QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ
Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə çatan bəzilərini
xatrıladaq.
1. Peyğəmbərimiz Məhəmməd – sallallahu aleyhi və səlləm – in göndərilməsi. Ənəs b. Məlik –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mən
Qiyamət günü ilə birlikdə göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O şəhadət
barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə olan üstünlüyü qədər». İmam
Bağavi – rahmətullahi aleyhi – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
Allah
tərəfindən
göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir. Əbu Cubeyr rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «mən Qiyamət gününün küləyi ilə göndərilmişəm».
2. Onunla peyğəmbərliyin, risalətin sona yetməsi və Peyğəmbər – sallallahu aleyhi və səlləm –
in vəfat etməsi. Auf b. Məlik rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu::
«Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Mənim ölümümü». Ənəs – radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə bütün şəhər sevinirdi.
O, öldüyü gün isə bütün şəhər zülmətə qərq olmuşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm –
dünyasını dəyişdikdən sonra Əbu Bəkr və Ömər – radıyallahu anhu – onun süd anasının ziyarət
etmək qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb deyirlər: «Niyə
ağlayırsan?
Allah
Rəsulu üçün Onun (
Allah
ın) dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən
ona görə ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər – radıyallahu
anhum – da ağlamağa məcbur etdi.
3. Beytul-Məqdisin fəth edilməsi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət
günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) fəth edilməsi». Ömər – radıyallahu
anhu – nun xəlifəliyi dövründə, hicrətin 16-cı ilində Qüds zəbt olunur.
4. Fitnələrin ortaya çıxması . Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «İrəlidə bir çox fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan
kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən
kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə sığınsın və ya gizlənmək üçün yer
taparsa gizlənsin».
5. Yəhudi və Xristianlar kimi keçmiş ümmətlərin yolu ilə getmək. Əbu Səid əl-Xudri –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən
siz əvvəlkilərin adət ən-ənələri ilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa
çalışacaqsınız. O, dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə siz də onun
ardınca girəcəksiniz». Biz: «Ya Rəsulallah! Sən Yəhudi və Xristianları nəzərdə tututsan?» deyə
28
soruşduq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu.
6. Yalançıların və peyğəmbərlik iddiasında olanların ortaya çıxması. Səvban – radıyallahu anhu
– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim
ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia
edəcəkdir. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur».
7. Peyğəmbər – sallallahu aleyhi və səlləm – haqqında hədislərin uydurulması. Əli, Ənəs b.
Məlik, Əbu Hureyrə – radıyallahu anhum – rəvayət edirlər ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan
söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə qəsdli olaraq söyləyərsə atəşdən yerini
hazırlasın».
8. Yalanın artması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın mənim ümmətimdən elə bir insanlar çıxacaq ki, onlar
nə sizin, nə də atalarınızın eşitmədikləri şeyləri danışacaqlar. Onlardan çəkinin». Abdullah b. Amr –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dənizdə
Süleymanın qandalladığı şeytanlar vardır. Çox keçmədi ki, onlar azad olarlar və insanlara öz
Quranlarını oxuyarlar».
9. Elmin qaldırılması, cahillik və fitnə-fəsadın çıxması. Ənəs b. Məlik – radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın elm
qaldırılacaq». Huzeyfə b. Yəmən – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib yox olduğu kimi silinib yox
olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, ən həccin, nə də sədəqənin nə olduğu
bilinməyəcəklər.
Allah
bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə
qalmayacaqdır. O zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz
babalarımızın bu kəlməni: «Lə ilələ illəllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu
söyləy-irik». «bu sözlər onları Cəhənnəmdən qurtaracaq» və üç dəfə təkrar etdi». Ənəs b. Məlik –
radıyallahu anhu – rəvayət edir ki, Peypəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə
Allah
,
Allah
kəlməsi itməyənədək Qiyamət qopmaz».
10. Ölüm hadisələrinin artması. Əbu Musa əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın Xarc çoxalacaqdır». Biz: «Xarc
nə deməkdir?» deyə soruşduq. O: «Ölüm hadisələrinin çoxalması». Əbu Hureyrə – radıyallahu anhu
– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim əlində olan
Allah
a
and olsun ki, ölən nə üçün öldürdüyünü bilmədikcə Qiyamət qopmaz». Biz: «Bu necə olacaq?» deyə
soruşduq. O: «Bu elə qətllər olacaq ki, ölən də öldürülən də Cəhənnəmə düşəcək».
11. Qəbirdəkilərə qibtə edilməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmaz o vaxta qədər ki, qəbrin yanından keçən
insanlar – Kaş ki, onun yerində mən olaydım» deməyincə.
12. Bəlaların və fitnələrin artmasından insanın ölmüş birisinin yerində olmasını təmənna
etməsi. Əbu Hureyrə – radıyallahu nahu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Ruhum əlində olan
Allah
a and olsun! İnsan qəbrin yanından keçərkən özünü toza çırpıb
– Kaş ki, qəbrdə mən olardım» deməyincə Qiyamət qopmaz.
13. Zəlzələlərin və xəstəliklərin çoxalması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zəlzələlərin sayı çoxalmadıqca Qiyamət
qopmaz». Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Hər hansı bir qövmdə zinakarlıq artarsa
Allah
onları taunla və başqa bir xəstəliklə
cəzalandırar. Elə bir xəstəlik ki, bundan qabaq bu haqda eşitməyiblər».
14. Kişilərin sayca azalması və qadınların çoxalması. Ənəs – radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmazdan qabaq qadınların sayı
artacaq, kişilərin sayı azalacaq, belə ki, əlli qadına bir kişi düşəcəkdir».
15. İnsanların göz qabaqlarında zinaların artması. Nəvvas b. Səman – radıyallahu anhu –
29
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə insanların şərliləri
qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi
qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar». Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim
əlində olan
Allah
a and olsun! Bu ümmət məhv olmaz o vaxta qədər ki, bir kişi qadını yolda uzada
və o, günün ən xeyirli insanları isə: «Yaxşı olardı ki, sən o divarın arxasında gizlənərdin»
deyəcəklər.
16. Musiqinin, içkinin, zinanın artması və bunların halal qəbul edilməsi, Ənəs – radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın
zinakarlığın, içkilərin artması (çoxalması) olacaqdır». Əbu Məlik əl-Əşari – radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – «Ümmətimdən zinanı, ipəyi, içkini və
musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq». Səhl b. Səd – radıyallahu anhu – rəvayət edir
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik
baş alıb gedəcəkdir». Biz «Ey
Allah
ın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi
alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu. Ubadə b. Sabit – radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən bir qism
insanlar olacaq ki, içki içib onu başqa adla adlandıracaqlar».
17. Əmanətə xəyanətin artması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər
Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Qiyamət nə vaxt qopacaq?» O: «Əmanət
qaldıracağı zaman siz qiyaməti gözləyin» deyə buyurdu. O, kişi: «Əmanət nə vaxt qaldırılacaq?»
Peyğəmbər : «Layiq olmayan insana əmanət verilərsə əmanət korlanmış olar» deyə buyurdu.
18. Qul qadının öz ağasını doğması, kasıbların varlanıb hündür binalar tikməkdə bir-birləri ilə
yarışmaları. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qiyamətin əlamətləri haqqında soruşan
Cəbrailə belə cavab vermişdir: «Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, çobanların
hündür bina tikməkdə bir-birləri ilə yarışmaları».
19. İnsanların yalnız tanıdıqarı kimsələrə salam vermələri. İbn Məsud – radıyallahu anhu-
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətlərindən biri
də insanların yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır».
20. Yalan şahidliyin çoxalması, haqq şahidliyin gizlədilməsi. İbn Məsud – radıyallahu anhu –
rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmazdan əvvəl
insanlar yalan şahidlik edəcəklər və həqiqəti gizlədəcəklər».
21. Qohumluq əlaqələrini kəsməyin, qonşuluq münasibətlərinin pisləşməsinin çoxalması.
Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «Ədəbsizlik, həyasızlıq, qohumluq əlaqələrinin kəsilməsi və qonşuluq münasibətlərinin
pisləşməsi çoxalmadıqca Qiyamət qopmaz».
22. Vaxtın sürətlə getməsi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Vaxt sürətlə getməyənə qədər Qiyamət qopmaz. İl aya, ay həftəyə,
həftə günə, gün saata, saat da közərən külün sönməsinə bərabər olacaqdır».
23. İnsanların bir-birinə inamının itməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnamın itdiyi zaman Qiyaməti gözləyin».
24. Məscidlərin və Quranın bəzədilməsi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar bir-birlərinin qarşısında məscidlərdə öyünmədikcə
Qiyamət qopmaz». Ənəs – radıyallahu anhu – deyir ki, insanlar məscidlərlə öyünərək və onları az-
az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə öyünəcəklər». İbn Abbas – radıyallahu anhu –
deyir ki, siz məscidləri Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz». Əbu Dərdə –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər siz
məscidləri və Quran vərəqələrini bəzəməyə başlasanız onda siz məhv olacaqsınız».
25. Yuxuların çin çıxması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək
30
olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın
yuxuları Peyğəmbərliyin qırx beşdə biridir».
Həmçinin Ərəbistan yarmadasının bağçalara çevrilməsi, yağışların çoxalması, Hicazda alovun
əmələ gəlməsi, malın çox olmasına baxmayaraq nankorluğun artması, həyasızlığın ortaya çıxması,
düşmənçiliyin, nifrət etməyin, kin saxlamağın çoxalması, insanların çılpaq geyinib çölə çıxmaları,
heyvanların və cansız əşyaların danışması, müsəlmanların Xristianlarla müharibəsi,
Konstantinopolun fəthi, Mədinənin boşaldılması, Kəbənin dağıdılması və s. səhih hədislərlə sabit
olunmuş bir çox əlamətlər vardır.
Elə bir dəhşətli dövran gələcəkdir ki, zülmət qaranlığı kimi fitnələr meydana çıxacaqdır. Bu
fitnələrin meydana çıxdığı zaman Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xeyirli
əməllər etməyə çalışın! Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə
səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını dünya malına satacaqlar».
Allah
bizi o günlərdən
qorusun! Amin!
QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ
Bunlar qiyamətin yaxınlaşdığını bildirən əlamətlərdir. Bu əlamətlər ortaya çıxdığı vaxt qiyamət
də onların ardınca gələcəkdir. Əhli Sünnə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən gəldiyi
şəkildə bu əlamətlərə inanırlar. Huzeyfə b. Əsid əl-Ğifari – radıyallahu anhu – rəvayət edir ki, bizlər
(Qiyamət) müzakirə edən halda Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizim yanınmıza gəldi və:
«Nəyi müzakirə edirsiniz?» deyə buyurdu, Orada olan səhabələr: « Qiyamət saatını müzakirə
edirik» dedik. Peyğəmbər: «Sizlər on əlamət müşahidə etmədikcə əsla Qiyamət qopmayacaqdır!» və
bunları zikr etdi: «Duhan (duman), Dəccəl, Dəbbətul Ard (heyvanın çıxması), Günəşin məğribdən
doğması, İsa – əleyhissəlam – ın gəlməsi, Yəcuc və Məcucun çıxması, Biri şərqdə, biri qərbdə, biri
də ərəb yarımadasında yerin batması və bütün bunlardan sonra Yəməndən xaric olan odun
insanları toplanış yerinə aparması».
Qiyamət saatından bir qədər əvvəl baş verən böyük hadisələrdən biri də dumanın gəlməsidir.
«(Ya Peyğəmbər!) Sən səmanın aşkar bir duman gətirdiyi günü gözlə. İnsanları (bu duman)
bürüyəcəkdir. Bu ağır bir əzabdır». (əd-Duxan 10-11).
Məsih Dəccəlin gəlməsi. İmran b. Hüseyn – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm – əleyhissəlam – ın yaradılmasından Qiyamətin
qopacağı vaxta qədər Məsih Dəccəldən daha böyük bir fitnə olmayacaqdır». İmran b. Hüseyn –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəl
barəsində eşidən kimi mütləq qaçacaqlar.
Allah
a and olsun ki, onun yanına gələn onu mömin
hesab edəcəkdir. Onun ardınca gedəcəkdir. Yanına gələndə ona qarşı şübhə hissləri meydana
gələcəkdir və yaxud o, şübhə doğuracaqdır». Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aləyhi və səlləm – buyurdu: «Məkkə və Mədinə müstəsna Dəccəlin ayaq basmadığı
torpaq qalmayacaqdır. Məkkə və Mədinənin hər girəcəyində mələklər durub bu şəhəri
qoruyacaqlar». İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Mən sizi Dəccəldən çəkindirirəm. Hər bir peyğəmbər öz ümmətini ondan
çəkindirmişdir. Lakin mən sizə elə bir söz deyəcəyəm ki, heç bir peyğəmbər bunu öz ümmətinə
deməmişdir. Dəccəl tək gözdür.
Allah
isə tək göz deyildir. Bilin ki, sizdən heç kəs ölənə kimi öz
Rəbbini görməyəcəkdir. Dəccəlin iki gözü arasında kafir yazılmışdır. Oxuya bilən və ya oxuya
bilməyən hər bir mömin bu kəlməni oxuyacaqdır». Ribi b. Xiraş – radıyallahu anhu – rəvayət edir ki,
bir gün Əbu Məsud əl-Ənsari ilə birlikdə Huzeyfə b. Yəmən – radıyallahu anhu – nun yanına getdik.
Əbu Məsud, Huzeyfəyə: «Dəccəl haqqında Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdiyini
bizə xəbər ver» dedi. Huzeyfə dedi: «Dəccəl ortaya çıxacaq. Onunla bərabər su və atəşdə olacaqdır.
İnsanların su kimi gördükləri yandırıcı atəşdir. Atəş olaraq gördükləri isə soyuq və sərin sudur.
31
Sizdən hər kim o vaxta qədər yaşasa atəş gördüyü şeyin içinə girsin. Çünki o, sərin və soyuq
sudur» Bundan sonra Əbu Məsud: «Mən də bunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən
eşitdim» dedi.
Məsih Dəccəl
Allah
lıq iddiasında olacaqdır. İstədiyi hər şeyi
Allah
ın izni ilə edəcəkdir.
Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Dəccəlin fitnələrindən biri də budur ki, gəlib
bir ərəbə deyəcəkdir: «mən sənin ölmüş ata – ananı dirildib yanına gətirsəm sən şəhadət
verəcəksənmi ki, mən sənin Rəbbinəm?» Ərəb: «Bəli» deyəcəkdir. Şeytan onun ata və anasının
surətində zahir olub deyəcəkdir: «Oğlum! Ona itaət et. O, sənin Rəbbindir». Əbu Səid əl-Xudri –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccəl
çıxdığı zaman möminlərdən biri onu görməyə gedir. Dəccəlin gözətçiləri onun qabağını kəsərək:
«Hara gedirsən?» deyə soruşdular. Mömin: «Bu ortaya çıxan adamı görmək istəyirəm» dedi.
Gözətçilər: «Yoxsa sən bizim Rəbbimizə inanmırsan» dedilər. Mömin: «Bizim Rabbimizdə bir
gizlilik yoxdur» dedi. Gözətçilər: «Öldürün onu?» dedilər. Gözətçilərdən bir qismi: «Bizim Rəbbimiz
deyib ki, onun icazəsi olmadan heç kəsi öldürməyin» demişdi. Mömini Dəccəlin yanına gətirirlər.
Mömin Dəccəli görən kimi: «Ey insanlar! Bu peyğəmbərimizin bizə vəsf etdiyi Dəccəldir». Dəccəl
əmr edir, mömini üzü üstə uzadırlar və Dəccəl: «Onu tutun. Başını yarın. Belinə, qarnına zərbələr
endirin» deyir. Dəccəl: «İndi mənə iman gətirirsən?» deyir. Mömin: «Sən yalançı Məsihsən» deyir.
Dəccəlin əmri ilə mömin mişar ilə iki hissəyə bölürlər. Sonra Dəccəl iki hissəyə bölünmüış cəsədin
ortasından keçərək: «Qalx!» deyir. Cəsəd də dirilərək ayağa qalxır. Dəccəl yenə: «İndi mənə iman
gətirirsən?» deyir. Mömin: «Mən sənin həqiqi Dəccəl olduğunu daha da yaxşı bildim» deyir. Mömin
üzünü camaata tutaraq deyir: «Ey insanlar! O, məndən sonra heç kəsə bu əməli etməyəcəkdir».
Dəccəl onu doğramaq üçün tutar. Lakin
Allah
möminin boynu ilə boğazı arasını qoruyar. Dəccəl də
ona heç bir şey edə bilməyib əllərindən və ayaqlarından tutub atar. İnsanlar elə zənn edərlər ki,
(Dəccəl) onu oda atdı. Lakin o, Cənnətə atılacaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «O, mömin aləmlərin Rəbbinin yanında şəhidlərin ən əzəmətlisi olacaqdır».
Nəvvas b. Səman – radıyallahu anhu – rəvayət edir ki, bir gün səhər Peyğəmbər – sallallahu
aleyhi və səlləm – bizə Məsih Dəccəl haqqında danışmağa başladı. Onun haqqında səsini gah
alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir yerdə
zənn etdik. Biz onun yanına gəldikdə Peyğəmbər – sallallhu aleyhi və səlləm – bizdə olan vəziyyəti
görüb buyurdu: «Sizə nə olub?» Biz: «Ya Rəsulullah! Bu gün səhər Dəccəl haqqında səsini gah
alçaldaraq, gah da yüksəldərək elə bir tərzdə danışdı ki, biz onu Nəhl (xurmalıq) deyilən bir yerdə
zənn etdik». Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Sizdən ötrü məni qorxudan şey
Məsih Dəccəl deyildir. Əgər o, mən sizin içinizdə ikən ortaya çıxarsa onda hər kəs özü-özünü
ondan müdafiə etməlidir.
Allah
da hər bir müsəlman üçün məni əvəz edər. Dəccəl gəncdir. Saçları
olduqca qıvrımdır. Bir gözü əyridir (sanki üzüm salxımından irəli çıxmış üzüm giləsi kimi). Mən
onu Abdul Uzza b. Katana bənzədirəm. Sizlərdən hər kim o, çıxan vaxtı yaşayarsa ona qarşı Kəhf
surəsinin ilk on ayəsini oxusun. Heç şübhəsiz ki, o Şam ilə İraq arasında olan bir yolda ortaya
çıxacaqdır. Sağına da, soluna da öz fitnə-fəsadını yayacaqdır. Ey
Allah
ın qulları imanda möhkəm
olun!» Biz: «Ya Rəsulullah! O, yer üzündə nə qədər müddət qalacaqdır?» deyə soruşduq.
Peyğəmbər – sallallahu aleyhi və səlləm - :»Qırx gün. (Bu günlərdən) Bir günü bir ilə, bir günü bir
aya, bir günü bir cüməyə (bir həftə) bərabər olacaqdır. (O, qırx günün içində) Qalan günlər isə sizin
günləriniz kimi olacaqdır» deyə buyurdu. Biz: «Ya Rəsulullah! Bu bir il qədər olan o, bir gündə
bizlərə bir günün namazı kifayət edirmi?» deyə soruşduq. Peyğəmbər: «Xeyr! (kifayət etməz) Siz o
uzun gündə, adi günlərdə qıldığınız namaz vaxtlarını hasablayıb, namazlarınızı qılın!» deyə
buyurdu. Biz: «Ya Rəsulullah! Dəccəl yer üzündə nə cür sürətlə yeriyəcəkdir?» deyə soruşdur.
Peyğəmbər – sallallahu aleyhi və səlləm - : «Küləyin qovduğu yağış buludlarının sürəti kimi!» deyə
buyurdu.
