İstiqamət: qanunauyğunluq və cəbr
Riy.IX.5. Şagird problemləri həll edərkən diskret riyaziyyatın elementlərindən istifadə edir.
Nəticə göz önündədir, əgər şagird:
-
Real prosesləri diskret modelləşmə ilə təsvir edərkən rekurentiv qaydadan istifadə edirsə (məsələn, əhalinin illik daimi faiz artımı); rekurentiv qayda ilə verilmiş ardıcıllığı genişləndirirsə (n həddi düsturundan kənar);
-
Çoxluq əməliyyatlarını (birləşdirmək, üzərinə gəlmək) müvafiq məntiqi əməliyyatlarla əlaqələndirirsə (və ya, və, yox).
Riy.IX.6. Şagird ölçülər arasında asılılığı əks etdirmək və yoxlamaq üçün funksiyalardan və onların xüsusiyyətlərindən istifadə edir.
Nəticə göz önündədir, əgər şagird :
-
Real vəziyyəti əks etdirən verilmiş funksiya üçün funksiyanın mənasını, sıfırlarını, maksimum/minimumlarını, artma/azalmasını və ədədi sonsuzluğun ortalarını tapırsa və bu vəziyyət kontekstində onların interpretasiyasını həyata keçirirsə;
-
Qrafikin xassələrinin (əyilmə əmsalı və koordinat oxuna keçmə ) ölçülər arasında əlaqələrin analiz etmək üçün interpretasiyasını həyata keçirirsə;
-
Funksiyanın parametrlərini dəyişir və bu funksiyada əks olunan bu dəyişikliklərin prosesdə interpretasiyasını təsvir edir (məsələn, gedilmiş yolun zamanla münasibətini təsvir edən funksiya S(t)=v•t+S0 gedilmiş məsafəyə sürət dəyişməsi nə kimi təsir göstərir?).
Riy.IX.7. Şagird problemin həlli zamanı bərabərliklər sistemi və bərabərsizliklərdən istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Mətni məsələləri həll etmək üçün ikiməchullu xətti bərabərlik sistemini qurur və həll edirsə; sistemin həllini məsələnin kontekstini nəzərə alaraq interpretasiyasını yerinə yetirirsə;
-
Mətni məsələlərin həlli zamanı və ya real vəziyyətin modelləşdirərkən birməchullu bərabərsizlik sistemini qurur və həll edirsə; cavabı çoxluqla interpretasiya edirsə ;
-
Real prosesi ifadə edən (məsələn, elə çoxluqları tapır, hansında ki, bir funksiya ikinci funksiyadan çoxdur/azdır , yaxud da ikinci funksiyaya bərəbərdir) iki elə funksiyanı müqayisə edir və müqayisənin nəticəsinin məzmununu interpretasiya edirsə;
Dostları ilə paylaş: |