Siyasi mühacirət. XX əsrin 20-30-cu illərində minlərlə adam
siyasi motivlər üzündən xaricə getməyə məcbur olmuşdu. Onların
əksəriyyəti 1920-ci il aprel işğalından sonra, dəhşətli kollektivləşmə
illəri və 1937-1940-cı illərdəki kütləvi repressiyalar zamanı xaricə
pənah aparmışdılar. 1919-cu ildə başda Ə.M.Topçubaşov olmaqla
Paris sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyə-
tinin üzvləri-M.Ə.Mehdiyev, C.Hacıbəyov, M.Məhərrəmov, Ə.Şey-
xülislamov, A.Ataməlibəyov Avropada qalmışdılar. Təqribi hesab-
lamalara görə II Dünya müharibəsinə kimi müəyyən vaxtlarda
Azərbaycandan 50 mindən çox siyasi mühacir olmuşdu (49, s. 44).
Çoxu Türkiyədə məskunlaşmışdı. M.Ə.Rəsulzadənin təşəbbüsü ilə
1923-cü ildə “Müsavat” partiyasının Xarici Bürosu yaradılmışdı.
Onun işində X.Xasməmmədov və M.S.Axundzadə fəal iştirak
etmişdilər. M.Ə.Rəsulzadənin başçılığı ilə bütün müsəlmanları bir-
ləşdirmək məqsədilə 1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən
270
Azərbaycan Milli Mərkəzi yaradılmışdı. Azərbaycan mühacirləri
Avropada fəaliyyət göstərmək məqsədilə 1924-cü ildə “Azərbaycan
İstiqlal Komitəsi” təşkilatını yaratmışdı. Onların başlıca amalı
Azərbaycanın müstəqilliyini bərpa etmək, vahid müstəqil Azərbay-
can yaratmaq idi.
Dostları ilə paylaş: |