birlikdə Rəsulullah – səllallahu aleyhi və səlləm – in hüzuruna girərək dedi: «Hənzələ münafiqlik
etdi, ya Rəsulullah!» Rəsulullah – sallallahu aleyhi və səlləm - : «Nə oldu belə?» Hənzələ: «Ey
Allah
ın Rəsulu! Sənin yanında olduğumuz zaman bizlərə (Cəhənnəm) atəşini və Cənnəti
xatırladırsan. Elə bil ki, bunları gözlərimizlə görmüş oluruq. Ancaq sənin yanından ayrıldığımız
zaman ailə, uşaqlar və dünya keçimi ilə o, qədər məşğul oluruq ki, (bizə xatırlatdığın bu şeyləri)
unuduruq». Rəsulullah – səllallahu aleyhi və səlləm - : «Nəfsim əlində olan
Allah
a and olsun ki,
əgər sizlər mənim yanımdaykən və zikirdəykən olduğunuz hal üzrə olmağa (hər yerdə) davam
etsəniz şübhəsiz mələklər sizinlə döşəklərinizdə və yollarınızda toqquşardılar». Başqa rəvayətdə:
«Yollarda sizə salam verərdilər». Bir başqa rəvayətdə isə: «Sizləri evlərinizdə ziyarət edərdilər». Əbu
Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm –
buyurdu: «Sizdən kimsə bir münkər gördükdə onu əli ilə düzəltsin. Əgər gücü çatmazsa dili ilə,
bunu da bacarmadıqda qəlbi ilə (düzəltsin). Bu isə imanın ən zəif mərtəbəsidir». Abdullah b. Məsud
– radıyallahu anhu – nun rəvayətində isə: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu:
6
«Bundan aşağı (imandan) bir xardal dənəsi də belə yoxdur. Rəsulullah – sallallahu aleyhi və səlləm
– buyurdu: «Kim
Allah
üçün sevər,
Allah
üçün nifrət edər,
Allah
üçün verir və
Allah
üçün qadağan
edərsə imanı tamamlanmış olar». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Möminlər
arasında imanı ən kamli olanı əxlaqı ən gözəl olanıdır». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət
edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə məni
uşaqlarından, valideynlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz». Rəsulullah
– sallallahu aleyhi və səlləm – buyurdu: «Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız».
Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Çox gülmək qəlbin imanını məhv edir». İbn
Ömər – radıyallahu anhu – dan soruşulduqda ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – in
səhabələri gülərdilər: «Bəli! Əgər iman qəlblərində dağdan da böyük olsaydı». Həmçinin Ənəs –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət
günü
Allah
buyuracaq: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə sənə verilir!
Şəfaət et! Şəfaətin qəbul edilir!». Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurur: «Ya Rəbbim!
Ümmətim, ümmətim!»
Allah
buyuracaq: «Get! Qəlbində buğda və ya arpa dənəsi qədər iman olan
kimsə varsa Cəhənnəmdən çıxart!…» Onları çıxartdıqdan sonra
Allah
buyuracaq: «Get! Qəlbində
xardal dənəsi qədər iman kimsələri oradan çıxart!…»Onları da çıxartdıqdan sonra
Allah
buyuracaq:
«Get! Qəlbində xardal dənəsindən daha az, daha az, daha az iman olan kimsələri oradan çıxart!…».
Başqa rəvayətdə isə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Qəlbində dinar, yarım dinar
ağırlığında iman olan kimsələri oradan çıxart, əlavələri də vardır». Onları iman dərəcələrinə görə
atəş onlardan kimisinin ayaqlarının yarısına qədər, kimisinin diz qapaqlarına qədər yandırar. Əbu
Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu:
«Zinakar, zina etdiyi vaxt mömin olduğu halda zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa
içki içməz, oğru, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz». Belə bir şəxsin imanı əskik bir
mömindir və ya imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona və mütləq
olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni Əhli Sünnəyə görə belə bir
kimsənin iman adı qaldırılmaz. Mötərizə və Xavariclərin dedikləri kimi onun əbədi olaraq
Cəhənnəmlik olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq ilə qəbul
etmişlər. Əksinə belə bir kimsə
Allah
ın mərhəmətinə qalmışdır, dilərsə onu bağışlayar, dilərsə əzab
edər.
