c) İstiqamətlərin təsviri
Riyaziyyatın fənn proqramında dörd istiqamət ayrılmışdır: ədədlər və əməllər; həndəsə və məkanın dərk edilməsi; göstəricilərin təhlili, statistika və ehtimal; qanunauyğunluqlar və cəbr.
Bu istiqamətlər bir-biri ilə sıx əlaqədədir və şagirdin ümumtəhsil məktəbində əldə etməli olduğu bilik və qabiliyyət-vərdişləri əhatə edirlər. İstiqamətlərə bölünmə kursun analoji bölünməsi demək deyildir, o, yalnız öyrəniləsi materialın spektrini əks etdirir və bunu göstərməyə imkan verir ki, tədrisin bu və ya digər pilləsində nəyə daha çox diqqət yetirmək vacibdir.
-
Dostları ilə paylaş: |