Peyğəmbər – sallallahu aleyhi və səlləm - : «O, bir qövmün yanına gəlib onları dəvət edəcəkdir.
Onlar da ona iman gətirib itaət edəcəklər. Bundan sonra o, göyə əmr edəcəkdir. Göy də onun əmri
32
ilə yağış yağdıracaqdır. Sonra yerə əmr edər. Yer də hər cür bitkilərini bitirəcəkdir. O qövmün
otlağa çıxmış heyvanları axşam otlaqdan ən gözəl bir halda, məmələri südlə dolu, ətlənmiş bir
halda geri qayıdarlar. Sonra Dəccəl digər bir qövmə gəlib onları da dəvət edər. Lakin o qövm onun
sözünü qəbul etməyib onu rədd edərlər. Dəccəl o qövmündən uzaqlaşdıqdan sonra onları quraqlıq
basar, bütün malları tələf olub gedər. Dəccəl bir xarabalığın yanına gəlib: «Öz xəzinələrini çıxart!»
deyər və bal arılarının (ana) arının ardınca düşdükləri kimi xəzinələr də onun ardınca düşərlər».
Peyğəmbər – sallallahu aleyhi və səlləm – sözünə davam edərək buyurdu: «Sonra gənc yaşına
çatmış bir gənci yanına çağıraraq, onu qılınc ilə vuraraq iki hissəyə bölür. Parçalar oxun son düşmə
məsafəsi qədər bir-birindən ayrılırlar. Sonra Dəccəl iki hissəyə böldüyü gənci çağırar, o da həmin
(anda) üzü parıldayaraq və gülərək gəlir. Dəccəl öz fitnə-fəsadını yaydığı vaxt
Allah
Məryəm oğlu
Məsihi, İsa – əleyhissəlam – ı göndərər. O daiki paltara bürünmüş və əllərini iki mələyin
qanadlarına qoyaraq Dəməşqin şərq tərəfindəki ağ minarəyə enər. Onun nəfəsinin iyini alan hər bir
kafirə ölümdən başqa heç bir şey halal olmaz. Onun nəfəsi isə gözün son görmə həddinə qədər
çatar. İsa – əleyhissəlam – Dəccəli axtarır. Nəhayət onu (Beytul-Məqdisə) yaxın bir yerdə Ludd
qapısının yaxınlı-ğında yaxalayaraq öldürər. Sonra İsa – əleyhissəlam -
Allah
ın Dəccəlin şərindən
qoruduğu bir qövmün yanına gələr. İsa – əleyhissəlam – onların üzərilərinə əli ilə toxunub məsh
edir və onlara Cənnətdəki dərəcələrini söyləyər. Onlar bu halda olduqları vaxt
Allah
– subhanəhu və
təalə - , İsa – əleyhissəlam – a: « Mən indi Mənə aid olan qullarımı çıxardacağam ki, heç bir
kimsənin onlarla müharibə etməyə nə qüdrəti, nə də qüvvəti çatar! Lakin sən, ey İsa! Səninlə
olanlara Tur dağında sığınacaq ver» deyə vəhy etdi.
Allah
Yəcuc və Məcuc tayfalarını göndərir.
«Yəcuc və Məcuc (səddinin) açılıb onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə
axışdıqları zaman». (əl-Ənbiya 96). Onların əvvəli Təbəriyyə gölünə yetişib onun suyunu içərlər,
axırıncılar oradan keçərkən and olsun ki: «Nə vaxtsa burada su vardı» deyərlər.
Allah
ın peyğəmbəri
İsa – əleyhissəlam – və onunla birlikdə olanlar mühasirədə qalacaqlar. Nəhayət onların birinə bir
öküz başının dəyəri bu gün sizə görə yüz dinardan da xeyirli olur. İsa – əleyhissəlam – və
səhabələri
Allah
a dua edərlər.
Allah
da (Yəcuc və Məcuc) onların boyunlarına qurdlar salar və səhəri
hamısı məhv olub gedərlər. Sonra
Allah
ın peyğəmbəri və onunla birlikdə olanlar yerə enərlər. Yer
üzündə Yəcuc və Məcuc tayfasının cəsədlərindən bir qarış yer belə tapa bilməyəcəklər. Onların pis
qoxusu aləmi bürüyəcəkdir.
Allah
ın peyğəmbəri və onunla birlikdə olanlar
Allah
a dua edərlər. Bu
dualarına cavab olaraq
Allah
dəvə boyunları kimi uzun boylu quşlar göndərər. Quşlar o leşləri
götürüb
Allah
ın istədiyi yerə apararlar. Sonra
Allah
elə bir yağış göndərər ki, istər quru və sağlam
palçıqdan olsun, istər gildən olsun heç bir ev o yağışın enməsinə mane ola bilməyəcəkdir. Yağış
bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü güzgü kimi parlayacaqdır. Sonra
Allah
yer üzünə:
«Meyvələrini bitir, bərəkətini ver!» deyə əmr edəcəkdir. O gün bir camaat bir narı yeyib doyarlar və
qabığı altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir dəvənin südü bir topluluğa kifayət
edər. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər. Bu vaxt
Allah
xoş bir külək göndərər. Bu külək möminləri qoltuq altından yaxalayaraq bütün mömin və
müsəlmanların ruhlarını alar. Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən
utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi, qadın və kişi bir-biri ilə cinsi
əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar». Başqa rəvayətdə – Yəcuc və Məcuc tayfaları
hər şeyi məhv etdikdən sonra Cəbəlil-Həmraya qədər gəlirlər. O daBeytul-Məqdisdə dağdır. «And
olsun ki, biz yer üzündə hər şeyi məhv etdik. İndi gəlin göydə olanları məhv edək!» deyib oxlarını
göyə atarlar.
Allah
onların oxlarını qan ilə boyanmış olaraq rədd edər».
Məryəm oğlu İsa – əleyhissəlam – ın Şamda ağ minarəli (məscidin) üzərinə iki mələyin
qanadında enməsi, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in şəriəti və hökmləri ilə əmr etməsi,
donuzları və xaçları məhv etməsi, Dəccəli öldürüb yer üzündə İslam ilə hökm etməsi. Əbu Hureyrə
– radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həyatım
əlində olan
Allah
a and olsun ki, Məryəm oğlu İsa adlı bir hakim olaraq sizin içinizə enməsi
yaxındır. O, xaçları sındıracaq, donuzları öldürəcək və cizyəni qaldıracaqdır». «Kitab əhlindən elə
33
bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin, lakin o qiyamət günündə onların
əleyhinə şəhadət verəcəkdir». (ən-Nisa 159). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Sübh çağı imam onlarla birlikdə namaza durduğu bir vaxtda Məryəm oğlu İsa – əleyhissəlam –
gələcəkdir. Bu imam geri çəkilib yerini ona vermək istədikdə İsa – əleyhissəlam – əlini onun çiyninə
qoyub deyəcəkdir: «Keç yerinə namazı qıldır». İmam irəli keçib namazı qıldıracaqdır. Sonra İsa –
əleyhissəlam – Qüdsə gedəcəkdir. Orada Ludd qapısının yaxınlığında Dəccəli yaxalayıb
öldürəcəkdir. Dəccəl onu gördükdə duz suda əridiyi kimi əriyəcəkdir».
Mehdinin gəlməsi. Əsl adı Məhəmməd b. Abdullah olub, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – in əhli beytindəndir. Zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə dolduracaqdır.
İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
«Dünyanın sonuna bir gün qalsa belə,
Allah
o günü uzadacaqdır. O, vaxta qədər ki, əhli-beytimdən
bir insan çıxacaq. Adı-adıma, atasının adı isə atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu
zaman, o yer üzünü ədalətlə dolduracaqdır». Ummi Sələmə – radıyallahu anhə – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mehdi mənim nəslimdən, Fatimənin
kökündəndir».
Yəcuc və Məcuc tayfasının çıxması. Zülqərneyn dedi: «Bu Rəbbimdən bəxş edilən bir
mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc –Məcuc tayfalarının dünyanı
bürüyəcəyi zaman) gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir». (əl-Kəhf
98). Zeynəb b. Cəhş – radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və
səlləm – üzü qıp-qırmızı halda, həyəcanlı olaraq çölə çıxdı və: «Lə iləhə illəllah! İrəlidə gecə
qaranlığı kimi fitnə vardır. Vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik
açıldı» buyurdu. Bunu söylədikdə baş barmağı ilə şəhadət barmağını halqa şəklində etdi. Bunun
üzərinə mən: «Ya Rəsulullah! İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı oluruq?» dedim.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli (fasiqlik, fahiş əməllər, əxlaqsızlıq, zülm)
kimi pisliklər çoxaldığı zaman».
Dabbətul-Ardın (heyvanın) çıxması. «Onlara deyilən söz yerinə yetdiyi zaman onlar üçün
yerdən bir heyvan çıxardırıq ki, onlarla danışıb (bizim adımızdan) : «İnsanlar ayələrmizə
inanmadılar» deyər. (ən-Nəml 82). Bu heyvanın nə cür olduğu barədə heç bir məlumat yoxdur.
Qeyd edirlər ki, o kimin mömin və kafir olduğunu söyləyəcəkdir.