Möhtərəm müsəlman bacı və qardaşlarım! Ayə və hədislərdən bizə aydın olur ki, iman həm
artır, həm də azalır. Bununla biz müxalif olanlara (imanın nə artıb, nə də əskildiyini deyənlərə)
cavab vermiş oluruq. İndi isə bəzi səhabə, tabin və s. Əhli Sünnə vəl Cəmaat alimlərinin iman
haqqında olan fikirlərinə nəzər salaq.
Əli – radıyallahu anhu – deyir ki: «İman qəlbdə ağ bir nöqtə kimi başlayır, iman artdıqda o, ağ
nöqtə də artır». Digər bir rəvayətdə isə Əli – radıyallahu anhu – deyir: «Səbri imana görə durumu,
başın bədənə görə durumudur. Səbri olmayanın imanı da olmaz». İbn Məsud – radıyallahu anhu –
dua edərək deyir ki: «
Allah
ım! İmanımızı, yəqinliyimizi və fikhimizi artır!». / ALLAHUMMƏ ZİDNİ
İLMƏN, YƏQİNƏN VƏ FİKHƏN / . Ömər – radıyallahu anhu – səhabələrə: «Gəlin imanımızı artıraq!» -
deyərək ,
Allah
ı zikir edərdilər». Buna görədir ki, Bəkr b. Abdullah əl-Muzni – rahmətullahi aleyhi –
deyir: «Əbu Bəkr – radıyallahu anhu – namaz və orucları ilə sizi qabaqlamayıb. O sizi onun qəlbində
olan imanla qabaqlayıb».
İbn Abbas, Əbu Hureyrə, Əbu Dərda – radıyallahu anhum – deyirlər ki, iman həm artır, həm də
azalır. İmam Vəkl b. əl-Cərrah – rahmətullahi aleyhi – deyir ki, Əhli Sünnə deyir ki, iman söz və
əməldir. İmam Əhməd – rahmətullahi aleyhi – deyi ki, iman artar və azalar. Artması əməli ilə,
azalması isə əməli tərk etməklədir. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki, iman arzularla,
xəyallarla olmur. İman qəlbdə olub əməllərlə həyata keçən şeydir. Kim xeyir deyib və xeyir edərsə
ondan bu qəbul olacaqdır. Yox əgər kim xeyir deyib və şərr edərsə ondan bu qəbul olunmaz».
İmam Şafii – rahmətullahi aleyhi – deyir ki, iman söz və əməldir. Artar və əskilər. İtaətlə artar,
günahlarla azalar və bu ayəni oxudu. «İman edənlərin imanı artsın deyə». Əbu Hənifə –
7
rahmətullahi aleyhi – yə görə: «İman dil ilə iqrar, qəlb ilə təsdiqdir». İqrar tək başına iman olmaz.
Çünki iqrar sadəcə iman olsaydı, bütün münafiqlər mömin olardılar». İbn Battal – rahmətullahi
aleyhi – deyir ki: «İman söz etibarı ilə təsdiqdən ibarətdir – deyiləcək olursa, buna cavabımız
budur: Təsdiq bütün itaətləri yerinə yetirməklə kamil olur. Mömin xeyirli əməllərini çoxaltdıqca
imanı daha da kamilləşir. Bunlarla birlikdə iman da artır. Xeyirli əməllər əskildi mi imanın kamilliyi
də əskilir. İman haqqında ən mötədil rəy də budur». İbn Abdurrazzaq deyir ki: «Mən keçmiş nəsil
və elm sahiblərindən Sufyən əs-Səvri, Məlik b. Ənəs, Ubeydullah b. Ömər, əl-Əvzai, Mamər b.
Rəşid, İbn Cureyc, Sufyən b. Uyeynənin belə dediklərini dinlədim: «İman , söz və əməldir, artar və
əskilər. Eyni zamanda İbn Məsud, Xuzeyfə, ən-Nəhai, Həsənul Bəsri, Tavus, Mücahid və Abdullah b.
Mubərəkin də yekdil rəyləridir».
ALLAHA İMAN
Allah
– subhanəhu və təalə – yə iman onun varlığına iman etmək deməkdir. Bu da Fitrət, Ağıl,
Şəriət və Duyğularla olur.
1. Fitrət.
Fitrətin
Allah
ın varlığına dəlalət etməsi: Şübhəsiz hər bir yaradılış yaradıcısına iman etmək
fitrətinə sahib olaraq yaradılmışdır. «(Ya Məhəmməd!) batildən haqqa tapınaraq üzünü
Allah
ın fitri
olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut». (ər-Rum 30). Peyğəmbər – sallallahu aleyhi və
səlləm – in Rəbbindən buyurduğu rəvayətdə: «Mən qullarımı həniflər olaraq yaratdım. Lakin sonra
şeytanlar onları sağa-sola sürüklədilər….». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Hər
bir doğulan uşaq fitrət üzərində doğular. Lakin sonra valideynləri onu Yəhudi, Xristian və ya Məcusi
edər».
2. Ağıl.
Ağlın
Allah
– subhanəhu və təalə – nin varlığına dəlalət etməsi: Əvvəlinci ilə sonuncuya qədər
bütün yaradılmışların var edici bir yaradıcısı olması qaçınılmaz bir şeydir. Çünki bu yaradılmışların
özü-özlərini var etmələri imkansız olduğu kimi, təsadüfən var olmalarına da imkan yoxdur. Özü-
özlərini var etmələri imkansızdır. Çünki heç bir şey özü-özünü yaratmaz. Çünki o, şey var olmadan
əvvəl yox idi. Yox olmaq heç bir şey olmaq deməkdir. Heç bir şey isə bir şeyi var edə bilməz. Necə
özü-özünün yaradıcısı, var edəni ola bilər? Bu yaradılmışlar təsadüfən də var ola bilməz. Çünki
sonradan meydana gələn hər bir şeyin mütləq bir meydana gətirəni vardır.
O, özündən əvvəl heç bir şeyin olmadığı ƏVVƏL, ondan sonra heç bir şeyin qalmayacağı, AXIR,
ondan üstə heç bir şeyin olmadığı ZAHİR, ondan o, tərəfə heç bir şeyin olmadığı BATİNDİR. Əbu
Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – yatağına
girdikdə buyurardı: «Yeddi səmanın Rəbbi, yerin Rəbbi, hər şeyin Rəbbi, toxumu və çərdəyi yaran,
Tövratı, İncili və Quranı endirən
Allah
ım! Mən sənin alnından yaxaladığın hər şeyin şərrindən sənə
sığınıram. Sən ƏVVƏLSƏN, səndən əvvəl heç bir şey yoxdur. Sən AXIRSAN, səndən sonra heç bir şey
yoxdur. Sən ZAHİRSƏN, sənin üstündə heç bir şey yoxdur. Sən BATİNSƏN, səndən o, tərəfə heç bir
şey yoxdur. Mənim borcumu ödə və faqirlikdən məni qurtar». O, hər şeyə həyat verən özü də
mütləq şəkildə həyat sahibi olan HƏYY, bütün varlıqların işini-düzüb qoşan, öz yoluna qoyan
QAYYUM, bir və tək olan ƏHƏD, heç kimə möhtac olmayan SAMƏD, aləmlərin Rəbbi olan
Allah
–
subhanəhu və təalə – dır. «Sizi palçıqdan yaradan, sonra da bir əcəl müəyyən edən odur». (əl-
Ənam 2). «Sizi yaratdıq, sonra sizə surət verdik….». (əl-Əraf 11). «Biz insanı quru və qoxumuş qara
palçıqdan yaratdıq». (əl-Hicr 26). «Sizi torpaqdan yaratması, sonra da sizin bir insan olub yer
üzünə yayılmağınız onun qüdrət əlamətlərindəndir». (ər-Rum 20). «O, yaratdığı hər şeyi gözlə
yaratdı. İnsanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini bir qətrə zəif dəyərsiz sudan əmələ
gətirdi». (əs-Səcdə 7-8). «Biz həqiqətən insanı tər-təmiz palçıqdan yaratdıq. Sonra onu nütfə
halında möhkəm bir yerdə yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış
8
qanı bir parça ət etdik, sonra o, bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və
daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan
Allah
nə qədər ulu və
ucadır». (əl-Muminun 12-14). «O, insanı laxtalanmış qandan yaratdı». (əl-Ələq 2). «O, axıb tökülən
bir sudan yaranmışdır. O, su (qadınların) bel sümüyündən, (kişilərin) köks sümüyündən çıxar». (ət-
Tariq 6-7). «Halbuki, sizi də sizin düzəltdiklərinizi də
Allah
yaratmışdır». (əs-Saffət 96).
Allah
– subhanəhu və təalə – Qurani-Kərimdə ət-Tur surəsində buyurur: «Yoxsa onlar heç bir
şeydən (xaliqsiz) yaradılıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?». (ət-Tur 35). Bu ayə nazil
olduğu zaman Cubeyr b. Mutim Rəsulullah – sallallahu aleyhi və səlləm – in bu ayəni oxuduğunu
dinləmiş və demişdir: «Mən müşrik idim. Bu ayəni eşitdikdə qəlbim az qala yerindən çıxacaqdı. Bu
an imanın qəlbimə girdiyi ilk an idi». Bütün bu ayə və hədislər heç bir şeyin təsadüfən var olmasına
ehtimal buraxmır.
3. Şəriət.
Şəriətin
Allah
– subhanəhu və təalə – nin varlığına dəlalət etməsi: Bütün bu səmavi kitablar
Allah
ı tanımaq, onun göndərmiş olduğu şəriəti qəbul etmək və əmrlərini gərəkli şəkildə itaət
etmək, boyun əymək və bu kitablarda olan xəbərlərin hər şeyi var etməyə qadir olan
Allah
tərəfindən endirilmiş olduğuna dəlildir. Qul
Allah
ın kitabında olan ayələr haqqında düşündükcə
Rəbbini bilib tanıyır. Qul bu ayələr haqqında nə qədər düşünsə onun biliyi, elmi o qədər də artar.
«Yerdə tam yəqinliklə insanlar üçün əlamətlər vardır. Sizin özünüzdə də əlamətlər vardır». (əz-
Zariyat 20-21). «Göylərdə və yerdə neçə-neçə əlamətlər nişanələr vardır ki, insanlar onların
yanından üzlərini çevirib keçirlər». (Yusif 105).
4. Duyğular.
Duyğuların
Allah
– subhanəhu və təalə – nin varlığına dəlalət etməsinə gəlincə bu iki yolladır.
1) Bizlər dua edənlərin, dualarının qəbul edilməsi, sıxıntı anlarında əllərini göyə qaldıraraq dua
etmələri qəlbdən olan o, hisslər, duyğular
Allah
ın varlığına dəlalət edir. «O, zaman siz (dua edərək)
rəbbinizdən kömək diləyirdiniz». (əl-Ənfal 9). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, bir
gün bir Bədəvi ərəb cümə günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – xütbə verərkən məscidə
girib deyir: «Ey
Allah
ın Rəsulu! Mallarımız tələf oldu, uşaqlarımız ac qaldı. Bizim üçün
Allah
a dua
et». Peyğəmbər – sallallahu aleyhi və səlləm – əllərini qaldıraraq dua etdi. Buludlar dağlar kimi
ortaya yığıldılar. Minbərdən enməmiş yağış dənələri saqqalından süzülməyə başladı. İkinci cümə
yenə o, bədəvi ərəb qalxıb dedi: «Ey
Allah
ın Rəsulu! Evlərimiz dağıldı, mallarımızı sular yuyub
apardı. Bizim üçün
Allah
a dua et» Peyğəmbər – sallallahu aleyhi və səlləm – əllərini qaldırıb dua
etdi: «
Allah
ım üstümüzə, ətrafımıza yox!» Əli ilə işarə etdiyi tərəfə yağış yağmağa başladı».
Allah
a
səmimi olaraq sığınan və duasının qəbul edilmə şərtlərini yerinə yetirən hər bir kəsin dualarının
qəbul edilməsinin günümüzdə də şahidi oluruq.
2) Möcüzə – insanların gördükləri və ya Peyğəmbər olaraq göndərənin varlığına
kəsin bir dəlildir. Onları göndərən isə
Allah
dır. Çünki bunlar bəşəriyyətin güc və taqətindən
kənar olan xüsuslardır.
Allah
möcüzələri Peyğəmbərlərini dəstəkləmək və onlara kömək etmək
üçün meydana gətirir. Məs: Musa – əleyhissəlam – ın əsası.
Allah
ona: «Əsanı dənizə vur!» deyərək
əmr etdikdə o da əsanı dənizə vurdu. Dəniz on iki ayrı yola ayrıldı. Bu yollar arasında sular dağları
xatırladırdı. Onda Musaya belə vəhy etdik: «Əsanla dənizə vur. Dərhal yarıldı və hər hissə böyük bir
dağ kimi oldu». (əş-Şuəra 63). İsa – əleyhissəlam – hansı ki,
Allah
ın izni ilə ölüləri dirildirdi. «Sizin
üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da
Allah
ın izni ilə quş olar. Anadan
gəlmə korları, cüzəm xəstəliyinə tutulanları sağaldar və
Allah
ın izni ilə ölüləri dirildi- qəm». (Ali-
İmran 49). Məhəmməd – sallallahu aleyhi və səlləm – hansı ki, Qureyş ondan bir möcüzə
göstərməsini istəmiş o da aya işarə edərək ayı iki yerə ayırmışdı. «Qiyamət yaxınlaşdı, ay
(Peyğəmbərin möcüzəsi ilə) parçalandı». (əl-Qəmər 1).
