Xx fəsil Riyaziyyatda fənn proqramı Ümumi hissə a Giriş


Riy.IX.9. Şagird həndəsi çevirmələri və onların kompozisiyalarını tədqiq edə və istifadə edə bilir



Yüklə 286,85 Kb.
səhifə111/240
tarix02.01.2022
ölçüsü286,85 Kb.
#8921
1   ...   107   108   109   110   111   112   113   114   ...   240
Riy.IX.9. Şagird həndəsi çevirmələri və onların kompozisiyalarını tədqiq edə və istifadə edə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • İki həndəsi qurma kompozisiyasından hansı həndəsi çevirmənin verilə biləcəyi haqqında mülahizə yürüdürsə; öz mülahizələrini əsaslandıra bilirsə;

  • Fiqurlar haqqında müxtəlif göstəricilər əsasında verilmiş qurmadan istifadə edərək, verilmiş bir fiqurdan ikinci verilmiş fiquru almağın mümkün olub olmamağı haqqında fikir söyləyirsə;

  • Müstəvinin doldurulmasının mümkün olub olmadığını əsaslandırmaq üçün həndəsi fiqurun xassələrindən və həndəsi qurmalardan istifadə edirsə; müstəvinin bir hissəsində doldurmanı nümayiş etdirirsə.

Riy.IX.10. Şagird obyektlərin təsviri və onların xüsusiyyətlərini əks etmək üçün “nöqtələrin həndəsi yerləri” anlayışından istifadə edə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • Nöqtələrin həndəsi yerinin hərfi ifadəsinə əsasən bu ifadəyə uyğun gələn (məsələn, verilmiş bucağın tərəflərindən bərabər məsafədə yerləşmiş nöqtələr çoxluğu bu bucağın tənbölənidir”) həndəsi fiquru və ya fiqurun elementini sadalayır və ya təsvir edirsə;

  • “Nöqtənin həndəsi yeri metodundan” qurma məsələlərinin həlli zamanı istifadə edirsə (məsələn, “bucağın tənböləni bu bucağın tərəflərindən bərabər məsafədə yerləşən nöqtələr çoxluğudur, yəni tənbölən qurmaq üçün ... lazımdır ”).

  • Nöqtənin həndəsi yeri müxtəlif ifadələrə əsasən müvafiq fiqurlar arasındakı münasibəti müəyyən edirsə (məsələn, bu fiqurlar eynidir, ya yox? Bir fiqur digər fiqurun hissəsidirmi? ).


Yüklə 286,85 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin