allah
bilir». (Loğman 34).
(Ya Məhəmməd!) Səndən qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? De ki: «O, ancaq
Rəbbimə məlumdur. Qiyamətin qopacağı vaxtı
Allah
dan başqa heç kəs bilə bilməz». (əl-Əraf 187).
(Ya Məhəmməd! Müşriklər) Səndən qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. Sən onun
vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq sənin Rəbbinə məxsusdur». (ən-Nəziat
42-44). Ömər – radıyallahu anhu – nun rəvayət etdiyi hədisdə Peyğəmbər – sallallahu aleyhi və
səlləm – dən Qiyamət saatı haqqında soruşan Cəbrail – əleyhissəlam – a Rəsulullah – sallallahu
aleyhi və səlləm – belə cavab vermişdi: «Soruşulan soruşandan çox bilmir».
Lakin sünnə ilə həmən günün hansı olduğu barədə məlumat gəlmişdir. Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günlərin ən
xeyirlisi beşinci gündür. O gün Adəm – əleyhissəlam – yaradıldı, o gün Cənnətə salındı, o gün
Cənnətdən qovuldu və o gün qiyamət qopacaqdır».
Axirət gününə imanın mənası onun şəkk-şübhəsiz olaraq gələcəyinə inanmaq və buna uyğun
olaraq gərəyincə əməl etmək deməkdir. Qiyamətin qopmasından əvvəl ortaya çıxacaq qiyamətin
böyük və kiçik əlamətlərinə iman, ölümə, ölümdən sonra qəbr sorğusuna, əzab və nemətinə, Sura
üfürüləcəyinə, yaradılmışların qəbirlərindən çıxacaqlarına, qiyamətin hesab yerindəki dəhşətli və
qorxulu hallarına, məhşərə, səhifələrin (əməl dəftərinin) açılacağına, tərəzinin və sirat körpüsünün
ortaya qoyulmasına, hovuza, şəfaətə və digər xüsuslara, Cənnətə və ən yüksək mərtəbəsi
Allah
ın
üzünə baxmaq olan nemətinə, Cəhənnəmə və orada olan dəhşətli əzablara iman etmək axirətə
27
iman etməyin içərisinə daxildir. Elm adamları Qiyamətin əlamətlərini kiçik və böyük əlamətlər
olmaqla iki qismə ayırmışlar. «(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin
(əzabının) , yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi
qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış
şəxsə (sonrakı) imanı heç bir fayda verməz». De ki: «Gözləyin, doğrusu biz də gözləyirik». (əl-
Ənam 158). Ey insanlar! Rəbbinizdən qorxun. Həqəqətən qiyamət gününün zəlzələsi dəhşətli
şeydir». (əl-Həcc 1). «Onlar (kafirlər) ancaq qiyamət saatının qəfildən başlarının üstünü almasınımı
gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Qiyamət saatı onlara gəlib çatdığı zaman ibrət
almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?». (Məhəmməd 18). «…. Nə bilirsən,
bəlkə də qiyamət saatı yaxındır! Ona inanmayanlar onun tez gəlməsini istərlər. İnananlar isə onun
haqq olduğunu bilərək ondan qorxuya düşərlər. Bil ki, qiyamət saatı haqqında mübahisə edənlər
(haqq yoldan) azıb çox uzaq düşmüşlər». (əş-Şura 17-18).
Dostları ilə paylaş: |