Xxxix fəsil Təbiətşünaslıq elmləri Ümumi hissə a Təbiətşünaslıq təhsilinin əhəmiyyəti



Yüklə 289,44 Kb.
səhifə17/240
tarix25.12.2016
ölçüsü289,44 Kb.
#3075
1   ...   13   14   15   16   17   18   19   20   ...   240
Rubrikanın nümunəsi:

İnformasiya axtarışının qiymətləndirilməsi

Tarix:


Şagird

Qiymətləndirmənin kriteriləri







İnformasiya mənbəyinin seçilməsi

0-3

Axtarılmış informasiyanın tədqiqatın məqsədinə uyğunlaşdırılması

0-4

Axtarılmış informasiyanın təşkil edilməsi

0-3

Xalların maksimum miqdarı

10

1.













2.













3.













4.













5.













6.













7.













2) sinif tapşırığı

Tapşırığın tipləri: məsələnin müzakirəsi/diskussiya, eksperiment, göstəricilərin qeyd edilməsi/işlənməsi, modelləşdirmə, səhra/səyyar işləri və sairə.

Aşağıdakı qabiliyyətlər qiymətləndirilir:



  1. Əqli qabiliyyət-vərdişlər;

  2. Tədqiqat qabiliyyət-vərdişləri;

  3. Problemlərin həlli qabiliyyət-vərdişləri;

  4. Sosial qabiliyyət-vərdişlər;

  5. Kommunikasiya qabiliyyət-vərdişləri;

  6. Özünüidarə qabiliyyət-vərdişləri;

Rubrikanın nümunəsi:

Tarix: Eksperimentin qiymətləndirilməsi


Şagird

Qiymətləndirmənin kriteriləri







Tədqiqatın məqsədinin müəyyənləşdirilməsi

0-2

Zəruri inventarın müəyyənləşdirilməsi

0-1

Tədqiqatın nəticəsinin ehtimalı

0-1

Tədqiqatın gedişinin təsviri

0-2

Göstəricilərin qeydə alınması

0-1

Göstəricilərin təhlili

0-2

Nəticə çıxarmaq

0-1

Balların maksimum miqdarı

10

1.

























2.

























3.

























4.

























5.

























6.

























7.

























3) Yekun tapşırığı

Yekun tapşırığının komponenti təlim-tədrisin nəticəsi ilə əlaqələndirilir. Bu komponentdə bir tədris parçasının (mövzu, fəsil, paraqraf, məsələ) öyrənilməsi-işlənilməsi nəticəsində nail olunmuş nəticələr qiymətləndirilməlidir. Konkret tədris vahidinin başa çatdırılması zamanı şagird təbiətşünaslıq fənlərinin standartı ilə müəyyənləşdirilmiş bilik və qabiliyyətləri nümayiş etdirməlidir. Buna müvafiq olaraq, yekun tapşırıqları təbiətşünaslıq fənlərinin standartı ilə müəyyənləşdirilmiş nəticələrə nail olmaq səviyyəsi ilə qiymətləndirilməlidir.

Standartın tələblərini qiymətləndirmək üçün yekun tapşırıqlarının rəngarəng formalarından istifadə etmək tövsiyə olunur. Təbiətşünaslıq fənlərinin yekun tapşırıqlarının tipləri aşağıdakılardan ibarət ola bilər: test, müxtəlif tip məşğələlər, səyyar işlər, modelləşdirmə, layihə, təqdimat və sairə.

Aşağıdakı qabiliyyətlər qiymətləndirilir:



  1. Düşüncə qabiliyyət-vərdişlər;

  2. Tədqiqat qabiliyyət-vərdişləri;

  3. Problemlərin həlli qabiliyyət-vərdişləri;

  4. Kommunikasiya qabiliyyət-vərdişləri;

  5. Sosial qabiliyyət-vərdişləri;

  6. Özünüidarə qabiliyyət-vərdişləri;

Yekun tapşırıqlarının ödəməli olduğu tələblər

  • Tapşırığın hər bir tipinə qiymətləndirmənin ümumi rubrikası əlavə olunmalıdır;

  • Ümumi rubrika konkret tapşırığın şərti və keçilmiş materialın nəzərə alınması ilə dəqiqləşdirilməlidir;

  • 10 bal rubrikaya daxil olan kriterilərə bölünməlidir;

  • Standartın qiymətləndirilməsi yekun tapşırığına kömək edən nəticələri göstərilməlidir.

