Xx fəsil Riyaziyyatda fənn proqramı Ümumi hissə a Giriş


XXII Fəsil Baza pilləsində fənn kompetensiyaları



Yüklə 286,85 Kb.
səhifə80/240
tarix02.01.2022
ölçüsü286,85 Kb.
#8921
1   ...   76   77   78   79   80   81   82   83   ...   240
XXII Fəsil

Baza pilləsində fənn kompetensiyaları

VII sinif

Riyaziyyat

Standart

İlin sonunda istiqamətlər üzrə nail olunası nəticələr:

Ədədlər və əməllər

Qanunauyğunluqlar və cəbr

Həndəsə və fəzanın dərki

Göstəricilərin təhlili, ehtimal və statistika


Riy.VII.1. Şagird mövqeli sistemlərdən istifadə etməklə rasional ədədləri oxuya, təsvir edə, müqayisə edə və yerləşdirə bilər; ədədlərin xassələrini mövqeli sistemlərdən istifadə etməklə tədqiq edə bilər.

Riy.VII.2. Şagird rasional ədədlər üzrə əməlləri müxtəlif üsullarla yerinə yetirə bilər.

Riy.VII.3. Şagird müsbət rasional ədədlər əməllərinin nəticəsini qiymətləndirə bilər.

Riy.VII.4. Şagird ölçünün müxtəlif vahidlərini bir-biri ilə əlaqələndirə və onlardan məsələlərin həllində istifadə edə bilər.


Riy.VII.5. Şagird kəmiyyətlər arasında birbaşa proporsional münasibətləri tanıya əks etdirə bilər.

Riy.VII.6. Şagird məsələnin həlli zamanı vurma anlayışları və əməliyyatlarından istifadə edə bilər.

Riy.VII.7. Şagird cəbri təsviri sadələşdirə və dairəvi tənlikləri həll edə bilər.

Riy.VII.8. Şagird obyektlərin dövrü ardıcıllığı və daimi artımına malik ədədi ardıcıllığını dərk və təhlil edə bilər.


Riy.VII.9. Şagird həndəsi fiqurları tanıya, onların növlərini müqayisə edə və təsnifatını verə bilər.

Riy.VII.10. Şagird həndəsi obyektlərin təsvirini məsələnin kontekstinə müvafiq olaraq nümayiş etdirə bilər.

Riy.VII.11. Şagird həndəsi çevirmələri həyata keçirə və onlardan fiqurların xassələrinin müəyyənləşdirilməsində istifadə edə bilər.

Riy.VII.12. Şagird oriyentasiya üçün koordinat metodundan istifadə edə bilər.

Riy.VII.13. Şagird həndəsi məsələləri üçbucaqla əlaqədar anlayışlardan və faktlardan istifadə etməklə həll edə bilər.


Riy.VII.14. Şagird verilmiş məsələni həll etmək üçün lazımi keyfiyyət və kəmiyyət göstəriciləri tapa bilər.

Riy.VII.15. Şagird kəmiyyət və keyfiyyət göstəricilərini qaydaya sala və məsələnin həlli zamanı əlverişli formada təqdim edə bilər.

Riy.VII.16. Şagird məsələnin konteksti nəzərə alınmaqla keyfiyyət və miqdar göstəricilərini interpretasiya və təhlil edə bilər.


İlin sonunda nail olunası nəticələr və onların indikatorları


Yüklə 286,85 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin