Riy.IX.3. Şagird mülahizə-əsaslandırmanın bəzi üsullarından istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Ədədlər arasında əlaqələr, onların xassələri və ya üzərində əməllər haqqında sadə qaydalar formalaşdırır və əsaslandırır; müvafiq vəziyyətdə deyiləni inkar edir (məsələn, əks-misal göstərir); əks qaydanı formalaşdırırsa;
-
Məsələləri həll edərkən ədədi çoxluqlar arşında əlaqələrin ifadəsinin bəzi üsullarından istifadə edirsə (məsələn, diaqramlar və ya digər qrafiki təsvirlər);
-
ədədlərin orta cəbri və orta həndəsi interpretasiyasını yerinə yetirir və bir-biri ilə müqayisə edir; məsələləri həll edərkən onların xüsusiyyətlərindən istifadə edirsə;
-
Qalığın cəbri qaydalarını əsaslandırır və məsələlərin həlli zamanı qalığın cəbri elementlərindən istifadə edirsə (məsələn, 12, 60 və ya 360 modulu ilə ədədlərin toplanması/çıxılması; saat , yaxud dərəcə çevirmələri ilə bağlı məsələləri həll edərkən).
Riy.IX.4. Şagird hesablamalarla və miqdarın qiymətləndirilməsi ilə əlaqədar məsələləri həll edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Hesablamalar aparır və iki sadə şəkildə hesablanmış faiz dərəcəsini , müxtəlif cür endirimləri, vergiqoymanı müqayisə edirsə; onlar arasında fərq barədə mülahizə yürüdürsə;
-
Tam gəlir/qazanc və pərakəndə qiymət arasında, tələbat və məşhur sərflərlə ötürmə arasında verilmiş xətti münasibət əsasında əlaqə yaradırsa ;(məsələn, əgər kitabın qiyməti 20 laridirsə, onda 2000 ədəd satılacaq. Təcrübədən məlumdur ki, pərakəndə qiymətin hər 3 larilik artımı satışın 500 ədəd azalmasına səbəb olur. Minimum pərakəndə nə qədər olmalıdır ki, gəlir 576000 lari olsun?);
Dostları ilə paylaş: |