Cəssəsə kimdir? – Fatimə b. Qeys – radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər –
sallallahu aleyhi və səlləm – ƏSSƏLƏTU CƏMİATƏN (toplayıcı olan namaza gəlin) deyə buyurdu. Mən
də həmin məscidə gəldim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə namaz qıldım. Mən
qadınların səfində idim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – namazı bitirdikdən sonra gülər
bir halda minbər üzərində oturdu və: «Heç kəs namaz qıldığı yerdən ayrılmasın!» buyurdu. Sonra
sizləri nə üçün topladığımı bilirsiniz? Səhabələr: «
Allah
və Rəsulu daha gözəl bilir». Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «
Allah
a and olsun ki, mən sizi nə bir müjdə vermək, nə də
qorxutmaq üçün toplamışam. Lakin mən sizləri bu səbəbə görə toplamışam: «Təmim əd-Dari
xristian bir adam idi. Gəldi, beyət edib İslamı qəbul etdi və mənə belə hadisəni rəvayət etdi. Onun
söylədiyi bu rəvayət mənim sizə söylədiyim Məsih Dəccəl hadisəsi ilə uyğundur». Sonra söhbətinə
davam edərək buyurdu: «Cizam və Ləhm qəbilələrindən otuza yaxın kişi ilə gəmi ilə səyahətə
çıxdıq. Dənizin dalğaları onları bir ay dənizdə saxlayaraq sonra bir adanın yanına gətirdi. Günəşin
batdığını gözlədikdən sonra adaya yollandıq. Adada bizim qarşımıza tüklü bir Dabbə (heyvan)
çıxdı. Tükü çox olduğundan biz onun arxa və qabağını seçə bilmirdik. Biz ona: «Sən kimsən?» deyə
soruşduq. O da: «Mən Cəssəsəyəm» dedi. Biz: «Cəssəsə nədir?» deyə soruşduq. O məxluq: «Ey
topluluq siz ibadətgahdakı adamın yanına gedin. Çünki o sizin gəlməyinizi çoxdan arzulayır» dedi.
Dəbbə bizə o adamı vəsf etdikdə biz onun şeytan olmasından qorxduq. Nəhayət o ibadətgaha
gəldik. Orada cüssə baxımından insanların ən irisi olan, ayaqları əllərinə çarpaz vəziyyətdə
bağlanmış birisini gördük. Biz ona: «Sən kimsən?» deyə soruşduq. Qarşılığında o: «Sizlərin kimlər
olduğu barədə mənə xəbər verin» dedi. Biz də hər şeyi olduğu kimi ona xəbər verdik. O: «Mənə
34
Şamda olan Nəhmi Beysən adlı yerdən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər
verək?» dedik. O: «Xurmalarından deyirəm. Onlar meyvə verirlərmi?» dedi. Biz: «Bəli, verir» dedik.
O: «Onun meyvə verməmək vaxtı yaxınlaşır» dedi. O: «Mənə Təbəriyyə gölündən xəbər verin?»
dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Onda su varmı?» dedi. Biz: «Onun
suyu çoxdur» dedik. O: «Xəbəriniz olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır» dedi.
O: «Mənə Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin» dedi. Biz: «Sənə onun hansı
halından xəbər verək?» dedik. O: «O bulaqda su varmı? Oranın əhalisi o bulaqdan istifadə edirmi?»
dedi. Biz: «Bəli, o suyu bol olan bir bulaqdır. Əhalisi də o bulağın suyundan istifadə edirlər» dedik.
O: «Mənə NƏBİYYUL- UMMİYİN (ümmətlərin Peyğəm-bəri) haqqında xəbər verin? O nə edir?» dedi.
Biz ona: «Məkkədən çıxıb Yəsribə (Mədinəyə) hicrət edib» dedik. O: «Ərəblər onunla müharibə
edirlərmi?» dedi. Biz: «Bəli» dedik. O: «Onun vəzifəsi nədir? Peyğəmbər onlara nə edir?» dedi. Biz:
«Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir olmuşdur» dedik. O: «Həqiqətən bunlar
oldumu?» dedi. Biz: «Bəli» oldu dedik. O: «Şübhəsiz ki, onların peyğəmbərə itaət etmələri onların
özləri üçün xeyirlidir» dedi. İndi mən sizə özüm haqqında məlumat verəcəyəm. Mən Məsihəm.
Mənə çıxmaq üçün izn verilən zaman yaxınlaşır. İzn verildikdə mən yer üzündə gəzəcəyəm və qırx
gecə içində elə bir yer olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə və Mədinədən başqa. Bunların
hər iksi də mənə haram edilmişdir. Bu iki şəhərin hər girəcəyində dayanan mələklər əllərindəki
qılınc ilə məni vuraraq bu şəhərlərə girməyə qoymazlar».
Fatimə b. Qeys – radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunları
söylədi və əlindəki dəyənək ilə minbərə sürtərək və Mədinəni qəsd edərək: «Bura Teybədir! Bura
Teybədir! Bura Teybədir!» deyə buyurdu. Sonra xəbəriniz olsun ki, mən bunları sizə söylədimmi?
Deyə buyurdu. Məsciddəki insanlar dedilər: «Bəli! Xəbər verdin!».
Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl gələcəklər və bir-birinin ardınca o qədər
sürətlə gələcəklər ki, insanlar göz açmağa imkan belə tapmayacaqlar. Ənəs b. Məlik - radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətləri
bir-birinin ardınca gələn mirvari kimidir. İp kəsildikdə dənələr bir-birinin ardınca töküldüyü kimi
(Qiyamətin ələmətləri də bir-birinin ardınca bu cür sürətlə) gələcəkdir». O, dəhşətli, qulaqları kar
edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl
Allah
a yönəlin, nə etdikləriniz haqda
düşünün. Çünki o gün düşünmək artıq fayda verməyəcəkdir. «Nəhayət qulaqları kar edən o
dəhşətli səs gələndə. O gün insan qaçacaq qardaşından, anasından, atasından, zövcəsindən,
oğullarından. O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır». (Əbəsə 31-37). «Onu
görəcəyiniz gün hər bir əmizli qadın uşağını unudar, hər bir hamilə qadın vaxtından əvvəl yerə
qoyar. İnsanları sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq
Allah
ın əzabının şiddətli
olmasındandır». (əl-Həcc 2). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz.
İnsanlar onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir. Əvvəlcədən iman etməmiş heç
bir kəs iman etməsinin fayda verməyəcəyi zamandır».
QİYAMƏTİN ADLARI
Qurani – Kərimdən bizə məlim olan Qiyamət gününün bir çox adları vardır.
1. Yəumul-Bəss – məşhərə göndərilən gün. (ər-Rum 56).
2. Yəumul-Xuruc – çıxarılacaq gün. (Qaf 42).
3. Yəumul-Qiyəmə – qalxacaqları gün. (əl-Qiyamət 1).
4. Yəumul-Həşr – toplanma günü. (Qaf 44).
5. Yəumul-Fəsl – ayırd etmə günü. (ən-Nəbə 17).
6. Yəumul-Cəma – cəm etmə günü. (əş-Şura 7).
7. Yəumul-Hicəb – haqq-hesab günü. (Sad 16).
35
8. Yəumul-Vaid – vəd olunmuş gün. (Qaf 20).
9. Yəumul-Həsra – peşmançılıq günü. (Məryəm 39).
10. Yəumul-Xulud – əbədiyyat günü. (Qaf 34).
11. Dərul-Xuld – əbədiyyat yurdu. (Fussilət 28).
12. Yəumul-Tələq- qarşılaşma günü. (Ğafir 15).
13. Yəumud-Din – sorğu-sual günü. (əl-Fatihə 4).
14. Həqqa – haqq üzə çıxacağı gün. (əl-Haqqə).
15. Qariə – qəlbləri təsvişə salan gün. (əl-Qariə 1-2).
16. Ğaşiyə – qəlbləri dəhşət bürüyən gün. (əl-Ğaşiyə 1-2).
17. Təğabun – qarşılıqlı aldanma günü. (ət-Təğabun).
18. Əzifə – yaxınlaşmaq günü. (ən-Nəcm 57) və s.
ÖLÜM
Bizlər ölən yaxud öldürülən, ya da hər hansı bir səbəblə həyatı sona çatan hər bir kəsin əcəli ilə
öldüyünə və onun əcəlindən heç bir şeyin əskilmədiyinə iman edirik. (Ya Məhəmməd!) De ki: «Sizə
müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna
qaytarılacaqsınız». (əs-Səcdə 11). «Can boğaza yetişdiyi zaman siz ona baxıb durursunuz
(əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz! Əgər sizdən
(dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, və əgər (öləndən
sonra heç bir dirilmə, haqq-hesab yoxdur) iddianızda doğrusunuzsa, bəlkə o çıxan canı geri
(bədənə) qaytarasınız». (əl-Vaqiə 83-87).
Ölım iki cürdür.
1. Yuxu –
Allah
Qurani-Kərimdə yuxunu ölüm adlandırır. «
Allah
(əcəli çatan kimsələrin)
canlarını öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar». (çünki
yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir). (əz-Zumər 42).
Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazına yatıb qaldıqda buyurdu: «
Allah
bizim ruhumuzu aldı və istidiyi vaxt qaytardı».
2. Həqiqi ölüm – «Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur)». (ər-Rahmən 26). «Hər
kəs ölümü dadacaqdır». (əl-Ənbiya 35).
Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşır, ondan qaça bilmir. Canlı varlıqların heç
biri həqiqətə qarşı durmaq qüdrətinə malik deyillər. O, hər an baş verə bilər, onunla böyük də,
kiçik də varlı da, kasıb da, güclü də, gücsüz də üzləşir. «Hər bir kəs ölümü dadacaqdır». (Ali-İmran
185). (Müharibəyə getməyib Mədinəyə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları
haqqında: «Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər» deyənlərə söylə ki, əgər doğru
deyirsinizsə, onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın. (Ali-İmran 168).
Hamı onun qarşısında bərabərdir. O, qaçılmaz bir taledir, ondan xilas yoxdur, ona mane olacaq
bir qüvvə, bir vasitə də yoxdur. Onun qarşısını almaq, onu gecikdirmək də olmaz. Ona təslim
olmaqdan başqa bir çıxış yolu da yoxdur. «Heç kəs səhər nə əldə edəcəyini (savab, yaxud günah
qazanacağını) heç kəs harada öləcəyini bilməz.
Allah
isə şübhəsiz ki, (hər şeyi) biləndir və (hər
şeydən) xəbərdardır». (Loğman 34).
Həyatı bəxş edən də
Allah
dır, müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə insan istər evində,
istər ailəsi yanında, istər ruzi axtarışında və s. halda olursa-olsun verdiyini geri alan da
Allah
dır.
«Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərisində olsanız da belə, ölüm sizi
haqlayacaqdır». (ən-Nisa 78).
Bu günə qədər heç kəsə ölməzlik bəxş olunmayıb. Yaradılmışların ən xeyirliləri olan
Peyğəmbərlər belə ölümdən yaxa qurtara bilməyiblər. Baxın, görün
Allah
– subhanəhu və təalə –
onlar haqqında nə buyurur: (Ya Məhəmməd!) «Səndən əvvəl də (dünyada) heç kəsə əbədi həyat
36
(ölməzlik) vermədik. Belə olduqda sən ölsən onlar dirimi qalacaqlar?»(əl-Ənbiya 34). (Ya
Peyğəmbər!) «Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər». (əz-Zumər 30).
Bəli, bu qədər ayələri dinlədikdən sonra «beş günlük dünyadır, kef eləmək lazımdır» deyənləri
aqibəti necə olacaqdır. «Xeyr, can boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, (ailə üzvləri
tərəfindən onu bu bəladan) kim xilas edə bilər? deyiləcəyi, (can üstə olan kimsə) ayrılıq qəminin
gəlib çatdığını anlayacağı, və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, aparılacağın yer
Rəbbinin hüzuru olacaqdır (ey insan). Beləliklə o nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma
(
Allah
kəlamını) yalan saydı, (imandan da) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin
yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!». (əl-Qiyamə 26-35). Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurur: «Ləzzətlərlə dolu həyata son qoyan ölümü tez-tez yada
salın». İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Ey Adəm övladı! Anan səni dünyaya gətirəndə
sən ağlayırdın, ətrafındakılar isə sevinirdilər. Elə əməl et ki, ölüm anında onlar yığışıb ağlayanda
sən sevinəsən».
Bütün varlıqların yaradanı
Allah
dır, qayıdış da
Allah
adır. Ondan başqa qayıdış məqamı yoxdur.
Bu qayıdşdan başqa bir tale yoxdur. Fərq yalnız əməl və niyyətdə, gedilmiş yol və məqsəddədir.
Son isə birdir: «Müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə ölümdür,
Allah
a qayıdışdır, məhşər
və toplanış günündə cəmləşməkdir.
Allah
dan mərhəmət və məğfirət ya da qəzəb və əzabdır». Əbu
Zərr əl-Ğifari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Uca və
Böyük olan
Allah
dan belə buyurmuşdu: «Ey mənim qullarım! Mən zülmü zülmə haram etdim. Onu
sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm etməyin…. Ey mənim qullarım, nə
etsəniz o sizin əməllərinizdi. Mən onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm. Hər
kim xeyir əldə edərsə bundan ötrü
Allah
a həmd etsin. Hər kim də bundan başqa bir şeylə
qarşılaşarsa özündən başqa heç kəsi qınamasın». Aişə – radıyallahu anhə – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «
Allah
o kəslə görüşmək istəyir ki, o da (Rabbi
ilə) görüşməyi arzulayır. O kəslə görüşmək istəmir ki, o da (Rəbbi ilə) görüşməyi arzulamır». Aişə –
radıyallahu anhə – dedi: «Ya Rəsulullah! Sən ölümü deyirsən? Axı o bizim xoşumuza gələn bir hal
deyildir!». O dedi: «Yox, bu siz fikirləşdiyiniz deyildir. Mömin bəndəyə
Allah
ın rəhmi, mərhəməti və
Cənnəti haqqında xəbər verildikdə o daonunla (Rəbbi ilə) görüşü arzulayır.
Allah
da həmin bəndə
ilə görüşü arzulayır. Kafir bəndəyə
Allah
ın əzabı, qəzəbi və Cəhənnəmi haqqında xəbər verildikdə
o daonunla (Rəbbi ilə) görüşməyi arzulamır.
Allah
da həmin bəndə ilə görüşməyi arzulamır».
Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşacaqdır. Ölüm anında insanın nə hislər
keçirdiyini və ölümdən sonra nələrin baş verdiyi haqda Bəra b. Azib – radıyallahu anhu – rəvayət
edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə ənsarlardan birini dəfn etmək
üçün qəbristanlığa yollandıq. Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər –
sallallahu aleyhi və səlləm – üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında sükut
içində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb
iki və ya üç dəfə: «Qəbr əzabından qorunmaq üçün
Allah
a sığının!» dedi və sözünə davam edərək:
«Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan ağ üzlü mələklər
gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu
(balzam) olur. Gözün son görmə həddi qədər ölən adamdan aralı otururlar». Bundan sonra ölüm
mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey gözəl nəfs! (ruh) tuluğun ağzından suyun
axdığı kimi rahatlıqla çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər
Allah
dan o gözəl
nəfs üçün bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər qapının
gözətçiləri o, gözəl nəfsin onların yanından ötüb keçməsini
Allah
dan diləyirlər. Ölüm mələyi nəfsi
çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar nəfsi
əllərindəki kəfənə bürüyərlər, ona hanut vururlar. «Nəhayət birinizin əcəli gəlib çatdıqda onun
canını mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər». (əl-Ənam 61).
Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu
gözəl nəfs kimindir?» Deyirlər: «Filankəs oğlu filankəsindir». Onu dünyada daşıdığı ən gözəl adlarla
37
sadalayırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər və
qapılar açılır. Hər bir səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola salırlar.
Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və böyük olan
Allah
buyurur: «Mənim qulum haqqında
yazın! Cənnətin ən yüksək yerinə – İlliyyuna!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni
oxudu: «Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir kitabdır. Onu ancaq yaxın olan mələklər görə
bilər». (əl-Mutəffifin 19-21). Mələklər onun adını İlliyyuna yazdıqdan sonra
Allah
buyurur: «Onu
torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa)
da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul
yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk
gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O deyir: «Rəbbim –
Allah
dır» - «Dinin
nədir?» O, deyir: «Dinim İslamdır» - «Sizə göndərilən o adam kimdir?» O, deyir: «O,
Allah
ın
Rəsuludur» - «Bəs sən nə etdin?» O, deyir: «
Allah
ın kitabını oxudum, ona iman gətirdim və onu
təsdiqlədim». Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi. Onu Cənnət libasları ilə geyindirin,
Cənnət nemətlərindən ona verin və Cənnətin qapısını onun üzünə açın. Onun bədənindən gözəl iy
gəlir və məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli, gözəl
ətirli bir nəfər gəlib deyir: «Mən səni sevindirəcək bir xəbərlə gəlmişəm.
Allah
ın sənə verdiyi
nemətlərlə sən sevin! Bu gün sənə vəd olunmuş gündür». Mömin təəccüblü halda soruşur: «Sən
kimsən? Sənin sifətin xeyirdən xəbər verir». O, deyir: «Mən sənin saleh əməllərinəm.
Allah
a and
olsun ki, mən səni həmişə
Allah
ın əmrlərini yerinə yetirmək üçün can atdığını və qadağalarından
çəkinmək üçün çalışdığını görürdüm. Bu da sənin əməllərinin qarşılığında
Allah
ın sənə olan
mükafatıdır». Mömin üçün Cənnətin və Cəhənnəmin qapıları açılır. Ona deyirir: «Əgər sən
Allah
a
asi olsaydın, ora (Cəhənnəm) sənin olardı. Lakin
Allah
oranı sənin üçün Cənnət ilə əvəz etdi».
Mömin Cənnətdəki yerini gördükdən sonra
Allah
a dua edib deyir: «Ya Rəbbim! Qiyamət gününü
yaxınlaşdır və mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına qayıdım».
Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli
mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətirilmiş parça olur. Gözün son görmə həddi qədər
ölmüş adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq
deyir: «Ey xəbis nəfs! (ruh)
Allah
ın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Kafirin nəfsi (ruhu)
bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxar. Bu zaman göylər və yerlər arasında
olan mələklər onu lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının
gözətçiləri o xəbis nəfsin onların yanından ötüb keçməməsini
Allah
dan diləyirlər. Ölüm mələyi
nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar
xəbis nəfsi Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi
səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu xəbis nəfs kimindir?» deyirlər:
«Filankəs oğlu filankəsdir». Onun dünyada daşıdığı ən pis adlarla sadalayırlar və onunla birinci
səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Ayələrimizi yalan hesab edənlərə və
onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər
onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk». (əl-Əraf 40). Bundan
sonra Uca və Böyük olan
Allah
buyurur: «Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə – Siccinə!».
Mələklər onun adını Siccinə yazdıqdan sonra
Allah
buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən
onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan)
da dirildəcəyəm». Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu
ayəni oxudu: «
Allah
a şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud
küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər». (əl-Həcc 31). Sonra xəbis nəfs yaxınlarının
dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu
ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Mmmm… bilmirəm?!»- «Dinin nədir?» O,
deyir: «Mmmm …. Bilmirəm?!» Onda mələklər qışqıraraq: «O, Məhəmməddir!» O, isə: «Mmmm ….
Bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim». Onlar: «Sən bunu eşitdikdən sonra onun
38
ardınca getmədin (itaət etmədin)». Səmadan səs gəlir: «O, yalan deyir! Onu Cəhənnəm libası ilə
geyindirin və Cəhənnəmin qapsını onun üzünə açın!». Cəhənnəmin isti havası onun üzünə vurur,
onun qəbri o, qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, murdar
libaslı və çox pis qoxulu biri gəlib deyir: «Mən sənin yanına elə bir xəbər ilə gəlmişəm ki, bu gün
sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür». Kafir təəccüblü halda
soruşur: «Sən kimsən? Sənin sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!». O, deyir:
«Mən sənin pis əməllərinəm.
Allah
a and olsun ki, mən səni həmişə
Allah
ın əmrlərini yerinə
yetirməyən və
Allah
a asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin qarşılığında
Allah
ın sənə
olan cəzasıdır!». Sonra kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı ki,
bu dünyadakı dağa vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla kafiri vuraraq toza döndərir.