Allah
– subhanəhu və təalə - yaratdıqlarını yox edər, ancaq özü əbədi qalar. Ancaq onun
istədiyi olur. O, istədiyini edəndir. «
Allah
öz istədiyini edər!» (əl-Bəqərə 253).
Allah
bir işi zaman
bütün yaratdıqları onu istəməsələr də onu yaradır. Əgər
Allah
istəməzsə yaratdıqlarından hamısı
9
bir olsalar da onu istəyə bilməzlər. Bu şeydə olan xeyir və şər onun istəməsi ilə olur. O, nəyi
istəmişsə o da olur, nəyi istəməmişsə o da olmaz.
Allah
ın yaratdıqlarından heç birisi öz elmi ilə
onu qavraya bilməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşə bilməz. «Onların elmi isə onu
əhatə edib qavraya bilməz». (Ta ha 110). Yaratdıqlarından heç kimsə onun zatının sirlərini bilməz.
O da yaratdıqlarından heç birinə nə zatında, nə isimlərində, nə də sifətlərində, nə də əməllərində
bənzəməz. Onun misli yoxdur. «Əgər Rəbbinin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı
və bir o qədər ona əlavə olunsaydı yenə də Rəbbinin sözləri tükənməzdən əvvəl onlar tükənərdi».
(ən-Kəhf 109). «Əgər yerdə hər bir ağac qələm olsaydı və dəryalar mürəkkəb olsaydı və yeddi
dərya belə ona qoşulsaydı yenə də Rəbbinin sözləri tükənməzdi. Həqiqətən
Allah
yenilməz qüvvət
və hikmət sahibidir». (Loğman 27). O, ölməzdir, daima diridir (HƏYYDİR). Ölüm ona gəlməz.
«Ölməz, həmişə diri olan
Allah
a bel bağla». (əl-Furqan 58). O, nə mürgülər, nə də onu yuxu tutar
(QAYYUMDUR). Yoxsa kainatda hər şey məhv olardı.
Allah
insanlara, cinlərə, quşlara, vəhşi
heyvanlara, möminlərə, kafirlərə və istəyənə istədiyini verdiyi zaman mülkündən heç bir şey
əskilməz. Əbu Zərr əl-Ğifari – radıyallahu anhu – dan, o da Peyğəmbər – sallallahu aleyhi və səlləm
– dən, (Peyğəmbərdə) Uca və böyük olan Rəbbindən buyurmuşdu: «Ey mənim qullarım, sizlərdən
birincilər və axırıncılar, insanlar və cinlər bir yerdə toplansalar və hamısı birlikdə məndən istəsələr,
mən onların hər birinin istədiyini verərəm. Bu mənim yanımdakı şeylərdən iynənin dənizə salındığı
(və çıxarıldığı) zaman əskiltdiyi qədər əskildər». O, yaratdıqlarını qorxuya düşmədən öldürür,
çətinlik görmədən yenidən yaradır.
ALLAHA İMANIN FAYDALARI
Allah
– subhanəhu və təalə – iman etmək möminlərə olduqca xeyirli və dəyərli faydalar verər.
1.
Allah
ı başqalarından bir şey ümid etməyəcək, başqalarından qorxmayacaq və başqasına
ibadət etməyəcək şəkildə, həqiqi mənada Tövhid etmək.
2.
Allah
ı kamil dərəcədə sevməyə çalışmaq, onun İsim və Sifətlərinə lazımi şəkildə təzim
etmək.
MƏLƏKLƏRƏ İMAN
Mələklərə iman hər hansı bir şübhə və tərəddüddən uzaq olaraq var olduqlarına inanmaq
deməkdir. «Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman
gətirmişlər. (onların) Hamısı
Allah
a, onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman
gətirmişlər…». (əl-Bəqərə 285). Mələklər aləmi bir qeyb aləmidir.
Allah
tərəfindən yaradılmış və
Allah
a ibadət edən varlıqlardır.
Allah
onları nurdan yaratmış, əmrlərinə tam uymağı və əmrlərini
yerinə yetirmək gücünü vermişdir. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «
Allah
mələkləri nurdan, cinləri tüstüsüz oddan, Adəmi isə sizə
deyildiyi şeydən (yaratdı)». «Möhtərəm qullardır. Onlar
Allah
dan qabaq söz danışmışlar və yalnız
onun əmri ilə iş görərlər». (əl-Ənbiya 26-27). «Onlar
Allah
a ibadət etməkdə təkəbbürlük
göstərməz və bunda yorulmazlar. Onlar gecə-gündüz yorulmaq bilmədən Rəbbini təqdis edib
şəninə təriflər deyirlər». (əl-Ənbiya 19-20).
