2. Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist
Müqavimət və partizan hərəkatında
Müharibənin ilk günlərində 40 mindən çox oğlan və qız cəb-
həyə könüllü getmək üçün icazə istədi. Azərbaycanda 1941-ci ilin
avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr
aylarında 416-cı, avqust-sentyabrda 271-ci milli atıcı diviziyalar
yaradıldı. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci
diviziya 1942-ci ilin mayında respublikada yenidən yığıldı (101. s.
12). Ümumiyyətlə, sovet ordusuna 640 minə yaxın azərbaycanlı, o
cümlədən 10 min qadın səfərbərliyə alınmşdı.
1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustinka
kəndi uğrunda gedən döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov
azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adı
aldı. Moskva ətrafında döyüşlərdə Həzi Aslanov “Qırmızı ulduz”
medalı ilə, Borodino çölündəki döyüşlərdə pulemyotçu İdris Vəli-
yev (50 nəfərdən çox düşmən məhv etmiş) , təyyarəçi Hüseynbala
Əliyev Leninqrad səmasında (6 düşmən təyyarəsi vurub), Mozdok
rayonu uğrunda 402, 416, 223-cü Azərbaycan diviziyaları, Kerç,
Rostov, Stavropol və Mozdok uğrunda 77-ci diviziya, Tuapse uğ-
runda Qafur Məmmədov, və b. igidlikləri ilə fərqlənmişlər. Polşa və
Çexoslovakiya uğrunda 271-ci diviziyadan Ziya Bünyadov və 20
nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görül-
müşlər. 1942-ci ilin dekabrında Stalinqrad uğrunda döyüşdə qəhrə-
manlıq göstərdiyinə görə H.Aslanov Sovet İttifaqı Qəhrəmanı adına
layiq görüldü. 1944-cü ildə H.Aslanov ikinci dəfə Sovet İttifaqı
qəhrəmanı adı ilə təltif olundu, lakin bu haqda fərman onun ölü-
mündən 47 il sonra, 1991-ci ildə həyata keçirildi. H.Aslanov 1945-
274
ci il yanvarın 24-də döyüş əməliyyatları getməyən bir yerdə mü-
əmmalı şəkildə həlak oldu (7, s. 63). 1943-cü ilin yayında H.Əj-
dərov Oryol şəhəri üzərinə qələbə bayrağını sancdı. Hərbi təyya-
rəçilər Adil Quliyev və Züleyxa Seyidməmmədova da fərqlənir-
dilər. 416-cı diviziya mayın 2-də Berlinin Brandenburq darvazası
üzərinə qələbə bayrağı sancmışdı. Reyxstaqın alınmasında göstər-
diyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülmüşdü. Mehdi Hüseynzadə Mixaylo ləqəbi ilə Yuqosla-
viyada partizan dəstəsinin kəşfiyyatçı-təxribat qrupuna rəhbərlik et-
mişdi və 1944-cü ildə qeyri-bərabər döyüşdə son gülləni özünə
vuraraq 26 yaşında həlak olur. 1957-ci ildə ona ölümündən sonra
Sovet İttifaqı Qəhrəmanı adı verildi. Smolenskidə İsmayıl Əliyev,
Belorusiyanın Borisov şəhərində Ələkbər Əliyev, Polşada Hadı
Qiyasbəyov və Mirzəxan Məmmədov, İtaliyada Əli Babayev, Vila-
yət Hüseynov, Əkbər Ağayev kimi qəhrəmanlarımız partizan hərə-
katlarında şücaətlə vuruşmuşlar. Azərbaycandan 121 nəfər Sovet
İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər “Şöhrət” ordeninin
hər 3 dərəcəsi ilə, 175 min nəfər isə müxtəlif orden və medallarla
təltif edildi (12, s. 170-171).
Dostları ilə paylaş: |