Lakin
Allah
onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını insanlar və
cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılır və o, qışqıraraq deyir: «Ya
Rəbbim! Qoy qiyamət gəlməsin».
QƏBR ALƏMİ
Əhli Sünnə vəl Cəmaat ölümdən sonra baş verəcək hər bir şeyə iman edir və bütün bunların da
axirətə imanın içərisinə daxil olduğuna da inanırlar. O baxımdan möminlər qəbr fitnəsinə (sualına)
qəbrdə olan əzab və nemətlərə inanırlar. Qəbr fitnəsinə gəlincə insanlar qəbrlərində sorğu-sual
olunacaqlar: «Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?».
Allah
a iman edənlər dünya həyatında da,
axirət həyatında da bu suallara cavab vermək üçün sabit olurlar. «
Allah
iman gətirənləri dünyada
da, axirətdə də möhkəm bir sözlə (şəhadətlə) sabit-qədəm edər.
Allah
zalimləri (haqq yoldan)
sapdırar.
Allah
istədiyini edər». (İbrahim 27). O, baxımdan da mömin: «Rəbbim
Allah
! Dinim İslam!
Peyğəmbərim Məhəmməd – sallallahu aleyhi və səlləm – dir!» deyə cavab verəcəkdir. Uca
Allah
zalimləri və kafirləri azdıracaqdır. Onlar «Mmmm …. Bilmirəm?!» deyəcəklər. Münafiqlər və bu
xüsusda şübhə içində olan kimsələr isə: «mən bilmirəm, insanların nə isə söylədiklərini eşidirdim»
deyəcəklər. Bu suallardan sonra ya nemət vardır, ya da əzab. Bu da böyük qiyamət qopacağı vaxta
qədər davam edəcəkdir.
Allah
müşrik və kafirlər haqqında buyurur: «Nəhayət müşriklərdən birinin
ölümü gəlib çatdığı zaman o belə deyər: «Pərvərdigara! Məni geri (dünyaya) qaytar! Bəlkə (indiyə
qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş, faydasız bir
sözdür. Onların önündə dirilib (haqq-hesab üçün
Allah
ın hüzurunda) duracaqları günə qədər
maneə (öldükdən sonra qiyamətədək qaldıqları bərzəx aləmi) vardır». (əl-Muminun 100). Kaş sən
zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb çıxarın canlarınızı! Siz bu gün
Allah
a qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı
bir əzabla cəzalandırılacaqsınız! deyəndə görəydin». (əl-Ənam 93).
Allah
Firon əhli haqqında buyurur: «Firon əhlini isə şiddətli əzab sardı. Onlar (ölən gündən
qiyamətə qədər qəbr evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu
gün isə (deyiləcəkdir) Firon əhlini ən şiddətli əzaba salın». (əl-Mumin 45-46). İbn Ömər –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biri
vəfat etdikdə səhər və axşam ona düşəcəyi yer göstərilir. O kimsə Cənnət əhlindəndirsə Cənnət. O
kimsə Cəhənnəm əhlindəndirsə Cəhənnəm göstərilir və ona: «Bura sənin yerindir, qiyamət günü
Allah
səni öz yerinə göndərəcəkdir». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Qul qəbrə qoyulub və yaxınları dönüb geri getdikləri
zaman, ölü onların gedərkən ayaq səslərini eşidir. Onun yanına iki mələk gəlir. Onlar ölünü
oturdub ona: «Sən Məhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» Möminə gəlincə: «Onun
Allah
ın qulu və Rəsulu olduğuna şəhadət edirəm». Bundan sonra ona: «Cəhənnəmdəki yerinə bax!
Allah
onun yerinə Cənnətdən sənə bir yer verdi və mömin hər iki yeri birdən görür». Başqa
rəvayətdə: «Möminin qəbri yetmiş arşın genişlənir. Münafiq ilə kafir gəlincə ona da: «Sən
39
Məhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» O da: «Bilmirəm, mən insanların dediklərini
təkrarlayırdım». Ona dəmirdən olan dəyənəklə o qədər vurarlar ki, fəryadını (qışqırığını) insanlar və
cinlərdən başqa hamı eşidər. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər ölülərinizi dəfn etməyinizdən qorxmasaydım sizə qəbr
əzabını eşitdirmək üçün
Allah
a dua edərdim».
Möminlərə gəlincə
Allah
buyurur: «Şübhəsiz ki: «Rəbbimiz
Allah
dır! deyən, sonra da (sözündə)
düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və
kədərlənməyin! Sizə vəd olunan Cənnətlə siz sevinin!». (əl-Fussilət 30).
Bütün bu hadisələr «bərzəx» deyə adlanan aləmdə baş verir. Keyfiyyəti bizə bəlli olmayan bir
şəkildə. Çünki ağlı bu keyfiyyəti dərk etməkdə acizdir. Bu dünyada buna bənzər bir şey yoxdur.
Qəbr əzabında məqsəd bildiyimiz qəbr çüxüründa görülən əzab deyildir. Bərzəx adı verilən aləmdə
görülən əzabdır. Əzabı dadanlar qəbrdə də olsalar, yerin dibində də olsalar, dənizin dibində və ya
balığın qarnında da olsalar, yanıb kül olub, küllərini havaya sovursalar da, heyvanlar didib
dağıtsalar da bərzəx deyilən aləmdə əzab görürlər. «Onlara iki dəfə (dünyada və qəbr evində) əzab
verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar». (ət-Tövbə 101). Səmura b. Cundəb –
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını
qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu
Allah
ın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki
nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən
sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində olan bir daş parçası
ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır.
Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdancaya qədər uzananın
başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən:
«Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam
edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində
dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə üzanan adamın ağzına, burnuna və
gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib
oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini
yenidən təkrarlayırdı. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!»
dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi
deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: ) Oradan uğultulu və
dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara
yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək!
Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddət sonra) bir gölün yanına çatdıq. (Ravi
deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – gölün suyunun qan rəngində
olduğunu buyurdu). Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə
dayanıb. Üzən adam isə bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına
gəlib ağzını açar. O dadaşları onun ağzına atardı. O hər dəfə üzüb onun yanına gəldikdə ağzını
açar o dadaşları onun ağzına atardı. Mən: «Subhənallah! Bunlar kimlərdir?» dedim. Onlar : «Gedək!
Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) çox iyrənc və çirkin adamın
yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında fırlanırdı.
Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir
müddətdən sonra) içində hər növ çiçəyin olduğu, sıx və uzun ağaclarla dolu bir baxçaya çatdıq.
Baxçanın ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir adam vardı.
Adamın ətrafında daha əvvəl heç görmədiyim sayda çox uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?»
deyə soruşdum. Onlar : «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək ( bir müddətdən
sonra) böyük bir ağacın yanına çatdıq. Bundan əvvəl bundan daha böyük və gözəl ağac
görməmişdin. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o ağaca qalxmağa başladıq. Nəhayət gəlib bir
şəhərə çatdıq. Şəhər qızı və gümüş bir kərpicdən tikilmişdi. Şəhərin qapılarına yaxınlaşdıq və
40
açılmasını xahiş etdik. Qapı açıldı, şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar. Vücudlarının
yarısı gördüklərinin ən gözəli qədər gözəl, digər yarısı isə gördüklərinin ən çirkini qədər çirkin idi.
Mənimlə gələnlər: «Gedin o çaya girin!» dedilər. Onlar gedib çaya girdilər. Baxdım ki, bu şəhərin
ortasından suyu düm ağ olan bir çay axır. Sonra onlar bizim yanımıza gəldilər. Çirkinlik onlardan
getmiş və ən gözəl bir hala gəlmişlər. Mənimlə gələnlər mənə: «Bura Cənnətul-Adndır (Ədn
Cənnəti). Bu da sənin məqamındır» dedilər. Gözümü yuxarı qaldırdıqda düm ağ bulud kimi bir
saray gördüm. Onlar: «Bura sənin evindir» dedilər. Mən də: «BƏRƏKƏLLAHU FİKƏ –
Allah
səni
mübarək etsin! Mənə icazə verin ora girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora
girəcəksən» dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?»
dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər.
İlk gördüyün başı daşla vurulan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdir (Quranı
oxumaz və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi
qəbr əzabıdır. Ağzı, burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-
çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır.
Təndir içində gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə
qədər görəcəyi əzabdır. Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin gözətçisi Malikdir. Baxçada
gördüyün uzun boylu adam İbrahim – əleyhissəlam – dir. Ətrafındakı uşaqlar isə fitrət üzərində
ölən uşaqlardır. (Başqa rəvayətdə – Fitrət üzərində doğulan uşaqlardır). Səhabələr: «Ya Rəsulullah!
Orada müşriklərin də uşaqları vardır?» Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Bəli,
müşriklərin uşaqları da». Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər
ilə pis əməllər etmiş (bərabər olan) kimsələrdir.
Allah
isə onları bağışlamışdır. Birinci girdiyin ev adi
müsəlmanların evidir. Bu ev isə şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail – əleyhissəlam – dir.
Başqa rəvayətdə – Mənə: «Başını qaldır!» dedilər. Başımı qaldırdım. Bir də nə görsəm yaxşıdır.
Üstümdə bulud kimi bir şey vardır. Mənə: «Bu sənin evindir» dedilər. Mən: «Buraxın ora girim»
dedim. Onlar: «Sənin ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda ora girəcəksən» dedilər.
Aişə – radıyallahu anhə – deyir ki, mən bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in
hər namazdan sonra mütləq qəbr əzabından
Allah
a sığındığını gördüm».
Bəzi azmış kimsələr qəbr əzabını, qəbr nemətini inkar edirlər. Onlar öz ağıllarına uyaraq
deyirlər ki, əgər ölünün qəbri açılacaq olarsa əvvəlki halı necədirsə elə də görüləcəkdir. Qəbrdə
darlıq və genişlik etibarı ilə heç bir dəyişiklik görülməyəcəkdir. Bu səhf və batil fikrə bir neçə yolla
cavab vermək olar.
