Kim.VIII.10. Şagird dövri sistemlərdən istifadə etməklə kimyəvi elementləri xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
Kimyəvi elementlərin dövri sistemlərinin yaradılması zərurətləri barədə material toplayır, referat hazırlayır və təqdim edirsə;
-
İstənilən element barəsində informasiya toplamaq üçün dövri sistemdən istifadə edirsə (məs., sıra nömrəsi, dövri nömrəsi, atom kütləsi);
-
Dövri sistemdə onun yerləşməsi əsasında naməlum elementin mümkün xüsusiyyətləri barədə ehtimal yürüdə bilirsə;
-
Dövri sistemdən istifadə etməklə eyni növ qrupun/dövrün elementlərini və müvafiq sadə maddələrin xassələrinin dəyişikliklərinin qanunauyğunluqlarını tədqiq edir, müvafiq nəticələr çıxarırsa;
-
Eyni elementin izotoplarının sxemlərini yaradır, izotopların xüsusiyyətləri barədə ehtimal yürüdürsə.
Dostları ilə paylaş: |