Riy.VIII.1. Şagird mövqeli sistemi və ədəd yazılışının standart formasından istifadə edə bilər.
Riy.VIII.2. Şagird rasional ədədlər üzərində əməllər apara və onların nəticəsini qiymətləndirə bilər.
Riy.VIII.3. Şagird mülahizə-əsaslandırmanın bəzi üsulundan istifadə edə bilər.
Riy.VIII.4. Şagird hesablamalarla əlaqədar məsələləri həll edə bilər.
|
Riy.VIII.5. Şagird kəmiyyətlər arasında xətti asılılığı tanıya, təhlil edə və əks etdirə bilər.
Riy.VIII.6. Şagird iki çoxluq arasında uyğunluqlar qura, əks etdirə və tədqiq edə bilər.
Riy.VIII.7. Şagird problemin həlli zamanı tənliklər sistemləri və bərabərsizliklərdən istifadə edə bilər.
|
Riy.VIII.8. Şagird fiqurların təsnifatı və onların növlərini müqayisə etmək üçün fiqurların xüsusiyyətlərindən istifadə edə bilər.
Riy.VIII.9. Şagird fiqurun və onun elementlərinin ölçülərini axtara bilər.
Riy.VIII.10. Şagird həndəsi qaydaların düzgünlüyünü əsaslandıra bilər.
|
Riy.VIII.11. Şagird göstəriciləri tapa və onları qoyulmuş məsələnin həlli üçün əlverişli formada təqdim edə bilər.
Riy.VIII.12. Şagird təsadüfi hadisələri tanıya və baş verənlərin ehtimalını hesablaya bilər.
Riy.VIII.13. Şagird baş verənlərin ehtimalını qiymətləndirə və ehtimalın gözlənilməsi barədə nisbi tezlik və təsadüfilik arasında əlaqədən istifadə etməklə mülahizə yürüdə bilər.
|