1. Əvvəla şəriətin gətirdiyi hökmlərə qarşı bu kimi çürük şübhələrlə çıxmaq doğru deyildir. Bu
şübhələrin sahibi əgər şəriətin gətirdiyi dəlillər üzərində düşünmüş olarsa, bu şübhələrin batil
olduğunu çox gözəl başa düşəcəkdir.
2. Bərzəx (qəbr) həyatı hissiyyat orqanları ilə idrak edilməsi mümkün olmayan qeybi aləmdir.
Əgər hissiyyat orqanları ilə hiss edilsəydi qeybə iman edənlərlə, qeybi inkar edənlər bərabər
olardılar.
3. Əzab, nemət, qəbrin genişliyi və darlığı – bütün bunları sadəcə ölü hiss edir, həyatda olan
isə hiss etmir. Bu da həyatda yatan bir kimsənin yuxusunda özünü sıxıntılı və dar bir yerdə
görməsi kimi və ya geniş, rahat bir yerdə görməsi kimidir. Kənardan o yatan insana baxan kimsə
onda heç bir dəyişikliyin olmadığını, sadəcə yatdığını görür. O öz çarpayısında, yorğanının altında
yatır. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələri arasında olarkən vəhy gəlirdi.
O özü vəhyi hiss etdiyi halda səhabələr isə o vəhyi hiss etmirdilər. Mələk onlara bir insan surətində
görünür, onlarla danışırdı. Səhabələr isə nə o, mələyi görür, nə də onu eşidirdilər.
4. Yaradılmışların eşitməsi, görmələri, hiss etmələri
Allah
ın onlara verdiyi imkanlar
çərçivəsindədir. Onların var olan hər bir şeyi eşitməsinə, görməsinə, hiss etməsinə imkan yoxdur.
Yeddi səma, yer və onların arasında olan hər şey Uca
Allah
a həmd və təsbih edir.
Allah
bəzən
yaratdıqlarından istədiyi kimsələrə onların təsbitlərini eşitdirir. Bununla belə bu həqiqət bizim üçün
pərdəlidir. «Yeddi göy, yer və onlarda olan bütün məxluqat
Allah
ı təqdis edir. Elə bir şey yoxdur ki,
41
Allah
a tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini
anlamazsınız.
Allah
həqiqətən həlim və bağışlayandır». (əl-İsra 44).
Həmçinin şeytanlar və cinlər də eyni şəkildə yer üzündə gəzirlər. Cinlər Peyğəmbər – sallallahu
aleyhi və səlləm – in hüzuruna gəlmiş və Quranı dinləmişlər. Bununla belə onlar bizim tərəfimizdən
görünməzlər. «Şübhəsiz ki, şeytan və onun cəmaatı sizləri onları görə bilmədiyiniz yerlərdən
görürlər. Bu şeytanları iman gətirməyənlərin (kafirlərin) dostları etdik». (əl-Əraf 27). Buna görə də
insan qeyb aləmində baş verən şeyləri dərk etmədiyinə görə sabit olan şeyləri inkar etməsi düzgün
bir iş deyildir.
SUR
Allah
bu dünyanın sona çatması hökmünü verirsə İsrafil – əleyhissəlam – a Sura birinci dəfə
üfürməsini əmr edəcəkdir. O zaman göylərdə və yerdə olanların hamısı (
Allah
ın istədiyi
kimsələrdən başqa) öləcəkdir. «Sur (birinci dəfə) çalınacaq,
Allah
ın istədiyi kimsələrdən başqa
dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbrlərindən) qalxıb (
Allah
ın əmrinə)
müntəzir olacaqlar». (əz-Zumər 68). «Sur çalınacağı gün
Allah
ın istədiklərindən başqa göylərdə və
yerdə olanlar dəhşətli bir qorxuya düşər və onların hamısı Rəbbinin hüzuruna müti, zəlil
vəziyyətdə gələr». (ən-Nəml 87).
Yer üzü düm-düz olacağı zaman, dağlar darmadağın və yumşaq toz dənələri halına
düşəcəkdir. Bu dünya günlərinin sonuncusudur. «Günəş sönəcəyi zaman ulduzlar səpələnəcəyi
zaman, dağlar yerindən qopardılacağı zaman, dənizlər od tutub yanacağı zaman, ruhlar
(bədənlərə) qovuşacağı zaman, əməl dəftərləri açılacağı zaman, göy (yerindən) qopardılacağı
zaman, Cəhənnəm alovlandırılacağı zaman və Cənnət yaxınlaşdırılacağı zaman, hər kəs nə hazır
etdiyini biləcəkdir». (ət-Təkvir 1-15). «Göy parçalanacağı zaman, ulduzlar dağılıb səpələnəcəyi
zaman, dənizlər qaynayıb bir-birinə qarışacağı zaman, qəbrlər çevriləcəyi zaman, hər kəs nə
etdiyini və nə qoyub getdiyini biləcəkdir. Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan
nədir?». (əl-İnfitar 1-6). Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Dəccal öldürüldükdən sonra insanlar iki nəfər arasında heç
bir düşmənçilik olmadan yeddi il yaşayacaqlar. Sonra
Allah
Şam tərəfdən soyuq bir külək göndərər
(bu rəvayətdə Yəmən tərəfdən) və artıq yer üzündə qəlbində zərrə ağırlığında xeyir və ya iman olan
heç kimsə qalmaz. O külək qəlbində zərrə qədər iman olan hər kəsin ruhunu alar. Hətta sizdən
biriniz bir dağın ortasına girsə belə o külək o kimsəni təqib edib ruhunu alacaqdır. Yer üzündə ən
şərli insanlar qalacaqdır. Onlar heç bir yaxşılığı tanımaz və heç bir günahı da rədd etməzlər».
Allah
İsrafil – əleyhissəlam – a Sura ikinci dəfə üfürməsini əmr edəcəkdir. O vaxt kafirlər və
münafiqlər: «Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbrlərindən qalxıb sürətlə Rəbbinin
hüzuruna axışacaqlar. Onlar deyəcəklər: «Vay halımıza! Bizi yatdığımız yerdən (qəbr evindən) kim
qaldırdı? Bu Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş. Yalnız bir
dəhşətli səs qopan kimi onlar hamısı qarşımızda hazır duracaqlar». (Yasin 51-53).
Allah
səmadan bir su endirəcəkdir. Onlar yaşıl yabanı bitkisi kimi (yerdən) bitəcəklər.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlunun hər bədən üzvünü torpaq
yeyəcəkdir. Yalnız bel sümüyünün aşağı hissəsində olan xırda sümük müstəsnadır. İnsan təkrar
ondan qiyamət günü yoğrulacaqdır. Torpaq əbədiyyən onu yeməyəcəkdir».
İki sur arasında olan müddət haqqında dəqiq məlumat yoxdur. Yalnız bir hədisdə Əbu Hureyrə
– radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki sur
arasında 40 il vardır». Səhabələr: «Ya Əbu Hureyrə! Bu 40 gündür?» deyə soruşdular. Əbu Hureyrə
dedi ki, mən cavab verməkdən çəkindim. Onlar: «Bu 40 aydır?» deyə soruşdular. Mən cavab
verməkdən çəkindim. Onlar: «Bu 40 ildir?» deyə soruşdular. Mən buna cavab verməkdən çəkindim.
42
əl-BAS (öldükdən sonra dirilmək)
əl-Bas – məna etibarı ilə bir şeyi qaldırmaq və hərəkət etdirmək deməkdir. İstilahı mənası isə
ölülərin qiyamət günü dirilərək qəbrlərindən çıxmalarıdır. Uca
Allah
əməllərin qarşılığını vermək
üçün ölümlərindən sonra insanları dirildəcəkdir. Kim zərrə qədər xeyir istəmişsə onu görəcəkdir,
kim də zərrə qədər bir pislik etmişsə onun əvəzini görəcəkdir. «Kim zərrə qədər yaxşı iş
görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini
görəcəkdir». (əz-Zilzal 7-8). Peyğəmbərlər göndərilməyin nəticəsi də elə budur. «Və
Allah
sizi
(atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və
(qiyamət günü dirildib oradan da) çıxardacaqdır». (Nuh 17-18). «Sizi (Adəmi) də ondan (torpaqdan)
yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib)
çxaracağıq». (Ta ha 55).
Sura ikinci dəfə üfürüləcəyi vaxt ölülər diriləcəklər. O zaman insanlar aləmlərin Rəbbinin
hüzurunda çılpaq, ayaqyalın, paltarsız və xitan (sünnət) olunmamış halda qalxacaqlar. «Göyü kitab
səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk
dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq». (əl-Ənbiya 104). Onlar: «Biz sür-
sümük, çürüyüb övxalanmış torpaq olduğumuz halda, dirilib yeni məxluqmu olacağıq?» deyirlər.
(Ya Məhəmməd!) De ki: «(İstəyirsiniz) daş, yaxud dəmir olun! Və ya ürəyinizdə (özünüzü dağlar,
göylər kimi) böyük bir məxluq hesab edin! (Yenə diriləcəksiniz)». Onlar deyəcəklər: «O, halda bizi
kim dirildəcəkdir?» De ki: «İlk dəfə sizi yoxdan yaradan
Allah
dirildəcəkdir!». (əl-İsra 49-51).
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və
xitan (sünnət) edilməmiş halda həşr ediləcəklər». Aişə – radıyallahu anhə – dedi: «Ey
Allah
ın
Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birilərinə baxmayacaqlar?»
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır».
«(Qiyaməti inkar edən) İnsan: «Mən öldükdən sonra (qəbirdən) çıxardılıb diriləcəyəmmi?» deyə
soruşur. Məgər insan ilk öncə onu heçdən (yoxdan) yaratdığımızı xatırlamırmı? (Məryəm 66-67).
«Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək». (ər-Rum 27).
«Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış
Allah
ın ölüləri də
diriltməyə qadir olduğunu görüb anlamırlarmı. Kafirlər Cəhənnəm oduna göstəriləcəkləri gün
onlardan soruşacaqdır: «Məgər bu doğru deyilmi!» Onlar: «Bəli, Rəbbimizə and olsun ki,
doğrudur!» deyə cavab verəcəklər.
Allah
buyuracaqdır: «Elə isə (dünyada) küfr etdiyinizə görə
dadın əzabı». (əl-Əhqaf 33-34).
əl-Bas (öldükdən sonra diriliş) sabit, dəyişməz bir haqdır. Kitab, sünnə və müsəlmanların icma
ilə qəbul etdikləri həqiqətdir. Bu xüsusda ayələr olduqca çoxdur. Uca
Allah
öldükdən sonra diriliş
haqqında Kitabında dəfələrlə söz açmışdı. Ta ki, insanlar buna iman etsinlər, imanları artsın. Bu
böyük gün üçün əməl etsinlər.
əl-BAS (öldükdən sonra dirilişi) İNKAR EDƏNLƏRƏ DƏLİLLƏR
1. Qurani – Kərimdə ayələr dəlildir ki,
Allah
qiyamət günü insanları dirildəcəkdir. «Kafirlər onlar
öldükdən sonra əsla dirilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De ki: «Bəli, Rəbbimə and
olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər
veriləcəkdir. Bu
Allah
üçün çox asandır». (ət-Təğabun 7). (Ya Peyğəmbərim!) Səndən: «O, (bizi
qorxutduğunuz əzab və ya qiyamət günü) doğrudurmu?» deyə xəbər alacaqlar. Onlara belə cavab
ver: «Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz». (Yunis 53).
2.
Allah
bizlərə ilk yaradılışı xatırlamağı tövsiyə edir. «Məgər insan onu nütfədən yaratdığımızı
görmədimi ki, birdən – birə (Rəbbinə) açıq düşmən kəsilərək, öz yaradılışını unudub: «Çürümüş
sümükləri kim dirildə bilər?» deyə hələ bizə məsəl də çəkdi. De ki: «Onları ilk dəfə yoxdan yaradan
43
diriləcəkdir. O, hər bir məxluqu gözəl tanıyandır». (Yasin 76-79). «Məgər insan elə güman edir ki,
o başlı-başına buraxılacaq. Məgər o, (ata belindən ana bətninə) tökülən bir qətrə nütfə deyildimi?
Sonra laxtalanmış qan oldu və
Allah
onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, bir qadın
olmaqla iki cüt (həmtay) yaratdı. Elə isə o
Allah
ölüləri diriltməyə qadir deyildirmi?». (əl-Qiyamə
36-40). «Elə isə insan nədən yaradıldığına bir baxsın. O, axıb tökülən bir sudan (nütfədən)
yaradılmışdır. O, su (kişilərin) bel sümüyündən, (qadınların) köks sümüyündən çıxar. Həqiqətən
Allah
insanı (öləndən sonra) yenidən diriltməyə qadırdir». (ət-Tariq 5-9). «Ey insanlar! Öləndən
sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışı yadınıza salın). Həqiqətən biz sizi
(Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən,
tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça
ətdən yaratdıq ki, (qüdrətimizi ) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət
(doqquz ay) saxlayar, sonra sizi uşaq olaraq çıxardırıq. Sonra yetkinlik yaşına yetişəsiniz deyə (sizi
böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılır
ki, vaxtı ilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar». (əl-Həcc 5).
3. Qurumuş torpağı canlandırdığı kimi ölüləri də dirildəcəkdir. (Ya Məhəmməd!) Sən
Allah
ın
rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da o, ölüləri
dirildəndir.
Allah
hər şeyə qadirdir». (ər-Rum 50). «Onun qüdrət nişanələrindən biri də budur ki,
sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar. Onu dirildən
şübhəsiz ki, ölüləri də dirildəcəkdir.
Allah
hər şeyə qadirdir». (əl-Fussilət 39). (Ey insan!) Sən yer
üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ
gözəl bar gətirər. Bu ona görədir ki,
Allah
haqdır, ölüləri dirildir və o hər şeyə qadirdir». (əl-Həcc
5-6). Əl-Aqili rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «
Allah
a and olsun
ki, istər başqası tərəfindən öldürülüb yerə yıxılmış olsun, istər dəfn edilmiş bir ölü olsun, yer
üzərində qəbri açılıb yarılmayacaq heç bir kimsə yoxdur…. Mən dedim: «Ey
Allah
ın Rəsulu!
Çürümüş və yırtıcı heyvanlar bizləri parça-parça etmişkən
Allah
bizi necə toplayıb bir araya
gətirəcəkdir». O, buyurdu: «Mən sənə bunun bənzərini
Allah
ın nemətləri arasından bildirirəm. Sən
yer üzünü çürümüş və darmadağınlıq gördüyün vaxt, bir daha canlanmaz deyirsən. Uca
Allah
oraya
səmadan yağmur endirdikdən sonra, aradan bir neçə gün keçdikdən sonra sən yenə oranı
görürsən. Bu dəfə hər tərəfin qabarıb, canlandığını görürsən.
Allah
a and olsun ki, o sizləri bir araya
gətirib toplamağa qadirdir. Bu səbəblə sizlər də yatdığınız yerlərdən çıxardılacaqsınız».
4.
Allah
Qurani-Kərimdə göyləri və yerləri necə yaratdığını misal çəkir. «Doğrudan da göylərin
və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu)
bilməz». (əl-Mumin 57). «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış
Allah
ın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı?». (əl-Əhqaf 33).
5.
Allah
insanları diriltdikdən sonra bəzilərinə cəza, bəzilərinə də mükafat verəcəkdir. «Yoxsa
biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənləri eyni tutacağıq? Yaxud
Allah
dan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!». (Sad 28). «Qiyamət
mütləq gələcəkdir. Hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın deyə, mən onu
(insanlardan) gizli saxlayıram». (Ta ha 15).«O pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq
edənləri isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır». (ən-Nəcm 31).
6.
Allah
Qurani-Kərimdə insanları əbəs yerə yaratmadığını buyurur. «Yoxsa sizi əbəs yerə
yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman
edirsiniz?». (əl-Muminun 115). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu. Uca
Allah
buyurdu: «Adəm oğlu məni yalanladı, lakin o, belə
etmək haqqına sahib deyildir. Onun məni yalanlaması: «Məni ilk yoxdan yaratdığı kimi təkrar məni
yaratmayacaqdır» deməsidir. Halbuki təkrar yaratmaq mənim üçün onu ilk yaratmaqdan daha çətin
deyildir».
7.
Allah
Qurani-Kərimdə əvvəlki ümmətləri necə diriltdiyini misal çəkir. «Və yadınıza salın ki,
siz: «Ya Musa,
Allah
ı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq» dedyiniz zaman
44
gözünüz görə-görə sizi ildırım vurmuşdu. Bəlkə şükr edəsiniz deyə, biz sizi sonra yenidən
diriltdik. (əl-Bəqərə 55-56). «(Ya Məhəmməd!) «Minlərlə adamın (taundan) ölüm qoxusu ilə öz
yurdlarını tərk edib getdiklərini görmədinmi?»
Allah
onlara: «Ölün!» dedi və sonra da (yenidən)
diriltdi. Həqiqətən
Allah
insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr etməzlər. (əl-Bəqərə
243). «Yaxud damları çökmüş, divarları uçulmuş bir kəndin yanından keçən şəxsin əhvalatın
bilmirsən? O şəxs: «Əcaba,
Allah
bu kəndi ölümündən sonra necə dirildəcək» demişdir. Belə
olduqda
Allah
onu yüz il ölü saxladı, sonra dirildərək ondan: «Nə qədər yatmısan?» deyə soruşdu.
O da: «Bir gün bəlkə də bir gündən də az» deyə cavab verdi.
Allah
ona: «Bəlkə yüz il yatmısan,
yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar
üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi uzunqulağının sümüklərinə bax, gör necə onları
bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?» deyə buyurdu. O şəxsə bunlar aydın
olduqda: !Artıq bildim ki,
Allah
hər şeyə qadirdir». (Ya Məhəmməd!) Xatırla ki, İbrahim: «Ey
Rəbbim! Ölüləri nə cür diritdiyini mənə göstər!» dedikdə,
Allah
: «Məgər (ölüləri diriltməyimə)
inanmırsan?» buyurmuşdu. İbrahim: «Bəli, inanıram lakin ürəyim sakit olmaq üçün soruşdum» deyə
cavab vermişdi. (Bu zaman)
Allah
ona buyurmuşdu: «Dörd cür (cins) qüş götürüb (səhv salmamaq
üçün) onlara diqqətlə bax, (onları parçalayacaq bir-birinə qatandan) sonra hər dağın başına
onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki,
Allah
yenilməz qüvvət və
hikmət sahibidir». (əl-Bəqərə 259-260).
Öldükdən sonra dirilişi inkar edənlərə bu inkar olunmaz dəlillər açıqlandıqdan sonra yenə
inkarları üzərində israr edəcək olurlarsa haqqa qarşı bilə-bilə dirənən inadkar kimsələrdəndir.
Belələrinin aqibəti: «O gün vay halına yalan sayanların! O kəslər ki, haqq-hesab gününü yalan
sayarlar. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. Ayələrimiz ona oxunduğu
zaman: «(Bunlar) əvvəlkilərin uydurub düzəltdikləri əfsanələrdir!» deyər. Xeyr, (belə deyildir)
Əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır. Xeyr, o gün onlar Rəbbinin
mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid olacaqlar. Sonra da onlara: «Bu sizin
(dünyada) yalan saydığınız Cəhənnəmdir!» deyiləcəkdir». (əl-Mutaffifin 10-17).
Dostları ilə paylaş: |