Rubrikanın nümunəsi:

Tarix: Eksperimentin qiymətləndirilməsi


Şagird

Qiymətləndirmənin kriteriləri







Layihənin məqsədi

0-1

Tədqiqatın planının hazırlanması

0-1

Məsələ ilə əlaqədar informasiyanın axtarılması

0-1

Tədqiqatın keçirilməsi

0-2

Göstəricilərin qeydə alınması

0-1

Analiz və nəticələr etmək

0-2

Təqdimat

0-2

Balların maksimum miqdarı

10

1.

























2.

























3.

























4.

























5.

























6.

























7.


























XL Fəsil

Fənn komponentləri

I Sinif

Təbiətşünaslıq

Standart

İlin sonunda istiqamətlər üzrə nail olunası nəticələr:

Canlı aləm

Cisimlər və hadisələr

Yer kürəsi və ətraf mühit

İnsan və ətraf mühit

Təb.I.1. Şagird ətraf mühitin dərk edilməsində hissiyyat üzvlərinin əhəmiyyətini anlaya bilər.

Təb.I.2. Şagird orqanizmləri xarici görünüşlərinə görə təsvir edə bilər.


Təb.I.3. Şagird cisimlər/hadisələr arasında oxşarlıq və fərqləri xüsusi əlamətlərinə görə təsvir edə bilər.


Təb.I.4. Şagird məktəbin ərazisində istiqamətlənə bilər.

Təb.I.5. Şagird gecə-gündüzün əvəzlənməsi ilə əlaqədar hadisələri xarakterizə edə bilər.

Təb.I.6. Şagird yerli mühiti təsvir edə bilər.


Təb.I.7. Şagird şəxsi gigiyenası və təhlükəsiz davranışın adi qaydalarına əməl edə bilər.

Təb.I.8. Şagird öz mühitinə münasibəti əks etdirə bilər.


İlin sonunda nail olunası nəticələr və onların indikatorları

İstiqamət: Canlı aləm

Təb.I.1. Şagird ətraf mühitin dərk edilməsində hissiyyat üzvlərinin əhəmiyyətini anlaya bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İnsanın hisslərini sayır və onların ətraf mühitdəki obyektlərin tanınmasında və şəxsi təhlükəsizliyində rolunu təsvir edə bilirsə (məs., xarici əlamətlər və qoxu qidanın yararlı olmasının müəyyənləşdirilməsində necə kömək edir; hər hansı bir cihazın yaxşı işləməsini səs vasitəsi ilə müəyyənləşdirə bilərik);

  • Hissləri müvafiq orqanlarla əlaqələndirməyi bacarırsa;

  • Obyektin bəzi xüsusiyyətini müvafiq hissiyyat orqanı ilə əlaqələndirirsə (məs., rəng, forma – göz, dad-dil);

  • Hissiyyat orqanlarının (eyni vaxtda ikisinin) köməyi ilə ona tanış olan obyektlərin xüsusiyyətlərini təsvir edə bilirsə (məs., limon sarı və turşdur, qar ağ və soyuqdur);

  • Obyekti dərk etmək üçün sadə cihazlardan istifadə edirsə (məs., lupa, stetoskop).

Təb.I.2. Şagird orqanizmləri xarici görünüşlərinə görə təsvir edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • İnsanı (özünü) nəzərə çarpacaq xarici əlamətlərə əsasən təsvir edirsə;

  • Orqanizmləri bitkilər və heyvanlar kimi qruplaşdırır və onların fərqli əlamətlərini təsvir edirsə;

  • Heyvanların və bitkilərin rəngarəngliyini aşkar etmək üçün suallar qoyursa (məs., məktəbin həyətində bitmiş müxtəlif ağacların yarpaqları bir cürdürmü) və suallar axtarırsa.

İstiqamət: Cisimlər və hadisələr

Təb.I.3. Şagird cisimlər/hadisələr arasında oxşarlıq və fərqləri xüsusi əlamətlərinə görə təsvir edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Sinif otağında, evdə, təbiətdə, illüstrasiyalarda cisimləri bir və ya iki əlamətinə görə müqayisə edir və qruplaşdırırsa, onların fərqli əlamətləri barədə fikir yürüdürsə (məs.: parta və yazı stolu);

  • Sinif otağında, məktəbin həyətində, küçədə hərəkət edn və hərəkət etməyən cisimləri müşahidə edir və fərqləndirirsə;

  • Evdə və məktəbdə oxşar təyinatlı əşyalar tapır və onları təsvir edirsə;

  • Təbii cisimləri (məs. ağac, daş) və insan tərəfindən hazırlanmış əşyaları təsvir edir və fərqləndirməyi bacarırsa (məs., stol, kərpic).


Yüklə 289,44 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin