Xx fəsil Riyaziyyatda fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 286,85 Kb.
səhifə4/240
tarix02.01.2022
ölçüsü286,85 Kb.
#8921
1   2   3   4   5   6   7   8   9   ...   240
Problemlərin həlli

  • Vəzifənin məzmununun dərk edilməsi, vəzifənin göstəricilərinin və axtarılası böyüklüklərin düşünülməsi – uyğunlaşdırılması;

  • Problemin müəyyənləşdirilməsi və onun o cümlədən, qeyri-standart şəraitdə formalaşdırılması (məsələn, nə zaman ki, problemin həlli üçün zəruri riyazi prosedur bir mənalı qaydada müəyyənləşdirilməmişdir);

  • Kompleks (mürəkkəb) problemlərin pillələrə, sadə vəzifələrə bölünməsi və mərhələlərlə həlli (açılması), o cümlədən standart yanaşma və proseduralardan istifadə etməklə qaydaya salınması;

  • Problemlərin həlli üçün zəruri strategiyaların və resursların seçilməsi, onlardan istifadə olunması və səmərəliyinin monitorinqi;

  • Artıq məlum faktların və strategiyaların seçilməsi və yüksək çətinlikli problemlərin həlli zamanı onların bir-biri ilə əlaqələndirilməsi;

  • Kontekstin nəzərə alınması və hədd hallarının tədqiqi zamanı alınmış nəticənin tənqidi qiymətləndirilməsi;

  • Problemin həlli zamanı adekvat köməkçi texniki vasitələrin və texnologiyaların seçilməsi və onlardan istifadə etmək.

Münasibət

  • Qrup halında işin yerinə yetirilməsi zamanı əməkdaşlıq; müəllimə və dostlara münasibətdə diqqətli olmaq;

  • İşin təşkili və planlaşdırılması üsulları və metodlarına yiyələnmək;

  • Müxtəlif fənlərdə, biznesdə, incəsənətdə və insan fəaliyyətinin müxtəlif sahələrində riyaziyyatın yerinin və əhəmiyyətinin qiymətləndirilməsi;

  • İnformasiya texnologiyalarından istifadə zamanı etik/sosial xarakterli problemlərin dərk edilməsi və etik normalara əməl olunması.


Yüklə 286,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin