Riy. X.7. Şagird modelləşdirmə vasitəsi ilə problemi həll edərkən bərabərlik və bərabərsizlik sistemlərindən istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Mətni məsələni həll etmək üçün ikiməchullu bərabərlik sistemini qurur və həll edir; məsələnin kontekstini nəzərə alaraq həllin interpretasiyasını həyata keçirir;
-
Bərabərlik/bərabərsizlik sistemlərini həll etmək üçün üsul (məsələn toplama, əlavəetmə) seçir və istifadə edir; həlli qrafiki şəkildə təsvir edir və həlli çoxluqla interpretasiya edir;
-
Xətti bərabərsizlik və iki xətti bərabərsizliyə malik sistem vasitəsi ilə məsələnin şərtində verilmiş məhdudiyyətləri təsvir edir (məsələn, şirkət reklam kampaniyasına 2000 laridən az olmayaraq məbləğ xərcləməlidir. Onlar azı 10 reklam elanını dərc etməyi planlaşdırıblar. İstirahət günlərində reklam elanının dəyəri 20 lari, həftənin digər qalan günlərində isə 10 laridir.).
Riy. X.8. Şagird problemin modelləşdirilməsi və analizi üçün diskretiv riyaziyyatın elementlərindən istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Variantları saymaq üçün, planın/cədvəli qurmaq üçün optimallaşmanın sonlu məsələlərinin həll etmək üçün (alqoritmsiz) ağacvarı diaqramlardan və ya qrafalardan istifadə edə bilirsə (məsələn, iki obyekt arasında ən optimal marşrutun tapılması);
-
Ardıcıllığı göstərərkən rekkurent üsuldan istifadə edir (o cümlədən, real proseslərin diskretiv model şəklində təsvir edərkən. Məsələn, əhalinin sayının illik daimi faiz artımı ); rekursiyadan istifadə edir, rekkurent üsulla verilmiş çoxluğu paylaşdırırsa;
-
Adekvat şəkildə, o cümlədən real vəziyyəti modelləşdirərkən və ya təsvir edərkən çoxluq terminlərindən və anlayışlarından (məsələn funksiyanın təyin oblastı və qiymətlər oblastı), sonlu çoxluqlar üzərində əməliyyatlardan (kəsişmə, birləşdirmə, ayırma, toplama) istifadə edirsə.
Dostları ilə paylaş: |