Proqramın məzmunu
Ətraf mühitin dərki – duyğu orqanları və hisslər: dəri-təmas, göz-görmə, dil-dad, burun-qoxu, qulaq-eşitmə.
Cisimlərin xassələri – cismin xassələri: rəng, forma, ölçü, ağır, yüngül, yastı, şəffaf, iy, dad.
Canlı obyektlərin rəngarəngliyi – insan (onun özü) və onun quruluşu;
bitkilərin və heyvanların rəngarəngliyi (məs., ağac, kol, ot; meyvə, tərəvəz; ev heyvanları və çöl heyvanları);
səma və Yer kürəsinin səthi – günəş, ay, ulduzlar, bulud.
Gecə və gündüz – həftənin günləri; gecə-gündüzün növbələşməsi.
Cisimlərin müqayisə olunması – təbii və insanlar tərəfindən hazırlanmış cisimlər.
Məktəb mühiti – məktəbdə davranış qaydaları;
Tədris mühitinin obyektləri: məktəbin binası, sinif otağı, məktəbin həyəti, idman salonu, tualet, bufet, tibb otağı və sairə;
Məktəb inventarı;
Şəxsi və ümumi istifadə olunan məktəb əşyaları.
Dostları ilə paylaş: |