Mələk – ƏLƏKƏ sözündən götürülüb, göndərilən deməkdir. Mələklərin varlıqlarını inkar edənə
hər hansı bir şəxs kafir olur. «
Allah
a, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət
gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdı». (ən-Nisa 136). Bu baxımdan da
Əhli Sünnə vəl Cəmaat icma ilə mələklərə inanırlar.
Mələklərin nə vaxt yaradıldıqları barədə məlumat yoxdur. Lakin onların insandan qabaq
yaradılmış olduqları bilinməkdədir. Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə
yaradacağam» dedikdə, mələklər: «Biz sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və səni
10
müqəddəs tutduğumuz halda sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq
istəyirsən?» söylədilər.
Allah
(onlara) : «Mən bildiyim şeyi siz bilmirsiniz!». (əl-Bəqərə 30).
Mələklərin sayı çoxdur. Sayını
Allah
dan başqa heç kimsə bilməz. Peyğəmbər – sallallahu aleyhi
və səlləm – Meraca gedərkən ona səmadakı Beytul-Məmur göstərilmiş və orada hər gün yetmiş min
mələyin ibadət edib, oradan çıxdıqdan sonra bir daha ora qayıtmamaqları bildirlimişdi. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – səhabələrə buyurur: « Səmada olan səsləri eşidirsinizmi?» Səhabələr:
«Yox, ya Rəsulullah». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən eşidirəm. Göydə bir
qarış yer yoxdur ki, orada Qiyamda, rukuda və səcdədə olan mələk olmasın».
Mələklərə iman özündə bir neşə xüsusiyyətləri birləşdirir ki, bunları da hər bir müsəlmanın
bilib iman gətirməsi vacibdir.
1. Onların varlıqlarına iman gətirmək.
2. Cəbrail, Mikail, İsrafil – əleyhissəlam – kimi adlarını bildiyimiz mələklərə iman, adları-
nı bilmədiyimiz mələklərə isə icma ilə iman gətirmək.
3. Cəbrail – əleyhissəlam – kimi sifətlərini bildiyimiz mələklərin o, sifətlərinə iman gətirmək.
Məs:
Allah
bizim onları görməməyimizi əngəlləşdirmişdi. Buna görə də biz onları yaradılmış
şəkildə görə bilmərik. Lakin bəzi qullara onları görmək icazəsi verilmişdi. «Biz öz ruhumuzu
Məryəmin yanına göndərdik. O, Məryəmə kamil bir insan qiyafəsində göründü». (Məryəm 17).
Həmçinin İbrahim və Lut – əleyhissəlam – ın yanına insan qiyafəsində gəlmişlər. «Həqiqətən
elçilərimiz (mələklər) İbrahimin yanına müjdə ilə gəlib salam verdilər». (Hud 68). «Elçilərimiz
(mələklər) Lutun yanına gəldikləri zaman…». (Hud 77).
Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – ı öz qiyafəsində
görmüşdü. «O, qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi». «And olsun ki, başqa bir
dəfə də görmüşdü. (yeddinci səmadakı) Sidrətul – muntəhanın yanında». (ən-Nəcm 6-14). Cəbrail
– əleyhissəlam – ın insan qiyafəsində saçları olduqca qara, düm ağ paltarda Peyğəmbər – sallallahu
aleyhi və səlləm – in yanına, onların dinlərini onlara öyrətməyə gəlmişdi. Cəbrail – əleyhissəlam –
əksər vaxtlarda gözəl səhabə olan Dihyə b. Xəlifətli əl-Kəlbi – radıyallahu anhu – nun qiyafəsində
gələrdi.
Mələklərin çox qanadlı olmaları. «Göyləri və yerləri yoxdan yaradan, iki qanadlı, üç qanadlı,
dörd qanadlı mələkləri elçi edən
Allah
a həmd olsun. (Fatir 1).
Mələklər
Allah
ın ordularıdır. «Rəbbinin ordularını özündən başqası bilməz. Bu insanlar üçün
ancaq bir öyüd-nəsihətdir». (əl-Muddəssir 31).
Allah
ın izni ilə insanları qoruyurlar. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər
Dostları ilə paylaş: |