xozlara yazmağa başlamışdılar. 1928-ci ildən sonra qolçomaqları
268
saxlamaq, torpağını və texnikasını icarəyə vermək məhdudlaşdırı-
lırdı, bir sinif kimi ləğv etmək siyasəti keçirildi, Sibir və Qazaxıs-
tanın şaxtalı ərazilərinə sürgün olundu. 1930-cu ildə kütləvi olaraq
kəndlilər kolxozlardan çıxmağa başladılar, lakin 1930-cu ilin sonu-
1931-ci ilin əvvələrindən etibarən kolletivləşmə dalğası yüksəlməyə
başladı. 1937-ci ildə bütün kəndli təsərrüfatının 86,5%-i kolxoz-
larda birləşdirilmişdi. 1930-cu ilin birinci yarısında Şəki-Zaqatala
mahalında, Naxçıvan MSSR-in Keçili kəndində, Xızı dairəsinin
Ağdərə kəndində, Şəmkirin Bitdili kəndində, Cəbrayıl qəzasının
Sirik kəndində və s. yerlərdə kəndli üsyanları baş vermişdi. Təkcə
1931-ci ildə kollektivləşdirməyə qarşı çıxan 132 qaçaq dəstəsi
fəaliyyət göstərmişdi. Bu siyasətin zorakılıqla yerinə yetirilməsi
nəticəsində kollektivləşdirmənin 4 ilində ona qarşı 400-dən çox
silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bu siyasət sanki çarizmin
ənənəvi təhkimçilik qayda-qanunlarının bərpası demək idi. Belə ki,
1950-ci illərin sonuna kimi pasportu olmayan kolxozçu icazəsiz
mənsub olduğu kolxozun hüdudlarından kənara gedə bilməzdi və ya
istədiyi təsərrüfata keçmək hüququ da yox idi, kolxozlar sanki əmək
düşərgələrini xatırladırdı.
Dostları ilə paylaş: